Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-6/2023 10.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi və dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 iştiraklar ilə xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı İstintaq Təcridxanasının inzibati binasındakı məhkəmə zalında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X14 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 dekabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Astara rayonu Siyakü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə giriş qapısından keçməklə qanunsuz daxil olduqdan sonra həmin həyətdə yerləşən, başqa saxlanc yeri sayılan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus diri çəkisi 60 kq, orta bazar qiyməti isə 350 manat olan 8 aylıq bir baş dişi dananı idarə etdiyi “VAZ-2106” markalı **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X14 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 yanvar 2022-ci il tarixdə, təxminən saat 02 radələrində Astara rayonu Maşxan kəndində yerləşən X10 məxsus fərdi yaşayış evinin həyətinə giriş qapısından keçməklə qanunsuz daxil olduqdan sonra həmin həyətdə yerləşən, başqa saxlanc yeri sayılan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Ələkbər Nüsrətova məxsus diri çəkisi 200 kq, orta bazar qiyməti isə 1000 manat olan 6 yaşlı, bir baş süd verən inəyi idarə etdiyi “Qazel” markalı **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhəri, B.Mirsalayev küçəsi ev 104 ünvanında özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Lənkəran rayon Şağlaküçə kənd sakini X8 tanıyır. O, 6-7 ay bundan əvvəl mandarin alveri ilə məşğul olmuş və Vurğun Əlizadə ilə ilk tanışlığı da orada yaranmışdır. Mandarin alveri qurtardıqdan sonra işsiz qalmış və pula ehtiyacı yaranmışdır. Bu zaman Vurğun Əlizadə onunla Lənkəran şəhərində yerləşən sitrus bazarında görüşən zaman bildirmişdir ki, malqara oğurluyaraq satıb və gəlir əldə edə bilərlər. O, da Vurğun Əlizadə ilə razılaşıb, ona o cür mal-qara olanda ona xəbər etməyi tapşırmışdır. Vurğun Əlizadə ona xəbər etmiş və o, 29 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə keçən gecə özünə məxsus olan, “Vaz 2106” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu Siyakü kəndinə gələrək Siyakü kəndində yerləşən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs məxsus evin arxasında yerləşən tövləsindən 01 baş qara rəngli dişi dananı oğurlayaraq maşının içərisinə salaraq oradan uzaqlaşmışlar. Həmin dananı Lənkəran şəhərinə gətirərək yaşadığı evin arxasındakı qaz borusuna bağlamış və həmin gün səhər saatlarında dananı Astara rayonu Pensər bazarına apararaq tanımadığı mal-qara alverçisinə 400 manata satmışdır. Bundan başqa Vurğun Əlizadə ilə birlikdə 14 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixə keçən gecə idarə etdiyi ağ rəngli **-UK-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobillə Astara rayonu Maşxan kəndində adını sonradan öyrəndiyi X10 məxsus evin tövləsindən 01 baş qara rəngli inəyi oğurlamışlar. Bundan sonra o, həmin inəyi Bərdə rayonundan olan mal-qara alverçisinə 800 manat məbləğində satmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşiman olmuşdur. Hər iki zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməklə, onlarla barışmışlar. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin işüzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X19 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə zərərçəkmiş şəxs X9 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş zərərçəkmiş şəxs X9 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X9 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, Astara rayonu, Maşxan kəndində ailəsi ilə birlikdə atasına məxsus evdə yaşayır. 15 yanvar 2022-ci il tarixdə gecə saatlarında yaşadığı Astara rayonu Maşxan kəndində yerləşən atasına məxsus evin həyətində olan tövlədən özünə məxsus olan bir baş iribuynuzlu inəyi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. 14 yanvar 2022-ci il tarixdə saat 23:50 radələrində o, yaşadığı evin həyətində yerləşən tövləyə inəylərə baxmaq üçün getmiş və həmin inəyin bağladığı yerdə olduğunu görmüşdür. 15 yanvar 2022-ci il tarixdə səhər saat təxminən 07 radələrində gəlini X15 inəkləri sağmaq üçün tövləyə getmiş, tövlənin qapsının açıq olduğunu görmüş və tövlənin içərisinə baxanda ona məxsus olan bir baş qara rəngli, diri çəkisi təxminən 250 kq olan inəyinin yerində olmadığını görmüşdür. O, tövlənin qarşısında olan və küçəyə açılan qapının da açıq olduğunu görmüş və başa düşmüşdür ki, inəyini oğurlamışlar. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlum oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin inəyinin oğurlanması nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəymişdir. Sonra isə məlum olmuşdur ki, həmin inəyi Təqsirləndirilən şəxs ilə X14 birlikdə oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınmış X9 cinayət işininə əlavə edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə ondan heç bir çikayəti və tələbi də yoxdur. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, Astara rayonu, Siyakü kəndində ailəsi ilə birlikdə atasına məxsus evdə yaşayır. 30 dekabr 2021-ci il tarixdə, saat təxminən 09 radələrində arvadı X5 həyətində olan tövlədən iri buynuzlu mal-qaranı açıb buraxarkən tövlədə düzəltdiyi xüsusi yerdə saxladığı 08 aylıq, qara rəngli, diri çəkisi 60 kq olan dişi dananın yerində olmadığını görmüş və bundan sonra evə gələrək ona bildirmişdir. Bundan sonra o, evdən çıxaraq həmin dananı axtarmaq üçün meşəyə getmiş, ətraf ərazilərin hamısını axtarsa da həmin dananı tapa bilməmişdir. Beləliklə də başa düşmüşdür ki, həmin dananı tövlədən oğurlamışlar. Bundan sonra o, Astara rayon polis şöbəsinə gələrək məlum oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Dananın oğurlanması nəticəsində ona təxminən 350 manat maddi ziyan dəymişdir. Sonra isə məlum olmuşdur ki, həmin inəyi Təqsirləndirilən şəxs X14 başqası ilə birlikdə oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət işininə əlavə edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə ondan heç bir çikayəti və tələbi də yoxdur. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan “Vaz 2106” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobili göstərərək 30 dekabr 2021-ci il tarixdə X14 ilə birlikdə Astara rayonu Siyakü kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş dişi dananı avtomobilə mindirərək oğurladıqlarını bildirmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan “Qazel” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobili göstərərək 15 yanvar 2022-ci il tarixdə X14 ilə birlikdə Astara rayonu Maşxan kəndində həmin kənd sakini X10 məxsus bir baş inəyi həmin avtomobilə mindirərək oğurladıqlarını bildirmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan “VAZ 2106” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı Vurğun Əlizadə həmin avtomobili göstərərək 30 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Astara rayonu Siyakü kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş dişi dananı avtomobilə mindirərək oğurladıqlarını bildirmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan “Qazel” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı Vurğun Əlizadə həmin avtomobili göstərərək 15 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Astara rayonu Maşxan kəndində həmin kənd sakini X10 məxsus bir baş inəyi həmin avtomobilə mindirərək oğurladıqlarını bildirmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan "xxxx" MMC-dən Astara rayon polis şöbəsinə 17 mart 2022-ci il tarixli, 4670 saylı məktubla göndərilmiş 01 ədəd kompakt diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur və Təqsirləndirilən şəxs həmin mobil nömrələrlə başqa nömrələrə SMS göndərmişdir, ancaq həmin SMS-lərin məzmunundan onların iş üçün əhəmiyyət kəsb etmədiyi müəyyən olundu. X6 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 19:32:08-də “mənə zəng ediblər sizdən deyiblərki Qalib didi gəlsun məndə getdim kömey etdim, sən mənnən bele acıqlı niye danişirsan bilmirəm nese pis bir hereket etmiwem?” məzmunlu SMS göndərmişdir. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 01:45:38-də “aç telefonu camaat maşınını istəyir” məzmunlu SMS göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** və ***-***-**-** mobil nömrələrə dair əhatə dairəsi üzrə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrə vasitəsilə 29 dekabr 2021-ci il tarixdə saat 19:53:21-də X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə 30 dekabr 2021-ci il tarixdə saat 01:03:43-də və 02:31:21-də X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və həmin vaxt Astara rayonu Təngərüd kəndi ərazisində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin mobil nömrə vasitəsilə 30 dekabr 2021-ci il tarixdə saat 03:18-də X11 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan zaman Astara rayonu Rinə kəndinin ərazisində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 15 yanvar 2022-ci il tarixdə saat 00:23:10-da X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə X20 istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə 15 yanvar 2022-ci il tarixdə saat 01:57-də və ***-***-**-** mobil nömrə vasitəsilə 15 yanvar 2022-ci il tarixdə saat 02:12-də əlaqə saxlamış və həmin vaxt o, Astara rayonu Maşxan kəndi və Astara rayonu Kakalos kəndi ərazisində olmuşdur. Baxış keçirilən zaman müəyyən olundu ki, X7 adına ***-***-**-** saylı mobil nömrə olmuşdur və Vurğun Əlizadə həmin mobil nömrə ilə başqa nömrələrə SMS göndərmişdir, ancaq həmin SMS-lərin məzmunundan onların iş üçün əhəmiyyət kəsb etmədiyi müəyyən olundu. Bundan başqa X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair əhatə dairəsi üzrə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Vurğun Əlizadə ***-***-**-** saylı mobil nömrə vasitəsilə 30 dekabr 2021-ci il tarixdə saat 01:03:43-də və 02:31:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və həmin vaxt Astara rayonu Təngərüd kəndi ərazisində olmuşdur. Həmin mobil nömrə vasitəsilə 30 dekabr 2021-ci il tarixdə saat 02:55:20-də ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan zaman Astara rayonu Təngərüd kəndinin ərazisində olmuşdur. Bundan başqa Vurğun Əlizadə 29 dekabr 2021-ci il tarixdə saat 20:49:19-da X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Vurğun Əlizadə 29 dekabr 2021-ci il tarixdə saat 21:12:22-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Vurğun Əlizadə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 15 yanvar 2022-ci il tarixdə saat 00:23:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Bu zaman X25 rayonu Ləj kəndi ərazisində olmuşdur. Bundan başqa Vurğun X1 adına olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 20:49:43-də, 21:02:55-də, 21:08:57-də, 21:12:52-də, 21:15:12-də və 21:17:15-də əlaqə saxlamış və bu zaman Astara rayonu Pensər kəndi ərazisində olmuşdur. Bundan başqa Vurğun Əlizadə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 22:13:23də və 22:22:47-də ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Cinayət işinin materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran rayonu İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Əliyev X16 şəhəri, B.Mirsalayev küçəsi ev 104-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 30 mart 2022-ci il tarixli tələbnaməarayışlarından və Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Əliyev X16 Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmişşəxslər barəsində-onlar cəzanıçəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir.Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham aktının surətindən məlum olur onun barəsində Masallı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarına əsasən əvvəli 20 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarının surətindən məlum olur ki, Əliyev X16 Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi apellyasiya şikayətinə münasibətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(018)-67/2022 saylı hökmünün surətindən məlum olur ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirildiyinə görə məhkum edilmişdir. Bütün bu sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilir. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinəəsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Əliyev X16 Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022ci il tarixli hökmü əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 20 fevral 2022-ci il tarixdən hesablanmadır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulan maddi ziyanın tamamilə ödəməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə qəti cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli Masallı rayon məhkəməsinin qərarı ilə həbsə alındığı 20 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə vurulan ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödəməsi nəzərə alınsın. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-6/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-6/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver