Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-63/2023 16.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxx 2004-cü ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşi, işləməyən, subay, Astara rayonu Maşxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs on alti yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur və seksual xarakterli digər hərəkətlər etmisdir. Belə ki, o, 2022-ci ilin aprel ayında Şəmkir yəhərində tanış oldugu,hamin tarixdən etibarən telefon və sosial şəbəkələr vasitəsi ilə daim ünsiyyətdə olduğu və aşkar surətdə 14 yaşına çatdığını, lakin 16 yaşına çatmadığını bildiyi xx.xx.2008-ci il tavallüdlü Şəmkir rayonu, Dəllər qəsəbə sakini Zərərçəkmiş şəxs ilə 07 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində Şəmkir şəhərində görüşüb,evlənmək maqsədi ilə Zərərçəkmiş şəxs razılığı ilə onunla birlikdə əvvəlcə Baki səhərinə, daha sonra isə Astara rayonu Maşxan kəndinə gələrək 08 yanvar 2023-cü il tarixdə,saat 23 radələrində Astara rayonu Maşxan kəndində yerləşən fərdi yaşayiş evində Aysun Rüstamovanın razılığı ilə cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozmaqla həmin gündən etibarən onunla ər-arvad kimi yaşayıb cinsi əlaqədə olmuş, həmçinin 09 yanvar 2023-cü il tarixda saat 21 radələrində yaşadığı evdə Zərərçəkmiş şəxs razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 03 iyun 2004-cü ildə Astara rayonu, Tangarüd kəndində anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, dəmir yığımı ilə məşğul olaraq özünü dolandırır. 2022-ci ilin əvvəllərində fəhləlik etmək üçün Samkir rayonunda yerləşən “Səbət” bazarına getmiş, orada işləyən zaman Şəmkir rayonu, Dəllər qəsəbə sakini Zərərçəkmiş şəxs görmüş və Aysuna yaxınlaşaraq tanış olmaq istədiyini bildirmişdir. Onlar tanış olmuşlar, Aysun ona, o, da Aysuna mobil nömrələrini vermişlər. Bundan sonra o, Aysunla telefonda danışmağa başlamış, sonradan onlarin sevgili kimi münasibəti yaranmışdır. Aysun özü barəsində bütün məlumatları ona vermişdir. Belə ki,Aysun ona, atasi Elməddin Adıgözalovun spirtli icki aludəçisi olduğunu, evdə mübahisə yaratdığını deyib, onunla qaçmaq istədiyini bildirmişdir. O, ilk öncə Aysunla razılaşmamış, lakin sonralar Aysun teztez onunla qaçmaq istədiyini bildirmişdir. 2023-cü ilin yanvar ayının ilk günlərində o, Aysunla danışarkən Aysun yena da onunla qaçmaq istədiyini demiş və onunla evlənmək istədiyini bildirmişdir. O, da Aysunla razılaşmışdır. O, Aysunla bir-iki gün müddətində qaçırmaq ilə bağlı söhbət etmişlər. 06 yanvar 2023-cü il tarixdə o, konkretləşdirmişdir ki, Şəmkir rayonuna gedib, Aysunu oradan götürərək evinə gətirsin. 06 yanvar 2023-cü il tarixdə taksi ilə Astara rayonu, Maşxan kəndindən Şəmkir rayonuna yola düşmüş, 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 03 radələrində Şəmkir rayonuna çatmış və Aysunla əlaqə saxlamışdır. Aysun özü maşına gəlmiş və onlar birlikdə Bakı şəhərinə yola düşmüşlər. Aysunla o, taksi ilə birbaşa Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarina gəlmişlər. Orada özünə məxsus Samsung markalı mobil telefonunu 25 manata satmişdir. 08 yanvar 2023-cü il tarixdə, təxminən saat 06 radələrində o, Aysunla birlikdə Lənkəran rayonuna gəlmiş, orada bir neçə saat dolaşdıqdan sonra avtobusla Astara rayonu Təngərüd kəndinə bacısı Aynanın evinə gəlmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində bacısı Aynanın evinə çatməş və Aysunu bacısına göstərib, evlənəcəyini demişdir. Bacısının evində olan zaman bacısı Ayna qardaşı Abutalıba zəng edərək onun qız qaçırmağı barədə məlumat vermişdir. Bir müddət keçdikdən sonra atası Seymur,anası Günel və qardaşı Abutalıb Aynanın evinə gəlmişlər. Atası gəldikdən sonra ona iradlarını bildirmiş, sonra anası və qardaşı ilə birlikdə çıxıb getmiş, bir müddət sonra isə zəng edərək onu evlərinə çağırmışdır. 08 yanvar 2023-cü il tarixdə saat 20 radələrində o, yaşadığı evə getmiş, evdə hamı yatdıqdan sonra o, Aysunla birlikdə evin birinci mərtəbəsinə düşmüş, evin birinci mərtəbəsində Aysunun razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Növbəti gün, yəni ki, 09 yanvar 2023-cü il tarixdə, təxminən saat 21 radələrində yenə də evin birinci mərtəbəsində Aysunla cinsi əlaqədə olmuş, həmin vaxt o, Aysunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Evdə Aysun onun anası ilə bir otaqda qalırmış, o isə atasıyla bir otaqda qalırmış. 09 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində polis əməkdaşları`onların evinə gəlmişlər, onu Aysunla birlikdə Şəmkir RPŞ-yə aparmışlar. O, Zərərçəkmiş şəxs ilə 2 dəfə təbii yolla, 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Aysuna qarşi zor tətbiq etməmiş, Aysunun razılığı ilə Aysunla cinsi əlaqədə olmuşdur. Aysunla 08 yanvar 2023-cü il tarixdə, saat təxminən 23 radələrində yaşadığı evin birinci mərtəbəsində 1 dəfə təbii yolla,sonra 09 yanvar 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evin birinci mərtəbəsində həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, Aysuna qarşi hər hansı zorakı hərəkətlər etməmiş, Aysun özü ona cinsi əlaqə olmağı təklif etmiş və o, Aysunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Aysunu cinsi əlaqədəolmağa məcbur etməmiş, Aysun onunla öz iradəsindən irəli gələrək könüllü olaraq cinsi alaqədə olmuşdur. Aysun ona 01 fevral 2023-cü il tarixda 16 yaşının tamam olacağını demiş, o elə bilmişdir ki, 2023-cü ilin fevral ayında Aysunun 16 yaşı tamam olacaq, o, Aysunun 15 yaşının olduğunu bilmiş, Aysunla cinsi əlaqədə olan zaman Aysunun 16 yaşına çatmadığını bilmişdir. Sadəcə olaraq o, 16 yaşına çatmayan səxslə cinsi əlaqədə olmağın məsuliyyət yaratdığını bilməmiş, polisdə olan zaman bilmişdir ki, Aysun 2008-ci il təvəllüdlüdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığını, tutduğu əməldən səmimi peşman olduğunu nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs qanuni nümaayəndəsi olan atasi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, xx xxxxxx 2008-ci ildə Şəmkir rayonu, Xuluf kəndində anadan olmuş, 3-cü sinifə qədər Şəmkir rayon Elçin Rüstəmov adına Tam Orta Məktəbdə təhsil almış, 3-cü sinifdən sonra orta məktəbə getməmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində atası Qanuni nümayəndə və anası X5 ilə birlikdə yaşayir. X1 hazırda hərbi xidmətdədir. 2022-ci ilin aprel ayında Şəmkir rayon Mərkəzi bazarında olan zaman Astara rayonu, Masxan kənd sakini Təqsirləndirilən şəxs görmüş, Seynur onu gördükdə ona yaxınlaşib, onunla tanış olmaq istədiyini bildirmişdir. O,Seynuru Şəmkir rayonunda yerləşən Səbət bazarında əvvəllər də gördüyündən mobil nömrəsini Seynura vermişdir. Həmçinin Seynur da mobil nömrəsini ona vermişdir. Onlar bir müddət bir-birilərinə “WhatsApp" ani mesajlaşma tətbiqində əlaqə saxlamışlar. Sonradan başqa şəxslər tez-tez onun mobil nömrəsinə zəng etdiyindən o, nömrəsini sındırmış və daha Seynurla əlaqə saxlaya bilməmişdir. Seynurla əlaqə saxlaya bilmədiyini görüb, özünə "Tik-tok” sosial şəbəkəsində səhifə açınış və şəklini də həmin səhifənin profilinə qoymuş ki, Seynur onu tapsin. Bundan sonra Seynur onu “Tik-tok” sosial şəbəkəsində tapmış və o, mobil nömrəsini Seynura vermişdir. Sonra onlar yenə “WhatsApp” ani mesajlaşma tətbiqində bir-biriləri ilə əlaqə saxlamağa başlamışlar. Bir neçə ay Seynurla danışaraq sevgili kimi münasibət saxlaməşlar. Seynur özü haqqında ona bütün məlumatları vermişdir. O, da öz haqqında Seynura bütün məlumatları vermişdir. Onun atası Qanuni nümayəndə spirtli icki aludəçisidir, atası aptekdə satılan tibbi spirtlərdən alaraq içir və günün əksər vaxtlarında sərxoş vəziyyətdə olur. Atası Elməddin spirtli içki içdikdən sonra çox vaxt evdə onun anası ilə mübahisə yaradır. Atası hər axşam spirtli içki qəbul etdiyindən o, çox vaxt ya bibisi gilə ya da qonşunun evinə gedir. Atası yatdıqdan sonra isə evə qayıdır. O, atasının spirtli içki aludəçisi olması barədə Seynura məlumat vermişdir. 2023-cü ilin yanvar ayının ilk günlərində o, Seynurla “WhatsApp” ani mesajlaşma tətbiqində yazışan zaman Seynur ona evlənmək məqsədilə birlikdə qaçmağı təklif etmişdir. O, Seynurun təklifi ilə razı olmuş, onlar bir-iki gün də bu barədə danışmışlar. 06 yanvar 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Seynur “WhatsApp” ani mesajlaşma tətbiqində onun ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq hazır olmağını istəyib,artiq Astara rayonunu tərk etmək üzrə olduğunu, onu qaçırmaq məqsədilə Şəmkir rayonuna gələcəyini bildirmiş, o da Seynurla razılaşmışdır. Seynurla 07 yanvar 2023-cü il tarixdə, saat 02 radələrinədək “WhatsApp” ani mesajlaşma tətbiqində mesajlaşmış, bundan sonra onun interneti bitmişdir. Həmin vaxtadək o, Seynurla qaçmaqdan ötrü bütün əşyalarini hazırlamışdır. Həmin gün, yəni 07 yanvar 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Seynur ona zəng etmiş, lakin o, ailə üzvləri bir otaqda qaldığından Seynurun zəngini söndürmüş və qapıya çıxmışdır ki, qonşunun “Wifi” aparatina telefonunu qoşub, Seynurla danışsın. Qapıya yaxınlaşdıqda anası Fazilə Rüstəmova ayaq səslərimi eşitmiş və ondan hara getdiyini soruşmuş, o, qonşunun “Wifi” aparatına qoşulmaq üçün çölə cixmaq istədiyini istəmişdir. Anası Fazilə evə tez qayıtmağını tələb etmişdir. Çölə çıxıb, Seynurla danışmış və Seynur ondan “WhatsApp" ani mesajlaşma tatbiqində konkret məkan atmağını istəmişdir. O, da Seynura “konum" adlanan konkret məkan atmışdır.Bir neçə dəqiqə keçdikdən sonra anası Fazilənin evin içərisindan onu səslədiyini eşitmişdir. Homin vaxt o, əyninə gecə paltarı geyinmiş və gecə paltarın altinda Seynurla qacanda geyəcəyi paltarlar olmuşdur, yəni ki, o, qaçmağa tam hazır olmuşdur. Təxminən 20 dəqiqə keçdikdən sonra o, yenə də qapının qarşısına çıxmıs ki, Senurun ona nəsə yazıbyazmadığını öyrənsin. Çölə çıxan kimi “Wifi" aparatina qoşulmuş və Seynurun ona zang etdiyini görmüşdür. Seynur ona “X14"nın yaxınlığında oldugunu bildirib, həmin yerin evinə yaxın olubolmadığın soruşmuşdur. O, da Seynura hamin yerin ona yaxın olduğunu bildirib, orada gözləməsini istəmişdir. Həmin vaxt onun anası onu evdən səsləmişdir. O, anasına evə gələcəyini demişdir. Bundan sonra o, dərhal gecə paltanini əynindən çıxarıb, şadlıq sarayına tərəf qaçmağa başlamışdır. Şadlıq evinə tərəf qaçarkən Seynurla telefonda danışırmış, qaçarkən Seynur onu görduyünü demis və dayanmağını istəmişdir. Bundan sonra yanında avtomobil dayanmış və o, hamin avtomobilə oturmuşdur. O, Seynurla birlikdə avtomobilin arxa oturacağında oturmus, Seynur avtomobildə ona demişdir ki, Bakı şəhərinə əmisinin evinə gedəcəklər.Onlar Şəmkir rayonundan birbaşa taksi ilə Seynurun əmisinin işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarına getmişlər. Bazara getməzdən əvvəl Seynur bir neçə dəfə əmisinin mobil nömrəsinə zəng etmiş, lakin Seynurun əmisinin mobil nömrəsinə zəng çatmamışdır. Seynurun əmisini tapmaq üçün onlar Seynurun əmisinin işlədiyi bazara getmişlər, lakin Seynurun əmisini tapa bilməmişlər.Onlar Bakı şəhərində olan zaman Seynur özünə məxsus mobil telefonu 15 manata satmiş, sonra qalmaqları üçün Bakı şəhərində ev axtarmışlar, lakin tapa bilməmişlər. Bakı şəhərində ev tapa bilmədiklərindən Astara rayonuna getmək qərarına gəlmişlər. Seynur Bakı şəhorində olan zaman bacısı ilə əlaqə saxlamağa çalışmış, Seynurun zənginə bacısının qayınanasi cavab vermiş, sonra Seynurun bacısının qayınanasının da telefonu sönmüşdür. Onlar məcbur qalıb, taksi ilə 08 yanvar 2023-cü il tarixdə, gecə saatlarinda Astara rayonuna yola düşmüşlər. 08 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Lonkəran rayonuna çatmışlar, daha sonra oradan Astara rayonuna gəlmişlər. Astara rayonunda bir qədər vaxt keçirdikdən sonra Seynur bacısının evinə getmək istədiyini bildirmiş və o, Seynurla birlikdə onun bacısının evinə getmişlər. 08 yanvar 2023-cü il tarixdə, təxminən saat 17 radələrində onlar Seynurun bacısı Aynanın evinə çatmışlar. Seynur orada bacısı Aynaya onun barəsində məlumat vermiş, sonra o, Seynurun bacısı Aynaya yuxusunun gəldiyini bildirib, yatmaq istədiyini demişdir. Ayna da ona otağına keçə biləcəyini demişdir. Bundan sonra o, bir az yatmış, saat təxminən 19 radələrində Seynurun atası, anası və qardaşı Aynanın evinə gəlmişlər. Seynurun valideynləri ilə tanış olduqdan sonra o, demişdir ki, Seynur ilə bir-birilərini sevirlər və ailə qurmaq istəyirlər, buna görə də Seynurla qaçmışdır. Daha sonra Seynurun valideyləri çıxıb getmişlər. Bir neçə dəqiqə sonra Seynurun atası Seynura zəng vurub onu Seynurla birlikdə evlərinə çağırmışdır. 08 yanvar 2023-cü il tarixdə, təxminən saat 20 radələrində o, Seynurla birlikdə Seynurun yaşadığı evə getmişlər. Evdə Seynurun valideynləri yatdıqdan sonra o, Seynurla birlikdə evin birinci mərtəbəsinə düşmüş, evin birinci mərtəbəsində Seynur ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Növbəti gün, yəni ki, 09 yanvar 2023-cü il tarixdə, təxminən saat 21 radələrində yenə də evin birinci mərtəbəsində Seynurla cinsi əlaqədə olmuş, həmin vaxt Seynur onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Evdə olarkən o.Seynurun anası ilə bir otaqda qalırmış, Seynur isə atası ilə bir otaqda qalırmış. 09 yanvar 2023cü il tarixdə, təxminən saat 23 radələrində polis əməkdaşları onların evinə gəlmişlər və onu Seynurla birlikdə Şəmkir RPŞ-yə aparmışlar. O, Təqsirləndirilən şəxs ilə 2 dəfə təbii yolla, 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Seynur ona qarşı zor tətbiq etməmiş, o, öz razılığı ilə Seynurla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmazdan əvvəl o, 01 fevral 2023-cü il tarixdə16 yasinin tamam olacağini Seynura demisdir. Seynur onunla cinsi əlaqədə olan zaman onun 16 yaşına çatmadığını bilmişdir. O, Təqsirləndirilən şəxs sevir, ona qoşulub özü gəlmişdir. Hazırda da ona qarşı şikayət və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X12 oglu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Seynur 8-ci sinifdən sonra məktəbə getməmis va dəmir yığımı ilə məşğul olur. Hərdən bir də fəhləlik edir. Belə ki,qardaşı X6 2022-ci ildə bir neçə dəfə Şəmkir rayonuna gedib orada bazarda fəhləlik etmisdir. 6 yanvar 2022-ci il tarixdə Seynur evdən çixıb Səmkir rayonuna işləməyə getmişdir. 08 yanvar 2022-ci il tarixdə saat 19 radəlarinda Astara rayonun Təngarüd kəndində öz ailəsi ilə birlikdə yaşayan onun bacısı Ayna ona zəng vurub bildirmisdir ki, qardaşı Təqsirləndirilən şəxs evlənmək məqsədilə Aysun adlı bir qızı qaçırıb onun evinə gətirmişdir. Bacısı Ayna bu sözləri dedikdən sonra onların, yəni atasının va anasının gəlib maraqlanmalarını istəmiş, lakin Seynur daha qızı qaçırdiğindan Seynuru çox danlamamağı tapşırmışdır. O, bunları anası Günelə demiş, anası bu baradə atasına dedikdən sonra atası,taksi tutub anası Günel və onunla birlikdə bacısı Aynanin evinə getmişlər. Orada qardaşı Seynur Zərərçəkmiş şəxs onlara təqdim edib bildirmişdir ki, ailə qurmaq məqsədilə Aysunu qaçırmışdır. Sonra Aysun demişdir ki, Seynur ilə bir-birilərini sevirlər və onlar ailə qurmaq istəyirlər, bu məqsədlə də Seynurla qaçmışdır. Onun atası bir az əsəbləşmiş və həyətə düşmüşdür, daha sonra o və anası Aynanın evindən çıxıb birlikdə öz evlərinə qayıtmışlar. Evə gəldikdən sonra anası Seynuru Aysun ilə birlikdə öz evlərinə çağırmağı atasından istəmiş, atası da Seynura telefonla zəng vurub Aysunla birlikdə evə gəlməyini istəmişdir. Saat təxminən 20:30-da Seynur Aysun ilə birlikdə onun yaşadığı evə gəlmişlər. X17 və Seynur ücün ayri-ayrı otaqlarda yer salmış ki, Seynur və Aysun bir az dincəlsinlər, anası Aysun üçün öz yanında, Seynur üçün isə atasının yanında yatmağa yer düzəltmişdir. Aysun və Seynur həyətə düşüb bir az gəzişmiş, sonra isə evə qayıtmışlar. 09 yanvar 2023-cü il tarixdə Aysunla Seynur evdə olmuşlar, həmin gün axşam saat 23 radələrində polis əməkdaşları onların evinə gəlmişlər, qardaşı Seynuru Aysunla birlikdə Şəmkir RPŞ-yə aparmışlar. Polis əməkdaşları demişlər ki, Seynur qız qaçırmış və qızın qohumları şikayət etmişlər, həmçinin Aysunun 16 yaşı tamam olmamışdır. O, Zərərçəkmiş şəxs 16 yaşının tamam olmadığını bilməmiş, sonradan qardaşı Seynur ona Aysunun 16 yaşının tamam olmadığını, bir müddət keçdikdən sonra tamam olacağını demişdir. Polisdə araşdırma gedən zaman ona məlum olmuşdur ki, Seynur Aysunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X3 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X8 qizi ibtidai istintaqda ifadəsində göstərmişdir ki, Astara rayonun Təngərüd kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun qardaşıdır, qardaşı Seynur 8-ci sinifdan sonra məktəbə getməmiş və dəmir yığımı ilə məşğul olmuşdur. Hərdən bir də fəhləlik edirmiş,qardaşi Təqsirləndirilən şəxs 2022-ci ildə bir neçə dəfə Şəmkir rayonuna gedib orada bazarda fəhləlik etmişdir. 08 yanvar 2022-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman qardaşı Təqsirləndirilən şəxs onun evinə gəlmiş, qardaşının yanında bir qız olmuşdur. Seynur bildirmişdir ki, qızın adı Aysundur, Aysunla evlənəcəkdir. Aysun da demişdir ki, Seynur ilə birbirilərini sevirlər və ailə qurmaq istəyirlər, bu məqsədlə də Seynurla qaçmışdır. O, artıq qardaşı Seynurun qız qaçırdığını bilmiş və buna görə də qardaşı Abutalıba zəng vurub Seynurun qız qaçırdığını, qızın onun evində olduğunu bildirib, bu barədə valideynlərinə deməsini və valideynlərinin onun evinə gəlməsini istəmişdir. Həmin gün saat 19 radələrində atası Seymur, anası Günel və qardaşı Abutalib birlikdə onun evinə gəlmişlər. Evində qardaşı Seynur Zərərçəkmiş şəxs valideynlərinə təqdim edib bildirmişdir ki, ailə qurmaq məqsədilə Aysunu qaçırmışdır. Sonra Aysun valideynlərinə demişdir ki, Seynur ilə bir-birilərini sevirlər və ailə qurmaq istəyirlər, bu məqsədlə də Seynurla qaçmışdır. Atası bir az əsəbləşmiş və həyətə düşmüş, daha sonra qardaşı Abutalıb və anası onun evindən çıxıb birlikdə öz evlərinə qayıtmışlar. Təxminən yarım saat sonra atası Seynura telefonla zəng vurub ondan Aysunla birlikdə öz evlərinə gəlməyini istəmişdir. Seynur bu barədə ona dedikdən sonra Aysunla birlikdə evdən çıxıb getmişlər. Daha sonra o, bilmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Aysunla Seynur valideynlərinin evində olduqları vaxt, axşam saat 23 radələrində polis əməkdaşları evə gəlib qardaşı Seynuru Aysunla birlikdə Şəmkir RPŞ-yə aparmışlar. Polis əməkdaşları valideynlərinə demişlər ki, Seynur qızı qaçırmış və qızın qohumları şikayət etmişlər, həmçinin Aysunun 16 yaşı tamam olmamışdır. O, Zərərçəkmiş şəxs 16 yaşının tamam olmadığını bilmirmiş, o, Aysundan yaşını soruşmamış, lakin zahiri əlamətlərindən azyaşlı olduğu bilirmiş. Belə ki, o, Seynurdan qızın neçə yaşının olduğunu soruşmuş və Seynur ona qızın 16 yaşına çatmağına az qaldığını demişdir. Polisdə araşdırma gedən zaman ona məlum olmuşdur ki, Seynur Aysunla təbii və qeyri-təbii yolla atasının evində cinsi əlaqədə olmuşlar. Aysun onun evində olarkən ona demişdir ki, könüllü olaraq Seynurla qaçmışdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” PHŞ Şəmkir rayon MTÉ və PA şöbəsinin 11 yanvar 2023cü il tarixli, 41 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhtində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 08 yanvar 2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcəyində çat aşkar edilmiş, bu xüsusat müayinədən 2-3 gün əvvəl arxa keçəcəyə yeridilmiş uzunsov küt əşyanın, ola bilsin ki, gərgin vəziyyətdə kişi cinsiyyət üzvünün təsirindən baş vermişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə ekspertizasının müvafiq rəyi, istintaq protokolları, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir: əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 237 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Maşxan kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun zərərçəkən şəxs ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə müddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə müddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-63/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-63/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver