Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-50/2023 04.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxxxxx 1999-cu ildə Lənkəran rayonu Az-Filal kəndində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya məxsus naringi meyvələrini satıb pulunu gətirəcəyi adı ilə aldadaraq 13-14 oktyabr 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs1 yaşadığı Astara rayonu Pensər kəndində yerləşən evin həyətindən 2150 kq çəkidə naringi meyvəsini aparıb ələ keçirməklə X6 2150 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya məxsus naringi meyvələrini satıb pulunu gətirəcəyi adı ilə aldadaraq 18 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Astara rayonu Maşxan kəndində yerləşən evin həyətindən 533 kq çəkidə naringi meyvəsini aparıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 533 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncuya məxsus naringi meyvələrini satıb pulunu gətirəcəyi adı ilə aldadaraq 30 oktyabr 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs3 yaşadığı Astara rayonu Çayoba kəndində yerləşən evin həyətindən 700 kq çəkidə naringi meyvəsini aparıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 630 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran rayonu Xanbulan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, hər il mövsümdə Astara rayonun müxtəlif kəndlərindən naringi və limon alıb Lənkəran rayonunda yerləşən «Sitrus bazarı»nda aparıb müxtəlif bölgələrdən gələn alverçilərə satmaqla məşğul olur. Bu il də mövsümdə Astara rayonunun müxtəlif kəndlərinə gəlib həmin kənd sakinlərindən müxtəlif çəkilərdə naringi almışdır. Belə ki, 13 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Astara rayonu Pensər kəndinə gəlib, orada yaşayan tanışı X4 ilə danışıb, razılaşmışdır ki, ona həyətindəki naringiləri 1 kiloqramını 1 manata alıb, satdıqdan sonra pulunu verər. O, həmin vaxt onun həyətindən iki reys olmaqla ümumilikdə 1 ton naringi yığmışdır. Onlar tanışı Cavidin idarə etdiyi «Az-Samand» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1 ton naringi aparmışdır. getmişlər. Həmin vaxt o, Səttara 1000 manat deyil, 850 manat pul vermiş, qalan 150 manatı isə 2 günə gətirib verəcəyini demişdir. O, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında o, yenidən naringi yığmaq üçün Səttarın həyətinə getmişlər. Həmin vaxt həyətdən 2 ton naringi yığmış, 2000 manat pulunu 2-3 günə gətirib verəcəyini demişdir. O, Səttardan aldığı naringiləri də aparıb Lənkəran rayonunda yerləşən «Sitrus bazarı»nda satmışdır. Həmin vaxt naringiləri 70 qəpikdən satdığı üçün zərər etmişdir. Lakin əldə etdiyi pulu Səttara verməmişdir. Həmin pulu başqa şəxslərə borclarını ödəmişdir. X6 borclu qaldığı 2150 manat pulu verməmişdir. Bundan sonra o, 17 oktyabr 2022-ci il tarixdə günorta radələrində Astara rayonu Maşxan kənd sakini Zərərçəkmiş şəxs2 ilə görüşüb, razılaşmışdırkı onun həyətindəki naringiləri satıb, 1 kiloqramı 1 manatdan pulunu ona verər. O, Cavidin idarə etdiyi «Az-Samand» markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 386 kq həyətində olan naringiləri yığdıqdan sonra, onları satıb, naringilərin pulu olan 386 manatı Amilə vermişdir. Sabası gün Amilin həyətindən o, əlavə 533 kq naringi yığıb Cavidin maşınına yükləyib, oradan getmişlər. O, Zərərçəkmiş şəxs2 demişdir ki, 533 kq naringilərin pulunu 5-6 günə gətirib verəcək. Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. O, həmin naringiləri bazarda satmış, lakin əldə etdiyi puldan 533 manatı Zərərçəkmiş şəxs2 verməmişdir. Bundan sonra, o, 29 oktyabr 2022-ci il tarixdə səhər saatlarında qardaşı Əmrahdan xahiş etmişdir ki, Astara rayonu Çayoba kəndinə yaşayan Zərərçəkmiş şəxs3 ilə danışıb həyətindəki naringiləri bizə ucuz qiymətə satmasını razılaşdırsın. Qardaşı Əmrah onun xahişini yerinə yetirib, Zərərçəkmiş şəxs3 ilə danışmışdır. O, 30 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 həyətinə gedib, həyətindən 700 kq naringi yığmışlar. Zərərçəkmiş şəxs3 naringiləri 1 kq-nı 90 qəpikdən nisyə olaraq almışdır. Zərərçəkmiş şəxs3 demişdir ki, həmin naringilərin 630 manat pulunu 5-6 günə gətirib verəcəkdir. Zərərçəkmiş şəxs3 da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs3 aldığı naringiləri aparıb Lənkəran rayonunda yerləşən «Sitrus bazarı»nda satmışdır. Lakin əldə etdiyi puldan 630 manatı Zərərçəkmiş şəxs3 verməmişdir. Həmin pulu öz ehtyaclarına xərcləmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxslərdən Səttar Mustfayevə, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğu zərəri onlara tamamilə ödəmişdir. Onların ondan şikayəti və tələbi yoxdur. Ona həbslə əlaqədar olmayan cəza verilərsə zərərçəkmiş şəxs X2 vurduğu zərəri ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Astara rayonu Pensər kəndində yaşayır. O, hər il öz həyətində becərdiyi naringiləri gələn müştərilərə satır. Mövsüm vaxtı müxtəlif bölgələrdən gələn müştərilər ondan və ya başqa şəxslərdən gəlib tonlarla naringi və ya digər sitrus meyvələri almışlar. 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evdə olarkən əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Lənkəran rayon sakini gəlib ondan həyətdəki naringiləri ondan almaq istəmişdir. Təqsirləndirilən şəxs ilə danışıb belə razılaşmışlar ki, iri naringilərin hamısını yığacaq çəkisi nə qədər gələrsə 1 kq-nı 1 manatdan hesablayıb pulunu ona verməlidir. Təqsirləndirilən şəxs həmin gün nahardan sonra onun həyətindən ailə üzvləri ilə birlikdə, 1 ton naringi yığmışlar. Qadir ona həmin vaxt 850 manat pul vermiş, qalan 150 manatı isə ertəsi gün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə günorta radələrində onun həyətinə “Qazel” markalı yük avtomobil ilə gəlmişdir. Həmin vaxt onlar ağacdan 2 ton mandarin dərib həmin “Qazel” markalı yük avtomobilinə yığmışlar. O, Qadirdən mandarinin pullarını istəmişdir. Qadir isə mandarinləri aparıb təhvil verib pulları alacağını, ona borclu qaldığı 2150 manat pulu da ertəsi gün axşama qədər gətirib verəcəyini demişdir. O da Qadirin sözünə etibar edib razılaşmışdır. Ertəsi gün axşam saatlarında mən Qadirə zəng edib pulu nə zaman gətirəcəyini soruşmuşdur. O da pulun dalıyca Bakı şəhərinə gəldiyini demişdir. Bundan sonra o, Qadirə nə qədər zəng etsə də onun telefon zənglərinə cavab verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 2150 manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o,ailə üzvləri ilə birlikdə Astara rayonu Maşxan kəndində yaşayır. 17 oktyabr 2022-ci il tarixdə günorta saatlarında arvadı Nurcan Rəcəboova ona zəng edərək Lənkəran sakinləri olan 4 nəfər şəxsin həyətdəki mandirinləri almaq üçün gəldiklərini, 386 kq yığdıqlarını, lakin pullarının olmadığını, mandarinin pullarının sabah gətirib verəcəklərini deyərək onun razılıq verib-vermədiyini soruşmuşdur. O da buna etiraz etməyərək mandarinləri aparmalarına icazə vermişdir. Ertəsi gün, yəni 18 oktyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində işlətdiyi mağazada olarkən həmin 4 nəfər şəxs mağazaya gəlmişdir. Onlardan Təqsirləndirilən şəxs dünən apardıqları malın pulunu və bu gün aparacaqları malın da pulunu gətiriblər aparıb evdə həyat arvadına verəcəklər. Bundan sonra o, onlara inanaraq gedib həyətdəki qalan mandirnləri də götürmələrinə icazə vermişdir. Həmin gün axşam saatlarında o, evə getmişdir. Arvadı Nurcan həmin şəxslərin dünənki mandarinləri 386 manat pulun verdiklərini, lakin bu gün yığıb apardıqları 533 kq mandarinlərin pulu olan 533 manatı sabahısı gün gətirib verəcəklərini demişdir. O da artıq onlara inandığı üçün bir söz deməmişdir. Təxminən 3-4 gün sonra oğlu Şamil Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsinə zəng edib mandarinlərin pulun istədikdə hələ imkanının olmadığını, imkanı olan kimi verəcəyini demişdir. Təqsirləndirilən şəxs 533 manat pulu verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 533 manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o,ailə üzvləri ilə birlikdə Astara rayonu Çayoba kəndində yaşayır. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hər il öz həyətində becərdiyi naringiləri gələn müştərilərə satırmış. Mövsüm vaxtı müxtəlif bölgələrdən gələn müştərilər ondan və ya başqa şəxslərdən gəlib tonlarla naringi və ya digər sitrus meyvələri alıb aparmışlar. Hər dəfə olduğu kimi xx.xx.2022-ci il tarixdə günorta saatlarında Lənkəran rayon sakini olan X10 tək yaşadığı evin həyətinə gələrək həyətdəki mandarinləri almaq istədiyini, satdıqdan sonra pulunu gətirib verəcəklərini demişdir. O da etiraz etməmişdir. Bundan sonra həyətdəki mandarinləri ona 1 kq-nı 90 qəpiyə satmağına razılaşmışdır. Qadir də həmin mandarinləri yığmaq üçün ertəsi gün səhər saatlarında gələcəyini bildirmiş və çıxıb getmişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Əmrah, qardaşı Qadirlə həyətinə gəlmişdir. Yanlarında tanımadığı 2 nəfər oğlan da olmuş və onlar ora dövlət qeydiyyat nişanını bilmədiyi “Az-Samand” markalı avtomobillə gəlmişlər. Həmin vaxt Qadir onunla danışıb bildirmişdir ki, mandarinləri ondan özü alır və aparıb satdıqdan sonra gətirib pulunu verəcəkdir. O da ona heç bir etirazını bildirməmişdir. Bundan sonra onlar həyətdən 700 kq mandarin dərmişlər. Dərdikldəri mandarinləri həmin maşına yığıb getmişlər. Ertəsi gün o, mandarinlərin pulunu gətirmədiyini görüb Qadirə zəng etmişdir. Qadir də 5-6 günə gətirib pulu verəcəyini demişdir. Lakin onun dediyi vaxtda da Qadir gətirib pulunu verməmişdir. Hər dəfə ona zəng edib pulunu istədikdə müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini demişdir. O da Qadirin onu aldatdığını fikirləşib bu barədə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. dim. Hal-hazırda Təqsirləndirilən şəxs 630 manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, ailə üzvləriylə birlikdə Lənkəran rayonu Xanbulan kəndində kəndində yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. O, bağlarda fəhlə kimi işləyərək meyvə yığmaqla məşğul olur. Təqsirləndirilən şəxs və digər qohumları belə bir iş olanda ona xəbər vermişlər və o da meyvə yığıb ailəsini dolandırmışdır. 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Qadir ona demişdir ki, Astara rayonunda bir nəfərin evində mandarin yığmaqda fəhlə kimi kömək etsin. Maddi vəziyyətləri yaxşı olmadığına görə o da Qadirlə getmişdir ki, əlavə fəhlələrə pul verməsin. Bundan sonra o, Qadir, tanımadığı bir nəfər və qaynının arvadı Natavanla tanımadığı taksi ilə həmin ünvana getmişlər. Onlar orada xeyli miqdarda mandarini ağacdan dərib həyətə yığmışlar. Daha sonra oradan çıxıb tanımadığı maşınla yaşadğı evə getmişlər. Qadir ona ancaq fəhlə kimi 15 manat pul vermişdir və başqa pul verməmişdir. Sonradan bilmişdir ki, Qadir aldığı naringilərin pulunu sahibinə qaytarmamışdır və buna görə həbs olunmuşdur. Məhkəmə iclasında dindirilən şahidlər X3 və X14 da şahid X5 ifadəsinə uyğun ifadə verməklə onun göstərdikləri xususatları bir daha da təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən alınmış mütəxəssis rəyindən məlum olur ki, naringi meyvəsinin 2022-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin 0,90 – 1,00 manat olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 20 dekabr 2022-ci il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran şəhər İH başçısının Xanbulan kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Məmmədli X9 rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinin materiallarında olan Lənkəran şəhər İH başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə, Lənkəran rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdən bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 03 (üç) ay, 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Lənkəran rayonu, Xanbulan kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən onlara tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 03 (üç) ay, 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 07 (yeddi) ay, 20 (iyirmi) gün çıxılmaqla, üzərində 02 (iki) il, 04 (dörd) ay, 10 (on) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Xanbulan kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-50/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-50/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver