Məhkəmə qərarları › İş №1(018)-60/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-60/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-60/2023 26.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, müvəqqəti işləməyən, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Astara rayonu Kolatan kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə qayinatasinin həyətində aralarında baş verən mübahisə zamani arvadi Zərərçəkmiş şəxs burun nahiyəsinə başla bir dəfə qəsdən vuraraq ona burun sümüyünün yerinin dəyişməyən sınığı, burun nahiyəsində siyriq kimi sağlamlığın qisa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, himayəsində 1 azyaşlı övladı var, əri Təqsirləndirilən şəxsla uzun müddətdir ki, aralarında qərəzli münasibət olduğuna görə təxminən 3-4 ay olar ki, o, Astara rayonu Kolatan kəndində ata evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, valideynlərinin evinin qarşısında həyətdə pilləkənlərin üzərində oturduğu zaman əri Təqsirləndirilən şəxs həyətə gəlib ona yaxınlaşaraq onunla barışmaq istədiyini bildirmiş, lakin o, onun təklifini rədd etmişdir. Bundan qəzəblənən əri Təqsirləndirilən şəxsla aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əri Təqsirləndirilən şəxs onun üz nahiyəsinə şillə və başı ilə vurmuş, həmin vaxt onun burnundan qan gəldiyini görüb həyəti tərk edib getmişdir. Bundan sonra polisə şikayət etmiş, araşdırma aparılmışdır. Hazırda o, əri Təqsirləndirilən şəxsla barışmışdır və əri Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 20 ildir ki ailə həyatı qurublar. Təxminən 2 ay olar ki, ailə daxili mübahisələrə görə arvadı Zərərçəkmiş şəxs ondan ayrilaraq ata evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, arvadi Zərərçəkmiş şəxs ilə barışmaq məqsədi ilə onun yaşadığı valideynlərinin evinə Kolatan kəndində getmişdir. O, həyət girəndə arvadı Zərərçəkmiş şəxs həyətdə oturduğunu görmüşdür. O,arvadı Zərərçəkmiş şəxs yaxınlaşıb “gəl barisaq, uşaqlarda böyükdü, evə qayıt” demiş, lakin arvadı Zərərçəkmiş şəxs onunla barışmaq istəmədiyini bildirmiş, ondan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamani o, əsəbləşib arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə kəllə zərbəsi vurmuşdur. Arvadı Gülüşün burun nahiyəsində qan gəldiyini görüb sakitləşib həyətdən çıxıb getmişdir. Dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmamış və dava-dalaş 1-2 dəqiqə çəkmişdir. Əməlindən peşmanlıq çəkir və zərərçəkmiş şəxslə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 71 No-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamani onun bədəni üzərində-burun sümüyünün yerinin dəyişməyən sınığı, burun nahiyəsində siyriq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bər küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddət müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş arayışda Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Kakalos kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar