Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-51/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş,ailəli üç uşaq atası, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində mülkiyyətində olan “VAZ 21041” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara rayonu, Pensər kəndi ərazisində asfalt örtüklü yolla hərəkətdə olarkən «X24» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq (sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır ) yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən xx.xx.1984-cü il təvəllüdlü piyada X4 gördükdə diqqətini, daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmaqla, qarşıda hərəkət hissəsinin sağ kənarından sol tərəfə yolu keçən piyadanın hərəkətdə olmasını nəzərə alıb vaxtında tədbir görməklə idarə etdiyi VAZ 21041 markalı avtomobilin sürətini azaltmayaraq və piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməyərək, sonuncunu vurub açıq kəllə beyin travması, kəllə sümüklərinin açıq çox qəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması , alın-təpə nahiyəsində dəri və yumşaq toxuma çatışmazlığı ilə müşahidə olunan əzilmiş-cırılmış yara, hər iki bud sümüklərinin qapalı sınığı, sol əlin İİ-İİİ daraq sümüklərinin sınığı, sol əl nahiyəsində əzilmiş-cırılmış yara ilə müşaiyət edilən, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. X4 həmkəndli kimi tanımış, özü və ailəsi ilə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. etmişdir. 18 noyabr 2024-cü il tarixdə saat 17 radələrində öz adına olan VAZ 21041 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Astara rayonu, Pensər kəndində olan evinə doğru hərəkət edirmiş. Həmin vaxt hava yağışlı olmuş və avtomobildə tək olmuşdur. Seyid Camal türbəsi adlandırılan ərazidən keçdikdən sonra təxminən 15 metr irəlidə bir nəfər piyadanın yolu sağ kənarından sola doğru keçmək istədiyini görmüşdür. Xəbərdarlıq məqsədilə siqnaldan istifadə etmiş və bu zaman piyada geri çəkilmişdir. Lakin həmin piyadaya çatmağına təxminən 4-5 metr qalmış piyada yolu sağ kənarından sola doğru qaçaraq hərəkətə başlamışdır. Dərhal əyləcdən istifadə etsə də, avtomobili dayandıra bilməmiş və piyadanı vurmamaq üçün sükanı sola tərəf istiqamətləndirmiş, həmin vaxt piyada da həmin istiqamətdə qaçdığı üçün avtomobilin ön sol tərəfi ilə piyadanı vurmuşdur. Qəza baş verən anda hərəkət surəti təxminən 60 km/saat olmuş, piyadanı vurduqdan sonra piyada avtomobilin ön hissəsinə yıxılaraq kənara düşmüşdür. O isə yolun sol kənarında olan dirəyə dəyərək dayanmışdır.Dərhal avtomobildən düşüb piyadaya yardım etmək üçün yaxlınlaşdıqda piyadanın yol kənarında olan hasarın dibində cansız vəziyyətdə uzandığını görmüşdür. Bu barədə dayısı oğluna zəng edərək bildirmiş və hadisə yerində qalaraq gözləmişdir. Bundan sonra oraya polis əməkdaşları gəlmiş və polis əməkdaşlarına baş verənləri danışaraq hadisə yerini göstərmişdir.Daha sonra sərxoşluq müayinəsindən keçirilmiş və rayon Polis Şöbəsinə ifadə vermək üçün gəlmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ehtiyatsizlıqdan törətdiyi hadisəyə görə məyus olduğunu bildirərək zərərçəkmiş şəxsin hüquqi varisindən üzür istəmiş və onu bağışladıqlarına görə öz minnətdarlığını bildirmişdir.Daha sonra son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ,himayəsində üç azyaşlı uşağın olduğunu ,dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 17 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Astara rayonu, Pensər kəndi ərazisində yol nəqliyyat hadisəsi zamanı həyatını itirən X6 onun bacısı olmuşdur. Hadisə baş verdiyi tarixdə bacısının yaşadığı ata evində olmuş və evdə olan sobanı təmir etmişdir. Adını bilmədiyi, lakin kənd sakini Qismətin qaynı kimi tanıdığı şəxs və yanında olan bir nəfər digər qonşusu həyətlərinə gələrək bacısı Xəyaləni maşın vurduğunu bildirmişlər.Dərhal hadisə baş verdiyi yerə getmişdir. Hadisə yerinə gəldikdə bacısının Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21041 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində öldüyü ona məlum olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs onlara dəymiş ziyana görə iyirmi min manat ödəmiş və üzrxahlıq etmişdir.Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bütün bunları nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞ-nin DYP-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 17 noyabr 2024-cü il tarixdə xidmətdə olan zaman saat 17 radələrində Astara RPŞ-nin X10 rayonu, Pensər kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar məlumat daxil olmuş və daxil olmuş məlumat ilə əlaqədar olaraq birlikdə xidmət apardığı Astara RPŞ-nin DYP-nin YPX-nin inspektoru Şahid2 ilə birlikdə hadisə baş verən əraziyə yollanmışdır. Hadisə yerinə çatdıqda orada Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21041 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 vurması və sonuncunun hadisə yerində ölməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerində olmuş və heç bir xəsarət almadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin piyadanı vurduqdan sonra yolun kənarında olan dirəyə dəyməsi müəyyən olunmuşdur.Onların iştirakı ilə piyadanın vurulduğu yerdə ölçülər aparılmış və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmışdır.Baxışda iştirak edən şəxslər protokola imza etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 onda öncə dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verərək işin yuxarıda göstərilən xususatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (iş vərəqi 4-9) yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan,əlavəsi olan sxem və fotocədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Astara rayonu, Pensər kəndində yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla yaş, düz və hamar olmuş, hadisə yerində işıqlandırma olmamış, sürət məhdudiyyəti 60 km/saat olmuşdur. Hadisədən öncə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21041 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara şəhərindən Şiyəkəran kəndi istiqamətində hərəkətdə olmuşdur. Avtomobil yolunun eni 6,60 metr olmaqla, hərəkət zolağının eni 3,30 metr olmuş, yolda hər hansı yol nişanı mövcud olmamışdır. Baxış zamanı hadisə yeri sürücü Təqsirləndirilən şəxs hadisəni təsvir edərək baş verənləri göstərməsinə əsasən aparılmışdır. Baxış zamanı avtomobilin piyadanı vurduqdan sonra yolun kənarında olan dirəyə dəyməsi müəyyən olunmuşdur. Piyadanın vurulduğu yerdən meyitin oldu yerə qədər məsafə 11,30 metr, əzilmiş dirəyə qədər məsafə 8,80 metr, avtomobilin qəzadan sonra dayandığı yerəv qədər məsafə 11,70 metr olmuşdur. Avtomobilin qəzadan sonra dayandığı yerdə arxa sağ təkərdən yolun sol hərəkət hissəsinin başlanğıcına qədər 3,18 metr, arxa sol təkərdən 2,88 metr, qabaq sağ təkərdən 0,2 metr məsafə olmuş, qabaq sol təkər yolun 0,20 metr hərəkət hissəsində yerləşmişdir. Piyadanın vurulduğu yedən yolun sağ kənarına məsafə 4,2 metr olmuşdur. X20 təhlükənin yarandığı andan vurulduğu yerə qədər 4,76 metr məsafə qət etmişdir. Hadisə baş verən yerdə hər hansı tormoz izi mövcud olmamışdır. İş materiallarında olan (iş vərəqi 10-17) hadisə yerinin foto şəkillərindən görünür ki, **-ME-*** dövlət qeydiyyat nişanlı VAZ 21041 markalı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində yol nəqliyyat hadisəsinin baş verdiyi yeri və avtomobili göstərir. Foto şəkildə **-ME-*** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı minik avtomobilinin qabaq sağ kapot hissəsində zədə izləri aşkar edilir. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 60-64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən verilmiş 17 noyabr 2024-cü il tarixli 23 saylı rəyindən görünür ki, X2 bədəni üzərində - açıq kəllə beyin travması, kəllə sümüklərinin (alın-təpə) açıq çox qəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilibdağılması (beyin toxuması bədən səthinə səpələnmiş formadadır), alın-təpə nahiyəsində dəri və yumşaq toxuma çatışmamazlığı ilə müşahidə olunan əzilmiş-cırılmış yara, hər iki bud sümüklərinin qapalı sınığı, sol əlin İİ-İİİ daraq sümüklərinin sınığı, sol əl nahiyəsində əzilmiş-cırılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar kəllə sümüklərinin açıq çox qəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması səbəb olmuşdur. İş materiallarında olan (iş vərəqi 75-77) məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/3251 nömrəli rəyindən məlum olur ki, VAZ 21041 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X24“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan (iş vərəqi 25) sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17 noyabr 2024-cü il tarixli 001602 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan (iş vərəqi 26-28) DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən 30 noyabr 2022-ci il tarixində verilmiş BD 416662 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən görünür ki, 30 noyabr 2032-ci il tarixədək etibarlıdır. İş materiallarında olan (iş vərəqi 104-105) xx.xx.2025-ci il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 82-ci vərəqində olan 15 fevral 2025-ci il tarixli "şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 124-127-ci vərəqlərində olan Astara Rayon Məhkəməsinin 4(018)- 14/2025 saylı 17 fevral 2025-ci il tarixli qərarıdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş təqdimat və vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həsdən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 128-129) 17 fevral 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 41) Azərbaycan Respublikası DİN-nin BƏSİİtərəfidən 26 noyabr 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 102) Astara rayon İcra Hakimiyyəti Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zeynulla Şükürov tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və ailə üzvləri - arvadı-X3, oğlu-X15 (xx.xx.2007-ci il təvəllüdlü), qızı-X11 (xx.xx.2009-cu il təvəllüdlü), qızı-X7 (xx.xx.2014-cü il təvəllüdlü) ilə birlikdə yaşayırlar. İş materiallarında olan (iş vərəqi 103) Astara rayon İcra Hakimiyyəti Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zeynulla Şükürov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilən şəxsdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən məhkəməyə təqdim edİmiş 06 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyana görə iyirmi min manat zərərçəkmiş şəxsin hüquqi varisi X8 ödəniş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla bağlı gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır.Bu səbəbdən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol, hadisə yerinin sxemi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilmişdir.Sübutlar mötəbərdir və qanuni yolla əldə edilmişdir. QANUNVERİCİLİK : «X24» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X24» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “X24” «X24» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “«X24» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur,odur ki, O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan(qardaşı) hüquqi varisi ilə barışıq əldə etməsini və CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi X19 müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı X19 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-158.2-ci maddəsinə əsasən şəxsin həbsdə saxlandığı müddətə daxildir- tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığında olduğu müddətlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanının müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli,həbsdə olduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan şıxılmalı,barəsində seçilmiş “polisi nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını X19 Müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı X19 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfini təşkil edən məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir il) 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını X19 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-51/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-51/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver