Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-46/2024 24.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 2001-ci ildə Astara rayonu Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Sərək kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2024-cü il tarixdə təxminən saat 17:30 radələrində Astara rayonun Sərək kəndində yaşadıqları evin həyətində aralarında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs yaxasından tutub onu evin divarına qəsdən çırparaq ona sağ üst göz qapağı nahiyəsində əzilmiş yara və qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ovladıdır, o heç bir yerdə işləmir, hər hansı bir faydalı əməklə məşğul olmur. Dəfələrlə ona bu barədə deməsinə baxmayaraq, o heç bir nəticə çıxarmır və onu valideyn kimi saymır.xx.xx.2024-cü il tarixdə təxminən saat İ6 radələrində kənd mərkəzinə mağazaya gedərkən Elgün idarə etdiyi maşınla onun yanından ötüb onu götürməmiş, ona telefonla zəng etmiş, o telefonu açmamışdır.Evə qayıdandan sonra təxminən saat 17:30 radələrində evin qarşısında həyətdə olduğu vaxt Elgünə “niyə maşını saxlamadın məni götürmədin, telefonu da açmadın” deyə ona bildirmiş, o da “səni görməmişəm, telefonun da səsin eşitməmişəm” deyə cavab verməsi səbəbdən də aralarında baş verən nübahisə zamanı Elgün onun yaxasından yapışıb onu evin divarına qəsdən çırpmış, üz nahiyəsi divarda olan mişar daşın bucağına dəyərək göz nahiyəsindən xəsarət almışdır. Səs-küyə həyat yoldaşı X1 həyətə düşmüş və sonra DİN-in 102 qaynar xəttinə məlumat vermişdir. Hazırda oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fəhləliklə məşğul olmağı atası Əlifi qane etmir, bu səbəbdən də dəfələrlə aralarında mübahisə və narazılıq yaranır. xx.xx.2024-cü il tarixdə nahardan sonra idarə etdiyi “Vaz -2107 “ markalı avtomaşınla kəndin mərkəzinə getmiş, təxminən saat 17:30 radələrində evə qayıdanda, atası Əlif evin qarşısında həyətdə “yolda niyə maşını saxlamadın məni götürmədin, telefonu da açmadın” deyə ona bildirmiş, o da ”mən səni görməmişəm, telefonun da səsin eşitməmişəm” deyə atasına cavab vermiş, bu səbəbdən də aralarında baş verən mübahisə zamanı atası Əlifin yaxasından yapışıb onu evin divarına çırpmış, atasının üz nahiyəsi divarda olan mişar daşın bucağına dəyərək göz nahiyəsindən xəsarət almış və səs-küya anası X1 evdən həyətə düşmüşdür. Anası Vüsalə əsəbləşib, onun, hətta özünün da atası Əlif tərəfindən döyülmələri barədə 102 qaynar xəttə məlumat vermiş, həqiqətdə atası Əlif nə onu, nə də ki, anası Vüsaləni döyməmiş, onlara hər hansı bir xəsarət yetirməmişdir. dava-dalaş zamanı orada kənar şəxs olmadığını, dava-dalaşın ani baş verdiyini və bitdiyini, təxminən 2-3 dəqiqə davam etdiyini göstərmişdir. Əməlindən peşmanlıq çəkir və atası barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan işinin icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli 98 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində - sağ üst göz qapağı nahiyəsində əzilmiş yara və qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 28 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan`Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Şüvi kənd ərazi dairəsi üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizədə göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-46/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-46/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver