Məhkəmə qərarları › İş №1(018)-56/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-56/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-56/2023 11.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında Astara rayonu Kələdəhnə kəndində X4 15 manat qarşılığında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,888 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, 10 yanvar 2023-cü il tarixdə saat 16:05 radələrində Astara şəhəri Z.Bünyadov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd qızılı rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,415 qr; -0,238 qr; və -0,235 qram olmaqla ümumi təmiz çəkisi -0,888 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrdən heroin istifadə edir. 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında Kələdəhnə kəndində yaşayan İlyas adlı şəxsdən 15 manata üç ədəd qızılı rəngli siqaret kağızı bükümündə heroin almışdır. Axşam saatlarında həmin bükümlərdən birini açıb heroindən bir qədərini istifadə etmiş, qalanını da cibinə qoymuşdur ki, ürəyi istədikdə istifadə edər. 10 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində piyadə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, onu Astara RPŞ-nə dəvət etmişlər. Onlara etiraz etməyib, onlarla birlikdə Astara RPŞ-nə getmişlər. Orada dəvət olunmuş vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilən zaman o, üzərində narkotik vasitə olduğunu bildirmiş vəəynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 3 bükümdə heroini təqdim etmişdir. Onun təqdim etdiyi 03 ədəd bükümdə narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış, müvafiq sənədləşdirilmə aparılmış, ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən çox peşman olmuşdur. Hepatit “C” virusu xəstəsidir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun özünün etirafından əlavə cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. OnlarTəqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 16:05 radələrində Astara şəhəri Z.Bünyadov küçəsində piyada hərəkətdə olduğunu görüb, ona özlərini təqdim edərək polis işçiləri olmalarını bildirib, onu Astara rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirirək əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 03 ədəd qızılı rəngli kağız büküm təqdim etmişdir. Həmin bükümləri açıb içərisində toz şəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar kütlələr ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. Sonra müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş protokol ucadan oxunmuş, prosses iştirakçıları da həmin sənədlərin düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 10 yanvar 2023-cü il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,“Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmazəməliyyat-axtarış tədbirləri iləəlaqədar Təqsirləndirilən şəxs qara rəngli gödəkcənin sağ yan cibindən içərisində naroktik vasitə heroin olan üç ədəd qızılı rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 19/28 saylı rəyində qeyd olunur ki, - tədqiqata təqdim edilmiş üzərində: “Axundov Emilin üzərindən aşkar olunaraq götürülmüş büküm narkotikə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,415 qr; -0,238 qr; -0,235 qram; ümumi təmiz çəkisi -0,888 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Narkotik vasitə olan heroinin təmiz çəkisi 0,888 qram olmuş, tədqiqata sərf edildi 0,15 qram, qalıq 0,738 qram təşkil edir. Adı çəkilən Mərkəzin 11 yanvar 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli, 32 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 0,888 qram olmuş, tədqiqata sonra qalan 0,738 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,738 qram narkotik vasitə olan heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 04 mart 2023-cü il tarixli tələbnamə-arayışdan və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Axundov X6 Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə qalan 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasını çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 02 avqust 2022-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinəəsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiriseçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10);hesabedilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cinayət işi üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan 0,738 qram narkotik vasitə olan heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 10 yanvar 2023-cü il tarixdən hesablanmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia vəüzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi qalan 0,738 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar