Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-49/2024 29.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs Baqavdinoviçin və Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, sürücü işləmiş, Rusiya Federasiyası, Dağıstan Respublikası. Buynaks rayonu, Çirkey kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Baqavdinoviçin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Baqavdinoviç 13 mart 2024-cü tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibindəki oreqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 4 kapsul “Pfizer P G N 300” göstəricili dərman preparatını malların aşkar edilməsini çətinləşdirən üsullardan stifadə etməklə özünə məxsus siqaret qutusunun içərisinə yerləşdirərək idarə etdiyi “Volvo” markalı, K166DU123/VR805177 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında saxlamış, 13 mart 2024-cü il tarixdə İran islam Respublikasından gələrkən Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Baqavdinoviç ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Volvo” markalı, K166DU123A/R805177 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən keçərək İran İslam Respublikasına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə İranın Astara şəhərindən Rusiya Federasiyasına aparmaq məqsədi ilə “kivi” yükünü idarə etdiyi nəqliyyat vasitəsinə yüklədikdən sonra bir neçə gün növbədə gözləmişdir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçərək Astara gömrüyünün idxal yoxlama xəttinə daxil olmuş və burada gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması barədə soruşmuşdur. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı hüquqpozma predmetinin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı onun idarə etdiyi “Volvo” markalı, K166DU123A/R805177 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması keçirmiş və yoxlama zamanı Dzhamaldinov lusupun gömrük əməkdaşına təqdim etmiş olduğu “Winston” markalı siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlətmiş olduğu, üzərində “Pfizer P G N 300” yazısı olan dörd Kapsul aşkar edilərək protokol isasında götürülmüşdür.Sorğu-sual zamanı Dzhamaldinov lusup bildirmişdir ki, təqribən bir ay əvvəl avtomobil :əzası keçirmiş və bu səbəbdən də sağ ayağı zədələnmişdir. Bundan sonra ayağında şiddətli = ğrılar olduğu üçün həkim resepti əsasında “lirika” adlı dərman preparatı istifadə edirmiş, jomrük yoxlaması zamanı aşkar edilmiş dörd kapsul üzərində “Pfizer P G N 300” yazısı olan :97rıan preparatını İran İslam Respublikasının ərazisində olan zaman orada yerləşən 9rteklərin birindən həkim resepti əsasında əldə etmişdir. İran İslam Respublikasında olan zaman üzərində qeyd olunan dərman vasitəsini almaq üçün həkim resepti olsa da, həmin esepti İran İslam Respublikası ərazisində itirmişdir. Təhqiqat orqanına izahat verən zaman 'əyəcanlı olduğunu və bu səbəbdən də yanlış izahat verərək gömrük yoxlaması zamanı zşkar edilmiş dörd kapsul üzərində “Pfizer P G N 300” yazısı olan dərman preparatını Rusiya rəderasiyası ərazisində əldə edərək üzərində saxladığını bildirmişdir. İstintaq orqanına ərdiyi ifadələrin doğru olduğunu və gömrük yoxlaması zamanı “Winston” markalı siqaret : „tuşunun içərisində aşkar edilmiş dörd kapsul üzərində “Pfizer P G N 300” yazısı olan zərman preparatını İran İslam Respublikası ərazisindən əldə etmişdir. Həmin dərmanların gömrük sərhədindən buraxılmayacağını bildiyi üçün siqaret qutusunun içərisində gizlətmiş və yalnız gömrük yoxlaması başlandıqdan sonra gömrük əməkdaşına təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 3.03.2024-cü il tarixdə, saat təqribən 15 radələrində Aqil adlı gömrük əməkdaşı onu və onunla birlikdə fəhləlik edən X11 idarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq Rusiya Federasiyası vətəndaşı Dzhamaldinov lusupun idarə etdiyi “Volvo” markalı, K166DU123A/R805177 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini və onların da həmin yoxlamada hal şahidi kimi iştirak etməklərini təklif etmişdir. Onlar da öz razılıqlarını bildirmişlər. Yoxlama başlanılmazdan öncə gömrük əməkdaşı Aqil Dzhamaldinov lusupla şifahi şəkildə sorğusual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı edmetin olub-olmaması barədə soruşmuş, o isə üzərində və idarə etdiyi yük nəqliyyat titəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı hüquqpozma ədmetinin olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilən zaman İzhamaldinov lusupun gömrük əməkdaşı Aqilə təqdim etmiş olduğu “Winston” markalı siqaret rusunun içərisində gömrük nəzarətindən gizlətdiyi, üzərində “Pfizer P G N 300” yazısı olan dörd kapsul aşkar edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra Dzhamaldinov lusupun gömrük əməkdaşı Aqilə təqdim etmiş olduğu “Winston” markalı siqaret qutusunun içərisinə edəşdirərək gömrük nəzarətindən gizlətdiyi, üzərində “Pfizer P G N 300” yazısı olan dörd kapsul qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 da şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X7 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Rusiya Federasiyası vətəndaşı Dzhamaldinov lusup idarə etdiyi “Volvo” markalı, 56DU123A/R805177 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rəsmiləşdirmə Mərkəzinimaşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İdxal yoxlama xəttində olan zaman Dzhamaldinov lusup ilə şifahi formada sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hərhansı predmetin olub-olmaması barədə soruşmuşdur. O isə zərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hərhansı predmetin olmadığını bildirmişdir. Daha sonra əqliyyat vasitəsinə gömrük yoxlaması keçirilməsi məqsədi ilə iki nəfər hal şahidini idxal yoxlama xəttinə dəvət etmiş və onların da iştirakı ilə nəqliyyat vasitəsinə gömrük yoxlaması girmişdir. Yoxlama zamanı Dzhamaldinov lusupun öncədən gömrük orqanına təqdim etmədiyi, yalnız tərəfindən gömrük yoxlaması keçirilən zaman təqdim etmiş olduğu “Winston” " msrkalı siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlətdiyi, üzərində “Pfizer P G N 300” azısı olan dörd kapsul aşkar etmişdir. Yoxlama tam başa çatdıqdan sonra Dzhamaldinov İsupun “Winston” markalı siqaret qutusunun içərisinə yerləşdirərək gömrük nəzarətindən gizlətdiyi, üzərində “Pfizer P G N 300” yazısı olan dörd kapsul qablaşdırılaraq protokol əsasında götürülmüşdür. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il 3-16-16/2-6/1516 nömrəli ekspert rəyindən görünür ki, 203681 nömrəli DGK- a məxsus polietilen paketdə üzərində “Pfizer P G N 300” göstəricisi olan dörd ədəd ağ-qəhvəyi : kapsulun tərkibində preqabalinin təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən qram təşkil etdiyi göstərilmişdir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Preqabalin kapsulasının sayı - 4 ədəd, tədqiqata sərf edildi -1 ədəd, qalıq - 3 ədəd. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin ekspertlərinin verdiyi 28 mart 2024-cü il tarixli, 1932 nömrəli ekspert rəyindən görünür ki, Dzhamaldinov lusupun narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı preqabalindən istifadə etmə hallarının olduğu, lakin, hal-hazırda i'amaldinov lusupda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkarlandığı qeyd edilmişdir. Dzhamaldinov lusupun narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Baqavdinoviçin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Baqavdinoviç Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Baqavdinoviçə cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Baqavdinoviçin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Baqavdinoviçin məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs Baqavdinoviçin təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Baqavdinoviçə cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X8 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür k,Təqsirləndirilən şəxs Baqavdinoviç şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Baqavdinoviç barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baqavdinoviç barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Baqavdinoviçə cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs Baqavdinoviçə cəza təyin edərkən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.” Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Baqavdinoviç Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Baqavdinoviçdən 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Baqavdinoviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 03 ədəd kapsul “Pfizer P G N 300” göstəricili dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Baqavdinoviçin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Baqavdinoviç Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Baqavdinoviçin 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq, cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Baqavdinoviçin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Baqavdinoviç barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Baqavdinoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Baqavdinoviç yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Baqavdinoviçdən 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 03 ədəd kapsul “Pfizer P G N 300” göstəricili dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Baqavdinoviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Baqavdinoviçin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-49/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-49/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver