Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-51/2024 05.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Astara rayonu, Pensər kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayon məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmiş, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Astara rayon məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli niqdarda -0,624 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 mart 2024-cü il tarixdə, saat 10:05də Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pensər kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,624 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, təqsirli deyil. Polis əməkdaşları ona təzyiq göstərərək,metamfetamini onun cibinə qoymuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur.Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 6 ildir ki, “kakos” adlanan narkotik vasitə heroin və “patı” adlanan psixotrop maddə metamfetamindən istifadə etmiş, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum olunmuş, sonuncu dəfə Astara RPŞ-nin əməkdaşları tərəfindən 27 sentyabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılmış, 2023-cü ilin noyabr ayında Astara rayon məhkəməsinin hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum olunsa da yenə də narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə davam etmiş, 06 mart 2024-cü il tarixdə, səhər tezdən yuxudan oyanıb, "patı” almaq məqsədi ilə mikroavtobusla Lənkəran şəhərinə yola düşmüş, təxminən saat 09 radələrində Lənkəran rayon mərkəzi bazarının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə aludəçisi olan bir .ötərdən 10 manata 1 ədəd bükümdə "patı” adlanan psixotrop maddə olan metamfetamin almiş, sonra isə mikroavtobusa oturub, yaşadığı kəndə yola düşmüşdür. Yaşadığı evin yaxınlığında mikroavtobusdan düşmüş və evinə tərəf piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyini əildirmişlər. Bundan sonra polislər avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsini təklif etmiş, təklifdən sonra əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon, əynində olan şalvarın sağ arxa cibindən 15 manat məbləğində pul və şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə metamfetamini təqdim edib masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparsa da təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı əşya aşkar edilməmiş, təqdim etdiyi 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CABın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 mart 2024-cü il tarixdə Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvələr məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, məlumatı dərhal şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində ondan başqa polis əməkdaşı Şahid2 da iştirak etmişdir. Fuadla birlikdə ilk öncə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüş və Rahimin 06 mart 2024-cü il tarixdə, saat 10:05-də Astara rayonu, Pensər kəndində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşdür. Avtomobildən düşərək, dərhal Rahimə yaxınlaşmış və ona özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərinə şəxsi axtarış keçirəcəklərini demişdir. Rahim həmkəndlilərinin onu tanıdığını, həmin səbəbdən də utandığını bildirib, onu polis şöbəsinə gətirmələrini xahiş etmiş və şöbədə üzərində axtarış aparılmasını istəmişdir. Ona görə də Rahimi avtomobilləri ilə Astara RPŞ-yə gətirmiş, Rahim Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra təhqiqatçı Özcan Quluzadə tərəfindən şöbədə olan otaqların birində video çəkilişdən istifadə edilməklə, Müdafiəçi iştirakı ilə Rahimin üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışın əvvəlində Rahimə hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon, əynində olan şalvarın sağ arxa cibindən 15 manat pul, şalvarın sağ yan cibindən isə 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, sonra Rahimin üzərində axtarış aparılsa da təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Rahimin üzərindən aşkar edilmiş sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,66 qram olması müəyyən edilmiş, müəyyən edildikdən sonra götürülərək 01 ədəd zərfdə qablaşdırılmış və zərf ekspertizaya təqdim edilməsindən ötrü möhürlənmişdir. Zərf möhürləndikdən sonra Rahim, onun müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslərlə birlikdə zərfi imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf sellofanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, metamfetamini Lənkəran rayon mərkəzi bazarından tanımadığı şəxsdən 10 manata aldığını, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını demiş, şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, Rahim, müdafiəçisi və digər iştirakçılarla birlikdə protokolu imzalarıyla təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Astara RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis baş >erjantıdır. 06 mart 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Astara rayonu, Pensər kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, qrup yaradılmış və qrupun tərkibinə o da daxil edilmişdir. Əməliyyat qrupunun tərkibində ondan başqa Şahid1 də iştirak etmiş, Rahimin 06 mart 2024-cü il tarixdə, saat 10:05-də Astara rayonu, Pensər kəndində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər. Avtomobildən düşərək, dərhal Rahimə yaxınlaşmış, ona özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Rahim həmkəndlilərinin onu tanıdığını, ona görə də utandığını bildirib, onu polis şöbəsinə gətirmələrini xahiş etmiş, Rahimi avtomobili ilə birlikdə Astara RPŞ-yə gətirmişlər. Rahim Astara RPŞ-yə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, bundan sonra təhqiqatçı tərəfindən video çəkilişdən istifadə edilməklə, müdafiəçinin iştirakı ilə Rahimin üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışın əvvəlində Rahimə hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon, əynində olan şalvarın sağ arxa cibindən 15 manat pul, şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, sonra Rahimin üzərində axtarış aparılsa da təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Rahimin üzərindən aşkar edilmiş sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra götürülərək 01 ədəd zərfdə qablaşdırılmış və zərf ekspertizaya təqdim edilməsindən ötrü möhürlənmişdir. Zərf möhürləndikdən sonra Rahim, onun müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslərlə birlikdə zərfi imzalamışdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəmə fıziki-kimyəvi ekspertiza” üzrə verilmiş 06 mart 2024-cü il tarixli, 19/214 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -0,624 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,574 qramdır. İş üzrə təyin edilib keçirilmişAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 03 aprel 2024-cü il tarixli, 322 saylı rəyindən ki, “Təqsirləndirilən şəxs Opoidlərin qəbulundan yaranan Aasılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən "Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir.Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara RPŞ-də CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi üzrə ibtidai istintaq aparılaraq 29 sentyabr 2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, cinayət işi materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 16 noyabr 2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 1(018)-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzası 02 (iki) il 05 (beş) ay 12 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 202 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri həyat yoldaşı və xx.xx.2015-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3r. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 202 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində iki nəfər azyaşlı üşağının olmasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxsna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 4(018)-32/2024 saylı, 07.03 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlamanın əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 4(018)-16/2024 saylı, 20.05 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işi üzrə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 18 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2023-cü ildən "Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durmağı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki,Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq - 0,574 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Astara Rayon Məhkəməsinin 1(018)-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 12 (on iki) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2023-cü ildən "Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durmağı nəzərə alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq - 0,574 qram olan metamfetaminhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-51/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-51/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver