Məhkəmə qərarları › İş №1(018)-58/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-58/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-58/2024 17.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Tağı oğlunun, müdafiəçilər Müdafiəçi2 Allhyar oğlu və Müdafiəçi1 iştirakları ilə 12 yanvar 1998-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İran İslam Respublikasının Talış şəhərinin Rustai Şimbərxail qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə xx xxxxxxxx 1985-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, İran İslam Respublikasının Talış şəhərinin Qisum kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Tağı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Tağı oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halinda 22 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Cənub regional şöbəsinin "Astara sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 22 fevral 2024-cü il tarixdə saat 10:15-də Kürdili adasının cənubunda sahildən 3.0 mil məsafədə Sahil Mühafizəsinin 206 nömrəli gəmisi tərəfindən Lənkəran reydində saxlanılmışdır. İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Tağı oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasına keçmişdir. İran İslam Respublikasından Bele ki, Təqsirləndirilən şəxs2 Tağı oğlu qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Cənub regional şöbəsinin "Astara" sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 22 fevral 2024-cü il tarixdə saat 10:15-də Kürdili adasının cənubunda sahildən 3.0 mil məsafədə Sahil Mühafizəsinin 206 nömrəli gəmisi tərəfindən Lənkəran reydində saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 21 fevral 2024cü il tarixdə, saat 11 radələrində dostu Təqsirləndirilən şəxs2 Tağı oğlu ilə birlikdə İran İslam Respublikasının Talış şəhəri Qisum qəsəbəsində yerləşən dənizin sahilinə getmişdir. Onların məqsədi balıq tutmaq olmuşdur. Bundan sonra öz qayıqları ilə Teymur və Ruhullanın olduqları qayığının arxası ilə dənizdə hərəkətə başlamışlar. Qayıqda olan GPS xarab olduğundan yolu azmlşlar və Azərbaycan tərəfinə keçmişlər. 22 fevral 2024-cü il tarixdə, səhər saatlarında Azərbaycan Respublikasına məxsus hərbi gəmi tərəfindən təqib edilməyə başladıqlarından gəmini görən Teymur və Ruhulla qayıqlarının surətini artırıb ərazidən uzaqlaşmışlar. Azərbaycan Respublikasına məxsus gəminin "Dayan!" komandasına fikir verməyib qaçdıqları zaman gəmidən atəş səsləri eşitdikdə qayığın sürətini azaltmış, bundan sonra sərhədçilər katerlə yaxınlaşaraq onları saxlamışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Xəzər dənizinə balıq tutmaq üçün getmişlər. Onlar Azərbaycanda heç kimə narkotik verməmişlər. Hazırda peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 Tağı oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 21 fevral 2024-cü il tarixdə, saat 11 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasının Talış şəhəri Qisum qəsəbəsində yerləşən dənizin sahilinə getmişdir. Qayıqda olan GPS xarab olduğundan yolu azmlşlar və Azərbaycan tərəfinə keçmişlər. 22 fevral 2024-cü il tarixdə, səhər saatlarında Azərbaycan Respublikasına məxsus hərbi gəmi tərəfindən təqib edilməyə başladıqlarından gəmini görən Teymur və Ruhulla qayıqlarının surətini artırıb ərazidən uzaqlaşmışlar. Azərbaycan Respublikasına məxsus gəminin "Dayan!" komandasına fikir verməyib qaçdıqları zaman gəmidən atəş səsləri eşitdikdə qayığın sürətini azaltmış, bundan sonra sərhədçilər katerlə yaxınlaşaraq onları saxlamışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Xəzər dənizinə balıq tutmaq üçün getmişlər. Onlar Azərbaycanda heç kimə narkotik verməmişlər. Hazırda peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi 206 nömrəli gəmi 14 fevral 2024-cü il tarixdən Xəzər dənizində dövlət sərhədinin mühafizəsində olmuş, dövlət sərhədinin mühafizəsində olarkən 303 nömrəli gəmi ilə qarşılıqlı əlaqə zamanı bir ədəd üzmə vasitəsinin təqib olunması ilə əlaqədar daxil olmuş məlumata əsasən 22 fevral 2024-cü il tarixdə saat 09:20 radələrində 206 nömrəli gəminin iki ədəd itisürətli katerləri dənizə endirilmiş, gəminin katerləri dənizə endirildikdən sonra təqib edilən üzmə vasitəsini saat 09:35-də görünmüş və həmin vaxtdan üzmə vasitəsinin saxlanılması üçün təqibi başlanılmışdır. Təqib edilən üzmə vasitəsinə dayan komandası verilməsinə baxmayaraq üzmə vasitəsi kəskin manevrlər edərək hərəkətini davam etdirmiş, saat 10:05-den saat 10:10-dək həmin təqib olunan üzmə vasitəsinin saxlanılması məqsədilə «Stalker» travmatik tapançasından havaya 10 ədəd xəbərdarlıq atəşi açılmışdır. Bundan sonra üzmə vasitəsi sürətini azaltmış və saat 10:15 radələrində saxlanılmışdır. Təqib edilən üzmə vasitəsi saxlanıldıqdan sonra həmin üzmə vasitəsində olan iki nəfər şəxs və üzmə vasitəsi 206 nömrəli gəmiyə gətirilmiş, üzmə vasitəsinə baxış keçirilmiş və üzmə vasitəsinə keçirilən baxış zamanı həmin üzmə vasitəsinin İran İslam Respublikasına maxsus “Layner” tipli, bort nömrəsiz, üzərində bir ədəd «Yamaha-200» asma mühərriki quraşdırılmış qayıq olduğu müəyyən edilmişdir. Həmin qayıqda saxlanılmış iki nəfər şəxslə söhbət zamanı onların İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 Tağı oğlu və Təqsirləndirilən şəxs1 olduqlarını məlum olmuş, həmin şəxslər 21 fevral 2024-cü il tarixdə səhər tezdən İran İslam Respublikasının Talış şəhərinin Qisum qəsəbəsindən Xəzər dənizə daxid olduqlarını və onlarla birlikdə heyət üzvüləri Teymur və Ruhulla adlı şəxslər olan başqa bir qayığın da dənizə daxil olduğunu bildirmişlər, hər iki qayığın dövlət sərhədini pozaraq İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası tərəfə gələrək Azərbaycanın ərazi sularında tanımadıqları şəxslərə dənizdə əvvəlcədən təyin olunmuş koordinant üzrə müxtəlif növ narkotik maddələr verdiklərini bildirmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən xüsusatları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar və digər sənədlər də sübut növü kimi qəbul edir. İş materialında olan 22 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun saxlanıldıqları ərazi Xəzər dənizində Azərbaycan Respublikasının ərazi sularıdır. Həmin ərazi Kürdili adasının Cənub- Qərbində sahildən 3.0 mil məsafədə yerləşir. Ərazi açıq dənizdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun saxlanıldıqları bir ədəd "Yamaha 200" asma mühərrikli "Layner" tipli üzmə vasitəsi ərazidən götürülərək 206 nömrəli gəmiyə gətirilmiş və gəminin bortuna qaldırılmışdır. İş materialında olan DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) məlumat qeydə alınmamış, Təqsirləndirilən şəxs2 Tağı oğlu bir dəfə xx.xx.2018-ci il tarixdə "çıxış" istiqamətində qeydə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tağı oğlunun məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun təqsirləndirildikləri Azərbaycan Respubılikası CM-nin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 Tağı oğlu barəsin üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Tağı oğluna cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Tağı oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlu xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçiriməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Tağı oğlu Azərbaycan Respublikası CMin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Tağı oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Tağı oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 Tağı oğlu əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tağı oğluna hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar