Məhkəmə qərarları › İş №1(018)-48/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-48/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-48/2023 12.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə xx.xx.1996-cı ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə Astara rayonu Şahağacı kənd sakini X1 məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,664 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək üzərində daşımış, 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və həmin tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümünün içərisindən siqaretin qızılı kağızına bükülmüş 07 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,126 qram, 0,107 qram,0,115 qram, 0,083 qram, 0,102 qram, və 0,066 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram narkotik vasitə olan heroin,habelə əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitəizləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 8-9 aydir ki, narkotik vasitə hesab edilən heroin qəbul etməyə başlamiş, əvvəl çəkmək yolu ilə qəbul etmiş, sonradan damara iynə vurmaq yolu ilə qəbul etməyə başlamişdir, narkotik vasitə heroin aludəcisidir. Buna görə də, 28 noyabr 2022-ci il tarixdə günortadan sonraki saatlarda Astara rayonu Sahağaci kənd sakii Mütəllim adlı şəxsdən 20 manata 07 ədəd bükümdə narkotik vasitə heroin almış və oradan çıxıb maşınlara qum vurmaq məqsədilə dəniz kənarına getmiş, bu zaman yol ilə hərəkətdə olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqda şübhəli olduğunu demişlər. Bunun da ardınca üzərinə baxış keçirilməsi zərurətinin olduğunu əlavə edib onu maşına mindirərək Astara rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçi İsa Vəlizadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil Allahverən Əbilov dəvət olunmuş, vəkil gəldikdən sonra üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın və ya narkotik vasitənin olub olmadığını, olduğu halda təqdim etməsini təklif etdikdən sonra əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, daha sonra həmin gödəkçənin sol yan cibindən içərisində 07 ədəd büküm olan bir ədəd sellofan bükümünü çıxarıb təqdim edərək masanın üzərnə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən 07 ədəd narkotik vasitə heroin bükümləri aşkar edilmiş və təhqiqatçı bu bükümlərə baxış keçirdiyi zaman bu bükümlərin nə olduğunu soruşduqda cavab olaraq həmin bükümləri narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı paltarlarını və üzərini axtarmış, üzərindən 01 ədəd Astara Rayon İcra va Probasiya Şöbəsi tərəfindən ayağına bərkidilmiş cihazın elektron nəzarət vasitəsi aşkar edilmiş və ondan bunun nə olduğu soruşulduqda əvvəllər oğurluq etdiyinə görə məhkum olunduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində yaşlı anasının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş bir ədəd elektron tərəzinin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törədilən daha ağır cinayətə görə məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs məhz və CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində yaşayan X9 qanunsuz olaraq narkotik vasitə əldə etməsi,saxlamasi, daşıması və satışı ilə məşğul olmasi barədə icraatina əməliyyat məlumati daxil olmuş, bu məlumat dərhal Astara RPS-nin rəhbərliyinə məruzə edilmiş,ardınca da məlumatla əlaqədar olaraq əməliyyat-axtariş tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmişdır.Əməliyyat qrupunun tərkibinə polis əməkdaşları Həsən Ağayev və Nicat Əliyev də daxil edilmişdir. Onlar kecirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 28 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində dəniz kənarının yaxınlığında küçə ilə hərəkət etdiyini gördükdə dərhal ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə olması şübhəsi olduğundan şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzi, sol yan cibindən isə 01 ədəd sellofan büküm çıxarıb masa üzərinə qoymuşdur. Şəxsi axtarış keçirən X15 Təqsirləndirilən şəxs bu kütlələrin və elektron tərəzinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bu bükümlərin kakos, yəni narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Ardınca təhqiqatçı bu bükümə baxış keçirməyə başlamışdır. X15 həmin 01 ədəd sellofan bükümü açdıqda sellofan bükümün içərisindən siqaretin gümüşü kağızına bükülmüş 07 ədəd büküm aşkar edilmiş, bu bükümlərə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs hər dəfə narkotik vasitə aldıqda 1-2 bükümü sataraq öz aldığı narktoik vasitənin pulunu çıxarırmış, buna görə də aldığı narkotik vasitənin hamısını deyil, bir qismini istifadə edir və bir qismini isə satdığını bildirmişdir. Daha sonra həmin bükümlərin çəkisini müəyyən etməkdən ötrü bu bükümlər elektron tərəzidə çəkilmiş və bükümlərin ümumi çəkisinin 0,9 qram olması müəyyən edilmişdir. Bu bükümlərin elektron tərəzidə çəkiləri müəyyən edildikdən sonra, həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzərinə imzalar çəkilərək möhürlənmişdir. Daha sonra Elsad Həsənovun üzərindən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi də bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı kütlələrin narkotik vasitəolan heroin olduğunu, həmin narkotik vasitəni tutulduğu gün Astara rayonu Şahağacı kəndində Mütəllim adlı şəxsdən 20 manata aldığını bildirmişdir. İstintaq hərəkətinin sonunda bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından, iştirakçilar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə heroin əldə edir, daha sonra əldə etdiyi heroin bükümlərinin bir neçəsini sataraq aldığı narktoik vasitənin pulunu çıxarır. Bununla da o, narkotik vasitələrin satışını həyata keçirmiş olur. Təqsirləndirilən şəxs bunu şəxsi axtarış istintaq hərəkətində müdafiəçisinin yanında da bir daha öz sözləri deyərək təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi də aşkar edilmişdir ki, bu da onun narktoik vasitələrin satışını həyata keçirməsinə dəlalət edir. Məhkəmədə şahid qismində dindirilmiş X14 və X16 şahid X7 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X8 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə 24 noyabr 2022-ci il tarixli, 19/1221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi və 07(yeddi)büküm narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,126 qram, 0,107 qram,0,115 qram, 0,083 qram, 0,102 qram, və 0,066 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat zamanı təqdim edilmiş 0,664 qram narkotik vasitə olan heroinin 0,21 qram hissəsi (hər obyekt üzrə 0.03 qram) tədqiqata sərf edilmiş, 0,454 qram hissəsi qalıq qalmışdır.Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizası üzrə 01 dekabr 2022-ci il tarixli, 1243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunmur. İş materiallarında olan Astara RİHB-nın Şahağacı kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 963 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvli anası X2r. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 30.11 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 1(018)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Astara rayon icra və Probasoya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1 (018)- 107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 23 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 10 ay 07 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-üi maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə təyin edilib çəkilməmiş azadlığın məhdudlaşdırılması cəza müddətinin olması onun əməlində cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini təmamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarından görünür ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Astara Rayon Məhkəməsinin 1 (018)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 07 ədəd bükümlərdə ümumi təmiz çəkisi , 0,454 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Astara Rayon Məhkəməsinin 1 (018)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra, 07 ədəd bükümlərdə ümumi təmiz çəkisi , 0,454 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar