Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-49/2025 11.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2003-cü ildə Rusiya Federasiyası, Dağıstan MR, Xasavyurd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, həbs olunanadək Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə Astara rayonu, Pensər kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs icarədarı olduğu bina sayılan aptekin arxa tərəfində olan nəfəsliyə fiziki müdaxilə etməklə qanunsuz daxil olaraq kassadan 1 və 5 manatlıq pul əskinasları olmaqla 100 manat məbləğində, kassanın sağ tərəfində yerləşən dolabdan 100, 50 və 20 manatlıq pul əskinasları olmaqla 550 manat pulu götürüb, Zərərçəkmiş şəxs ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu, Pensər kəndi ərazisində əvvəllər mağaza kimi istifadə olunmuş tikilidə yaşamış, heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində orta təhsil alıb bitirdikdən sonra bir müddət Bakı şəhərində fərdi əməklə məşğul olaraq işləmişdir. Əvvəllər müxtəlif işlərdə işləyərək özünü dolandırsa da, son zamanlar işsiz olduğundan maddi vəziyyəti çox pisləşmiş və pula ehtiyacı olmuşdur. Bu səbəbdən oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Astara rayonu, Pensər kəndi ərazisində gəzərkən yolun kənarında yerləşən apteki görmüş və həmin yerdən oğurluq edə biləcəyini düşünmüşdür. Aptekin arxa hissəsinə keçmiş və bu zaman orada kiçik ölçülü nəfəsliyin olduğunu görmüşdür. Həmin nəfəslik yarıya qədər açıq vəziyyətdə olmuş, qalan hissəsini isə əli ilə itələyərək açmışdır. Nəfəslik açıldıqdan sonra ətrafda kimlərinsə olub-olmamasına baxmış və heç kimin olmadığına əmin olduqdan sonra nəfəsliyə qalxaraq içəri daxil olmuşdur. Daxil olduğu yer sanitar qovşağı olmuş və oradan aptekin anbarına, daha sonra isə aptekin özünə keçmişdir. Aptekə daxil olduqdan sonra kassaya baxmış və orada 1 və 5 manatlıq pul əskinasları formasında olmaqla, 100 manat pulu götürmüş və şalvarının cibinə qoymuşdur. Bundan sonra gözü kassanın sağ tərəfində olan rəfə sataşmış, orada pullar olduğunu görmüş və həmin pulları oğurlamışdır. Qeyd olunan pulların 2 ədədi 100 manatlıq, qalanları isə 50 və 20 manatlıq pul əskinasları formasında olmuşdur. Həmin pulları da əynində olan şalvarın cibinə qoymuş və bundan sonra aptekə daxil olduğu formada oradan çıxmışdır. Aptekdən çıxdıqdan sonra qaldığı yerə gedərək gecəni keçirmiş və səhər saat 08 radələrində avtobusla Bakı şəhərinə getmişdir. Oğurladığı pullarla 3 gün Xırdalan şəhərində hoteldə qalmış və şəxsi tələbatına uyğun pulların çox hissəsini xərcləmişdir. Pulu az qaldığından qalan günlərdə hoteldə deyil müxtəlif yerlərdə və küçədə gecələmişdir. xx.xx.2025-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri ərazisində Lökbatan dairəsinin yaxınlığında kafedə oturarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirmiş və onu Astara RPŞ-nə dəvət etmişlər. Oğurluq əməlini 23 yanvar 2025-ci il tarixdə, saat 01 radələrində tək törətmiş və bu əməli törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır. Oğurluq edəcəyi barədə heç kimə xəbər vermimiş, həmçinin oğurluq etdikdən sonra da, bu barədə heç kimə danışmamışdır. Gecə saatları olduğundan küçədə heç kəs olmamış və aptekə daxil olmazdan əvvəl ətrafa baxmışdır. Törətdiyi əmələ görə peşmandır. Ziyanı ödəməyə söz verir. Qeyd edilənləri nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, Astara rayonu, Pensər kəndində yerləşən apteki icarədar olaraq işlətmişdir. Aptekdə əmək müqaviləsi əsasında Şahid adında satıcı işləmişdir. Gündəlik iş rejimi 08:00-16:00-dək olan müddətdə olmuşdur. Hər günün sonunda kassada 100 manat məbləğində pul vəsaiti saxlanılmaqla qalan məbləği də oradakı şüşə rəfə qoymuşlar. Hər gün səhər tezdən Zeytun firmasının nümayəndəsi gəlib lazımı dərman preparatlarını təhvil vermiş, əvəzində ödənilməli məbləği isə həmin rəfdən götürüb getmişdir. 23 yanvar 2025-ci il tarixdə Nərmin həmişəki vaxta işə gəlmiş, apteki açmış və içəri daxil olmuşdur. Nərmin biraz sonra ona zəng edərək həm kassada, həm də rəfdə pulların olmadığını demiş və ondan qeyd olunan pulları götürüb-götürmədiyini soruşmuşdur. O isə xəbəri olmadığını deyərək evdən çıxıb aptekə gəlmişdir. Aptekin arxa tərəfindəki sanitar qovşaqa daxil olan kimi balaca pəncərənin açıq olduğunu görmüşdür. Onda artıq kiminsə aptekə oğurluğa girdiyindən şübhələnmişdir. Ona görə də baş vermiş oğurluq ilə bağlı DİN-nin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib onun iştirakı ilə aptekə baxış keçirmişlər. Oğurluq hadisəsinin tam olaraq vaxtını bilməmiş, lakin 22 yanvar 2025-ci il tarixdə, təxminən saat 16 radələrində aptek bağlananadan sonra səhər açılana qədər olan müddət ərzində baş verdiyini düşünmüşdür. Baş vermiş hadisə nəticəsində ümumilikdə 650 manat məbləğində pul əskinası oğurlanmışdır. Kassada olan pullar 1 və 5 manatlıq pul əskinasları formasında, dolabda olan pullar isə 2 ədədi 100 manatlıq, qalanları isə 50 və 20 manatlıq pul əskinasları formasında olmuşdur. Dəymiş ziyan ödənilməmişdir və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı kənd ərazisində yerləşən aptekdə satıcı işləyir. Həmin aptekdə 2024-cü ilin aprel ayından etibarən işləmişdir. İşlədiyi aptek hər gün saat 08 radələrində açılmış və saat 16 radələrində bağlanmışdır. Hər səhər iş yerinə gəldikdən sonra Zeytun firmasının nümayəndəsi gəlib lazımı dərman preparatlarını ona təhvil vermiş və həmin preparatların əvəzində verilməli olan məbləği götürmüşdür. Bu səbəbdən hər dəfə aptek bağlanmazdan öncə kassada növbəti gün üçün nəzərdə tutulan 1 və 5 manatlıq əskinaslar formasında pullar saxlanılmaqla, qalan pullar şüşə rəfə qoyulmuşdur. 23 yanvar 2025-ci il tarixdə həmişəki vaxta işə gələrək apteki açdıqdan sonra içəri daxil olmuşdur. Bu zaman nə kassada, nə də rəfdə pulun olmadığını görmüşdür. Lakin hər hansı şübhəli hal gözünə dəymədiyindən oğurluq edilməsi ağlıma gəlməmiş, Ərkanın pulları götürdüyünü düşünmüşdür. Ərkana zəng edib məlumat verən zaman sonuncu ona pulu götürmədiyini demiş və arxa tərəfdəki qapıya baxmağını istəmişdir. Arxa tərəfdə olan qapıya baxdıqda tam bağlı olduğunu görmüşdür. Sonradan Ərkan özü aptekə gəlmiş və elə arxa tərəfdəki sanitar qovşaqa daxil olub baxan zaman balaca pəncərəsinin açıq olduğunu görmüşdür. Onda artıq kiminsə aptekdən oğurluq etdiyindən şübhələnmişlər. Ona görə də Ərkan Azərbaycan Respublikası DİN-nin “102” xidmətizəng mərkəzinə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib aptekə baxış keçirmişlər. Oğurluq hadisəsinin tam olaraq vaxtını bilməsə də, 22 yanvar 2025-ci il tarixdə aptek bağlananadan sonra baş verdiyini düşünmüşdür. Baş vermiş hadisə nəticəsində ümumilikdə 650 manat məbləğində pul əskinası oğurlanmışdır. Kassada olan pullar 1 və 5 manatlıq pul əskinasları formasında, dolabda olan pullar isə 2 ədədi 100 manatlıq, qalanları isə 50 və 20 manatlıq pul əskinasları formasında olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir: “Astara rayonu, Pensər kəndi ərazisində yerləşən aptekdən oğurluq edilməsinin görüntülərinin yaddaşına köçürüldüyü 01(bir) ədəd Diskə baxış zamanı görüntünün 02 dəqiqə 08 saniyə davam etməklə rəngli formatda olması, video görüntünün 03-cü saniyəsində 1 nəfər bir nəfər şəxsin sanitar qovşağından anbara, oradan isə aptekin içəri hissəsinə daxil olması görünmüş, həmin şəxs orta boylu olmaqla, başında papaq olmuş, üzü tüklü olmuş, əlində fanar olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmiş, görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs kassadan və dolabdan nə isə götürdüyü görünmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kassadan 100 manat və dolabdan 550 manat məbləğində pul götürdüyünü qeyd etmiş, görüntülərin davamına baxış zamanı Təqsirləndirilən şəxs daxil olduğu istiqamətdə aptekdən çıxdığı görünmüşdür. Astara rayon İcra hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 14 fevral 2025-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Astara rayon məhkəməsinin 16 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci ci il tarixdən hesablanlamalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi nəzərə alınmalı və ona mülki icraat qaydasında məhkəmə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İntiqa oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 fevarl 2025-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi nəzərə alınsın və ona mülki icraat qaydasında məhkəmə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-49/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-49/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver