Məhkəmə qərarları › İş №1(018)-57/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-57/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-57/2025 22.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, evdar qadın, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai İstintaq ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək niyyəti ilə Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən “Panorama” adlı hotel-restoranı X3 icarəyə götürdükdən sonra fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası saxlamaq məqsədilə hotel kimi istifadə olunan binanın xərclərini ödəyərək, binanın ikinci mərtəbəsində yerləşən yataq otaqlarının təmizlənməsi, yataq dəstləri ilə təmin edilməsi və bu kimi başqa hərəkətlər etməklə hotelin fəaliyyətini təmin etmək üçün müvafiq tədbirlər görmüşdür. X1 fahişəliklə məşğul olaraq 20 (iyirmi) manat pul müqabilində X10 ilə cinsi əlaqədə olmasına şəriat yaratmışdır. 15 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində 30 (otuz) manat pul müqabilində həmin hotel-restoranın ikinci mərtəbəsində olan yataq otaqlarından birini sonuncuya kirayə vermişdir. 15 noyabr 2024-cü il tarixdə, saat 18:22 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən qeyd olunan hotel-restorana keçirilən baxış zamanı həmin otaqda X2 X10 ilə birlikdə yarımçılpaq şəkildə aşkar etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 244.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən X6 məxsus “Panorama” adlı hotel-restoranı icarəyə götürüb işlətmişdir. X11 ilə aralarında icarə müqaviləsi olsa da, həmin müqavilənin müddəti başa çatmışdır. Buna baxmayaraq X11 ilə yenidən icarə müqaviləsi bağlamamışdır. Yalnız aralarında olan şifahi razılaşmaya əsasən hər ay 600 (altı yüz) manat icarə haqqı vermişdir. “Panorama” adlı hotel-restoranın birinci mərtəbəsini restoran kimi istifadə etmiş, oraya müştərilər yemək və çay içmək üçün gəlmişlər. İkinci mərtəbədə isə bir neçə yataq otaqları olmuşdur. Həmin yataq otaqlarını 30 (otuz) manat pul müqabilində kirayə vermişdir. Şahid1 hoteldə gündəlik 15 (on beş) manat müqabilində ofisiant işləmişdir. Bundan başqa, hoteldə Səmrəxanım Hüseynzadə qabyuyan, Xədicə Məmmədzadə isə ofisiant işləmişdir. X2 Astara şəhər sakini kimi tanımışdır.15 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən “Panorama” adlı hotel-restoranda olan zaman adını bilmədiyi bir kişi cinsi şəxs Şəhriyara yaxınlaşıb orada yeyib-içmək üçün otaq sifariş vermək istədiyini demişdir. Şəhriyar da otaq sifarişinə onun baxmasını deyib yanına göndərmişdir. Eldar adlı şəxsə istirahət etmək və yeyibiçmək üçün otaq verə biləcəyini demişdir. Bundan sonra Eldar adlı həmin şəxs kirayə tutduğu otağa pul qarşılığında qadın gətirmək istədiyini və orada cinsi əlaqədə olacağını bildirmişdir. O da Eldarın bu təklifinə heç bir etiraz etməmiş və otağı günlük 30 (otuz) manata kirayəyə vermişdir. Həmin gün saat 17 radələrində Eldar Astara şəhər sakini kimi tanıdığı Nərmin Məlikova ilə birlikdə hotelrestorana getmişdir. O, həmin şəxsləri qarşılayıb ikinci mərtəbəyə qalxmalarını, koridorda solda birinci otağın hazır olmasını bildirmişdir. Eldar yeyəcəkləri yeməkləri sifariş verib Nərminlə birlikdə otağa getmişlər. Sonra isə Şahid1 Eldarın sifariş verdiyi yeməyi Nərminlə birlikdə olduğu otağa aparmışdır. Həmin gün saat təxminən 18:20 radələrində hotel-restoranın birinci mərtəbəsində olan zaman Astara rayon polis şöbəsinin əməkdaşları oraya gəlib DİN-in 102 xidmətinə hotel-restoranın əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə gələn şikayətlə bağlı otaqlara baxış keçiriləcəyini bildirmişlər. O da ərizə yazaraq hotel-restorana baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra onun iştirakı ilə birinci mərtəbə yerləşən restorana və mətbəxə baxış keçirilmişdir. Daha sonra isə videoçəkiliş aparılmaqla binanın ikinci mərtəbəsində olan yataq otaqlarına baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ikinci mərtəbə yerləşən yataq otağına daxil olduqda Eldar adlı şəxslə Nərmin Məlikovanın birlikdə yemək yemələri, Nərminin yarımçılpaq şəkildə olması, yəni paltarlarının bir hissəsinin əynində olmaması müəyyən edilmişdir.Nərminə adlı qadın 20 manat müqabilində Eldarla cinsi əlaqədə olacağını etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, onkoloji xəstə olduğunu, ilk dəfə cinayət törətdiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara şəhərində, Xəzər dənizin sahilində yerləşən “Panorama” adlı hotel-restoranda gündəlik 15 manat müqabilində ofisiant işləmişdir. Həmin hotel-restoran Astara rayon sakini kimi Şamil adlı şəxsə məxsus olsa da, faktiki olaraq Elnarə adlı şəxs oranı icarəyə götürüb işlətmiş və hər ay 600 (altı yüz) manat kirayə pulu vermişdir. “Panorama” adlı hotel-restoranın birinci mərtəbəsi restoran kimi fəaliyyət göstərmiş, oraya müxtəlif şəxslər yemək və çay içmək üçün gəlib-getmişlər. İkinci mərtəbədə isə yataq otaqları yerləşir. Həmçinin, otaqlarda istirahət edən şəxslərin sifarişi əsasında da ofisiantlar mətbəxdən yemək-içmək aparmışdır. Həmin yataq otaqlarını Təqsirləndirilən şəxs oraya istirahət etmək üçün gəlmiş kişi və qadınlara 30 (otuz) manat pul müqabilində kirayə vermişdir. 15 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən “Panorama” adlı hotel-restoranda olan zaman adını bilmədiyi bir kişi cinsli şəxs ona yaxınlaşaraq orada yeyib-içmək üçün otaq sifariş vermək istədiyini bildirmişdir. O da həmin yeri Elnarə adlı qadının işlətməsini və otağı Elnarənin kirayə verdiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Eldar Elnarə ilə danışdıqdan sonra restorandan çıxıb gedmişdir. Həmin gün axşam saat 17 radələrində Eldar Astara şəhər sakini kimi tanıdığı Nərmin Məlikova ilə birlikdə hotel-restorana gəlmişdir. Təqsirləndirilən şəxs həmin şəxsləri qarşılayıb ikinci mərtəbəyə qaldırmışdır. Eldar yeyəcəkləri yeməkləri ona sifariş verib Nərminlə birlikdə otağa getmişlər. Sonradan Eldarın sifariş verdiyi yeməyi Nərminlə birlikdə olduğu otağa aparmışdır. Daha sonra Elnarə meyvə tərəvəzin qurtarmasını bildirmiş və ona gedib meyvətərəvəz almasını istəmişdir. O da Elnarədən 20 (iyirmi) manat pul alıb mağazaya yollanmışdır.Otelə qayıdanda polis əməkdaşlarının ikinci mərtəbə yerləşən otaqların birində istirahət edən şəxsləri yaxaladıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Astara RPŞnin əməliyyat müvəkkili işləyirəm. Astara rayonu, Şüvi kənd sakini X4 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə şikayətlə müraciət edərək Astara şəhəri Z.Bünyadov küçəsində yerləşən “Panorama” adlı hotelin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini bildirmişdir. Buna görə də qeyd olunan faktın yoxlanılması üçün o, Astara RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elnur Heydərli, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Astara RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid4, Astara RPŞ-nin MSY-nin polis nəfəri Şahid5 birlikdə Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən “Panorama” adlı hotel-restorana getmişlər. Hotel-restoranı icarə götürmüş Təqsirləndirilən şəxs Mübariz Əskərovun DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək həmin yerin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə müraciət etməsini izah edib hotelrestorana baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Təqsirləndirilən şəxs da icarəyə götürdüyü hotel-restorana Astara RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmamasını barədə ərizə yazmışdır. Buna görə də videoçəkiliş aparılmaqla “Panorama” adlı hotelrestorana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı “Panorama” adlı hotel-restoran ikinci mərtəbəsinə çıxdıqdan sonra sol tərəfdə yerləşən otağa daxil olduqda orada kişi cinsli bir şəxs və yarımçılpaq şəkildə bir qadın müəyyən edilmişdir. Həmin şəxslərlə sorğu-sual əsasında qeyd olunan kişinin Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X10, qadının isə ünvan 2 ünvanda yaşayan X5 olması müəyyənləşdirilmişdir. X10 verilən suallara cavab olaraq Nərmin adlı qadınla 20 (iyirmi) manat pul qarşılığında istirahət etmək və cinsi əlaqədə olmaq üçün otağı Elnarə adlı qadından 30 (otuz) manat pul müqabilində kirayə götürməsini, orada yedikləri yeməyi isə Şəhriyar adlı ofisianta sifariş verdiklərini bildirmişdir. X5 isə verilən suallara cavab olaraq Eldar adlı şəxslə 20 (iyirmi) manat pul qarşılığında cinsi əlaqədə olmaq üçün “Panorama” adlı hotelə gəldiyini etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər - Şahid4, Şahid5 onlardan öncə dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadələr verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişlər. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir.Onun ifadəsi məhkəmə iclasında dindirilən şahidlərin və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və hüç bir ziddiyət təşkil etməmişdir.. İş materialİarında olan digər sübutlar : İş materiallarında olan (iş vərəqi 9-11. İ cild ) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla “Panorama” adlı hotel-restorana baxış keçirilmişdir. Qeyd olunan binanın ikinci mərtəbəsinə çıxdıqdan sonra sol tərəfdə yerləşən otağa daxil olduqda orada kişi cinsli bir şəxsin və yarımçılpaq şəkildə bir qadının əyləşib yemək yemələri müəyyən edilmişdir. Həmin şəxslərlə sorğu-sual əsasında kişinin Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X10, qadının isə Astara şəhəri, Qum küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan X5 olması müəyyənləşdirilmişdir. X10 verilən suallara cavab olaraq Nərmin adlı qadınla 20 (iyirmi) manat pul qarşılığında istirahət etmək və cinsi əlaqədə olmaq üçün olduqları otağı Elnarə adlı qadından 30 (otuz) manat pul müqabilində kirayə götürməsini, orada yedikləri yeməyi isə Şəhriyar adlı ofisianta sifariş verdiklərini bildirmişdir. X5 isə verilən suallara cavab olaraq Eldar adlı şəxslə 20 (iyirmi) manat pul qarşılığında cinsi əlaqədə olmaq üçün Panorama adlı hotelə gəldiyini etiraf edir. Baxış zamanı çəkilmiş videogörüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 4-23. İİ cild) xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə “Panorama” adlı hotel-restorana baxış keçirilməsinin gedişatını özündə əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 36. İ cild ) “Şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 98-100. İ cild) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Fətəli oğlunun xx.xx.2024-cü il tarixli “Vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərardan məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş və həbsdən azad edilmişdir. İş materillarında olan (iş vərəqi 101-102. İ cild) xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi barədə ” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 248) “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli axtarış işi üzrə elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20-də Lənkəran rayonu ərazisində tutularaq Astara RPŞ-nə təhvil verilmişdir. İş materiallarından məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 10:20-də Lənkəran rayonu ərazisində axtarışla tutulan Təqsirləndirilən şəxs həmin tarixdə axşam dindirildikdən sonra sərbəst buraxılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan (iş vərəqi 143. İ cild) DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (iş vərəqi 150-151) xx.xx.2024-cü il Astara rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Rəsulovun 1726 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara şəhər, Qüm küçəsində yaşayır. Ailə tərkibi- oğlu X7. İş materiallarında olan (iş vərəqi 150-151) xx.xx.2024-cü il Astara rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Rəsulovun xx.xx.2024-cü il tarixli, 1722 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. İş materialların əlavə edilmiş Astara Rayon Mərkəzi X9 Şəxs Baş Həkim Gülnar Muxtarova tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin onkoloji kabinetində “Kor bağırsağın xərçəngi” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Beləliklə, Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayətini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 244.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkdiyini, ilk dəfə az ağır cinayət törətməsini, onkoloji xəstə olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və axtarış ilə tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün, cəmi 3 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsilə təqsirli bilinib qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və axtarış ilə tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün, cəmi 3 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il islah işindən 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar