Məhkəmə qərarları › İş №1(018)-51/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-51/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-51/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1998-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, müvəqqəti işləməyən, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Astara rayonu Maşxan kəndində sahəyə gedən torpaq yolda Təqsirləndirilən şəxs ilə yeznəsi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs yeznəsi Zərərçəkmiş şəxs ayağının topuq nahiyəsinə təpiklə vurub üz üstə yerə yıxaraq sonuncuya burun nahiyəsinin yerini dəyişməyən sınığı, hər iki göz altı nahiyələrində qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamliğa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o və yeznəsi Zərərçəkmiş şəxs Astara rayonu Çayoba kəndindən toy şənliyindən çıxib Astara rayonu Maşxan kəndinə fermaya gedən zaman, sərxoş olan yeznəsi Zərərçəkmiş şəxs onunla zarafat etməyə başlmış, lakin o, Bayramin zarafatından xoşu gəlmədiyi ücün ona bu barədə iradini bildirmişdir. Lakin yeznəsi Bayram zarafatını davam etdirdiyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zaman təpiklə arxadan Bayramın topuq nahiyəsində vurmuş və nəticədə Bayram yerə yixilmışdır.Sonra onu yerdən qaldirdiqda Bayramın üz və burun nahiyəsində qan olduğunu görmüşdür. Sonra bilmişdir ki, Bayramın anası Süraya onun barəsində şikayət etmişdir. Əlavə olarq bildirdi ki, dava-dalaş zamanı hadisə yerində kənar şəxslər olmamış, dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 18 radələrində o, spirtli içki qəbul edib qayni X5 rayonu Maşxan kəndində ara yolla fermaya gədən zaman o, qayni Tapdiq ilə zarafat etmiş, lakin zarafatı Tapdıqın xoşuna gəlmədiyi üçün ona bu barədə iradini bildirmişdir.Tapdiqın ona irad bildirməsi onu əsəbləşdirmiş və aralarında mübahisə baş vermiş, mübahisə zamanı Tapdıq onun arxasindan təpiklə topuq nahiyəsindən vurmuş və o, üz üstə yerə yıxılmış, nəticədə üz və burun nahiyəsindən xəsarət almışdır. Sonra anası Sürəya onun yanına gələn zaman onun burun nahiyəsindən qan gəldiyini görüb ondan nə baş verdiyini soruşmuş, o da anasına hadisəni danışdıqdan sonra anası Titəbalayeva Sürəya DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 35 N-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamani onun bədəni üzərindəburun nahiyəsinin yerini dəyişməyən sınığı, hər iki göz altı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasina səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş arayışda Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Pəlikəşkənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasi göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar