Məhkəmə qərarları › İş №1(018)-54/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-54/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-54/2024 06.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə 14 yaşına çatdığını, lakin 16 yaşına çatmadığını bildiyi dayısı qızı xx.xx.2008-ci il təvəllüdlü Astara rayonu, Şahağacı kənd sakini Zərərçəkmiş şəxs razılığı ilə 29 yanvar 2024-cü il tarixdə evlənmək məqsədi ilə sonuncunu Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə aparmış, 30 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs razılığı ilə cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozmaqla həmin gündən etibarən onunla ər-arvad kimi yaşayıb cinsi əlaqədə olmuş və qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Nahidə xx xxxxxx 2008-ci il təvəllüdlüdür və sonuncu onun evinə gələrkən 15 yaşı olduğunu bilmişdir. Onlar dayısıgillə eyni kənddə, yəni Şahağacı kəndində yaşayırlar, ancaq evləri bir-birlərinə o qədərdə yaxın deyil. Onun münasibəti dayısıgilin ailəsi ilə həmişə yaxşı olduğundan tez-tez dayısıgilin yaşadığı evə getmişdir. Nahidə ilə təxminən 1 ildən artıq müddətdir ki, bir-birlərinə qarşı sevgi münasibətləri bəsləyirlər. Ancaq qeyd etdiyi müddətə kimi Nahidəni yalnız dayısıqızı kimi görmüş və sevgi hissləri olmamışdır. Onunla Nahidə 2024cü ilin yanvar ayının son günlərinədək mobil telefonla daima əlaqə saxlamış, o, həm də balıqçılıq fəaliyyəti ilə məşğul olduğundan dənizdən tutduğu balıqlardan arabir Nahidəgilə, yəni dayısıgilə pay aparırmış, eyni zamanda dayısıoğlu Rövşənin hal-hazırda azadlıqdan məhrumetmə cəzası çəkdiyindən və dayısı Elşənin təkbaşına işlədiyindən sonuncuya kömək etmək məqsədi ilə də onlara gedərək Nahidəni görürmüş. Onun Nahidə ilə olan münasibətləri başlayan vaxtdan hər ikisinin ailə üzvlərinin xəbərləri olmuş, dayısı Elşən anası Könülə münasibəti bildikdən sonra Nahidənin 18 yaşı tamam olan kimi onunla evlənməyinə razılıq verəcəyini demiş, ancaq Nahidənin anası onun Nahidə ilə olan münasibətinə qarşı olmuş, anası hər dəfə guya Nahidəni başqa adamla evləndirəcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayında Nahidənin ana babası rəhmətə getmiş, o da yas mərasiminə getdikdə Nahidəni orada görmüşdür. O, Nahidə ilə 29 yanvar 2024-cü il tarixdə sonuncunun babasının cümə mərasimində görüşən zaman Nahidə ondan onu qaçırmağını istəmiş, o da Nahidənin bu fikrinə tərəddüdlə yanaşmış və atasıgillə məsləhətləşdikdən sonra xəbər verəcəyini bildirmiş, daha sonra mərasim yerindən çıxmış, yaşadığı evə gəlmiş, o, evə gələn zaman atası spirtli içki qəbul etdiyindən sərxoş halda olmuş, atasına qız istədiyini, lazım gələrsə də qaçıracağını bildirmiş, ancaq qızın kim olduğunu, yaşının neçə olduğunu deməmiş, atası da ona xeyir-dua vermiş, nə məsləhət bilirsə onu da etməyini demişdir. O da dərhal evdən çıxıb Nahidə ilə əlaqə saxlamış, birazdan gələcəyini, onu gözləməsini bildirmişdir. Nahidə də evdə olduğunu, gözlədiyini demişdir. O, yoldan keçən tanımadığı taksini saxlamış, həmin taksiyə əyləşmiş, Nahidəgilin evinin yanına çatan zaman sonuncu ilə əlaqə saxlayaraq gözlədiyi bildirmiş, Nahidə də artıq öz paltarlarını və əşyalarını çamodana yığmış, o, ünvana çatdıqdan biraz sonra Nahidə gəlmiş, taksiyə əyləşmiş və oradan eyni kənddəki yaşadıqları evə tərəf taksiylə getmişlər. Onlar evə çatan zaman evdə yalnız atası olmuş, atası onları gördükdə ona Nahidənin hələ azyaşlı olduğunu, bunu bilə-bilə niyə qaçırtdığını demiş, o da atasına Nahidə ilə bir-birlərinə qarşı sevgi münasibətinin olduğunu, evlənmək istədiklərini, bildirmiş, həm də atasına onu qaçırtmadığını, Nahidənin özü ondan onunla evlənmək üçün onlara gəlmək istədiyini demişdir. Daha sonra atası onun anasına bu məsələni bildirmiş, anası da Bakı şəhərində olduğundan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ondan Nahidəni evlərinə aparmağını, Astaraya gələn kimi el adəti ilə evləndirəcəyini bildirmiş, Nahidə isə ondan evlərinə aparmamağını xahiş etmiş, o da narahat olmamasını, Nahidəni heç yerə aparmayacağını demiş və onunla Nahidə həmin gecə eyni otaqda qalmışlar, ancaq həmin vaxt aralarında cinsi əlaqə olmamışdır. Ertəsi gün, dayısı Elşən onlara gəlmiş, Nahidəni evlərinə aparmaq istəmiş, Nahidə də atasına evə qayıtmayacağını, onunla qalmaq istədiyini demişdir. O, həmin vaxt evdə olmadığına görə axşam radələrində evə qayıtdıqdan sonra dayısı Elşənin onlara gəlməyindən məlumatı olmuş, o, evə gələn zaman Nahidə və atası evdə olmuşdur. O, evə gələn kimi atası ona əsəbi olduğundan sərt formada tənbeh etməyə başlamış, etdiyi hərəkətin yanlış olduğunu və qızı geri aparmağını istəmişdir. Daha sonra anası da evə gəlmiş, həmin mübahisəni anası da davam etdirmiş, ancaq mübahisənin sonunda onların arasında mehribançılıq olmuş və evdə ailəvi şəkildə söhbətləşdikdən sonra gec olduğundan onunla Nahidə yatmaq üçün qaldıqları otağa keçmişlər. Onlar otaqda olan zaman ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşlar, o, Nahidə ilə təbii yolla cinsi əlaqədə olan zaman sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. O, Nahidə ilə cinsi əlaqədə olduqlarını ertəsi günü anasına demiş, anası da etdikləri hərəkətə əsəbiləşmiş, ancaq əsəbiləşməsinə baxmayaraq anası ona Nahidəni geri aparıb evə qoymalı olduqlarını, daha sonra da el adəti ilə elçi getməli olduqlarını demiş, o da anasının fikri ilə razılaşsa da ancaq həmin gün Nahidə getmək istəmədiyindən onu apara bilməmişdir. 02 fevral 2024-cü il tarixdə dayısı, yəni Nahidənin atası Elşən Nahidəni cümə mərasiminə aparmaq məqsədi ilə onlara gəlmiş, onunla birlikdə Nahidəni evlərinə aparmış, evlərinə qoymuş və sonra çıxıb getmişdir. Onlar Nahidəgilin ailəsi ilə danışan zaman Nahidənin cümə mərasimindən çıxdıqdan sonra onların evinə gəlməyi ilə bağlı razılıq olmuş, ancaq Nahidə anasının mobil telefonu ilə ona "WhatsApp" mobil tətbiqindən ismarıc yazaraq ailəsinin onlara gəlməyə icazə vermədiklərini bildirmiş, o da anasına bu barədə məlumat vermiş, anası da Həcərə, yəni Nahidənin anasına zəng etmiş, aralarında keçən danışığın belə olmadığını demiş, Həcər də onun anasına öz atasının yas mərasimlərini yola verdikdən sonra bu barədə danışacaqlarını demiş və anası da Həcərlə razılaşmışdır. Nahidənin evdə olan müddətində öz mobil telefonu olmadığından anasının mobil telefonu ilə onunla əlaqə saxmış, o, 15 fevral 2024cü il tarixdə cümə mərasiminə getmiş, Nahidəyə yeni aldığı mobil telefonu vermiş, sonuncu da onun aldığı mobil telefonu aparıb anası Həcərə göstərmiş, Həcər də mobil telefonu görən kimi narazılıq etmiş, mobil telefonu geri qaytarmalı olduğunu bildirmiş, Nahidə də bu məsələni ona dedikdə artıq Nahidənin anasının ona razılıq verməyəcəyini başa düşmüşdür. Həcər bəhanə gətirərək bildirirmiş ki, oğlunun azadlığa çıxdıqdan sonra kimi dediyi təqdirdə Nahidə onunla evlənəcəkdir. O da həmin vaxt yas mərasiminin tam bitməyini gözlədiyindən heç kimə heç nə deməmiş və Nahidəgil cümə mərasimləri bitdiyindən öz yaşadıqları evə geri qayıtmışdır. O, 20 fevral 2024-cü il tarixdə Nahidə ilə əlaqə saxlayan zaman sonuncu artıq bezdiyini, ondan gəlib yaşadığı ata evindən götürməyini istəmiş, o da Nahidəyə gözləməsini demiş, evdən çıxıb yoldan keçən taksini saxlatdıraraq taksiyə əyləşmiş, taksi sürücüsünü Nahidəgilin yaşadığı evin yaxınlığına sürdürmüş, o, evin yaxınlığında sakit bir yerdə taksini dayandırmış, Nahidəyə gözlədiyini demiş, Nahidə də könüllü şəkildə paltarlarını yerləşdirdiyi yeni çamodanla birlikdə onun əyləşdiyi taksiyə gəlmiş, sonra yaşadıqları evə qayıtmışlar. Onlar evdə olan zaman evin yanında olan bacısıgilə gedib-gələrmişlər, eyni zamanda ailəvi olaraq mehribançılıqla həyatlarına davam edirmişlər. Onunla Nahidə bir otaqda qalırmış, həmin müddət ərzində o, Nahidəylə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Nahidə 2024-cü ilin mart ayının əvvəllərində ürəkbulanmaları olduğundan həkim məsləhəti ilə test elətdirmişlər və testin nəticəsində də Nahidənin hamilə olduğunu bilmişlər. Həm də Nahidə xəstələndiyindən ev şəratində müalicə gedirmiş. Təxminən 3-4 gün əvvəl Nahidəni onun anası ilə Nahidənin anası Astara RMX-ya aparmış, müayinə nəticəsində həkim Nahidənin qızılca xəstəliyinə yoluxduğunu və hamilə olduğundan Astara RMX-nin ginekologiya şöbəsində həkim nəzarəti altına müalicəsi davam etdirilməli olduğunu bildirmiş, ona görə də Nahidəni Astara RMX-ya yerləşdirmişlər, ancaq o, Astara RMX-ya Nahidəni görməyə getməsə də, daimi onunla əlaqə saxlamışdır. O, Nahidə ilə ilk dəfə 30 yanvar 2024-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evində təbii yolla cinsi əlaqədə olmuşdur. Onunla Nahidənin bir-birlərinə qarşı sevgi münasibətləri olmuş və o, Nahidənin razılığı olduqdan sonra sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. O, 30 yanvar 2024-cü il tarixdə Nahidə ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olan zaman sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. O, Nahidəyə heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, qeyd etdiyi kimi, Nahidənin razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Nahidə onun dayısı qızı olduğundan xx.xx.2008-ci il təvəllüdlü olduğunu, yəni 16 yaşının tamam olmadığını bilmişdir. Nahidə ondan xahiş etmişdir ki, evlənmək üçün yaşadığı evə gətirsin. Belə ki, o, Nahidəyə qarşı heç bir məcburiyyət göstərməmişdir. O istər Nahidəni yaşadığı evə gətirməkdə, istərsə də təbii yolla cinsi əlaqədə olmaqda Nahidənin öz razılığı olmuşdur. İlk dəfə cinsi əlaqədə olan zaman evdə atası Vüqar və anası Könül olmuş və onlardan başqa heç kim olmamışdır. O, Nahidənin razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ancaq, o, həmin günün tarixini xatırlamır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını və bir azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2008-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, hal-hazırda heç bir məktəbdə təhsil almır. O, anası ilə birlikdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olsa da Bakı şəhərində yaşayırlar. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Onun Coşqungilin ailəsi ilə həmişə mehriban münasibəti olduğundan mütəmadi olaraq onlara gedib gəlmiş, onların yaşadıqları ev Coşqungilin evi ilə eyni kənddə, yəni Şahağacı kəndində yerləşir. Onun təxminən 1 ildən artıq müddətdir ki, Coşquna qarşı sevgi hissləri olmuş, Coşqun da eyni ilə ona qarşı həmin münasibətləri bəsləmiş, onlar o vaxtdan artıq aralarında olan sevgi münasibətləri başlamış və münasibətdən onların hər ikisinin ailə üzvlərinin məlumatı olmuşdur. Coşqun balıq tutmaq üçün gündəlik olaraq dənizə getdiyindən balıq tutduqda arabir onu görmək üçün onlara pay balıq gətirmişdir. O, Coşqun ilə 2024-cü ilin yanvar ayının sonlarına kimi mütəmadi olaraq mobil telefon vasitəsi ilə əlaqə saxlamış, qeyd etdiyi vaxtda onun anasının atası, yəni babası rəhmətə getdiyindən əsasən Balaca Şahağacı kəndindəki rəhmətə gedən babasının fərdi yaşayış evində keçirilən mərasim yerində olmuş, Coşqun da gündəlik olaraq yas mərasiminə baş çəkmək üçün gəlmiş, orada Coşqunla görüşüb söhbətləşmişdir. O, 29 yanvar 2024-cü il tarixdə Coşquna yas mərasimində olan zaman artıq evdə qalmaq istəmədiyini, yəni Coşqunla bir yerdə yaşamaq istədiyindən sonuncudan onu öz evlərinə qaçırtmasını istəmiş, Coşqun da ona bu məsələni ailə üzvləri ilə məsləhətləşdikdən sonra bir xəbər verəcəyini və o da Coşqundan xəbər gözləyəcəyini demiş, Coşqunla sağollaşdıqdan sonra evdə oturub sonuncudan xəbər gözləmişdir. Bir neçə saat sonra Coşqun onunla əlaqə saxlayaraq gəlib götürəcəyini bildirmiş, o da paltarlarını və lazımı digər əşyalarını çemodana qoymuş, Coşqun onunla yenidən əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında olduğunu və taksidə onu gözlədiyini demiş, o da dərhal evdən çıxmış, Coşqunun dediyi yerə getmiş, taksinin arxa oturacağına əyləşmiş və Coşqungilə getmişlər. Onlar evə daxil olduqda Coşqunun atası, yəni Vüqar onları görmüş, Vüqar Coşquna onun azyaşlı olduğunu irad kimi bildirib niyə qaçırtdığını soruşmuş, Coşqun da atası Vüqara onu qaçırtmadığını, istəyi ilə gətirdiyini və evlənəcəklərini demişdir. Vüqar da həmin vaxt spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuş, daha sonra Vüqar mobil telefon vasitəsi ilə həmin vaxt Bakı şəhərində olan yoldaşı Könülə zəng vuraraq baş vermiş hadisəni ona bildirmiş, Könül də Coşquna etdiyi hərəkətin düz olmadığını bildirmiş, dərhal onu evə geri qaytarmasını, sonra gedib el-adəti ilə gəlin gətirmək lazım olduğunu demiş, o isə Könülün dediklərinə inanmadığından getmək istəməmiş, Coşqun da onun getmədiyini gördüyündən ona artıq heç nə deməmişdir. O və Coşqun həmin gün sonuncu ilə eyni otaqda gecələsə də, aralarında cinsi əlaqə olmamışdır. Ertəsi gün, yəni 30 yanvar 2024-cü il tarixdə Coşqun evdən çıxıb dənizə getdikdən sonra atası Elşən onun olduğu ünvana gələrək onu aparmaq istəmiş, lakin o, etiraz etdiyindən atası Elşən əlacsız qalıb çıxıb getmiş, həmin gün axşam radələrində Coşqun evə gəldikdə atasının gəldiyini sonuncuya demiş, biraz keçdikdən sonra Vüqar yenə sərxoş vəziyyətdə olduğundan Coşqunla mübahisə etməyə başlamış, mübahisə zamanı Bakı şəhərindən qayıdan Könül də mübahisəyə qoşulmuş, etdikləri hərəkətin yanlış olduğunu desələr də, onlar evlənəcəklərini və qarışmamalarını demişlər. Mübahisənin sonunda mehribançılıq olmuş və oturub evdə ailəvi söhbətləşmişlər. Artıq gec olduğundan o və Coşqun yatdıqları otağa keçmiş, otaqda olan zaman onun razılığı ilə Coşqunla ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş, ilk cinsi əlaqəsi olduğundan Coşqun onun qızlıq pərdəsinin tamlığını pozmuş, ertəsi gün Coşqun onunla təbii yolla cinsi əlaqədə olduğunu anası Könülə demiş, Könül də yenə onlara əsəbiləşmiş, ancaq sonra onu geri evə aparmağı sonra gedib elçilik edərək gəlin gətirməyi təklif etmiş, Coşqun da bu fikirlə razılaşsa da, o, razılaşmamışdır. 02 fevral 2024-cü il tarixdə atası Elşən onlara gələrək onu babasının cümə mərasiminə aparacağını, axşam da geri gətirəcəyini demiş, o da inanaraq razılaşmış, atası, Coşqun və o, yaşadığı evə getmiş, oradan sonra Coşqun onlardan ayrılmış, o və atası Balaca Şahağacıya cümə mərasiminə getmişlər. O, axşam radələrində evə getmək istəsə də icazə verməmişlər, o da anasının mobil telefonundakı 6 "WhatsApp" mobil tətbiqindən Coşquna ismaric göndərərək onlara getməyə icazə vermədiklərini demiş. Coşqun da ona səbrli olmağını və həll edəcəyini demişdir. Daha sonra Coşqunun anası onun anası Həcərə zəng edərək belə danışmadıqlarını dedikdə anası yas mərasimindən sonra bu barədə danışacaqlarını demiş, o da artıq Balaca Şahağacındakı baba evində anasıgillə qalmağa başlamış, həmin müddətdə o, anasının mobil telefonu vasitəsi ilə Coşqunla daima əlaqə saxlamışdır. Coşqun 15 fevral 2024-cü il tarixdə cümə mərasiminə gələrək onu görmüş, yeni aldığı mobil telefonu ona vermiş, o da mobil telefonu anasına göstərdikdə anası geri qaytarmağını istəmiş, o isə geri qaytarmadan gizli formada işlətmiş, anasının dediyi sözü Coşquna bildirmişdir. Onlar babasının yas mərasimləri bitdiyindən artıq 20 fevral 2024-cü il tarixdə yaşadıqlarə evə geri qayıtmışlar, anası Coşqungilin ailəsinə qardaşının azadlığa çıxdıqdan sonra onu kimə məsləhət görəcəyi təqdirdə ailə quracağını demiş, o da anasının bəhanələr gətirdiyini görüb Coşqundan gəlib onu aparmasını istəmiş, Coşqun da gözləməyini və birazdan gəlib götürəcəyini demişdir. Coşqun evin yaxınlığına çatdıqda ona zəng edib gözlədiyini bildirmiş, o da könüllü şəkildə paltarlarını yerləşdirdiyi yeni çamodanla birlikdə evdən çıxaraq Coşqunun yanına getmiş, o, Coşqungildə olan müddətdə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuş, 2024-cü ilin mart ayının əvvəllərində ürəkbulanmaları olduğundan həkim məsləhəti ilə test elətdirmiş, testin nəticəsində də hamilə olduğunu bilmiş, həm də xəstələndiyindən ev şəratində müalicəsi getmişdir. Təxminən 3-4 gün əvvəl onu anası Həcərlə Coşqunun anası Könül Astara RMX-ya aparmış, müayinə nəticəsində həkim onun qızılca xəstəliyinə yoluxduğunu, hamilə olduğundan Astara RMX-nin ginekologiya şöbəsində həkim nəzarəti altında müalicəsi davam etdirilməli olduğunu bildirmiş, ona görə də onu Astara RMX-ya yerləşdirmişlər. Onun uşağı xəstəliyi ilə əlaqədar olaraq bətnində inkişafdan qalmış və tələf olmuşdur. O, Astara RMX-ya yerləşdirilən zaman xəstəxanada 15 yaşının olduğunu bilmişlər və bu barədə Astara RPŞ-yə məlumat vermişlər. O, Coşqunla ilk dəfə 30 yanvar 2024-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində yerləşən Coşqungilin fərdi yaşayış evindəki otaqların birində bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. 30 yanvar 2024-cü il tarixdə Coşqunla təbii yolla cinsi əlaqdə olan zaman qızlıq pərdəsinin tamlığı pozulmuş, yəni Coşqun tərəfindən pozulmuşdur. O, Coşqundan öncə kimləsə cinsi əlaqədə olmamışdır. Coşqun onunla cinsi əlaqədə olan zaman və ya cinsi əlaqədə olmazdan öncə ona qarşı zor tətbiq etməmiş, o, Coşqunla iradəsindən asılı olaraq, könüllü surətdə cinsi əlaqədə olmuş, yəni Coşqun onunla cinsi əlaqədə olmağa məcbur etməmişdir. Coşqun onun xx.xx.2008-ci il təvəllüdlü olduğunu, yəni 16 yaşının tamam olmadığını bilmişdir. O, 20 fevral 2024-cü il tarixində Coşqungilin evinə qayıtdıqdan sonra bir neçə dəfə Coşqunla təbii yolla cinsi əlaqədə olmuşdur. Coşqundan xahiş etmişdir ki, evlənmək üçün onu öz yaşadığı evinə aparsın. Belə ki, ona qarşı Coşqun tərəfindən heç bir məcburiyyət olmamışdır. O, istər Coşqunun yaşadığı evə getməkdə, istərsə də təbii yolla cinsi əlaqədə olmaqda öz razılığı olmuşdur. O, öz razılığı ilə Coşqun ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hazırda Coşqunla birlikdə yaşamır. Coqşundan heç bir şikayət və tələbi yoxdur və ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1970-ci ildə Astara rayonunda anadan olmuş, evlidir, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləlik edərək dolanır, hazırda ailə üzvləri ilə birlikdə Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evində yaşayır, Zərərçəkmiş şəxs onun qızıdır. Mahiyyəti üzrə bildirir ki, atası Əhədulla rəhmətə getdiyindən atasının yaşadığı Balaca Şahağacı kəndindəki evində yas mərasimləri və cümə axşamları keçirtdiklərindən müvəqqəti olaraq orada qalmışlar. Təxminən 1 ildən artıq müddətdir ki, qızı Nahidə qohumları Təqsirləndirilən şəxs ilə qarşılıqlı sevgi münasibətlərində olmuş, onların və Coşqunun ailəsi münasibətdən xəbərləri olsa da, Nahidənin az yaşlı olduğuna görə evlənməklərini istəməmişlər, o, 29 yanvar 2024-cü il tarixdə qeyd etdiyi ünvanda olan zaman Coşqun oraya gələrək Nahidə ilə görüşmüş, daha sonra da çıxıb getmiş, o, ancaq sonra bilmiş ki, Nahidə Coşquna evlənmək üçün qaçırmağını xahiş etmiş və Coşqun da Nahidəni qaçıraraq öz evlərinə aparmış, bu barədə dərhal Coşqunun anası Könüllə əlaqə saxlamış, Nahidənin geri gətirilməyini istəmiş, Könül də ona narahat olmamağı bildirmiş, Nahidənin evə qaytaracaqlarını demiş, lakin Nahidə evə gəlmək istəməmişdir. Yoldaşı Elşən 2 gün sonra Nahidəni götürərək evlərinə gətirmiş, o, Nahidə evə gəldikdən sonra bilmişdir ki, Nahidənin razılığı ilə 30 yanvar 2024-cü il tarixdə sonuncu ilə Coşqun cinsi əlaqədə olmuş, bir müddət Nahidə onlarla qaldıqdan sonra yenə Nahidə Coşqundan gəlib öz evlərinə aparmasını istəmiş, Coşqun da Nahidəni gəlib onların xəbərləri olmadan götürüb aparmış, onlar da Coşqunla Nahidənin evlənmək istədiklərini bildiklərindən artıq heç bir şey deməmişdir. Onlar Nahidənin ürək bulanmalarını olduğunu bildikdən sonra hamiləlik testindən keçirtdikdə Nahidənin hamilə olduğunu bilmiş, Nahidə qızılca xəstəliyinə yoluxduğundan ilkin olaraq evdə müalicə olunsa da sonradan Astara RMX- ya Coşqunun anası Könüllə bir yerdə aparmış və Nahidə Astara RMX-da "USM nəticəsində 6 həftəlik hamilə olduğunu bilmişlər. Onun qızı Nahidə ilə Coşqun ər-arvad kimi yaşamağa başladıqlarından Nahidənin razılığı ilə Coşqun cinsi əlaqədə olmuşdur. Coşqunla Nahidə ilə qohum kimi bir yerdə böyüdüklərindən Coşqun Nahidənin xx.xx.2008-ci il təvəllüdlü, yəni 16 yaşının tamam olmadığını bilmişdir. Nahidənin razılığı və istəyi əsasında evlənmək məqsədi ilə Coşqun Nahidəni qaçırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Mahiyyəti üzrə bildirir ki, təxminən 1 ildən artıq 7 müddətdir ki, oğlu Coşqun qardaşı qızı Zərərçəkmiş şəxs ilə qarşılıqlı sevgi münasibətindədirlər. 29 yanvar 2024-cü il tarixdə işləri ilə əlaqədar Bakı şəhərində olan zaman yoldaşı Vüqar ona zəng edərək Coşqunun Nahidəni qaçırtdığını bildirmiş, o da Coşqunun bu hərəkətinə əsəbiləşib zəng edərək Nahidənin heç 16 yaşının olmadığını və sonuncunu atası evinə geri qaytarmağını, daha sonra el-adəti ilə elçi gedəcəklərini bildirmiş, Coşqun isə ona Nahidəni evə aparmayacağını bildirmişdir. Ertəsi gün, yəni 30 yanvar 2024-cü il tarixdə o, Astara rayonu, Şahağacı kəndindəki yaşadığı evə gəlmiş, evə gəldikdə evdə Coşqun, Nahidə və yoldaşı Vüqar var imiş, Vüqar Coşqunla mübahisə etdiyini görmüş, o da Coşqunla mübahisə etməyə başlamış, ancaq sonda aralarındada mehribançılıq olmuş, onlar yatan zaman Nahidə ilə Coşqun eyni otaqda qalmış, həmin gecə Nahidənin razılığı ilə onlar cinsi əlaqədə olmuş, o da səhər yuxudan oyandıqdan sonra həmin məsələni Coşqun ona dedikdən sonra bilmiş, o yenə əsəbiləşsə də artıq gec olduğundan daha da problemi böyütməmiş, daha sonra qardaşı Elşən Nahidəni gəlib öz evlərinə aparsa da bir müddətdən sonra Coşqun yenə Nahidənin razılığı ilə onu yaşadıqları evə qaytarmış, onlar da Coşqunla Nahidənin evlənmək istədiklərini bildiklərindən artıq heç bir şey deməmişlər. Onlar Nahidənin ürəkbulanmalarını olduğunu bildikdən sonra sonuncunu hamiləlik testindən keçirtdikdə Nahidənin hamilə olduğunu bilmişlər. Nahidə qızılca xəstəliyinə yoluxduğundan ilkin olaraq evdə müalicə olunsa da sonradan Astara RMX-ya Nahidənin anası Həcərlə bir yerdə aparmış və Nahidə Astara RMX-da "USM" nəticəsində 6 həftəlik hamilə olduğunu bilmişlər. Nahidə ilə Coşqun ər-arvad kimi yaşamağa başladıqlarından Nahidənin razılığı ilə Coşqun cinsi əlaqədə olmuşdur. Coşqunla Nahidə qohum kimi bir yerdə böyüdüklərindən Coşqun Nahidənin xx.xx.2008-ci il təvəllüdlü, yəni 16 yaşının tamam olmadığını bilirmiş. İş materiallarında olan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyi" PHŞ Lənkəran rayonlararası MTE və PA şöbəsinin 17 aprel 2024-cü il tarixli, 113 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhtində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş, qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadığına görə müddət təyin etmək mümkün olmamış, qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti 2-3 həftədən çox olmuş, zöhrəvi xəstəliklər aşkar edilməmiş, qarın boşluğunun ultrasəs müayinəsi zamanı hamiləlik aşkar edilməmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. İş materialında olan Astara rayon İHB-nın Şahağacı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2020-ci il təvəllüdlü Vüqarəli Dadaşov adlı bir uşağı vardır. İş materialında olan Astara rayon İHB-nın Şahağacı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət iş materiallarında olan 16 mart 2024-cü il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət iş materiallarında olan 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət iş materiallarında olan Astara Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarından gönürü ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət iş materiallarında olan 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar