Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-53/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə, Astara şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində Astara rayon polis şöbəsinin inzibati binasında, ictimai təhlükəsizlik bölməsinin rəisi Şahin Osmanovun xidməti otağında Astara rayonu Məçitməhəllə kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, daha sonra aqressiv davranış nümayiş etdirərək, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxstiyyətindən üstün tutub ictimai qaydanı və polisin iş rejimini təxminən 15 dəqiqə kobud şəkildə pozaraq sonuncunu nalayiq küçə söyüşləri ilə uca səslə söydükdən sonra mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri vuraraq ona zor tətbiq etmişdir. Bununla da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Astara şəhərində yaşamaqla, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun baldızının küərəkənidir. Zərərçəkmiş şəxs baldızı qızı Aytac Həsənzadənin evdən qovduğuna görə 13 fevral 2023-cü il tarixdə ona məxsus mobil telefona zəng edərək, niyə belə hərəkət etdiyini bildirdiyini, 14 fevral 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək, Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bildirib onu RPŞ-nə dəvət etmişlər. Astara RPŞ-də İTB-nin rəisi Şahin Osmanovun yanında olan zaman Zərərçəkmiş şəxs də orada olduğunu görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs ona orada “bunun arvadı mənə gecə zəng etmişdi” dedikdə, ona bildirmişdir ki, “mən sənə zəng etmişdim”. Lakin ikinci dəfə Zərərçəkmiş şəxs həmin sözü təkrar etdiyinə görə əsəbləşib onun bədən və üz nahiyəsinə şillə və yumruq zərbələri vurmuş, dava-dalaşı görən polis əməkdaşları onu ayıraraq nizam-intizama dəvət etmişlər. Lakin əsəbi olduğundan sakitləşə bilməmişdir. Mübahisə Astara RPŞ-nin İTB-nin rəisi, Şahin Osmanovun xidməti otağında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs onunla barışmaqla, ondan heç bir şikayəti və tələbi də yoxdur. Himayəsində 3-ü azyaşlı olmaqla 4 nəfər uşağı vardır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Məçitməhəllə kəndində yaşamaqla, rəsmi olaraq Astara rayonu Gigeniya və Etomologiyə mərkəzində dizenfektor vəzifəsində işləyir. 08 fevral 2023-cü il tarixində arvadı X8 2 azyaşlı övladlarınıda götürüb evi tərk edib atası Akif Həsənovun evinə getmiş, gedərkən özünə aid olan 3000 (üç min) manat dəyərində olan qızıl zinnət əşyalarınıda özülə aparmışdır. 13 fevral 2023-cü il tarixində arvadının xalası Aytənin ona zəng edərək ona telfonda nalayiq ifadələr işlətmiş və onu əri Təqsirləndirilən şəxs Allaverən oğlu ilə hədələmişdir. 14 fevral 2023-cü il tarixində o və Təqsirləndirilən şəxs Allaverən oğlunu izahatı alınmasından ötrü Astara RPŞ-nə dəvət olunmuşlar. Həmən vaxtı oda RPŞnin İTB-nin rəisi Şahin Osmanovun xidməti otağında olarkən, Təqsirləndirilən şəxs Allaverən oğlu onu görən kimi üzərinə hücüm çəkərək onun bədən və üz nahiyyəsinə şillə-yumruq zərbələri vurmuş, polis əməkdaşları onları ayıraraq Təqsirləndirilən şəxs intizama dəvət etmiş olsalarda, Təqsirləndirilən şəxs Allaverən oğlu hərəkətlərini davam etdirmişdir. Hadisə Astara RPŞ-nin İTB-nin rəisi Şahin Osmanovun xidməti otağında baş verməklə, polis nəməkdaşları səs-küyə otaqlarından çıxıb, ora gəlmişlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib bağışlanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Astara RPŞ-də inspektor vəzifəsində işləyir. Astara rayonu Məçitməhəllə kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında Astara şəhər sakini Təqsirləndirilən şəxs izaharı alınmasından ötrü Astara rayon polis şöbəsinə dəvət etmişlər. 14 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində Astara RPŞ-də İTB-nin rəisi, Şahin Osmanovun xidməti otağına gələn Təqsirləndirilən şəxs xidməti otaqa girən zaman Zərərçəkmiş şəxs orada olduğunu görüb ona uca səslə nalayiq söyüşlər söyərək üzərinə hucum çəkib onun bədən və üz nahiyyəsinə şillə, yumruq zərbələri vurmuşdur. Dava-dalaş səsini eşidən digər otaqlarda olan xidmət üzrə rəsi müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev, TB-nin rəisi, polis polkovnikleytenantı Rauf Aslanov və polisə ictimai dəstək X13 Osmanovun otağına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmağa çalışsalarda onların qanuni tələblərinə riyayət etməyərək onu nalayiq söyüşlərlə söyərək döyməyə davam etmişdir. Hadisə Astara RPŞ-nin İTB-nin rəisi, Şahin Osmanovun xidməti otağında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt polisin iş rejiminin pozulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlərdən X6 və X5 da məhkəmə iclasında əsasən şahid X1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 53 saylı rəyində Zərərçəkmiş şəxs bədənin üzərində hər hansı bir xəsarətin olmaması qeyd edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 04 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır və himayəsində 3 nəfər azyaşlı olmaqla, 4 nəfər uşaq vardır. Cinayət işinə əlavə olunmuş Astara RİH Başçısının Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, himayəsində 3 nəfər azyaşlı olmaqla, 4 nəfər uşaq olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-53/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-53/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver