Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-56/2024 14.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X17, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Maxaçqala şəhəri İmam Şamil küçəsi 89 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 11 yanvar 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən külli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən 3 blisterdə, cəmi 45 kapsul “Pregabalin 150” əmtəə göstəricili preqabalin güclü təsir edən maddəsini və eləcə də, xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,0775 qram təşkil edən 8 blisterdə cəmi 77 həb və bir həbin yarısı “Alprazolam 1” əmtəə göstəricili alprazolam psixotrop maddəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək alprazolam psixotrop maddəsini idarə etdiyi “Volvo” markalı, M181PE134/AE314705 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinində içərisində sənədlər olan qara rəngli çantada, preqabalin güclü təsir edən maddəsini isə, nəqliyyat vasitəsinin kabinində yataq üçün nəzərdə tutulmuş hissədə yerləşən saxlanc yerinin alt hissəsindəki plastmas üzlüyün arxasında yerləşdirib gömrük nəzarətindən gizlədərək saxlamışdır. X10 İran İslam Respublikasından Azərbaycan Respublikasınadək həmin preqabalin güclü təsir edən maddəsini və alprazolam psixotrop maddəsini daşımış və 11 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” modul tipli gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə “Astara” modul tipli gömrük postunda qeyd edilən nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması nəticəsində sözügedən maddələr aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Maxaçqala şəhəri İmam Şamil küçəsi 89 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. “Volvo” markalı, M181PE134/AE314705 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Sonuncu dəfə İrana noxud yükü daşımaq sifariş almış, həmin yükü 25 dekabr 2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinə yüklətdirmiş və 02 yanvar 2024-cü il tarixdə yola çıxmışdır. İranın Astara şəhərinə gedib orada yük boşaltdırıb yeni yük götürüb Rusiyaya qayıtmalı imiş. 05 yanvar 2024-cü il tarixdə X16 Astara şəhərinə çatmışdır. Orada yükü boşaltdıqdan sonra, üç gün yeni sifariş gözləmiş, 8 yanvar 2024-cü il tarixdə maşıın sahibi telefonla ona zəng edərək bibər yükü daşınması barədə sifariş olduğunu demişdir. Yükü göndərən şəxslər onunla əlaqə saxlayıb yükü idarə etdiyi nəqliyyat vasitəsinə yüklətdirmişlər. 11 yanvar 2024-cü il tarixdə səhər saatlarında İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru yola düşmüşdür. İran İslam Respublikasının Astara ərazisindəki gömrük nəzarətindən keçib, saat 15 radələrində Azərbaycan Respublikasının Astara şəhərində «Astara» modul tipli gömrük postuna daxil olmuşdur. Orada əvvəlcə ona hüquq və vəzifələri olan bildiriş vermişlər və ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddə və ya hər hansı digər dərman vasitələri və bir sıra digər qadağan edilən predmetlərin adlarını çəkməklə belə maddələr olub-olmadığını soruşmuş, bundan sonra onun üzərində və idarə etdiyi yük avtomobilində gömrük yoxlaması keçirilmişdir. Keçirilmiş gömrük yoxlaması zamanı idarə etmiş olduğu nəqliyyat vasitəsindən aşkar edilmiş alprazolam psixotrop maddəsi və preqobalin dərmanı özünə məxsus olmuşdur. Həmin psixotrop maddəsini Azərbaycana gəlməmişdən 1-2 gün əvvəl İran İslam Respublikasının Astara şəhərində apteklərin birindən almışdır. Həmin alprazalomu almaqda məqsədi istifadə edib rahat yatmaq olmuşdur. Əldə etdikdən sonra Azərbaycan Respublikasına gələnə qədər 2,5 həbini istifadə etmiş, qalan hissəsini isə özü ilə Rusiyaya evinə gedənə qədər aparmaq istəmişdir. Bu məqsədlə aşkar edilən çantanın içərisinə qoymuş, Azərbaycan Respublikasının Astara şərəində olan «Astara» gömrük postuna gəlmişdir. Orada idarə etmiş olduğu nəqliyyat vasitəsində gömrük yoxlaması keçirilən zaman həmin psixotrop maddə gömrük əməkdaşı tərəfindən aşkar edilmiş, aşkar edildikdən sonra gömrük əməkdaşı həmin maddəni cibinə qoymuş, gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində başqa gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, gömrükçüyə onda qanunsuz başqa heç nə olmadığını bildirmişdir. Üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama nəticəsində heç bir predmet aşkar edilməmişdir. Ona araşdırmanın və istintaqın heç bir mərhələsində zor tətbiq edilməmiş, alprazolam və preqobalin maddəsini Azərbaycana gələn vaxta qədər bir qədərini istifadə etdiyini, lakin əvvəllər heç vaxt preqabalin və alprazolam maddələrindən istifadə etməmişdir. Alprazolam psixotrop maddəsini yolboyu və Dağıstanda evinə çatandan sonra istifadə etmək istədiyindən özü ilə götürmüşdür. Ailədə yeganə qazanc gətirən şəxs olmasının, həyatında ilk dəfə cinayət törətməsinin, himayəsində xəstə və əlil anasının olmasının məhkəmə tərəfindən nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. X4 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi «Astara» Gömrük İdarəsinin böyük inspektoru vəzifəsində xidmət edir. Xidməti vəzifəsi yük idxal xəttində İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına daxil olan yük avtomobillərinə gömrük baxışını həyata keçirməkdən ibarətdir. 11 yanvar 2024-cü il tarixdə «Astara» modul tipli gömrük postunda xidmətdə olarkən, saat 16 radələrində əvvəllər tanımadığı Rusiya Federasiyası vətəndaşı X4 idarə etdiyi “Volvo” markalı, “M181PE134/AE314705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə postun yoxlama xəttinə daxil olmuşdur. İdxal xəttinə daxil olan bütün yük nəqliyyat vasitələrinin diqqətlə yoxlanılması həyata keçirildiyi üçün nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Abdulkadır Magomedov əcnəbi olduğuna görə əvvəlcə ona Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişin rus dilinə tərcümə edilmiş nüsxəsini təqdim etmişdir. Abdulkadır Magemedov yazılı bildirşi oxuyub hüquqları və vəzifələri ilə tanış olmuşdur. Sonra yoxlama zamanı postun yaxınlığında olan Habil və Hüseyn adlı şəxsləri hal şahidi qismində iştirak etmələri üçün dəvət etmişdir. Yoxlama başlamamışdan əvvəl Abdulkadır Magomedova idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində qadağan edilən, gizlətdiyi, bəyan etmədiyi hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin, eləcə də hər hansı dərman vasitələrinin, valyuta vəsaitlərinin, qızıl məmulatlarının, silah-sursat və kimi malların və bir sıra digər predmetlərin olub-olmadığı barədə sual vermişdir. Abdulkadır Magemedov ona nə üzərində, nə də idarə etdiyi nəqliyyat vasitəsində gizlətdiyi və bəyan etmədiyi heç bir predmetin olmadığını bildirmişdir. Həmin nəqliyyat vasitəsinə kinoloq Şahid2lə “Prins” ləqəbli kinoloji xidməti iti tətbiq etmişdir. Kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bir daha Abdulkadır Magomedovdan bəyan etmədiyi və gizlətdiyi sadaladığı maddələrin olub-olmamasını soruşmuş, sonuncu isə olmadığını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasinda, içərisində sənədlər olan qara rəngli çantada yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş, üzərində “Alprazolam 1” yazısı olan 8 blisterdə, cəmi 77 həb və bir həbin yarısı dərman həbləri aşkar edilmişdir. Yoxlamanı davam etdirdikdə nəqliyyat vasitəsinin kabinində yataq üçün nəzərdə tutulmuş hissədə yerləşən saxlanc yerinin alt hissəsindəki plastmas üzlük çıxarılaraq onun altından gömrük nəzarətindən gizlədilmiş şəkildə üzərində “Pregabalin 150” yazısı olan 3 blisterdə, cəmi 45 kapsul dərman həbləri də aşkar edilmişdir. Daha sonra X8 üzərində şəxsi yoxlama aparmış, həmçinin, nəqliyyat vasitəsini “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVM” markalı stasionar rentgen qurğusundan keçirilməyə yönləndirmiş, lakin başqa hüquqpozma predmeti aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra X4 idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar olunmuş həmin predmetləri araşdırma məqsədilə götürmüş, yoxlama barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol tərcüməçinin iştirakı ilə Abdulkadır Magomedova oxunmuş, Abdulkadır Magomedov tərcüməçinin köməkliyi ilə protokolla tanış olub, yekunda imzası ilə təsdiq etmişdir. Yoxlama zamanı kinoloji xidməti it tətbiq edilmiş, kinoluq gömrük əməkdaşı və hal şahidləri, həmçinin Abdulkadır Magomedov özü bilavasitə yoxlama zamanı prosesin əvvəlindən sonunadək iştirak etmiş, aşkar edilmiş maddələr ardıcıllığı üzrə ilk əvvəl alprazolam psixotrop maddəsi aşkar edilmiş, sonra preqabalin güclü təsir edən maddəsi aşkar edilmiş, proses ərzində Abdulkadır Magomedov, digər gömrük əməkdaşı və hal şahidləri yoxlama prosesinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 11 aprel 2024-cü il tarixdə saat təxminən dörd radələrində «Astara» Gömrük postunun qarşısında olan zaman gömrük əməkdaşı Şahid1 ona və onunla birlikdə orada olan Şahid4 idxal yük xəttində İrandan gələn yük avtomobilinə yoxlama tətbiq edəcəyini deyərək, onlara yoxlamada hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Onlar da razılaşaraq gömrükçü ilə birlikdə getmişdilər. Gömrük əməkdaşı onları əvvəllər tanımadığı Rusiya Federasiyası vətəndaşı X5 idarə etdiyi “Volvo” markalı, “M181PE134/AE314705” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanına aparmış, orada Abdulkadır adlı şəxsi onlara təqdim edib Abdulkadırın idarə etdiyi yük maşınının kabinasına yoxlama keçirəcəyini demiş, yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı onlara hüquqlarını və vəzifələrini izah etdikdən sonra, yük maşınını yoxlamağa başlamışdır. Yoxlamada kinoloq gömrükçü də iştirak etmişdir. Əvvəlcə maşını xidməti itlə yoxlamışlar. Yoxlama zamanı xidməti it kabinaya reaksiya vermişdir. Gömrük əməkdaşı kabinanı yoxlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında içində sənədlər olan qara rəngli çantadan üzərində “Alprazolam 1” yazısı olan dərmanlar aşkar edilmidir. Daha sonra, gömrükçü kabinanı yoxlayan zaman nəqliyyat vasitəsinin kabinasında, yataq üçün nəzərdə tutulmuş hissədə yerləşən saxlanc yerinin alt hissəsində olan plastmas üzlüyün altında gizlədilmiş şəkildə üzərində “Prebagalin 150” yazısı olan dərman preparatı aşkar edilmişdir. Sonra onların da iştirakı ilə X5 üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa heç bir qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş dərman preparatları sürücünün və hal şahidlərinin iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüşdür. Yekunda isə araşdırma ilə əlaqədar protokol tərtib edilmişdir. Həmin protokol ilə tanış olduqdan sonra imzalamışlar. Abdulkadır Magomedov da protokolla tərcüməçi vasitəsilə tanış olmuş və imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, ali təhsilli rus dili müəllimidir. Hazırda təqaüdçüdür. 11 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində istifadəsində olan mobil telefona Astara Görmük İdarəsinin təhqiqatçısı Rəşad Cabbarov zəng edərək Rusiya Federasiyası vətəndaşının şübhəli şəxs qismində tutulduğunu bildirdi və həmin işdə onu tərcüməçi olaraq dəvət etdi. Təhqiqatçı Rusiya Federasiyasının vətəndaşı X4 şübhəli şəxs qismində saxlanıldığını bildirdi və onun azərbaycan dilində bilmədiyi üçün işdə olan sənədləri rus dilinə tərcümə etmişdir. Daha sonra Astara Gömrük İdarəsinin təhqiqat bölməsində özü, Rusiya Federasiyasının vətəndaşı X10 və digər şəxslər iştirak etmişdir. X4 izahatı təhqiqatçının otağında alınan zaman orada tərcüməçi qismində iştirak etmiş, həmçinin işdə olan sənədləri X9 tərcümə etmiş, o da həmin sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Astara Gömrük İdarəsinin Tranzit Gömrük xəttinə gün ərzində 350-500 maşın daxil olur. 11 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşı X10 Tranzit Gömrük xəttindən keçərkən inspektor tərəfindən saxlanılmış və xidməti it tətbiq edilməklə yoxlama zamanı onun idarə etdiyi “Volvo” markalı, “M181PE134/AE314705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində “Alprazolam 1” yazısı olan 8 blisterdə, cəmi 77 həb və bir həbin yarısı dərman həbləri və üzərində “Pregabalin 150” yazısı olan 3 blisterdə, cəmi 45 kapsul dərman həbləri də aşkar edilmişdir. İnspektor Şahid1 X10 barəsində olan bütün sənədləri hazırlayıb işi ona təhvil vermişdir. Əvvəlcə X4 xarici vətəndaş olduğunu nəzərə alıb tərcüməçi və eyni zamanda müdafiəçi dəvət etmişdir. Rusiya Federasiyasının vətəndaşı X10 hüququ və vəzifələrinə aid bildiriş tərcüməçi tərəfindən tərcümə edilmişdir. O də müdafiəçinin və tərcüməçinin iştirakı ilə şübhəli şəxsin tutulması barədə protokol tərtib etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. «Astara» Gömrük İdarəsində tərtib edilmiş “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl X9 hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X11 idarə etdiyi “Volvo” markalı, M191PE134/AE314705 qeydiyyat nişanlı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Həmin qeyd edilən nəqliyyat vasitəsinə “Prins” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermiş, gömrük yoxlaması nəticəsində nəqlliyyat vasitəsinin kabinasında sənədlərin yerləşdirildiyi qara rəngli çantadan gömrük nəzarətinə bəyan olunmamış şəkildə üzərində “Alprazolam 1” yaxısı olan 8 konvalyut, ümumilikdə 77 həb və bir həbin yarısı dərman preparatı və nəqliyyat vasitəsinin kabinasında yataq üçün nəzərdə tutulmuş hissədə yerləşən saxlanc yerinin alt hissəsində olan plastmas üzlük çıxarılaraq onun altında gömrük nəzarətindən gizlədilmiş üzərində “Pregabalin 150” yazısı olan 3 ədəd konvalyutda ümumilikdə 45 kapsula dərman preparatı aşkar edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş, sonra X4 idarə etdiyi nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVM” markalı stasionar rentgen qurğusundan keçirilərək qoşquda olan yükə gömrük yoxlaması tətbiq edilmiş, lakin başqa qanun pozuntusu halları aşkar edilməmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2024-ci il tarixli, 3-16-16/2-6/169 saylı məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 203683 nömrəli polietilen paketdəki, üzərilərində “… Alprazolam 1...X24. ..” göstəriciləri olan 08 blisterdə, ümumilikdə 77 (yetmiş yeddi) ədəd bütöv və 01 ədəd yarı bölünmüş mavi rəngli dərman tabletlərinin tərkibində, ümumilikdə 0,0775 qram alprazolam təsiredici maddəsi, üzərilərində “Pregabalin 150...X25...” göstəriciləri olan 03 blisterdə ümumilikdə 45 ədəd dərman kapsullarının tərkibində, ümumilikdə 6,75 qram preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Alprazolam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azırbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na, Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarlarının siyahısı”na (1 nömrəli əlavə) daxildir. Qeyd: Alprazolam həblərinin ümumi sayı - 77,5 həb, tədqiqata sərf edildi -4,5 həb, qalıq - 73 həb qaldı. Preqabalin kapsullarının ümumi sayı - 45 kapsul, tədqiqata sərf edildi - 4 kapsul, qalıq - 41 kapsul qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X23 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 890 saylı narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı X6 psixotrop maddə alprazolam və narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Lakin, müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «alprazolam» olan psixotrop maddənin 0,03 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 0,1 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. X4 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X4 təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, X4 məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan yaşayış yeri barədə arayışdan görünür ki, X10 Rusiya Federasiyası Dağıstan Respublikası Maxaçqala şəhəri İmam Şamil küçəsi 89 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan xəstəlik tarixçəsi barədə arayışdan görünür ki, X4 anası X12 ağır psixi xəstəlikdən əziyyət çəkir və daim müalicəyə ehtiyacı var. İş materiallarında olan xasiyyətnamənin məzmunundan görünür ki, X10 yaşadığı yer üzrə müsbət xarakterizə olunur, qonşularla və sakinlərlə yaxşı münasibətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə cinayət törətməsini, törətmiş əməldən səmimi peşmanlıq hissi keçirməsini, yahayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, anasının ağır psixi xəstə olmaqla onun himayəsində olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. X10 bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, anasının xəstə olmaqla onun himayəsində olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. X4 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, anasının xəstə olmaqla onun himayəsində olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən X10 barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(004)-1001/2023 saylı qərarından və həbsdə saxlama müddətinin uzadılması haqqında 04 aprel 2024-cü il tarixli, 4(004)-295/2024 saylı qərarından görünür ki, X10 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 11 yanvar 2024-cü il tarixdən hesablanmış və həbsdə saxlama müddəti 11 iyun 2024-cü il tarixədək uzadılmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından X4 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 11 yanvar 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X9 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs X7 törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış – 73 həb alprazolam psixotrop maddəsi və 41 kapsul preqabalin güclü təsir edən maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən psixotrop maddə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat pul X3 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X13, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə X4 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, X3 götürülmüş və ona məxsus 600 ABŞ dolları və 9470 Rusiya rublu pullar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri X9 təhvil verilməlidir. Həmin qərardan görünür ki, X3 götürülmüş bir ədəd “İphone 12” markalı və bir ədəd “Samsunq” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “İphone 12” markalı və bir ədəd “Samsunq” markalı mobil telefon X2ytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. X10 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 73 həb alprazolam psixotrop maddəsi və 41 kapsul preqabalin güclü təsir edən maddəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat pul X3 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X13, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X10 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X4 üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 600 ABŞ dolları və 9470 Rusiya rublu pullar və cinayət işinə əlavə olunmuş bir ədəd “İphone 12” markalı və bir ədəd “Samsunq” markalı mobil telefon X2ytarılsın. Hökmdən elan olunduğu (məhkum X9 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin İbrahimov