Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-53/2025 15.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Astara rayon məhkəməsinin 11 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -42,676 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib hissələrə bölərək 15 ədəd kibrit qutusunda qablaşdırıb üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımışdır. 09 yanvar 2025-ci il tarixdə, saat 22:36-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri, Hərbi şəhərcik adlanan ərazidə idarə etdiyi “Mercedes-Benz” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılmış, üstü yoxlanılarkən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -2,869 qram olan narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən və idarə etdiyi “Mercedes-Benz” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürücü oturacağının altından 14 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 2,550 qram, 2,535 qram, 3,223 qram, 3,276 qram, 2,574 qram, 3,086 qram, 2,567 qram, 3,051 qram, 3,014 qram, 3,041 qram, 2,858 qram, 2,720 qram, 2,804 qram, 2,508 qram, ümumi təmiz çəkisi -42,676 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, ailəlidir bir övladı var,taksi fəaliyyəti məşğul olaraq ailəsini dlandırır. Təxminən 2 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadən çəkmə üsulu ilə istifadə edir. 09 yanvar 2025-ci il tarixdə, təxminən saat 18 radələrində həm istifadə, həm də satmaq məqsədi ilə Lənkəran şəhərinin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 450 manat müqabilində 15 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. 1 ədəd kibrit qutusunu istifadə edəcəyindən gödəkcənin sağ yan cibində qoymuş qalanların isə sürücü oturacağının altında gizlətmişdir. Narkotik vasitədən istifadə etmək üçün Astara şəhərində “hərbi şəhərcik” adlanan ərazidə dayanmışdır. Həmin zaman avtomobilinin arxasında tanımadığı bir avtomobil dayanmışdır. Avtomobilin içərisindən düşən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu söyləmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polislər ona üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşyanın və ya predmetin olması halında təqdim etməyini təklif etmişlər. Həmin təklifdən sonra o, əynindəki gödəkcənin cibindən 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir.Daha sonra avtomobildə saxladığı 14 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaları təqdim etmişdir. Kibrit qutuları qablaşdırılmış,möhürlənmişdir. Sonradan onun razılığı və iştirakı ilə yaşadığı evə getmişlər, oraya baxış keçirilmiş, oradan da heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkiliş aparmaqla müdafiəçisinin iştirakı ilə üzərindən və avtomobildən aşkar edilən kibrit qutularına baxış keçirilmiş, kibrit qutuları zərflərdən çıxarılmış, elektron tərəzidə çəkilmiş, sonra zərfdə qablaşdırılaraq möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar.Sorğu zamanı qurudulmuş marixuananı həm satış, həmdə istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını , bir daha belə əmələ yol verməyəcəyini ,ailəli olmasını , himayəsində bir oğlunun olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı rütbəsindədir. 18 sentyabr 2025-ci il tarixdə Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid4 icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 yanvar 2025-ci il tarixdə, saat 22:36-da Astara şəhəri ərazisindəki “hərbi şəhərcik” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, “**-OH-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Dərhal avtomobili həmin avtomobilin arxa tərəfində saxlayıb avtomobildən enərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də yenə narkotik vasitələrin oluğunu bildirmiş, sonra da özü oturacağının altından sellofonun içərisindəki 14 ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuana kütlələrini təqdim etmişdir. Həmin kütlələr götürülmüş predmetlərin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu aşkar edilən kütlələri həm istifadə etmək, həm də satmaq məqsədi ilə 500 manat müqabilində aldığını bildirmişdir. Əvvəlcə avtomobilə, sonra isə yaşadığı evə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Astara RPŞ-yə gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, Özcan Quluzadə tərəfindən Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərf yenidən açılmış və zərfə baxış keçirilmişdir. Bükümə baxış keçirilən zaman orada o, Camal, müdafiəçi, Şahid3 və Şahid4 iştirak etmişlər. Kütlələrin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, boş zərfdə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılan zaman yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Nəticədə kütlələrə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər ; Şahid4, Şahid3 və Şahid1 onlardan öncə dindirilmiş Şahid2 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar ifadələr verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişlər. İş materialİarında olan digər sübutlar : İş materiallarında olan (iş vərəqi 08-12) 09 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və evinə baxış keçirilməsi, əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 09 yanvar 2025-ci il tarixdə saat 22:36-dən saat 22:52-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol ön oturacağının altından 14 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Elektron tərəzidə çəkilərək hər birinin ayrı-ayrılıqda çəkisinin 5-6 qram olması müəyyən edilmiş və qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan marixuana kütlələri olduğunu, həmin kütlələri həm öz istifadəsi üçün, həm də istəyən olacağı təqdirdə satacağını demişdir. İş materiallarında olan (iş vərəqi 34-36) 10 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:53-dən saat 00:16-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan gödəkcənin sağ yan cibindən və idarə etdiyi avtomobilin sol ön oturacağının altından aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr olan zərflər açılmış, 15 ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuanaya bənzər kütlələrə baxış keçirilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra, ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir.Sualı cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuananı həm öz istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Cinayət işinə əlavə edilmiş (iş vərəqi 44-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən məhkəmə-bioloji ekspertiza üzrə verilmiş 10 yanvar 2025-ci il tarixli, 19/06 saylı rəyindən məlum olur ki, “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda təmiz çəkisi qurudulmuş marixuanaya bənzər kütlə......” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: 2,869 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 14 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 14 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: -2,550qr; -2,535qr; -3,223qr; 3,276qr; - 2,574qr; -3,086qr; -2,567qr; -3,051qr; -3,014qr; -3,041qr; -2,858qr; -2,720qr; -2,804qr; - 2,508qram; ümumi təmiz çəkisi -39,807 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 2 ədəd zərfdəki, ümumilikdə 15 kibrit qutusu olmaqla, ümumi təmiz çəkisi: -42,676 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(Tədqiqatdan sonra qalıq 41.926 qram) İş materialına əlavə olunmuş (iş vərəqi 108-109) xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi çəkisi -41,926 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin üstü yoxlanılan, yaşadığı evə və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 03 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə olan qurudulmuş marixuana kütlələri iş üzrə saxlanılması üçün Astara RPŞ-nın maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 03 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 13 yanvar 2025-ci il tarixli, 17 saylı rəyindən məlum olur ki, “Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş (iş vərəqi 94-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 13 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materillarına əlavə olunmuş (iş vərəqi 18) xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə 09 yanvar 2025-ci il tarixdə saat 23:37-də şübhəli şəxs qismində tutulmuşdur. İş materillarında olan (iş vərəqi 58) xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında (iş vərəqi 79-82) olan xx.xx.2025-ci il tarixli Astara Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 118) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Rzayev X3 rayon Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-ü il tarixli 1(089)-125/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234,4.1, 234.4.3 və 66.3-cü maddələri təqsirli bilinib 10 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “ Amnistiya Qərarının 2.2-ci bəndinə əsasən 20 dekabr 2021-ci il tarixdə cəzasını çəkilməmiş hissəsindən azad edilmişdir.(məhkumluğu ödənilməmişdir). İş materiallarına əlavə edilmiş (iş vərəqi 99) Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev tərəfindən verilən xx.xx.2025-ci il tarixli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi- arvadı X6 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 100) Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev tərəfindən verilən xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs-xx.xx.1982-ci ildə Astara rayon, Rüdəkənar kəndində anadan olmuşdur. Ailəlidir. Azərbaycan Respublikası vətəndaşıdır. Hal-hazırda sürücülüklə məşğuldur. Bir övladı vardır. Əvvəllər bir dəfə məhkumluğu olmuşdur. Hal-hazırda Astara rayon, Rüdəkənar kəndində yaşayır. Onun haqqında icra nümayəndəliyinə hər hansı-bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası qanununun 1.0.8-1.0.11-ci maddələrinə müvafiq olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq narkotik vasitəni satış məqsədilə əldə etməsi, daşıması və aşkar edilərək götürülənədək üzərində və avtomobilində saxlaması özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən yeni cinayət törətdiyi günə qədər 06 il müddət keçməmiş, məhkumluğu ödənilməmiş və vaxtından əvvəl götürülməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən hazırda məhkumluğunun olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlini etiraf etməsini və əməlindən peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsinə baxıb (CPM 347.1) törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx.xx.2025-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 41,926 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən maddi sübut kimi tanınmış 03 ədəd DVD-formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə xərcinə gəldikdə isə məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonra qalmış 41,926 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-53/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-53/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver