Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-60/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 171.1 və 243.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası təxirə salınmış, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Astara rayonu, Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs savadlı vəkil tanışlarının olduğunu, tanışlarının vasitəsi ilə çoxlu şəxslərin bəraət almasına nail olduğunu bildirib, inandıraraq X14a bəraət alınmasına köməklik göstərəcəyinə yalandan vəd verib aldatmaqla istifadəsində olan, "xxxx" ASC tərəfindən verilmiş “4169-7414-1604- 2313” nömrəli debit bank kartına Zərərçəkmiş şəxs 23 iyul 2024-cü il tarixdə, saat 14:38də istifadəsində olan "xxxx" ASC tərəfindən adına emissiya edilmiş “4169-7388-3276- 4157” saylı bank kartının “Birbank” adlı mobil tətbiqtemə vasitəsindən Astara rayonu ərazisindən köçürdüyü 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərəçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, 1993-cü ildə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuşdur, evlidir, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini demiş, onlar vədələşərək Bakı şəhəri ərazisindəki Şuşa restoranında görüşmüşlər. Xeyrənin yanında bacısı Qətibə adlı şəxs də olmuş, Xeyrə ona əri Əliyə bəraət alması üçün yaxşı vəkil lazım olduğunu demiş, o da bu işin müqabilində 2000 manat məbləğində pul vəsaiti lazım olduğunu və həmin pulun 1500 manat məbləğini vəkilə verəcəyini və 500 manat məbləğini də özünə götürəcəyini demişdir. Xeyrə də razılaşmışdır. O, 23 iyul 2024-cü il tarixdə istifadəsində olan 4169-7414-1604-2313 saylı "xxxx" debit kartının fotoşəkilini Xeyrənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” mobil tətbiqinə göndərmiş, sonuncu da həmin tarixdə onun göndərdiyi bank kartına 2000 manat məbləğində pul vəsaitini göndərmiş, o, pulu aldıqdan sonra özünün ehtiyacları olduğundan həmin pulları xərcləmiş, heç bir vəkillə də əlaqə yaratmamış, çünki elə bir niyyəti olmamışdır. Sonradan da Xeyrə ondan pulu geri istədikdə vaxt qazanmaq üçün bəhanələr gətirmiş, Xeyrənin artıq səbr etmədiyini gördüyündən aldığı puldan hissə-hissə olmaqla 2000 manat məbləğində pul vəsaitini geri göndərmişdir. Hazırda zərərçəkmiş şəxsin zərərini tam ödəmiş, etdiyi əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, bir daha belə hala yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. X4 2015-ci il tarixdə qəsdən adam öldürməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin həmin vaxtdan məhkəmənin hökmü ilə razı olmamışlar və Əli Cəfərovun bəraət alması üçün məhkəmələrə dəfərlərlə müraciət etmişlər. X14 hazırda Ədliyyə Nazirliyinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, təxminən 2024-cü ilin iyul ayının əvvələrində yoldaşı Əli onunla əlaqə saxlayan zaman Ayişə Abbas adlı jurnalistin mobil nömrəsini vermiş, həmin adamla mobil telefonu vasitəsi ilə əlaqə saxlamağını istəmişdir. O da nə üçün soruşduqda Əli ona həmin şəxsin bəraət verilməsində köməklik göstərəcək tanış vəkillərinin olduğunu demişdir. O da razılaşmışdır. Əli ona verdiyi ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlamış, görüşmək istədiyini demiş, Ayişə də razılaşmış, Bakı şəhəri ərazisindəki Şuşa restoranında görüşmüşlər. Onun yanında bacısı Şahid olmuşdur. Onlar Ayişə ilə danışdıqdan sonra ona bu işdə köməklik edəcəyini və müqabilində 6000 manat məbləğində pul alacağını demişdir. İlkin olaraq 2000 manat məbləğində pul istəmiş, pulun 1500 manat məbləği vəkilin olacağını, qalan 500 manat məbləğdə özünün olacağını bildirmişdir. O da Ayişə ilə razılaşmışdır. Sonra o, Ayişəyə Astara rayonuna qayıtmalı olduğunu və oradan pulu göndərəcəyini demiş, sonuncu da istifadəsində olan **********042313 saylı "xxxx" kartının fotoşəkilini göndərmişdir. O, 23 iyul 2024-cü il tarixdə qeyd olunan bank kartına özünün 4169-7388-3276-4157 saylı bank kartından 2000 manat məbləğində pulu köçürmüşdür. Sonradan hər dəfə işin necə olduğunu soruşduqda ona, qısa müddətdə işi həll edəcəyini bildirmiş, sonradan artıq həll etmədiyini görmüş, ona görə də verdiyi pulu geri istəmişdir. Lakin Ayişə pulu olmadığından və səhhətində problem olduğundan qısa müddətdə geri qaytaracağını demiş, o da pulu hissə-hissə göndərməyindən ötrü Ayişəyə yuxarıda göstərdiyi bank kartının fotoşəkilini göndərmişdir. O, 23 iyul 2024-cü il tarixdə yoldaşı Əli Cəfərova bəraət almasına kömək etməsinə görə Ayişəyə aldanaraq 2000 manat məbləğində pul vermişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəsə də ondan şikayətçidir, qanunla ona cəza verilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid bildirmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun bacısıdır. Xeyrənin X4 2015-ci il tarixdə qəsdən adam öldürməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin onlar həmin vaxtdan məhkəmənin hökmü ilə razı olmadıqlarından elə həmin vaxtdan da Əli Cəfərovun bəraət alması üçün məhkəmələrə dəfələrlə müraciət etmişlər. Xeyrə, hətta bir neçə dəfə Əliyə bəraət almağa görə müxtəlif vəkillərlə görüşmüş, lakin heç bir nəticəsi olmamışdır. Əli Cəfərov Ədliyyə Nazirliyinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, təxminən 2024-cü ilin iyul ayının əvvələrində Əli Xeyrə ilə əlaqə saxlayan zaman sonuncuya Ayişə Abbas adlı jurnalistin mobil nömrəsini vermiş, əlaqə saxlamasını istəmişdir. Bir sözlə, X11 bəraət verilməsində köməklik göstərəcək tanış vəkillərini olduğunu demişdir. X12 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu görüşməli olduqlarını demiş, Xeyrə də razılaşmışdır. Onlar Bakı şəhəri ərazisindəki Şuşa restoranında görüşmüşlər, Ayişə ilə danışdıqdan sonra Xeyrəyə bu işdə köməklik edəcəyini və müqabilində 6000 manat məbləğində pul alacağını, ilkin olaraq 2000 manat məbləğində pul lazım olduğunu, həmin pulun 1500 manat məbləğini vəkilə verəcəyini, qalan 500 manat məbləğinin də özünün olacağını demişdir. Xeyrə də razılaşmışdır. Sonra onlar Astara rayonuna qayıtmışlar, Xeyrə oradan pulu göndərəcəyini demişdir. Ayişə də Xeyrəyə istifadəsində olan "xxxx" kartının fotoşəkilini göndərmişdir. Xeyrə 23 iyul 2024-cü il tarixdə qeyd olunan bank kartına 2000 manat məbləğində pulu köçürmüş, sonradan Xeyrə hər dəfə işin necə olduğunu soruşduqda Ayişə qısa müddətdə işi həll edəcəyini bildirmişdir. Sonradan artıq həll etmədiyini görmüşlər. Ona görə də Xeyrə verdiyi pulu geri istəmiş, lakin Ayişə pulu olmadığından və səhhətində problem olduğundan qısa müddətdə geri qaytaracağını demişdir. Xeyrə 23 iyul 2024-cü il tarixdə yoldaşı Əli Cəfərova bəraət almasına kömək etməsinə görə Ayişəyə aldanaraq 2000 manat məbləğində pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb faktlara görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. Qəbzə baxış keçirilməsi haqqında 21 yanvar 2025-ci il tarixli Protokoldan görünür ki, qəbz nömrəsi **********5 olan 4169-7414-1604-2313 saylı "xxxx"-ın debit kartına 23 iyul 2024-cü il tarixdə, saat 14:38-də 2000 manat pul köçürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 24 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza uşağı 8 yaşına çatana qədər təxirə salınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin hökm icraya yönəldiyi vaxtdan hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının uşağı - xx.xx.2015ci il təvəllüdlü uşağı 8 yaşına çatanadək təxirə salınması hökm edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı 14 yaşına çatanadək təxirə salınmış, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. “şübhəli şəxsin tutulması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 06:30-da şübhəli şəxs qismində tutulmuşdur. “qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “ailə tərkibi haqqında” Yevlax rayon İHB-nın Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Qaramanlı kəndində qeydiyyatdadır, qızı- xx.xx.2011-ci il təvəllüdlü X2, oğlu- xx.xx.2015-ci il təvəllüdlü X3, qızı- xx.xx.2018-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Sübutların qiymətləndirilməsi haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibindən imtina edilməsi, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 4169-7414-1604-2313 saylı "xxxx"-ın debit kartına edilmiş pul köçürmələrinə dair 01 ədəd müvafiq qəbzin işin faktiki hallarını müəyyən etməkdən ötrü mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 79.4-cü maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, dəymiş ziyanı təmamilə ödəməsini, himayəsində 3 azyaşlı övladının olmasını CM-in 58.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməli törətməsini və törətdiyi cinayət əməlinə görə cəzanın çəkilməsinin təxirə salınmasını və cəzasının təxirə salındığı dövrdə yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinə lüzum olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş islah işindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, CİM-in 45.1-ci maddəsinə əsasənb cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalı, Azərbaycan Respublikası CM-in 79.4-cü maddəsi rəhbər tutulmaqla himayəsində 3 azyaşlı övladının olması, dəymiş ziyanı təmamilə ödəməsi, əməlindən peşman olması nəzərə alınaraq Nərimanov rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın təxirə salınması ləğv edilmədən qüvvədə saxlanılmalı, hökmlər müstəqil icra olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qəbz iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 aprel 2025-ci il tarixədək Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul, 28 aprel 2025-ci il tarixdən sonra göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat məbləğində pul, ümumilikdə 63 (altımış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirli bilinib qazancından 10 % məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 6 (altı) ay islah işindən 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 8 (səkkiz) saat hüquqi yardım göstərildiyinə görə 63 (altımış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Maddi sübut kimi tanınmış 01 ədəd qəbz iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-60/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-60/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver