Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-44/2025 19.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum edilmiş və hazırda məhkumluğu ödənmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 07 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda -6,956 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamaqla daşımışdır. 05 dekabr 2024-cü il tarixdə, saat 17:56-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndində dəniz kənarında saxlanılmış və yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi: -6,956 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, xx.xx.1998-ci il tarixində Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur. Özü ailəlidir və həyat yoldaşı hazırda hamilədir. Rusiya Federasiyasından bacısının toy mərasimində iştirak etmək məqsədilə gəlmişdir. Dəmiryolu ərazisində gəzərkən yerdə olan bir kibrit qutusu fikrini cəlb etmişdir.Qaldırıb içərisinə baxdıqda marixuananın olduğunu görmüş və əvvəllər bir iki dəfə istifadə etdiyi üçün kibrit qutusunu cibinə qoymuşdur.Bir qədər sonra skamyada oturduğu zaman mülki geyimli şəxslər yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyi tələb etmişlər. O, da əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar olunmuş və zərfdə qablaşdırılmış 01 ədəd kibrit qutusun içərisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin kibrit qutunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir.Aşkar edilmiş maddə zərfdə qablaşdırılmış və möhürlənmişdir.Daha sonra əməlindən səmimi peşmanlıq hissi keçirdiyini, bir daha belə səhfə yol verməyəcəyini, qardaşının qarabağ müharibəsi iştirakçısı olduğunu qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Astara RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. 05 dekabr 2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, 17 radələrində Astara rayonu Şahağacı kəndində olacağı barədə icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra 05 dekabr 2024-cü tarixdə, təxminən saat 17 radələrində şöbənin digər əməkdaşları – Şahid4, Şahid2 və Şahid1 ilə birlikdə avtomobillə Təqsirləndirilən şəxs olduğu Astara rayonu Şahağacı kəndində dəniz kənarına yollanmışlar. Həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs oturacaqda əyləşdiyini görmüşlər. Dərhal videoçəkilişlə yaxınlaşaraq özünü təqdim etmiş, polis əməkdaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirməli olduğunu söyləmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa həmin əşyanı təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. 01 ədəd kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra Şamxalın üzərində axtarış keçirilmiş və onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə kütləsi elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılmış və həmin zərfin üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirilmişdir. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin baş təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuşdur. Sonra isə Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar olunmuş və zərfdə qablaşdırılmış 01 ədəd kibrit qutusunun içərisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Astara rayonu Şahağacı kəndində dəmir yolunun kənarında yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid4 və Şahid2 onlardan öncə dindirilmiş Şahid3 ifadəsində oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı və digər üç şahidin ifadələri nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan (iş vərəqi 11-13) xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 05 dekabr 2024-cü il tarixdə saat 17:56-dan saat 18:04-dək olan müddət ərzində videçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Astara rayonu,Şahağacı kəndində dənizkənarında oturacağda əyləşdiyi zaman saxlanılmışdır.Onun üzərində qanunsuz əşyanın olub-olmaması soruşulduqda o,üzərində olan qara rəngli gödəkçənin sol döş cibindən olan kibrit qutusunda olan narkotik maddə “marixuana” bənzər kütləni təqdim etmişdir. Daha sonra sıfırlanmış elektron tərəzidə narkotik maddə marixuana tərəzidə çəkilmişdir. Çəkisi 9,29 qram olması müəyyən edilmişdir. Üzərinə baxış keçirilən zaman bir ədəd “realme” markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi təhqiqat orqanına təhvil verilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin çəkisi ilə razıdır və həmin vasitə ona məxsusdur. Təqsirləndirilən şəxs təqdim etdiyi “marixuanaya” bənzər kütlə götürülmüş, 1 ədəd zərfdə qablaşdırılmış, qablaşdırılmış predmetin olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq DİNin 84 saylı möhürü ilə bağlanılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmet ilə birliktə polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil veilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Keçirilmiş istintaq hərəkəti qrup üzvü CAB-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən “Samsung A20” markalı mobil telefon vasitəsilə aparılan video çəkilişlə keçirilmiş və görüntü 01 ədəd DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 28-31) xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 05 dekabr 2024cü il tarixdə Astara rayonu Şahağacı kəndində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkçənin sol ön döş cibindən kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı gəzərkən yerdən tapdığını bildirmişdir. Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi istintaq hərəkətinin nəticələri Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 tərəfindən videokamera vasitəsilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş DVD köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 39-42) Məhkəmə-bioloji ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 19/765 nömrəli rəyindən məlum olur ki, nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusundakı kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -6,956 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Tədqiqatdan sonra qalıq 6,856 qram). İş materiallarında olan (iş vərəqi 83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 09 dekabr 2024-cü il tarixli, 827 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları epizodiq olaraq olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan (iş vərəqi 104) xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,856 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 80-81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X18 xx.xx.2024-cü il tarixli, № 398 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan (iş vərəqi 14-15) “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 55) “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona ittiham elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 67-68) “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o dərhal Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 85-86) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, hökmünə Azərbaycan Respublikasının CM-nin 349.2.4 -cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 70-ci maddəsi tədbiq edilərək ona 02 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir.Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(003)-340/2018 saylı hökmünə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixili qərarı ilə cəzası 02 il 06 aya endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan (iş vərəqi 128-134) xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan məlum olur ki, xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” videogörüntünün əks olunduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 127-1) Astara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramil Həsənov tərəfindən verilən xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şahağac kənd icra nümayəndəliyinə daimi qeydiyyatdadır. Onun barəsində son aylar ərzində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 127-2, 127-3) Astara rayon İcra hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 132 saylı arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayon Şahağacı kənd icra nümayəndəliyində qeydiyyatdadır. Ailə tərkibi - X3, anası X8, qardaşı X9, qardaşı X10. İş materiallarında olan çıxarışlardan məlum olur ki, Təqsirləndirilən şəxs qardaşı X9 “Vətən müharibəsi” iştirakçısıdır, X1 azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medallarla təltif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - qurudulmuş marixuana qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd olunan müddəanın tələbinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, qardaşı X4 “Vətən müharibəsi” iştirakçısı olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə baxıb törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələyə baxıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,856 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara rayonu və Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,856 qram narkotik maddə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-44/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-44/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver