Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-47/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Astara rayonu Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmış olmaqla 02 (iki) uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu Kolatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 1,119 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. 08 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonu Kolatan kəndində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 05 (beş) ədəd gümüşü metal kağızı bükümlərində ayrıayrılıqda təmiz çəkiləri - 0,108 qram, - 0,332 qram, - 0,259 qram, - 0,240 qram və - 0,180 qram olmaqla, ümumi təmiz çəkisi - 1,119 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Kolatan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmış olmaqla iki uşağı var. Heç bir yerdə işləmir. Narkotik vasitə olan heroindən təxminən altı ildir ki, istifadə edir. 08 dekabr 2022-ci il tarixdə, saat 08 radələrində Astara rayonundan avtobus vasitəsilə Bakı şəhərinə “Vasmoy” bazarı adlanan əraziyə şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmək üçün yola düşmüşdür. Mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitə olan heroini Bakı şəhərindən və Lənkəran şəhərindən tanımadığı şəxslərdən almışdır. Bakı şəhərində “Vasmoy” bazarı adlanan əraziyə çatdıqdan sonra əvvəllər narkotik vasitə olan heroini aldığı, yalnız üzdən tanıdığı və adını bilmədiyi şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, həmin şəxs bir neçə dəqiqə gözləməyini istəyərək, geri qayıdacağını bildirib oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra həmin şəxs geri qayıdaraq ona 05 ədəd gümüşü metal kağızı bükümündə narkotik vasitə olan heroini vermişdir. Həmin heroinə görə 20 manat pul ödəyib, əldə etdiyi bükümləri əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş və daha sonra Astara rayonu Kolatan kəndinə avtobus vasitəsilə geri qayıtmışdır. 08 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində Astara rayonu Kolatan kəndində evinin yaxınlığında küçədə piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək, Astara rayon polis şöbəsinin əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Dərhal polislərin onun üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, o da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 05 ədəd gümüşü metal kağızı bükümlərini çıxarıb masanın üzərində qoymuşdur. Masanın üzərinə qoyduğu 05 ədəd gümüşü metal kağızı bükümlərinin içərisinə baxış keçirilən zaman həmin bükümlərin içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin təqribi olaraq 1.4 qram olması müəyyən edilmişdir. Polis əməkdaşlarının onunla apardıqları şifahi sorğu zamanı təqdim etdiyi narkotik vasitə olan heroin kütlələrini Bakı şəhərində yerləşən “Vasmoy” bazarı adlanan ərazidə yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən beş ədəd gümüşü metal kağızı bükümlərində 20 manata aldığını bildirmişdir. Bundan sonra masanın üzərinə qoyduğu bükümlər kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 dekabr 2022-ci il tarixdə Astara rayonu Kolatan kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, axşam saatlarında yaşadığı Astara rayonu Kolatan kəndində olacağı barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. 08 dekabr 2022-ci tarixdə, saat 17 radələrində şöbənin digər əməkdaşı Yaşar Rzayevlə birlikdə avtomobillə Yusifin yaşadığı Astara rayonu Kolatan kəndinə, onun yaşadığı evin yaxınlığına getmişlər. Yusifin evinin yaxınlığında gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu vaxt Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal Yusifə yaxınlaşmış, bu vaxt Təqsirləndirilən şəxs onları görüb yayınmaq üçün qaçmağa çalışmışdır. Lakin, Yusifi yaxalayıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və iştirakçıların iştirakı ilə videoçəkilişlə Yusifin üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Yusifə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsi təklif edilmiş, Yusif də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 05 (beş) ədəd gümüşü metal kağızı bükümlərini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Yusifin üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa qadağan olunmuş predmet aşkar olunmamışdır. Bundan sonra tərəflərindən 05 (beş) ədəd gümüşü metal kağızı bükümlərinə baxış keçirilmiş və onun içərisində toz şəklində olan narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümlər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərf imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 08 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 08 dekabr 2022-ci il tarixdə Astara rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən gümüşü metal kağızına bükülmüş 05 (beş) ədəd bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1.4 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara rayon polis şöbəsinin 84 saylı möhürü ilə möhürlənmişdir.
2. Məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 19/1255 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Astara rayonu Kolatan kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 (beş) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: – 0,108 qram, - 0,332 qram, - 0,259 qram, - 0,240 qram və - 0,180 qram olmaqla, ümumi təmiz çəkisi - 1,119 qram olan maddələr - tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1,119 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 0,969 qram heroin qaldı.
3. Məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, biri azyaşlı, biri yetkinlik yaşına çatmış olmaqla 02 (iki) uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış xalis çəkisi 0,969 qram qalmış heroin təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə tutulmuş, 09 dekabr 2022-ci il tarixdə isə azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (08 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (08 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,969 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov