Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-43/2025 03.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Astara rayonu, Artupa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamışdır. Belə ki, o, 07 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Astara rayonu, Artupa kəndində X4 məxsus olan kafenin yaxınlığında həmkəndlisi Şahid5 60 (altmış) manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 6,343 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 07 dekabr 2024-cü il tarixdə, saat 18:30 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yolun kənarında saxladığı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi motosikletin üzərində olarkən saxlanılmış, üstü yoxlanılan zaman əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi xeyli miqdarda -6,343 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifad’si, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələrin aludəçisi olduğu üçün narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Şahid5 onun həmkəndlisidir, 07 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi X3 ilə birlikdə olan zaman Şahid5 zəng edərək istifadə etmək üçün onlara “nəşə”, yəni qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Şahid5 də onlara qurudulmuş marixuana sata biləcəyini demiş və Astara rayonu, Artupa kəndi ərazisində Ramiq adlı şəxsin əvvəllər işlətdiyi kafenin yaxınlığına getməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin yerdə Şahid5lə görüşən zaman bir ədəd kibrit qutusunda nəşə deyilən qurudulmuş marixuana 60 manata satın almış və üzərində saxlamışdır. Həmçinin onunla birlikdə olan Anar Şahverdiyev də Şahid5 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 60 manata almışdır. 1 ədəd kibrit qutusunda olan kütləni öz istifadəsi üçün əldə etmişdir. Həmin kütlələrdən istifadə etməmiş, heç kimə verməmiş, satmamış, üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. 07 dekabr 2024cü il tarixdə saat 18:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yolun kənarında dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi motosikleti saxlayıb üzərində əyləşən zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar və videoçəkiliş aparmaqla ona üzərində qanunsuz əşya, predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, təqdim etdiyi kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Bir kənddən olduqları dostları Asif və Anar ilə birlikdə istifadə etmək məqsədilə tərəfindən 40 manat verməklə 5 bükümdə birdəfəlik istifadə məqsədilə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, 3 bükümünü 10 manat müqabilində Asifə, 2 bükümünü isə 10 manat müqabilində Anara vermiş, bir yerdə istifadə etmək üçün razılaşmışlar. Sonradan tutulduqlarına görə istifadə edə bilməmişlər. Niyyəti narkotik vasitə satmaq olmamış, aldığı narkotik vasitənin pulunu Anar və Asifdən götürmüşdür. Tutulduğu zaman üzərində narkotik vasitə olmamış, fiziki və psixi təsirə məruz qaldığından narkotik vasitənin satışı ilə məşğul olduğu, Anar və Asifin hər birinə 60 manat müqabilində satdığı kimi ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə icraatıma məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, həmçinin MSY-nin polis nəfəri Şahid4 daxil edilmişdir. Daha sonra 07 dekabr 2024-cü il tarixdə, saat 18:30 dəqiqədə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olan zaman Təqsirləndirilən şəxs yolun kənarında saxladığı idarə etdiyi motosikletin üzərində əyləşməsini görmüşlər, dərhal Asifin yanında avtomobili saxlayıb düşərək yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrinin saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etməsini təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindək qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən bir ədəd “Corn” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 9,18 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletə baxış keçirilsə də, narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı həmin gün Astara rayonu, Artupa kəndi ərazisində Elvin adlı tanışından 60 manata almasını və istifadə etmək məqsədilə üzərində daşımasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Astara RPŞ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması, cinayət işinə ********* statistik nömrəsi verilməsi qərara alınmışdır (İ c.i.v.1-3). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işindən ayrıca icraata ayrılaraq icraatda ibtidai istintaqın davam etdirilməsi, ayrılmış cinayət işi üzrə ********* nömrə altında istintaq edilməklə, ********* nömrəli cinayət işinin bütün istintaq materiallarının surəti çıxarılaraq həmin işə əlavə edilməsi qərara alınmışdır (İ c.i.v.5-6). «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında » xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3. Şahid2 və MSY-nin polis nəfəri Şahid4 ibarət tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yolun kənarında saxladığı idarə etdiyi motosikletin üzərində əyləşərkən saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindək qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 9,18 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletə baxış keçirilsə də, narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. (İ c.i.v.11-12). “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3. Şahid2 və MSY-nin polis nəfəri Şahid4 ibarət tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yolun kənarında saxladığı idarə etdiyi motosikletin üzərində əyləşərkən saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindək qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 9,18 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletə baxış keçirilsə də, narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı həmin gün Astara rayonu, Artupa kəndi ərazisində Elvin adlı tanışından 60 manata almasını və istifadə etmək məqsədilə üzərində daşımasını bildirmişdir. “Əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 07 dekabr 2024-cü il tarixdə saat 18:30-dən saat 18:40-dək olan müddət ərzində PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən götürülmüş 01 ədəd kibrit qutusunda, yaşıl rəngli, 9,17 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıdığı bir ədəd zərf təkrar açılaraq həmin 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrə baxış keçirildi. Həmin kütlələr elektron tərəzidə ölçülərək çəkisinin 9,29 qram olması müəyyən edildi. Şübhəli saxs Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu, 07 dekabr 2024-cü il tarixdə yaşadığı Astara rayonu, Artupa kəndində Elvin Əli oğlu adlı şəxsdən həmkəndlisi X5 ilə birlikdə 60 manata aldığını, 01 ədəd kibrit qutusunda olan kütləni öz istifadəsi üçün üzərində daşıdığını, həmin kütlələrdən istifadə etmədiyini, heç kimə vermədiyini, satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olmasından heç kimin məlumatının olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunduğunu, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ c.i.v.31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 08 dekabr 2024-ci il tarixli, 19/769 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit kutusunda marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit kutusunda təmiz çəkisi: -6,343 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,343 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq qaldı 6,243 qram (İ c.i.v.42). Maddi sübut kimi tanınma haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,343 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,243 qram qalığı, X2 üzərindən aşkar edilərək götürülmüş 6,852 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,752 qram qalığı və Şahid5 üzərindən aşkar edilərək götürülmüş 12,652 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 12,452 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilməsi, və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara RPŞ-nin saxlancına anbarına təhvil verilməsi qərara alınmışdır (İ c.i.v.249-250). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi X6 836 saylı, 11 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ c.i.v.241). Sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə eyni ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,343 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,243 qram qalığının xx.xx.2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilməsi və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara RPŞ-nin saxlancına təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi, Təqsirləndirilən şəxs dindirilməsini özündə əks etdirən 03 ədəd CD disk və Azercell MMC-dən daxil olmuş 01 ədəd CD diskin iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması qərara alınmışdır (İİİ c.i.v.69-83). “Şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 dekabr 2024-cü il tarixdə, saat 18:30-dan tutulmuş hesab olunmuşdur. (İ c.i.v. 24). Astara Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(018)-88/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ c.i.v.244-245). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 21 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İİ c.i.v.215-216). Astara Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı (18 iyul 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək) 02 ay 3 gün müddət azadlıqdan məhrum etmənin 01 gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 gün hesabı ilə 04 ay 06 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İİ c.i.v 157-167). Astara Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 96 nömrəli, 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(018)- 139/2022 saylı hökmü ilə təyin edilmiş cəzasının şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixə çəkilməmiş hissəsi 06 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir (İİ c.i.v 211). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən marixuana qurudulmuş halda təmiz çəkisi 5 qram və daha artıq olduqda xeyli miqdar, 500 qram və daha artıq olduqda isə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən 6,343 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın miqdarı xeyli miqdar kimi müəyyən edilmiş, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki törədilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal olaraq nəzərdə tutulur. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır; 68.1.1-1-cü maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını, əməlindən peşman olmasını, narkotik vasitə aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkdiyini CM-in 58.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlini törətməsini və törətdiyi cinayət əməlinə görə ona təyin edilmiş cəzanı çəkmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(018)-139/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-X6 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,243 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında, Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokollara əlavə edilmiş 03 ədəd CD disk və Azercell MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Corn” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 54 (əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi - 06 ay, 12 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 03 ay 6 gün müddət hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 07 dekabr 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin saxlancına verilən 6,243 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin saxlancına verilmiş 01 ədəd “Corn” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut – 04 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-43/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-43/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver