Məhkəmə qərarları › İş №1(018)-6/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-6/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-6/2024 15.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Astara rayonu Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fəhlə işləyən, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü Rəvan Əsədovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100,00 (yüz) manat sabit pul məbləğində aliment alınıb Həmidova (Əsədova) Xalidə Güləhməd qızna verilməsinə dair Astara Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(018)-83/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 aprel 2021-ci il tarixdə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 15 may 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 iyul 2022-ci il tarixədək zərərçəkmiş şəxs Həmidova (Əsədova) Xalidə Güləhməd qızına 3600,00 manat məbləğində aliment borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Həmidova (Əsədova) Xalidə Güləhməd qızı ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 07 oktyabr 2016-cı ildə Rəvan adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra Xalidə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuş və onlar ayrılmışlar. Astara Rayon Məhkəməsinin 07 mart 2019cu il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü Rəvan Əsədovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutulub Həmidova (Əsədova) Xalidə Güləhməd qızının xeyrinə ödəmsi qət edilmişdir. Bu barədə icra sənədi Astara Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Astara Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq, izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. 08 iyul 2022-ci il tarixə ödəmədiyi aliment borcu 3600 manat təşkil etmişdir. Hazırda məhkəmə iclasında həmin borcunu tam olaraq Zərərçəkmiş şəxs ödəmişdir. Bundan sonra alimentini vaxtlı-vaxtında ödəyəcəkdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur və zərərçəkmiş şəxs onun cinayət məsuliyyətindən azad olunması üçün məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə nikahlarından 07 oktyabr 2016-cı il təvəllüdlü Rəvan adlı uşaqları vardır. Sonradan xasiyyətləri düz gəlmədiyi üçün ayrılmış və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü Rəvan Əsədovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən iki ildən artıq müddətin keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs fəhlə işləyir, aylıq kifayət qədər qazancı vardır. Lakin, qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Astara Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs aliment borcu 3600 manat təşkil edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs bu iş üzrə borclu olduğu 3600 manatı tam olaraq ona ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(018)-83/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin, Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, Astara Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(018)-228/2021 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Astara Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(018)-106/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 3600,00 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2022-ci il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İş materiallarına əlavə edilmiş 07 mart 2019-cu il tarixli, 2(018)-83/2019 saylı Astara Rayon Məhkəməsinin qətnaməsindən, Astara Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli inzibati xəta haqqında qərarından, Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu, yəni 3600 (üç min altı yüz) manat pulu tam olaraq ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs aliment borcu olan 3600 (üç min altı yüz) manat pulu Zərərçəkmiş şəxs tam olaraq qaytarmışdır. Odur ki, cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aliment borcu olan 3600 (üç min altı yüz) manat pulu almasına dair yazılı qəbz vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 24 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etdiyini, ittiham aktına əsasən verilmiş 3600 manat aliment borcunu tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs haqqında olan 1(018)-06/2024 saylı cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad olunsun. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar