Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-52/2024 21.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X4, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, 01 iyun 1998-ci il tarixdə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, işləməyən, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi; 11 mart 2003-cü il tarixdə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi; 30 yanvar 1998-ci il tarixdə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, işləməyən, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün X2 vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 1 mart N4-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdikdən sonra maneə çəpərindən 150 metr içəridə, 141 nömrəli sərhəd nişanından 150 metr solda, dövlət sərhəd xəttindən 100 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün X2 vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 1 mart N4-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdikdən sonra maneə çəpərindən 150 metr içəridə, 141 nömrəli sərhəd nişanından 150 metr solda, dövlət sərhəd xəttindən 100 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün X2 vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 1 mart N4-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdikdən sonra maneə çəpərindən 150 metr içəridə, 141 nömrəli sərhəd nişanından 150 metr solda, dövlət sərhəd xəttindən 100 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olmaqla, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Ailəlidir. Saxlanıldığı gündən təxminən bir həftə əvvəl rəsmi yolla əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasının Tehran şəhərinə getmişlər. Tehran şəhərində olduqları zaman Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxsi gördükdən sonra hər üçü də birlikdə Tehran şəhərində işləmək qərarına gəlmişlər. Lakin, orada miqrant olmaları səbəbindən işləyə bilmədiklərindən internet üzərindən gördükləri Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Fikirləşmişlər ki, Azərbaycan Respublikasında işləmək və yaşamaq üçün özlərinə lazımi şərait yarada bilərlər. Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğundan, aviabilet almaq üçün isə maddi cəhətdən imkanları olmadığından, rəsmi yolla Azərbaycan Respublikasına gələ bilməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə gəlməyi qərarlaşdırmışlar. N4-cü ilin fevral ayının son günlərində mobil telefondakı “Google Maps” proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədinin harada olmasını maraqlanıb tapmış və Tehran şəhərindən həmin sərhəd istiqamətində yola düşmüşlər. 01 mart N4-cü il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedərək, havanın qaralmasını gözlədikdən sonra Astara çayını həmin gün, saat 21 radələrində keçməklə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçmişlər. Dövlət sərhədindən qanunsuz yolla keçib bir qədər irəlilədikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. 01 mart N4-cü ildə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respubliklası istiqamətində gəlməkdə məqsədləri Azərbaycan Respublikasında işləmək və yaşamaq olmuşdur. Lakin, Azərbaycan Respublikasının quru sərhədərinin bağlı olmasını bildiyindən və aviabilet almaq üçün pulu olmadığından qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçməkdə onlara hansısa bir şəxs köməklik etməmiş, mobil telefonda olan “Google Maps” proqramı vasitəsi ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinin haradan keçməsinə baxıb həmin istiqamətdə irəliləyərək sərhəddən qanunsuz yolla keçməklə Azərbaycan Respublikası ərazisinə gəlmişlər. Hazırda əməlindən səmimi peşimanlıq hissi keçirir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olmaqla, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Subaydır. 2019-cu ildə Əfqanıstan İslam Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında 4 il müddətində yaşadıqdan sonra N3-cü il may ayında Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, rəsmi yolla Əfqanıstan İslam Respublikasına göndərilmişdir. X1 bir il müddətində yaşadıqdan sonra orada yaşamağın çətin olduğunu görərək, İran İslam Respublikasına getməyi qərara almışdır. Saxlanılmasından təxminən iki həftə əvvəl qanunsuz yolla tək olaraq işləmək məqsədilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Tehran şəhərində olduğu zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3ı və onun tanışı Təqsirləndirilən şəxs2ı görmüş, hər üçü də birlikdə Tehran şəhərində işləmək qərarına gəlmişlər. Lakin, orada miqrant olmaları səbəbindən işləyə bilmədiklərindən internet üzərindən gördükləri Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Fikirləşmişlər ki, Azərbaycan Respublikasında işləmək və yaşamaq üçün onlara şərait yaradıla bilər. Lakin, Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğundan, aviabilet almaq üçün isə maddi cəhətdən imkanları olmadığından rəsmi yolla Azərbaycan Respublikasına gələ bilməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə gəlməyi qərarlaşdırmışlar. N4-cü ilin fevral ayının son günlərində mobil telefondakı “Google Maps” proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədinin harada olmasını maraqlanıb taparaq Tehran şəhərindən həmin sərhəd istiqamətində yola düşmüşlər. 1 mart N4-cü il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedərək havanın qaralmasını gözlədikdən sonra Astara çayını həmin gün, saat 21 radələrində keçməklə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçmişlər. Dövlət sərhədindən qanunsuz yolla keçib bir qədər irəlilədikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. 01 mart N4-cü ildə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respubliklası istiqamətində gəlməkdə məqsədi Azərbaycan Respublikasında işləmək və yaşamaq olmuş, lakin Azərbaycan Respublikasının quru sərhədərinin bağlı olmasını bildiyindən və aviabilet almaq üçün pulu olmadığından qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçməkdə onlara hansısa bir şəxs köməklik etməmiş, mobil telefonda olan “Google Maps” proqramı vasitəsi ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinin haradan keçməsinə baxıb həmin istiqamətdə irəliləyərək sərhəddən qanunsuz yolla keçməklə Azərbaycan Respublikası ərazisinə gəlmişlər. Əvvəllər Azərbaycan Respublikasında olmadıqlarına görə məqsədləri Azərbaycan Respublksında gəlib işləmək olmuşdur. Əməlindən səmimi peşimanlıq hissi keçirir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olmaqla, Əfqanıstan İslam Respublikasının Təxar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2017ci ildə qeyri-rəsmi yolla Əfqanıstan İslam Respublikasından Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikası ərazisində dörd il müddətində yaşadıqdan sonra N1-ci il mart ayında valideyinlərinin xahişi ilə geriyə rəsmi yolla Əfqanistan İslam Respublikasına qayıtmışdır. Əfqanıstan İslam Respublikasında üç il müddətində yaşadıqdan sonra, orada yaşamağın çətin olduğunu görərək İran İslam Respublikasına getmək qərarına gəlmişdir. Saxlanıldığı gündən təxminən bir həftə əvvəl rəsmi yolla əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Tehran şəhərində olduqları zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxsi görmüş və hər üçü birlikdə Tehran şəhərində işləmək qərarına gəlmişlər. Lakin, orada miqrant olmaları səbəbindən işləyə bilmədiklərindən internet üzərindən gördükləri Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Fikirləşmişlər ki, Azərbaycan Respublikasında işləmək və yaşamaq üçün onlara şərait yaradıla bilər. Lakin, Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğundan, aviabilet almaq üçün isə maddi cəhətdən imkanları olmadığından rəsmi yolla Azərbaycan Respublikasına gələ bilməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə gəlməyi qərarlaşdırmışlar. N4-cü ilin fevral ayının son günlərində mobil telefondakı “Google Maps” proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədinin harada olmasını maraqlanıb taparaq Tehran şəhərindən həmin sərhəd istiqamətində yola düşmüşlər. 1 mart N4-cü il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gəlib havanın qaralmasını gözlədikdən sonra Astara çayını həmin gün, saat 21 radələrində keçməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçmişlər. Dövlət sərhədindən qanunsuz yolla keçib bir qədər irəlilədikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. 01 mart N4-cü ildə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respubliklası istiqamətində gəlməkdə məqsədi Azərbaycan Respublikasında işləmək və yaşamaq olmuş, lakin Azərbaycan Respublikasının quru sərhədərinin bağlı olmasını bildiyindən və aviabilet almaq üçün pulu olmadığından qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişlər. Dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçməkdə onlara hansısa bir şəxs köməklik etməmiş, mobil telefonda olan “Google Maps” proqramı vasitəsi ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinin haradan keçməsinə baxıb həmin istiqamətdə irəliləyərək sərhəddən qanunsuz yolla keçməklə Azərbaycan Respublikası ərazisinə gəlmişlər. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DSXnin N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının rəisi vəzifəsində xidmət edir. 01 mart N4-cü il tarixdə, saat 21:00-da xidmət etdiyi sərhəd zastavasında olduğu zaman həmin vaxt “Növbətçi Operator” xidmətinə təyin edilmiş əsgər Şahid1 sərhəd zastavasının 2-ci sahəsində quraşdırılmış “PTZ” tipli müşahidə kamerasında 141 nömrəli sərhəd nişanının təxminən 100 metr sol tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində üç nəfər naməlum şəxsin hərəkətini müşahidə etdiyinə dair məlumat vermişdir. Daxil olmuş məlumat əsasında rəhbərlik etdiyi sərhəd zastavasının şəxsi heyətini “Silaha!” komandasına qaldırıb, həmin istiqamətdə hərəkət etmişlər. 01 mart N4-cü il tarixdə, saat 21:20-də dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən şəxslər sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhəd xəttindən 100 metr aralıda, 141 nömrəli sərhəd nişanından 150 metr solda, mühəndis texniki çəpərdən 150 metr içəridə tərəflərindən saxlanılmışdır. Qeyd olunan şəxsləri saxladıqdan sonra onların Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu onlara məlum olmuş və həmin şəxslər dövlət sərhədindən qanunsuz yolla keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiklərini səmimi olaraq etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ifadəsində göstərdi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. DSX-nin №-li hərbi hissə komandirinin N mart N4-cü il tarixli, 3-38/2-16/662/24 nömrəli məktubundan görünür ki, 01 mart N4-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçən Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmışlar.
2. N mart N4-cü il tarixli «hadisə yerinə baxış» protokolundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 mart N4-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikləri ərazi N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 2-ci sahəsidir.
3. DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət sərhədindən rəsmi qaydada hərəkətləri qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
1. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 06 mart N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat-sorğu kitabçasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs2na cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 mart N4-cü il tarixli, 4(009)-106/N4 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni N mart N4-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin N mart N4-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 06 mart N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat-sorğu kitabçasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 mart N4-cü il tarixli, 4(009)-105/N4 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni N mart N4-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin N mart N4-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 06 mart N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə əməliyyat-sorğu kitabçasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 mart N4-cü il tarixli, 4(009)-107/N4 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni N mart N4-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin N mart N4-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs3 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli N mart N4-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli N mart N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli N mart N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov