Məhkəmə qərarları › İş №1(018)-55/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-55/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-55/2024 29.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda tərkibində narkotik maddələr(komponentlər) olan narkotik tərkibli çətənə (kannabis) növünə aid bitki toxumlarını Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətində olan dibçəkdə qanunsuz olaraq əkmiş, əkdiyi toxumlardan cücərmiş 03 ədəd çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, 14 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi -0,315 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 03 ədəd çətənə bitkiləri yaşadığı evin həyətində olan əl-üz yumaq üçün inşa edilmiş tikilinin üzərində olan dibçəkdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2-3 il olar ki, evində bir neçə ədəd çətənə toxumu olmuş, həmin toxumları nə vaxtsa əkmək məqsədi ilə evinin həyətində gizlətmiş, 2024-cü ilin yanvar ayının ortalarında gizlətdiyi çətənə toxumları gözünə dəydi və toxumları əkmək qərarına gəlmişdir. Toxumları həyətdə əl-üz yumaq üçün inşa etdirdiyi yerin üzərində olan dibçəyin içinə atmış, açıq desə qış ayları olduğundan toxumların cücərəcəyinə inanmamış, bir neçə gün keçdikdən sonra dibçəyə diqqətlə baxmış və dibçəkdə 3 ədəd çətənə bitkisinin cücərdiyini görmüşdür. Ona görə də dibçəkdə bitən bitkilərin ətrafını təmizləmişdir ki, çətənə bitkilərinin böyüməsinə nəsə mane olmasın. Fevral ayında havalar qismən isti keçdiyindən bir neçə dəfə çətənə bitkilərinə su vermiş, 14 fevral 2024-cü il tarixdə, təxminən saat 17 radələrində yaşadığı evdə olan zaman kimlərinsə onu səslədiyini eşitmiş, həyətə düşdükdə polis əməkdaşlarının həyətin giriş qapısının qarşısında dayandıqlarını görmüş, polislərə yaxınlaşdıqda ona narkotik tərkibli bitkiləri əkibbecərməkdə şübhəli olduğunu, evinin həyətinə baxış keçirmək istədiklərini demişlər. Artıq polislərin əkdiyi çətənə bitkilərinə görə həyətinə baxış keçirmək istədiklərini bilmiş və polislərin həyətinə baxış keçirmələrinə etiraz etməmişdir. Baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə ilə müraciət etmiş, bundan sonra polis əməkdaşları evinin həyətinə videoçəkilişdən istifadə etməklə baxış keçirmiş, baxış zamanı könüllü olaraq həyətdə əl-üz yumaq üçün inşa etdirdiyi tikilinin üzərindəki dibçəyin içərisində 03(üç) ədəd çətənə bitkisini təqdim etmişdir. Baxışda mütəxəssis də iştirak etmiş və mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu bildirmişdir. Təqdim etdiyi çətənə bitkiləri kökündən çıxarılmış, elektron tərəzidə çəkilmiş və bir ədəd zərfdə qablaşdırılaraq həmin zərf möhürlənmişdir. Sonra isə zərfin üzərində müvafiq qeydlər aparılmış, baxışda iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərində imzalarını çəkmişdir. Sonra polislər avtomobilləri ilə onu Astara rayon polis şöbəsinin inzibati binasına aparmış, şöbəyə daxil olduqda dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmiş, müdafəçisinin iştirakı ilə sənədlər tərtib edilmiş və həmin sənədləri imzalamışdır. Bundan sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməkə üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Çətənə bitkilərini 2024- cü ilin yanvar ayının ortalarında evinin həyətində, dibçəkdə əkmiş, həmin bitkilərin toxumunu 2-3 il əvvəl kimdənsə almış, lakin kimdən aldığını xatırlamamışdır. Çətənə bitkilərini əkməkdə kimsə ona köməklik etməmiş, özü çətənə bitkilərini tək əkmiş, yalnızca “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə etmiş, qurudulmuş marixuananın aludəçisi olmamış, harasa gedəndə, narkotik satışı ilə məşğul olan şəxs görəndə istifadəsi üçün nəşə almış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. Yaşadığı evin həyətində çətənə bitkisi əkməsindən heç kimin xəbəri olmamış, onsuz da evdə tək yaşamış, ümumiyyətlə çətənə bitkisi əkməsi ilə bağlı heç kimə məlumat verməmişdir. Baxışda toxumları əkərkən toxumların çətənə toxumları olduğunu bilmədiyini demiş, məsuliyyətinn yüngülləşəcəyini düşünüb, baxışda elə demiş, toxumları əkəndə toxumların çətənə toxumları olduğunu bilmişdir. Sayını dəqiq bilmədiyi bir neçə ədəd çətənə toxumu onda olmuş və hamısını əkmiş, həmin toxumlardan 3 ədəd çətənə bitkisi cücərmiş, əkdiyi toxumlardan başqa çətənə bitkisinin toxumu onda olmamış və haradasa gizlətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, olmasını bildirib məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-m əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 fevral 2024-cü il tarixdə ona Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində yerləşən evinin həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, məlumatı dərhal şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində ondan başqa şöbənin C inayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 də iştirak etmişdir. 14 fevral 2024-cü il tarixdə, saat 17 radələrində dəvət olunmuş mütəxəssis Şahid2 və təhqiqatçı Mahir Tahirlinin iştirakları ilə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Ərçivan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həyətə daxil olmamış, Təqsirləndirilən şəxs səsləyərək yanlarına çağırmış və Güloğlan da yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibili çətənə bitkiləri əkib-becərməsində şübhəli olduğunu deyib, həyətinə baxış keçirmək istədiklərini bildirmiş, Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etiraz etməmiş və yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Fləmçinin Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etirazının olmaması ilə bağlı ərizə ilə də müraciət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan əkin sahəsinə video çəkiliş vasitəsi, dəvət olunmuş mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs özü evin həyətində, əl-üz yumaq üçün inşa edilmiş kiçik tikilinin üzərindəki dibçəkdə 3 ədəd çətənə bitkisini təqdim etmiş, mütəxəssis Şahid2 bitkilərə baxaraq 3 ədəd bitkinin çətənə bitkiləri olduğunu, bitkilərin 1 aydan artıq müddət əvvəl dibçəkdə əkildiyini, mövsümlə əlaqədar zəif inkişaf etdiklərini bildirmişdir. Aşkar edilmiş ümumilikdə 3 ədəd çətənə bitkiləri təhqiqatçı tərəfindən kökündən çıxarılmış və tərəzidə çəkilmiş, çətənə bitkiləri ekspertizaya təqdim olunmasından ötrü 1 ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və zərfi imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə toxumlarını özünün əkdiyini bildirmiş, sonda baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş, şöbədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da Güloğlanın üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamış, Təqsirləndirilən şəxs çətənə bitkilərinin toxumlarını haradan və nə vaxt əldə etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayonu, Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evinin həyətində narkotik xassəli çətənə əitkiləri əkib-becərməsi barədə 14 fevral 2024-cü il tarixdə CAB-ın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə Gunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və o da qrupa daxil edilmişdir. Əməliyyat qrupunun .ərkibində ondan başqa Şahid1 də iştirak etmiş, 14 fevral 2024-cü il tarixdə, saat 17 radələrində dəvət olunmuş mütəxəssis Şahid2 və təhqiqatçı Mahir Tahirlinin iştirakları ilə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Ərçivan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həyətə daxil olmamış, Təqsirləndirilən şəxs səsləyərək yanlarına çağırmış və o da yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibili çətənə bitkiləri əkib-becərməsində şübhəli olduğunu bildirib, həyətinə baxış keçirmək istədiklərini demiş, Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etiraz etməmiş və yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs həyətinə baxış keçirmələrinə etirazının olmaması ilə bağlı ərizə ilə də müraciət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan əkin sahəsinə video çəkiliş vasitəsi, mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs evin həyətində, əl-üz yumaq üçün inşa edilmiş tikilinin üzərindəki dibçəkdə 3 ədəd çətənə bitkisini təqdim etmiş, mütəxəssis Şahid2 bitkilərə baxaraq 3 ədəd bitkinin çətənə bitkiləri olduğunu, mövsümlə əlaqədar zəif inkişaf etdiklərini demişdir. Aşkar edilmiş 3 ədəd çətənə bitkiləri təhqiqatçı tərəfindən kökündən çıxarılmış və tərəzidə çəkilmiş, çətənə bitkiləri ekspertizaya təqdim olunmasından ötrü 1 ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və zərfi imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə toxumlarını özünün əkdiyini bildirmiş, baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 15 fevral 2024-cü il tarixli 19/143 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözlər və imzalar olan zərfdəki, ümumi sayı 3 (üç) ədəd, 7-10 sm hündürlükdə, yaş vəziyyətdə ümumi çəkisi: -0,315 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur.” Qeyd: çətənə bitkisinin ümumi təmiz çəkisi -0,315 qram, cəmi tədqiqata sərf edildi -0,09 qram (hər ob-0,03 qram), qalıq 0,225 qram. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 22 fevral 2024-cü il tarixli, 186 saylı rəyindən görünür ki,-"Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulunda yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durmur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 304 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşman olmasını olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə tutulmuş, 15 fevral 2024-cü il tarixdə isə azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə 02 (iki) gün müddətinə həbsdə saxlanılması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,225 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 (üç min) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (gün) gün müddətdə həbsdə saxlanılması nəzərə alınmaqla, ona təyin edilmiş 3.000 (üç min) manat miqdarında cərimə cəzasından 500 (beş yüz) manat çıxılmaqla üzərində qəti olaraq 2.500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,225 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzr mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar