Məhkəmə qərarları › İş №1(018)-50/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-50/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-50/2024 17.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, İran İslam Respublikasının Rusiya vətəndaşı, orta təhsilli,evli, sürücü işləmiş, İran İslam Respublikasının Astara şəhəri, Sibli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təsiredici maddəsinin miqdarı 0,0075 qram təşkil edən 7 ədəd bütöv və 1 ədəd yarım həb alprazolam psixotrop maddəsini idarə etdiyi "Tractor" markalı, 90AC761/762 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş kiçik yeşikdə yerləşdirib saxlamış, Azərbaycan Respublikasına daşıyaraq 17 mart 2024-cü il tarixdə, saat 22:40 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və yoxlama zamanı həmin psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, mədəsində olan yara ilə əlaqədar kəskin ağrıları olanda və ağrıları ilə bağlı yuxusuzluqdan əziyyət çəkəndə təqribən 2023-cü ilin noyabr-dekabr ayından arabir "alprazolam" adlı həblərdən istifadə etmişdir. Həmin həbləri həkim tərəfindən verilmiş resept əsasında əldə və qəbul etmişdir. 17 mart 2024-cü il tarixdə idarə etdiyi "Tractor" markalı, 90AC761/762 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş kiçik yeşikdə aşkar edilmiş 7 ədəd bütöv və 1 ədəd yarım həb alprazolam psixotrop maddələrini o, gizlətməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib 17 mart 2024-cü il tarixdə idarə etdiyi "Tractor" markalı, 90AC761/762 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş kiçik yeşikdə aşkar edilmiş 7 ədəd bütöv və 1 ədəd yarım həb alprazolam psixotrop maddələrini gizlətmədiyini bildirməsi onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İran İslam Respublikası, Astara şəhəri, Sibli kəndində qeydiyyatda olmaqla yaşamışdır. Təqribən 2021-ci ildən yük nəqliyyat vasitəsi sürücüsü işləməklə beynəlxalq yük daşımalar ilə məşğul olmuşdur. İdarə etdiyı "Tractor" markalı, "90AC761/762" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xalası oğlu, İran İslam Respublikasının Astara şəhər sakini Kiarəş Didban adlı şəxsə məxsusdur. Təqribən 2019-cu ildən mədəsində yara yaranmışdır. Mədəsində olan yara ilə əlaqədar kəskin ağrıları olanda və ağrıları ilə bağlı yuxusuzluqdan əziyyət çəkəndə təqribən 2023-cü ilin noyabr-dekabr ayından arabir "alprazolam" adlı həblərdən istifadə etmişdir. Həmin həbləri həkim tərəfindən verilmiş resept əsasında əldə və qəbul etmişdir. 2023-cü ilin noyabr-dekabr ayında həyat yoldaşı İran İslam Respublikasının Astara şəhərində yerləşən aptekdən onun istifade etməsi üçün həkim resepti əsasında üzərində "Alprokim Alprozolam 1" yazısı olan 1 (bir) eded konvalyutda 10 (on) həb "alprazolam" adlı dərman preparatı almışdır. Həmin dərman preparatından cəmi 2 (heb) və 1 (bir) həb parçası istifadə etmişdir. Qalan həbləri isə ağrıları olacağı təqdirdə istifadə etmək məqsədi ilə üçün üzərində gəzdirmişdir. Təqribən 12 mart 2024- cü il tarixdə İran İslam Respublikasının Astara şəhərində yaşayan Mehdi adlı şəxs ona İran İslam Respublikasının Babol şəhərində "portağal" yükünün olduğunu demiş və həmin yükü Azərbaycan Respublikasının Bakı şəhərinə aparmağı təklif etmişdir. O, da Mehdi adlı şəxsin bu təklifinə öz razılığını vermiş, "Tractor" markalı, "90AC761/762" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Babol şəhərində getmiş və həmin yüku idarə etdiyi nəqliyyat vasitəsinə yüklədikdən sonra yola çıxmışdır. Yola çıxarkən 7 həb və 1 həb qırıntısı olan, üzərində "Alprokim Alprozolam 1" yazısı qeyd edilmiş dərman vasitəsini idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikə qoyaraq orada saxlamışdır. 17 mart 2024-cü il tarixdə "Tractor" markalı, "90AC761/762" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə İran İslam Respublikasının Astara gömrük postuna daxil olmuş və həmin gün İran-Azərbaycan sərhədini keçib Azərbaycan Respublikasının Astara gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və İdarə etdiyi yük nəqliyyat vasitesinde gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlerin olubolmamasını ondan soruşmuş, o, isə öz növbəsində onda qadağan olunmuş, gömrük nezarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı ona idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini demiş və bu məqsədlə 2 (iki) nəfər şahid dəvət edərək onların İştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında - ön şüşə ile tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikdə üzərində "Alprokim Alprozolam 1" yazısı olan 1 (bir) ədəd konvalyut aşkar etmişdir. Həmin konvalyuta baxış zamanı 1 (bir) eded konvalyutda açıqgöy rəngli, bir xətli 7 (yeddi) ədəd həb və açıq-göy rəngli 1 (bir) ədəd həb parçası olduğu məlum olmuşdur. Daha sonra gömrük əməkdaşı ona üzərində şəxsi yoxlama aparılacağını demiş və hal şahidlərinin iştirakı ilə üzərini yoxlamışdır. Lakin şəxsi yoxlama zamanı üzərindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasından aşkar olunmuş açıq- göy rəngli, bir xətli 7 (yeddi) ədəd həb və açıq-göy rəngli 1 (bir) ədəd həb parçası mənim və şahidlərin iştirakı ilə gömrük əməkdaşı tərəfindən görürülmüş, Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən bir otağa gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Daha sonra sənədlərlə tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. "Alprazolam" adlı dərman preparatının Azərbaycan Respublikası ərazisində qadağan olunduğunu təqribən bilmiş, ona görə də həmin dərman preparatını nəqliyyat vasitəsinin kabinasında gizlətmiş və sorğu-sual zamanı da bəyan etməmişdir. Narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Sadəcə 3 dəfə alprazolam dərman vasitəsini qəbul etmişdir. Həmin həbləri istifadə edə bilməsi üçün həkim tərəfindən yazılmış resepti olmuş, lakin resept üzərində deyil, İran İslam Respublikasındakı evində olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, Astara Gömrük İdarəsinin Biləsuvar şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 17 mart 2024-cü il tarixdə, saat 22 radələrində həmyerlisi Şahid3 ilə birlikdə Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin qarşısında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş yük nəqliyyat vasitəsinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük xidməti əməkdaşı ilə birlikdə Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinə daxil olmuşlar. Yoxlama keçirilməzdən öncə gömrük xidməti əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Daha sonra gömrük xidməti əməkdaşı onları əvvəllər tanımadığı, orada şəxsiyyəti ona məlum olan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi "Tractor" markalı "90AC761/762" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini qeyd edilən sürücünün, onun və digər hal şahidinin iştirakı ilə yoxlamağa başlamışdır. Yoxlama zamanı gömrük əməkdaşı nəqliyyat vasitəsinin kabinasında - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikdə 1 konvalyutda, açıq-göy rəngli 7 ədəd bütöv və 1 ədəd yarım həbdən ibarət "Alprokim Alprazolam 1" göstəricili dərman preparatı aşkar etmişdir. Daha sonra gömrük əmrük əməkdaşı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, lakin şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. X10 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs İdarə etdiyi "Tractor" markalı "90AC761/762" dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasından - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikdən aşkar edilmiş 1 konvalyutda, açıq-göy rəngli 7 ədəd bütöv və 1 ədəd yarım həbdən ibarət "Alprokim Alprazolam 1 göstəricili dərman preparatı gömrük əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Bütün bunlarla əlaqədar gömrük əməkdaşı tərəfindən protokollar tərtib edilmiş, həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin baş müfəttişi işləyir. 17 mart 2024-cü il tarixdə saat 22 radələrində vəzifə borcunu yerinə yetirərkən şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi "Tractor" markalı "90AC761/762" dövlət qeydiyyat nişanlı yük avtomobili ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Bundan sonra yük nəqliyyat vasitəsinə baxış keçirəcəyi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Yoxlamaya başlamazdan əvvəl sürücü Təqsirləndirilən şəxs ile şifahi sorğu- sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olubolmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzrətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını ona bildirmişdir. Bundan sonra hal şahidləri dəvət edərək İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi "Tractor" markalı "90AC761/762" dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini hal şahidlərinin və sürücü Təqsirləndirilən şəxs İştirakları ilə gömrük nəzarəti qaydasında yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitesinin kabinasında ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikdə Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi 1 konvalyutda, açıqgöy rəngli 7 eded bütöv və 1 ədəd yarım həbdən ibarət "Alprokim Alprazolam 1 göstericili dərman preparatı aşkar etmişdir. Daha sonra yaranmış zərurətlə elaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddesine esasen İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, lakin şexsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. X10 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi "Tractor" markalı "90AC761/762" dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı yuk nəqliyyat vasitəsinin kabinasından ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyululması üçün nəzərdə tutulmuş kiçik yeşikdən aşkar edilmiş 1 konvalyutda, açıq-göy rəngli 7 ədəd bütöv və 1 ədəd yarım həbdən ibarət "Alprokim Alprazolam 1" göstəricili dərman preparatı tərəfindən götürülərək qablaşdırılmışdır. Bütün bunlarla əlaqədar tərəfindən protokollar tərtib edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin yoxlanılmasında və şəxsi yoxlamada iştirak edən şəxslər həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz İmzaları ilə təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1588 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Astara Gömrük... Təqsirləndirilən şəxs..." və sairə yazılar olan 203679 N№-li polietilen paketdəki üzərində "Alprokim...Alprozolam 1" göstəriciləri olan 01 ədəd blisterdə ümumilikdə 0,0075 qram alprazolam təsiredici maddəsi müəyyən edilmişdir. Alprozolam 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddelerin siyahısı"na (Siyahı İİİ) daxildir.Aparılmış tədqiqatdan sonra alprozolam psixotrop maddəsinin qalıq sayı 4 həbs olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin ekspertlərinin verdiyi 30 mart 2024-cü il tarixli, 2030 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər sübutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2024-cü il tarixdən, saat 22:45-dən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.” Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan, 04 ədəd həb alprazolan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 17 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 04 ədəd həb alprazolan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar