Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-54/2023 05.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X24 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli,fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Astara rayonu, Pensər kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cruze” markalı “**-VP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu Pensər kəndindən Astara rayonu Şiyəkəran kəndi isqamətində hərəkətdə olarkən Astara rayonu Pensər kənd mərkəzində olan yolayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni idarə etdiyi avtomobil ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək əks istiqamətli hərəkət zolağına çıxaraq əvvəlcə əks istiqamətli hərəkət zolağında işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi VAZ-21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinə dəymiş. daha sonra həmin zolaqda olan işıqforun qırmızı işığında dayanmış X2 idarə etdiyi VAZ- 2107 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşduqdan sonra həmin zolaqda dayanmış vəziyyətdə olan X4 məxsus VAZ-2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinə dəymiş, daha sonra yolun sol hərəkət hissəsində piyada hərəkətdə olan Astara rayonu, Şahağacı kənd sakini 09 fevral 1969-cu il təvəllüdlü X7 vurmaqla ehtiyatsızlıqdan Arifə Quliyevanın qabırğaların (İ-X)sag tərəfli çoxsayhi yerini dəyisən sınıqları, sağ plevra, sağ ağciyərin zədələnməsi,dös boşluğunda qansızma, sağ diz qapagi va baldir sümüklərinin sınıqları, burun sümüyünün sınığı, sağ diz oynagi nahiyasində əzilmiş-cırılmış yara. burun, sol diz qapağı nahiyələrində sıyrıqlar, sağ əl nahiyəsində kəsilmişcırıllmış yara kimi xəsarətləri ilə dərəcəsinə görə canlı şəxsdə həyat üçün təhlükəli olan, sağlamliga AGİR zarər vurmasına və Arifə Quliyevanin 25 dekabr 2022-ci il tarixdə dös qəfasinin küt travmasi ilə əlaqədar sağ qabirğalarin sınıqları, sağ ağciyərin zədələnməsi və daxili qanaxma nəticəsində xəstəxanada ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən “Chevrolet Cruze” markalı avtomobil almış, həmin gün Bakı şəhərindən Astara rayonu Pensər kəndinə etibarnamə ilə idarə etdiyi qırmızı rəngli, Chevrolet Cruze markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 19 radələrində Astara rayonu Çayoba kəndindən Pensər kəndi istiqamətində hərəkət edərək orada yerləşən işıqforun yaşıl işığından keçərək Pensər kəndi istiqamətində yol ayrıcından sol tərəfə dönərkən avtomobili təxminən saatda 30 km. sürətlə idarə etmişdir. Avtomobili təzə aldığından və sürücülük vərdişlərinə yaxşı yiyələnmədiyindən qəflətən idarəetməni itirərək əyləc əvəzinə qaz pedalına sıxmış və idarə etdiyi avtomobillə Pensər kəndi istiqamətində sol tərəfə döndükdən sonra əks istiqamətdə olan işıqforun qırmızı işığında dayanmış VAZ-21099 markalı, qəhvəyi rəngli, **-BE- *** dövlət qeydiyyat nişanli avtomobilə, daha sonra sıra ilə birinci toqquşduğu avtomobilin arxasında həmin avtomobil ilə eyni istiqamatdə dayanmış VAZ-2107 markalı, ağ rəngli, **-BG-*** dövlət qeydiyyat nişanli avtomobilə, ardınca VAZ-2107 markalı,ağ rəngli, **-BJ-*** dövlət qeydiyyat nisanli avtomobillə toqqusduqdan sonra yolun əks istiqamətinə çıxaraq hərəkət hissəsinin sol tərəfində asfalt örtüyünün üzərində olan piyadanı vurub daha sonra sol ehtiyat hissəsində olan divara dəymiş, dərhal avtomobildan enib piyadaya ilkin tibbi yardımın göstərilməsi üçün digər şəxslərin köməyi ilə piyadanı orada olan şəxslərdən birinin avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X11 onun anasıdır,onlar bir ünvanda yaşayıblar. X17 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı 29 dekabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərində olduğu vaxt dostlarının zəng edərək bu barədə xəbər verməsi zamanı eşitmişdir. Daha sonra Təqsirləndirilən şəxs Rüstəm qızının 25 dekabr 2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “Chevrolet” markali avtomobillə Astara rayonu Pensər kəndində hərəkətdə olan zaman anası X7 vurması və nəticədə anasının öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra anasına zəruri ilkin yardım göstərmiş, onun dərhal xəstəxanaya çatdırılması üçün tədbir görmüş, anasının yas mərasiminin keçirilməsinə maddi yardım göstərmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindrilmiş X8 ifadəsində göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı, ağ rəngli, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara rayonu Pensər kəndindən Astara rayonu Cayoba kənd istiqamətində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə gedərkən Astara rayonu Pensər kəndində yerləşən işıqforun qırmızı işığında dayanaraq yasil isigin yanmasini gözlədiyi vaxt qırmızı rəgli, “Chevrolet Cruze” markalı, “**-VP-***" dövlət qeydiyyat nişanlı avtomobilin təxminən saatda 20 km. sürətlə hərəkət edərək idarə etdiyi qəhvəyi rəngli, "VAZ-2107" markali,"**-BJ-***" dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını görmüşdür. Həmin avtomobil daha sonra arxada eyni istiqamətdə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış digər avtomobillə toqqusmus, “Chevrolet Cruze" markalı avtomobilin digər “VAZ-2107” markalı, ağ rəngli, “**-BG-***” dövlət qeydiyyat nişanlı və idarə etdiyi avtomobilin qarşısındakı “VAZ-21099” markali, "**-BE-***" dövlət qeydiyyat nisanli, avtomobillərə toqquşaraq yolun sol ehtiyat hissəsində piyadanı vurmuşdur. Avtomobildən enərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayanmış vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolun sol ehtiyat hissəsində vurduğu piyadanı digər şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. Məhkəmədə şahid qismində dindrilmiş X9 ifadəsində göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı, ağ rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Astara rayonu Pensər kənd mərkəzində yerləşən işıqforun yaxınlığında yolun hərəkət hissəsinin sağ tərəfində dayandırmış, beləki, həmin ərazidə yerləşən un məmulatlarının satıldığı mağazaya şirniyyat almaq üçün getmişdir. Təxminən saat 19 radələrində adlarını bilmədiyi şəxslərin yol nəqliyyat hadisəsi baş verdiyi barədə danışdığını görmüş və dərhal mağazadan çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli, “Chevrolet Cruze” markalı, “**-VP-***” dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus dayanmış vəziyyətdə olan “**-BG-***” dövlət qeydiyyat nişanli avtomobillə və yanındakı digər avtomobillərlə toqquşuğunu görmüş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin piyada ilə toqquşmasını və piyadanı görməmiş, belə ki, mağazadan çıxdığı zaman oradakı şəxslər piyadanı artıq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə Astara rayonu Pensər kəndindən Ərçivan kəndinə iş yerinə gedirmiş, təxminən saat 19 radələrində Astara rayonu Pensər kəndində yerləşən işıqforun qırmızı işığında dayanaraq yaşıl işiğin yanmasını gözlədiyi vaxt sol tərəfindən yəni Astara rayonu Çayoba kəndi istiqamətindən qırmızı rəngli, “Chevrolet Cruze” markalı, “**-VP-***" dövlat qeydiyyat nisanli avtomobil sürətlə hərəkət edərək Astara rayonu Pensar kandi istiqamətində işıqforun yaşıl işığından keçərək, dayandığı istiqamətdə gəlib idarə etdiyi qəhvəyi rəngli, “VAZ-21099” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin avtomobil daha sonra arxada eyni istiqamətdə işiqforun qırmizi işığında dayanmış digər “VAZ-2107” markalı, ağ rəngli, “**-BG-***" dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı, ağ rəngli,"**-BJ-***" dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşaraq yolun sol ehtiyat hissəsində piyadanı vurmuşdur. Təqsirləndirilən şəxsnin idarə etdiyi avtomobil yolun sol ehtiyat hissəsində vurduğu piyadanı digər şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. İş materialında olan məhkəmə tibb ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 16 saylı meyitin ekspertizası rəyindən görünür ki, mərhum:X6 meyitində aşkar edilmiş xəsarətlərqabırğaların (İİ-X) sağ tərəfli çoxsaylı yerini dəyişən sınıqları, sağ plevra, sağ ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (850 ml), sağ diz qapağı və baldır sümüklərinin sınıqları, burun sümüyünün sınığı, sağ diz oynağı nahiyəsində əzilmiş-cırılmış yara, burun, sol diz qapaği nahiyələrində sıyrıqlar, sağ əl nahiyəsində kəsilmiş-cırılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum:X6 ölümünə - döş qəfəsinin küt travması ilə əlaqədar sağqabırğaların sınıqları, sağ ağciyərin zədələnməsi və daxili qanaxma səbəb olmuşdur. İş materialında olan məhkəməyol-nəqliyyat hadisələri üzrə ekspertizasının 09 fevral 2023cü il tarixli, 8/160 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Chevrolet Cruze” markalı 99VP839 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə ònun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Astara RİHB-nın Kijəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kijəbə qəsəbəsində yaşayır, himayəsində iki azyaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər tamamilə ödənilib, ona qarşı şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan şəxsiyyət vəsiqələrinin surtlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2017-ci il təvəllüdlü X12 və 15 fevral 2019-cu il təvəllüdlü X21 oglu adında iki azyaşlı övladı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X18 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il maddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X18 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-54/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-54/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver