Məhkəmə qərarları › İş №1(018)-6/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-6/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-6/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə 18 avqust 1984-cü ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Astara rayonu, Siyakü kənd sakini Zərərçəkmiş şəxs tikinti şirkətində rəhbər vəzifədə işlədiyini bildirib, unandıraraq etibarım qazandıqdan sonra həyat yoldaşı X2 Astara rayonu, Siyakü kənd Tam Orta Məktəbində ibtidai sınıf müəllimi vəzifəsinə işə düzəldəcəyını yalandan vəd verib aldadaraq istifadəsində olan "xxxx" ASC (ərəfindən verilmiş "4127 2093 0281 5979" nömrəli bank kartına istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda, 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs tanışı Şahid tərəfindən Astara rayonu, Pensər kəndində yerləşən Oba marketdə olan "Milliön ödəmə terminalından göndərilən 1600 manat və 2023-cü ilin sentyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda göndərilən 700 manat, 11 sentyabr 2023-cü il tarixdə, saat 10:53-də "Birbank” mobil tətbiqi vasitəsilə Şahid məxsus "xxxx" ASC-nin "416973******6405" saylı bank kartından sonuncu tərəfindən göndərilən 100 manat, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16.07-də "Birbank" mobil tətbiqi vasitəsilə özünə məxsus "xxxx" ASC-nin "4169-7388-9501- 2726" nömrəli bank kartından göndərilən 600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə qanunusuz olaraq ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-ilin iyun ayında “Youtube” platformasında bal reklamı ilə bağlı videoçarxlara baxmış, çünki fəhlə işlədiyi müəssisədə bal almaq istəyən işçilər olmuş, həmin videoçarxların birində adını sonradan öyrəndiyi Şahid bal satması ilə bağlı reklamı görmüş, Şahida telefon vasitəsilə əlaqə saxlayaraq bal almaq istədiyini demiş və razılaşmış, daha sonra Famil ilə telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhərində bal təqdım etməsi üçün görüşəcəyini demiş, Famillə razılaşdıqdan sonra 2023-cü ilin iyun ayında, axşam saatlarında Bakı şəhəri, Biləcəri qəsəbəsində Avtovağzal ərazisinda Famil ilə görüşərək təqdim etdiyi bal məhsuluna baxmış və balı bəyənərək almış və əlavə də bir neçə kiloqram almaq istədiyini qeyd etmiş, daha sonra Famılın bal sataraq pul qazandığını və maddi cəhətdən imkanlı olduğunu düşünmüş , həmin müddət borcları olduğundan pula olduqca çox ehtiyacı olmuş və Familə yalan deyib ondan pul alaraq gəlir əldə etmək barədə düşünmüş. Familə işə düzəltmə barədə yalan vəd verib pul alaraq ehtiyaclarını ödəyib daha sonra isə həmin ışın alınmadığını deyib Famildən aldığı pulu işləyərək yığıb geri qaytarmaq barədə düşünmüş, buna görə də Famillə söhbət edərək tikinti şirkətində işlədiyini və əgər işə ehtiyacı varsa kömək edə biləcəyini qeyd etmiş, Famil hazırda məktəbdə müəllim işlədiyini və işə ehtiyacı olmadığını dedikdə təkidlə özünü tərif edərək əlindən hər işin gəldiyını və kömək edə biləcəyini qeyd etmiş, daha sonra ayrılaraq evə getmiş, bir müddət keçdikdən sonra Famil telefon vasitəsilə zəng edərək qohumu Zərərçəkmiş şəxs həyat yoldaşının işə ehtiyacı olduğunu demiş və onu Siracəddinlə telefon vasitəsilə calaşdıraraq, Siracəddinə onu təqdim etməklə həyat yoldaşı üçün iş düzəldə biləcəyini demiş, Siracaddın telefonda bır qədər danışdıqdan sonra anlaşmış, Siracəddinə həyat yoldaşını yaşadığı Siyakü kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldəcəyini qeyd etmiş və Siracəddinin buna inanacağını düşünmüş, Famillə təkrar telefon vasitəsilə əlaqə saxlayaraq işə düzəltmək üçün 2000 manat pul lazım olduğunu demiş və həmin pulu özünə məxsus "xxxx" ASCnin 4127 2093 0281 5979" sayı kart hesabına göndərmələrini tələb etmiş, Famil onunla razılaşmış və xatırlamadığı vaxtda 800 manat və 800 manat olmaqla 1600 manat pulu ona məxsus "4127-2093-0281-5979" saylı kart hesabına göndərmiş, bir müddət keçdikdən sonra yenidən Famillə telefon vasitəsilə əlaqə saxlayaraq işə düzəltmə üçün əlavə 700 manat pula ehtiyac olduğunu demiş, Famil razılaşaraq 2023-cü ilin avqust ayının əvvəllərində istifadəsində olan "4127-2093-0281-5979" saylı bank kartı hesabına 700 manat pul köçürmüş, daha sonra eyni üsulla Famili aldadaraq əlavə 100 manat pul göndərməsinə nail olmuş, beləliklə Famildən ümumilikdə 2400 manat pul almış, əldə etdiyi pul vəsaitlərini hər dəfəsində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən "xxxx" terminallarından nəqdləşdirırmış, bir müddət keçdikdən sonra Famil telefon vasitəsilə əlaqə saxlayaraq Siracəddinin özünün birbaşa onunla əlaqə saxlamaq istədiyini demiş və telefon nömrəsini təqdim etmiş. Siracəddinlə telefon vasitəsilə əlaqə saxlayaraq işin qısa müddətdə alınacağını və bunun üçün sadəcə əlavə 600 manat pul lazım olduğunu deinde aanva maxsus cyni bank kartına xatırlamadığı vaxtda 600 manale la Siracidin beləliklə Siracəddin və Familə Siracəddinin həyat yoldaşını işə düzəldəcəyi barədə vad verib həmin şəxslərin ona 2023-cü ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək müddətdə ümumilikdə 3000 manat pul göndərməsinə nail olmuş, bir müddət keçdikdən sonra Siracəddin ona telefon vasitəsilə zəng edərək göndərdiyi 3000 manat pul vəsaitini geri tələb etmiş, lakin həmin pulu qaytaracağını bildirsə də hamısını maddi ehtiyaclarını qarşılamaq üçün xərclədiyindən qaytara bilməmiş, Famil və Siracəddini aldatmaqla sonuncunun həyat yoldaşını Astara rayonu Siyakü kənd tam orta məktəbində ibtidai sınıf müəllimi vəzifəsinə işə düzəldəcəyini deyib onların etibarını qazanmaqla ümumilikdə 3000 manat pulu ələ keçirmişdır. Hazırda ələ keçirdiyi pulu tam olaraq zərərçəkmiş şəxsə geri ödəmiş, zərərçəkmiş şəxslə barışmış və bütün bunları nəzərə alaraq barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin iyun ayında uzaq qohumu Famil Rəhmanov telefon vasitəsilə əlaqə saxlayaraq həyat yoldaşı X6 üçün iş axtarıbaxtarmadığını soruşmuş, çünki əvvəllər bu barədə Famillə danışmış, cavabında Familə həyat yoldaşı üçün hələ ki ış tapmadığırı demiş, Famil bir tanışının olduğunu və həmin tanışı vasitəsilə həyat yoldaşı üçün iş tapa biləcəyini qeyd etmiş, daha sonra isə həmin şəxs adını sonradan öyrəndıyı X1 yanında olarkən onunla telefonla danışıb tikinti şirkətində rəhbər vəzifədə işlədiyini və həyat yoldaşı üçün işi müəyyən haqq müqabilində düzəldəcəyini qeyd etmiş, Famil və Firdovsi ilə razılaşdıqdan sonra Famil ondan 1600 manat pulu həmin pulu iş düzəldən Firdovsi Rəhmanova göndərməsı üçün tələb etmiş, təxminən 2023-cü ilin yay aylarında 1600 manat pulu Astara rayonu Siyakü kəndində öz yaşadığı evdə Familə Firdovsiyə göndərməsi üçün vermiş, təxminən 2 ay keçdikdən sonra Famil təkrar əlaqə saxlayaraq Firdovsinin iş üçün əlavə 800 manat pul istədiyini demiş, Familə əlavə 800 manatı Astara rayonu Siyakü kəndində 2023-cü ilin yay aylarının sonlarında həmin pulu Firdovsiyə verməsi üçün təqdim etmiş, bir müddət keçdikdən sonra Famillə əlaqə saxlamış və həyat yoldaşının işinin hansı yerdə olduğunu soruşmuş, Famil ona cavabında Firdovsi verdiyi vədə qısa müddətdə əməl edəcəyinı demiş, daha sonra Famildən Firdovsinin ***-***-**-** saylı telefon nömrəsini alaraq onunla birbaşa özüm əlaqə saxlamış, Firdovsi ona əlavə 600 manat pul lazım olduğunu demiş, özünə məxsus "xxxx" ASC-nin "4169- 7388-9501-2726" nömrəli bank kartından Firdovsiyə məxsus Azərbaycan Beynəlxalq Bankının "4127 2093 0281 5979" saylı kart hesabına xx.xx.2023-cü il tarixdə saat 16:07-də Astara rayonu Siyakü kəndində evində olduğu zaman "BirBank” mobil tətbiqi vasitəsilə 600 manat pul göndərmiş, beləliklə, Firdovsiyə ümumilikdə 3000 manat pul göndərmiş, sonuncu məbləği göndərdikdən sonra Firdovsi telefonlarına bir müddət cavab verərək verdiyi vədləri yenidən təkrar etmiş, daha sonra isə telefonlarına cavab verməmiş, Firdovsi onun verdiyi pulu qaytarmamaqla yanaşı ona verdiyi vədinə də əməl etməmişdir. Firdovsiya sonuncu dəfə kart vasitəsi ilə vermiş olduğu pulları Astara şəhərində olarkən göndərmişdir. Firdovsi onu aldatmaqla ümumilikdə 3000 manat maddi ziyan vurmuşdur.Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş, onunla barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, “diskə baxış keçirilməsi haqqında” protokol və cinayət işi materiallarına əlavə edilmiş pul göndərişlərini təsdiq edən qəbzlə, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, Zərərçəkmiş şəxs əmlakını, yəni 3000 manat pulunu ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, guya arvadı X2 Astara rayonu, Siyakü kənd Tam Orta Məktəbində ibtidai sınıf müəllimi vəzifəsinə işə düzəldəcəyini, bunun üçün 3000 manat pul lazım olacağını bildirərək aldatmış, vahid qəsdlə əhatə olunmaqla Zərərçəkmiş şəxs həmin pulu almışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. İşdə olan Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, onunla barışmış və şikayət və tələbi yoxdur. İşdə olan 07 iyul 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “01” adlı fayldakı səsdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı Siracəddinin həyat yoldaşını məktəbdə işə düzəltməsi barədə vəd verməsi, Zərərçəkmiş şəxs və Şahid ona hissə-hissə göndərdiyi ümumilikdə 3000 manat pulun ona çatdığını təsdiq etməsi, israrla verdiyi vədin yalan olmadığını, vədin həyata keçirilməsi üçün zamana ehtiyac olduğunu bildirməsi barədə danışıqların olması müəyyən edilmişdir. İşdə olan 05 iyul 2024-cü il tarixli “qəbzə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:53-də 416973****6405aybank kartından 4127******5979 saylı bank kartına 100 manat pul köçürməsi müəyyən edilmişdir. İşdə olan 12 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3000 manat maddi ziyanı təhvil almışdır. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işinə xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Abşeron rayon məhkəməsin 07.05.201-ci il tarixli 1 (012)-149/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73-1.1-ci maddəsinin tələblərinə əsasən xiatm verilmişdir. Həmin qərarın təsviri -əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini 17 iyul 2017-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, “şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir”. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilmişdir ki, “Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində bir dəfə xx.xx.2018-ci tarixdə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarın təsviri -əsaslandırıcı hissəsində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini 17 iyul 2017-ci il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əlavə edilmiş, yəni Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.”; müddəası Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunda öz əksini tapmışdır. Qeyd edilən dəyişikliklər 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində göstərilmişdir ki, “əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1,179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə işin qeyd olunan hallarına hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarın əsaslandığı cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanundan əvvəlki tarixdə, yəni 17 iyul 2017-ci il tarixdə törədildiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir” müddəası şəxsin vəziyyətini ağırlaşdırığı üçün ona tətbiq oluna bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar