Məhkəmə qərarları › İş №1(018)-58/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-58/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-58/2025 08.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Müdafiəçi-Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X7, 2019-cu ildən, yəni anası dünyasını dəyişdikdən sonra, xüsusilə də, xx.xx.2025-ci il (təhqir), xx.xx.2024-cü il (təhqir və döymə), xx.xx.2024-cü il (təhqir) tarixlərində, habelə xx.xx.2021-ci il (böhtan), xx.xx.2024-cü il (böhtan) tarixlərində və son bir neçə il ərzində, X7, ona vurmuş olduğu maddi ve mənəvi ziyanın məbləği, ümumilikdə, 126 (yüz iyirmi altı) min manat olaraq hesab edilməsini, onun xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə əsasən, həqiqətən də, onu zərərçəkmiş şəxs qismində tanınmasını, bu müddət ərzində atasının ona vurmuş olduğu 126 (yüz iyirmi altı) min manat maddi və mənəvi ziyanın, atası tərəfindən ödənilməsi tələbinin təmin edilməsini, atasının ona qarşı yol verdiyi qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirləndirilən şəxs X3, ona qarşı yol verdiyi xx.xx.2025-ci il tarixində (təhqir), xx.xx.2024-cü il tarixində (təhqir və döymə), xx.xx.2024-cu il tarixində (təhqir), habelə, xx.xx.2021ci il və xx.xx.2024-cü il tarixlərində (böhtan) törətdiyi əməllərə görə, xüsusi ittiham qaydasında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147-ci (böhtan) maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb olunmasını və 2019-cu ildən bəri, yəni anası dünyasını dəyişdikdən sonra, 6 (altı) ilə yaxın müddətdə, X7, ayrı-ayrı vaxtlarda vurmuş olduğu 126 (yüz iyirmi altı) min manat məbləğində maddi və mənəvi ziyanın, təqsirləndirilən şəxs tərəfindən ödənilməsinə dair qəti tələbinin məhkəmə tərəfindən təmin olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 13.00 radələrində, Astara rayon sakini, Astara şəhəri H.Aslanov 15 ünvanında yaşayan X11, onun yaşadığı Astara rayonu, Qapıçıməhəllə kəndindəki ünvana gələrək, onu qonşuların və orada olan qohumların gözü qarşısında nalayiq ifadələrlə təhqir etmiş, bununla da, hər kəsin gözü qabağında onun şərəf və ləyaqətini alçatmışdır. Əliağa Məmmədov onun atasıdır. 2019-cu ildən, yəni anası dünyasını dəyişdikdən sonra, onunla yaşamır, münasibətləri yaxşı deyildir. Bundan əvvəl də, 2019-cu ildən bəri, X11, bu müddət ərzində tez-tez, mütəmadi olaraq, onun yaşadığı evə gələrək, onunla mübahisə etmiş, birgə ailə təsərrüfatlarına aid, onun da yaşadığı evi tanımadığı şəxsə (və ya şəxslərə) satdığını, lakin rəsimləşdirmədiyini bildirərək, evin satışından əldə etdiyi məbləğdən yalnız 5.000 (beş min) manatını ona verəcəyini, həmin məbləğlə onun uzun müddət kirayələrdə yaşaya biləcəyini, və ya elə həmin məbləğə rayon ərazisində heyət alıb ev tikə biləcəyini bildirərək, onun evdən çıxmağını tələb etmişdir. Həmin vaxtdan onunla razılaşmadıqda isə onunla mübahisələr edərək, barəsində, bir neçə dəfə, ayrı-ayrı vaxtlarda nalayıq ifadələr işlətmiş, onu döymüş, dəfələrlə onun şərəf və ləyaqətini alçatmışdır. X11, bundan əvvəl xx.xx.2024-cü tarixində, növbəti dəfə, onun yaşadığı evə gələrək, sitrus meyvələrinin üstündə onunla mübahisə etmiş, başının və bədəninin sol nahiyyəsinə şillə, təpik və yumruq zərbələri vurmaqla onu döymüş, xx.xx.2024-cü il tarixində, təkrar olaraq, onun yaşadığı ünvana gələrək, onu hər dəfəsində nalayiq ifadələrlə təhqir etməklə, həmin vaxt orada olan insanların gözü qarşısında, ünvanına küçə söyüşləri söyüb şərəf və ləyaqətini alçatmışdır Həmin vaxt X11 həyətilərindən dərilmiş 700 kilograma yaxın sitrus meyvələrini, orada olan müştərinin yük maşınına yükləyərək satmış, aldığı təxminən 700 manata yaxın pulu da götürərək özu ilə aparmışdır. Onu da bildirir ki, atası birgə ailə təsərrufatlarına aid olan və ünvan 3i ünvanında yerləşən, anasının əkdiyı 27 sot torpaq sahəsində yetişən, təxminən 4 (dörd) tona yaxın sitrus meyvələrini də digər bir qardaşı ilə hər il əlbir olaraq satır və 6 (altı) ildir ki, ona bir qəpik də pul vermir, hər il ondan öz payını istəyəndə, hər dəfə eyni qayda ilə onu döyüb təhqir edir, onu birgə ailə mülkiyyətindən gələn bütün növ maddi gəlirlərdən bu qaydada məhrum etmişdir, təkcə sitrus meyvələrinin satışından ona 4.800 (dörd min, səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. O bütün bunlarla bağlı Astara Rayon Polis Şöbəsinə və Astara Rayon Məhkəməsinə aidiyyati üzrə şikayət etmişdir. Sonuncu dəfə Astara Rayon Məhkəməsində, xx.xx.2024-cü il tarixli, 3(018)-1088/2024 nömrəli iş üzrə onun şikayətinə baxılmış, həmin vaxt, X11, ona qarşı yol verdiyi qanunsuz əməlləri ilə bağlı Astara Rayon Məhkəməsinin Qərarı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsinə (döymə) əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakın, atası, nə həmin vaxt, nə də bu günə qədər heç vaxt, onu nalayiq ifadələrlə təhqir edib, şərəf və ləyaqətini alçatdığına görə, məsuliyyətə cəlb olunmamışdır, nə də, bu günə qədər atasının ona bu və digər formada vurmuş olduğu maddi və mənəvi zərər ilə bağlı heç bir konpensasiya ödənilməmişdir. Buradan görünur ki, sonuncu dəfə, 2024-ci ilin dekabr ayında baş vermiş hadisadan cəm 3 (üc) ay keçməsina baxmayaraq, X11, növbəti dəfə ona qarşı qərəzli habelə onun bir vətəndaş kimi qanunla qorunan şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlərini davam etdiri və hələ də onu yaşadığı evdən çıxarmaq üçun başlatdığı çirkin niyyətindən əl çəkmir. Onu hələ də təqib edir. Atasının ona qarşı yol verdiyi bu cür hallar, eyni hərəkətləri son 3 (üç) ay ərzində təkrar baş verdiyinə göra, hesab edir ki, bu, X7 barəsində qanunla nəzərdə tutulmuş qaydada, ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır, atası cinayət məsuliyyətinə cəlb olunmalıdır. X11, bunlarla kifayətlənməyərək, bu vaxt ərzinda bir neça dəfə yaşadığı ərazi yurikdiksiyası üzrə hüquq-mühafizə orqanlarına, onun ictimai və vətəndaşlıq nüfuzunun qəsdinə yönəlmiş, həqiqətə uyğun olmayan, böhtan xarakterik məlumatlar verərək, bu yolla da onu yaşadığı evdən çıxara biləcəyini hesab etmiş, νə məhz buna görə də, bu müddət ərzində ayrı-ayrı vaxtlarda, ona böhtan ataraq cinayət məsuliyyətinə cəlb olunmağını, aidiyyatı hüquq-mühafizə orqanlarından tələb etmişdir. X11, 2019-cu ildə, anası dünyasını dəyişdikdən dərhal sonra onun yaşadığı evdəki əşyalarını çölə atmış, ona qarşı məişət zorakılığı edərək, onun evdən çıxmağını tələb etmişdir. Həmin vaxt o Azərbaycan Respublikası Ailə, Qadın ve Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir, onun yaşayış hüququ barpa edilmiş, Astara Rayon İcra Hakimiyyətində işə baxılaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, "Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunun tələblərinə müvafiq olaraq, X11a qanuni xəbərdarlıq edilmiş və atasının onun yaşadığı evdən çıxarmaq tələbinin, Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduğu X11a izah edilmişdir. xx.xx.2021-ci il tarixində, X11, növbəti dəfə, onun yaşadığı evə gələrək, təkrar olaraq onunla mübahisə etmiş, evdən çıxmağını tələb etmişdir. Bu məqsədlə də, Astara Rayon Məhkəməsinə müraciət edərək, qəsdən, yalandan və bilə-bilə həmin vaxtı ayı-ayrı ünvanlarda yaşayan qohumlarını özünə yalançı şahid kimi Məhkəməyə gətirərək, guya o yaşadığı evdə olarkən, onu döyərək təhqir etdiyini bildirmiş, onun məsuliyyətə cəlb olunmağını Məhkəmədən xahiş etmişdir. Həmin vaxtda da, Astara Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 3(018)-13/2021 nömrəli İşə baxmış, və atasının va məhkəməya gətirdiyi şahidlərin ifadeleri bir-biri ilə uzlaşmamış, tamamilə yalan va böhtan xarakterli olduğu Məhkəmə tərəfindən müəyyən edilmiş, atasının ona qarşı verdiyi şikayət və tələbinə Astara Rayon Məhkəməsində, onun xeyirinə xitam verilmişdir. Bununla həmin vaxtda da, X7, məhz onu evdən çıxarmaq məqsədi ilə, aşkar şəkildə ona böhtan atdığı müəyyən olunmuşdur. Sonuncu dəfə, X11 xx.xx.2024-cü il tarixində, Astara Rayon Polis Şöbəsinə Ərizə ilə müraciət edərək, guya o, onunla birgə ailə təsərrufatılarına aid yaşayış evində "Kiber cinayətkarlıqla məşğul olduğuna dair yalan, şər və böhtan xarakterli məlumat verərək, aidiyyatı hüquq mühafizə orqanlarından, onun, yaşadığı evdən çıxarılmağını və cinayət məsuliyyətinə cəlb olunmağını xahiş etmişdir. Buna müvafiq olaraq da, həmin vaxt, yeni xx.xx.2024-cü il tarixində, Astara rayon Polis Şöbəsində müvafiq araşdırılma aparılmış, onun razılığıyla, yaşadığı evə baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Buna müvafiq olaraq da, həmin vaxt, Astara Rayon Polis Şöbəsində işə baxılmış, və atasının, onun cinayət məsuliyyətinə cəlb olunmağıyla bağlı şikayət və tələbinə, onun xeyirinə xitam verilmişdir. X7 iddialarına cavab olaraq, bildirir ki, o dövlətinin hesabına ali təhsil almış biri olaraq, nəinki həmin vaxt, bu günə qədər heç vaxt, nə yaşadığı evdə, nə də heç bir yerdə, ona daima əziz olan vətəninə, dövlətinə və millətinə münasibətdə həmişə pərvərlik hissi ilə yanaşmış, onun üçün hər zaman müqəddəs olan dövlətinin ali dəyərlərinə həmişə sadiq olmuşdur. O bu günə qədər heç vaxt bu kimi ali mənəvi dəyərlərinə zərər vura biləcək hərəkət etməmişdir, bundan sonra da heç vaxt qətiyyən bunu etməz. Hesab edir ki, atası, həmin vaxtda da, onu bu cür formada, ağır ittiham edib, ona böhtan atdığına görə, mütləq cəzalanmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdır. 2019-cu ildə anası dünyasını dəyişdikdən sonra, X11, bir müddət ünvan 4ində, qardaşı Rəşad Məmmədov ilə birlikdə yaşamağa başlamış, 2020-ci il tarixində, birgə ailə təsərrufatlarına aid olan, ünvan 4i ünvanında yerləşən, anası 2014-cü ildə qardaşı Rəşad Məmmədov üçün tikdiyi evi sataraq, həmin qardaşıyla bərabər öz aralarında bölmüşlər, lakin aldıqları pulu xərcləyib qurtardıqlarına görə, nəticədə, hal-hazırda qardaşı Rəşad Məmmədov evsiz-eşiksız halda Bakı şəhərində kirayələrdə yaşayır, ailəsindən boşanıb, aliment də vermir, buna görə də, xeyli aliment borcu yaranıb, hal-hazırda axtarışdadır. Bundan sonra, X11 həmin vaxtdan Astara şəhəri, H.Aslanov 15 ünvanında yerləşən evlərin birində, əvvəllər tanıdığı bir qadının evində, onlarla birlikdə yaşamağa başlamış, o vaxtdan bəri də həmin ünvanda yaşayır. Lakin, buna baxmayaraq bu müddət ərzində onun yaşadığı ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evinə gələrək mütəmadi olaraq onu narahat edir onu döyür, təhqir edir, hər dəfə evdən çıxmağını tələb edir. Atası spirti içki aludəçisi aldığı pulları da arağa, lotoya verir. O atsının əlindən artıq bezmişdir. X11 har iki aydan bir onun yaşadığı evə hücum edərək, onu döyüb-təhqir edir, şərəf və ləyaqətini alçaldır. Onunla ev davası edir. O artıq atasının ona qarşı yol verdiyi bu cür qanunsuz hərəkətlərinə dözə bilmir. Atası bu cür aşağlayıcı rəftarı ve təhqirləri ilə onu intihar etmək həddinə çatdırmışdır. Hesab edir ki, atası bütün bu müddət ərzində ona qarşı yol verdiyi cinayət əməllərinə göra cavab verməli və cinayat məsuliyyətinə cəlb olunmalıdır. 2019-cu ildən bəri bu 6 il ərzində X11 tərəfindən ona 6,000 min manat məbləğində mənəvi ziyan dəymişdir. Bu müddət ərzində, dəfələrlə, atası tərəfindən, onun yaşadığı evdə yaşayış hüququ pozulmuş, o faktiki olaraq, dinc yaşamaq hüququndan məhrum olunmuşdur. Hal-hazırda da atası onunla birlikdə yaşamır, bu cür yollarla, yəni bir neçə dəfə ona böhtan atıb onu təhqir edir, özü də bilə-bilə, tamah məqsədi ilə onu cinayətə sövq edir, onuna mübahisə etmeye sövq edir ki, onu həbs etdirsin, bununla da atası Əliağa Manmadov istəyir ki, onu yaşadığı evdən zorla çıxarsın. Atasını bu cür qanunsuz əməlləri onun, onunla birgə ailə təsərrüfatlarına aid olan yaşayış evində və daha bir neçə ünvanda yerləşən halhazırda digər ailə üzvlərini yaşadığı və birgə aillə təsərrüfatlarına aid olan, torpaq sahələri və yaşayış evləri üzrə ona aid mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmış, nəticədə bu 6 il ərzində atasının ona qarşı yol verdiyi cinayyət əməlləri ona orta hesabla 120 (yüz iyirmi) min manat maddi zərər vurmağına hesablanmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 şikayətin icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində şikayət verilən X6 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Astara rayon Vəkil Bürosunun vəkili X5 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Məhkəmə verilmiş şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb təhqir xarakterli hərəkətlərin “whatsapp” ani mübadilə mesajlaşma sistemində əks olunması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozitiv şərtlərinə əsasən təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə,müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks olunmamışdır. Həmçinin şikayət ərizəsinə CD disk əlavə edilmişdir ki, sözügedən CD diskdə əksini tapanlar xüsusi ittiham qaydasında şikayət verən şəxsin özü tərəfindən qeydə alınmışdır. Həmçinin şikayət verən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunduğunu qeyd etmiş lakin, qanunvericiliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılma hesab edilməməklə bu kimi halda onları bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Eyni zamanda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin məzmununda ümumi ifadələrlə X3 2019-cu ildən (anasının öldüyü tarixdən) onu təhqir etdiklərini ümumi şəkildə göstərsə də, onlardan hansının konkret hansı ifadələrini təhqir hesab etdiyini göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, verilmiş şikayət əsassız olmaqla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayətin tərtib edilməsinə dair tələblərə də xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar