Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-63/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Yeni Həyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş 15 mart 2024-cü ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus naringi meyvələrini satdıqdan sonra pulunu verəcəyi vədi ilə aldadaraq Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu Pensər kəndində yerləşən evin həyətyanı sahəsində olan naringi ağaclarından xx.xx.2023cü il tarixdə yığdığı 1974,40 manat dəyərində 2468 kq çəkidə naringi meyvələrini, xx.xx.2023-cü il tarixdə yığdığı 3451,20 manat dəyərində 4314 kq çəkidə naringi meyvələrini, xx.xx.2023-cü il tarixdə yığdığı 3256 manat dəyərində 4070 kq çəkidə naringi meyvələrini və xx.xx.2023-cü il tarixdə yığdığı 2500 manat dəyərində 3125 kq çəkidə naringi meyvələrini, ümumilikdə 13977 kq çəkidə naringi meyvələrini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 11181,60 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu, Pensər kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla hər hansı bir ədavəti və düşmənçili yoxdur. 2023-cü ilin oktyabr ayının əvvəllərində Asifin qardaşı Feyruzdan naringi almağa başlamışdır. Feyruzla onun bağında olan bütün məhsulu almaqla bağlı razılığa gəlmişdir. Feyruzdan ilk dəfə nağd şəkildə naringi almış, lakin az bir hissəsinin pulunu verə bilmədiyindən Feyruzdan geri qalan pulu naringiləri satdıqdan sonra pulu verməsini xahiş etmiş, Feyruz da razılaşmışdır. Beləliklə Feyruzun etibarını qazanmış və onun həyətində olan məhsulu nisyə almağa başlamışdır. O, Feyruzdan naringini nisyə almış, Şəmkir rayonunda yerləşən Səbət bazarında satmış və satdıqdan sonra Feyruzun pulunu vermişdir. 2023-cü ilin oktyabr ayının ortalarında, təxminən saat 13 radələrində Feyruzun həyətində və Feyruzun qardaşı Zərərçəkmiş şəxs da orada olmuşdur. Onun Feyruzdan mal aldığını Asif görürmüş və o, artıq həmin ailənin etibarını qazanmışdır. Asifdən həyətində olan naringini ona satmasını xahiş etmişdir. Feyruzdan mal alarkən Asifin həyətindəki məhsulu da görmüşdür. İlk öncə Asif onunla razılaşmamış, naringini nisyə satmayacağmı demişdir. O da Asifə qardaşı Feyruzu misal çəkmiş, Feyruzun pulunu vaxtında verdiyini demiş və onun pulunu da verəcəyini bildirmişdir. Beləliklə o, Asifi razı salmışdır ki, naringini ona nisyə satsın. Feyruzun həyətində, Feyruzun yanında Asifə 500 manat pulu beh kimi vermişdir ki, bağında olan bütün məhsulu onun üçün saxlasın və Asif də onunla razılaşmışdır. 2023-cü ilin oktyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixlərdə Asifdən 11.300 kq naringi almışdır. Həmin çəkidə naringilərin 500 kq-nı tarasına, 550 kq da endirimə hesabladıqdan sonra 10.250 kq naringini ona hər kq-m 80 qəpikdən hesablamışdır. Həmin naringiləri Asifdən 4 dəfəyə gəlib götürmüş və hər dəfə ora hazırda xatırlamadığı yük maşınları ilə günorta saatlarında gəlmişdir. Asif həmin naringiləri ona 8200 manata nisyə satmışdır. O, bir dəfə Asifin kartına 2000(iki min) manat pul göndərmiş və həmin puldan Feyruza olan borcunu və fəhlələrin pulunu da verməsini istəmişdir. Asif Feyruza 700 manat, fəhlələrə isə 200 manat pul vermiş, 1100 manat isə özünə qalmışdır. 25 oktyabr 2023-cü il tarixdə Asifin bank kartına 1000(min) manat, 26 oktyabr 2023-cü il tarixdə isə 500(beş yüz) manat pul göndərmiş, qalan pulu isə Asifə verməmişdir.Həmçinin ifadəsində bildirmişdir ki, Asifdən ümumilikdə 11.300 kq naringi almışdır. Həmin çəkidə naringilərin 500 kq-nı tarasına, 550 kq da endirimə hesabladıqdan sonra 10.250 kq naringini ona hər kq-nı 80 qəpikdən satmışdır. Həmin naringiləri satıb pulunu verəcəyi adı ilə Asifdən almışdır. Həmin naringiləri 4 dəfə müxtəlif vaxtlarda gəlib Asifdən götürsə də, onların hamısını ondan alacağına dair aralarında razılaşma olmuş və buna görə Asifə əvvəlcədən 500 manat beh də vermişdir. Həmin naringiləri ilk dəfə xx.xx.2023-cü il tarixdə Asifin həyətinə gəlib ondan 2 tondan çox naringini hazırda xatırlamadığı yük avtomaışına yığıb aparmışdır. Asifdən ümumilikdə 4 dəfə naringi aparmış və aralarında təxminən 2 gün fərq olmuşdur. O, Asifdən həmin naringiləri satıb pulunu verəcəyi adı ilə almışdır. Lakin Asif onu tanıdığından pulunu gecikdirmişdir. Ümumlikdə Asifdən 11181 manat 60 qəpik dəyərində 13 ton 977 kq naringi almışdır. Hazırda o, əməlindən səmimi peşimandır, Zərərçəkmiş şəxs olan bütün ziyanı tam olaraq ödəmişdir. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Şahvələt oğlunu 2023-cü ilin oktyabr ayının əvvəllərindən tanımışdır. Belə ki, həmin vaxtlarda Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan qardaşı Feyruz Cahangirovdan naringi almağa başlamışdır. Şükür Feyruza bağında olan naringini heç kimə satmamasmı tapşırıb hamısını alacağını demişdir. Qardaşı Feyruz da Şükürlə bütün məhsulu ona satacağı ilə bağlı razılaşmışdır. Şükür Feyruzdan naringi alaraq Şəmkir rayonuna satmağa aparmış, bir neçə gün ərzində isə pulunu ya karta göndərmiş, ya da növbəti dəfə naringi almağa gələrkən qardaşı Feyruza vermişdir. Onun bağı ilə Feyruzun bağının arasında çəpər yoxdur. 2023-cü ilin oktyabr ayının ortalarında, təxminən saat 13 radələrində Şükür Feyruzun həyətində olan zaman o da orada olmuşdur. Şükür ondan bağında olan bütün məhsulu, yəni naringini ona satmağını xahiş etmişdir. O, ilk öncə tərəddüd edərək Şükürlə razılaşmamışdır. Şükür onun naringini ona satmaqda tərəddüd etdiyini görüb, ona qardaşı Feyruzdan dəfələrlə məhsul aldığını, aldığı meyvələrin pulunu vaxtında verdiyini demişdir. O, yenə də Şükürlə razılaşmamışdır. Bu zaman Şükür qabaqcadan bir miqdar beh də verəcəyini demiş, bağındakı naringini ona satmağını istəmişdir. Şükür yenə də eyni sözləri təkrarlayaraq qardaşından aldığı naringinin pulunu vaxtında verdiyini, ona beh də verəcəyini deyib, bağında olan naringini ona satmağını istəmişdir. O, bir qədər fikirləşib, Şükürün həqiqətən də Feyruzdan aldığı məhsulun pulunu verdiyini düşünmüş və Şükürlə razılaşmışdır. Şükür qardaşı Feyruzun həyətində, elə Feyruzun yanında ona 500 manat pul vermişdir ki, bağında olan 13 tondan çox olan bütün məhsulu ona satsın. O da həmin məbləğdə pulu Şükürdən almışdır. Behi aldığı tarixdən təxminən 3-4 gün sonra, xx.xx.2023-cü il tarixdə günorta saatları 14 radələrində Şükür “Ford” markalı mikroavtobusla həyətinə gəlmişdir. Həmin gün Şükür ondan 2 ton 468 kq çəkidə naringi almışdır. Onlar naringinin kq-nı 80 qəpikdən razılaşıb hesablamışlar. Şükür ona Şəmkir rayonuna çatan kimi naringinin pulunu verəcəyini demişdir. Axşam saatlarında o, Şükürə zəng edib, pulu nə vaxt göndərəcəyini soruşduqda Şükür ondan pula görə narahat olmamağını deyib, çoxlu şəxsin ona borcunun olduğunu, ona borclu olan şəxslərdən pul alıb, pulunu göndərəcəyini demişdir. Təxminən 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Şükür yenə yük maşını ilə onun həyətinə gəlib qalan naringilərdən 4 ton 314 kq maşina yükləmiş və pulunu ona satdıqdan sonra göndərəcəyini demişdir. O da razılaşmışdır. 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən sat 10 radələrində Şükür onunla telefon əlaqəsi saxlayaraq həyətinə maşın göndərdiyini deyib qalan naringilərdən yükləməyini pullarını da naringiləri götürən kimi göndərəcəyini demişdir. O da razılaşmış və onun göndərdiyi yük maşınına təxminən saat 13 radələrində 4 ton 70 kq naringi yükləyib göndərmişdir. Həmin gün axşam saatlarında Şükürlə əlaqə saxladıqda naringiləri götürsə də, hələ müştərilərə verə bilmədiyini, bu səbəbdən də ona pul göndərə bilməyəcəyini demişdir. Bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şükür bağına gəlmişdir. Şükür ondan naringi istədikdə bundan əvvəl bir neçə dəfə aldığı naringinin pulunu vermədiyini demişdir. Şükür ona Beyləqan və Qazax rayonundan ona bir neçə şəxsin borcunun olduğunu, həmin şəxslərin onun pulunu vermədiyindən onun da pul verə bilmədiyini demişdir və həmin ondan alacağı naringinin pulunu 100 faiz axşam verəcəyini bildirmişdir. Şükür həyətində olan zaman qardaşı Feyruz da həyətinə gəlmişdir. Feyruz Şükürün ondan naringi aldığını görüb, Şükürdən ona olan 700 manat borcunu verməsini istəmişdir. Bu zaman Şükür ondan bank hesabı istəmiş və onun bank kartına 2000(iki min) manat pul göndərmiş və həmin pulla qardaşı Feyruza olan 700 manat borcunu və fəhlələrin pulunu da verməyini istəmişdir. O, Şükürün pul verdiyini görüb, ona inanmış və ondan yenə də naringi alması ilə razılaşmışdır. Həmin gün Şükür ondan 3 ton 125 kq çəkidə naringi almış və həyətini tərk etməzdən qabaq aldığı naringinin pulunu axşam verəcəyini demişdir. O, Şükürün göndərdiyi 2000 manat puldan 700 manat qardaşı Feyruza, 200 manat fəhlələrə vermiş, ona isə 1100(min yüz) manat məbləğində pul qalmışdır. Axşam saatlarında Şükürə zəng etmiş, lakin Şükür ona aldığı naringinin hələ ünvana çatmadığını, müştərilərin naringini aldıqdan sonra pulunu ona göndərəcəyini demişdir. O, növbəti gün Şükürə zəng etdikdə pulun onda olduğunu, bir neçə dəqiqəyə bank kartına göndərəcəyini demiş, lakin göndərməmişdir. O, qardaşı Feyruzdan Şükürlə danışıb, pulunu istəməsini xahiş etmişdir. Feyruz da ona zəng edib, Şükürün onu aldatdığını demişdir. O, Şükür tərəfindən aldadıldığını görüb, 24 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə Şükürün barəsində müraciət etmişdir. 25 oktyabr 2023-cü il tarixdə Şükür onun bank kartına 1000 (min) manat, 26 oktyabr 2023- cü il tarixdə isə 500 (beş yüz) manat pul göndərmiş, lakin sonra ona pul göndərməmişdir. Şükür ondan 4 dəfəyə ümumilikdə 13 ton 977 kq naringi almışdır. Şükür onun bağında olan həmin naringilərin hamısını almaq istədiyini demiş və ona əvvəlcə 500 manat pul vermiş, qalan pulları isə naringiləri satdıqdan sonra verəcəyini demişdir. O da inanmış, Şükür ondan ümumilikdə 11181 manat 60 qəpik dəyərində 13 ton 977 kq naringi almışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 bildirdi ki, X2 yaxın dostu, eyni zamanda qonşudur. Tez-tez bir- birilərinin evinə gedib-gəlirlər. Asif və onun qardaşı Feyruz həyətlərində becərdikləri naringiləri mövsüm vaxtı satıb qazanc əldə edirlər. Həyətdəki meyvələri almaq üçün hər il müxtəlif bölgələrdən müştərilər gəlir. 2023-cü ilin oktyabr ayının ortalarında Şəmkir rayon sakini Ələkbərov X3 həyətində olarkən onun həyətindəki naringiləri nisyə almaq istədiyini bildirdi. Onu da qeyd edir ki, Şükür Asifin qardaşı Feyruzdan naringiləri alıb aparırdı və Asifin naringilərini də həmin ərəfələrdə görmüşdü. Asif ona Şükürlə razılaşdığını və naringini ona nisyə satacağını demişdi. 2023-cü ilin oktyabr ayının ortalarmda Asifin həyətində idi. Həmin gün yağış yağırdı və Şükür Asifin həyətinə naringi almağa gəlmişdi. O, yağış yağdığını görüb, Asifdən hansı səbəbdən yağışlı gündə naringi satdığını soruşmuş. Asif də Şükürün belə istədiyini demişdi. O, görmüşdü ki, Şükür Asifin bağında olan bütün məhsulu nisyə alır. Düşündü ki, əgər Şükür bütün məhsulu yağışlı havada ağacdan dərdirib, aparırsa onun başqa bir fikri vardır, yəni ki, pulu verməmək fikri vardır. Çünki normal insan yağışlı havada naringini dərdirməz. Şükür səhv etmirsə 3-4 dəfə Asifin həyətindən naringi alıb apardı. Naringiləri isə yük vtomobillərinə yüklədib aparırdı. Həmin vaxt orada Asifin qardaşı Feyruz da olmuşdur. O, Asifə Şükürdən şübhələndiyini deyib, naringini ona nisyə satmamasmı bildirdi, lakin Asif Şükürə inandığını, Şükürün onun pulunu verəcəyini dedi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Hər ikisi Şəmkir rayonunda yerləşən “Səbət bazarı”nda işləyib meyvə satırmış. O, Şəmkir rayonundan Astara rayonu Pensər kəndində yerləşən bazara nar gətirib satmış, qayıdanda isə Astara rayonundan naringi alıb Şəmkir rayonuna aparıb satmışdır. Şükür də özü Astara rayonuna gəlib buradan naringi alıb apararaq Şəmkir rayonunda satmışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Şəmkir rayonunda hazırda adını xatırlamadığı tanış sürücünün idarə etdiyi “Ford Tranksit” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına 3 ton nar yükləyib Astara rayonuna gəlmişdir. Həmin narları Astara rayonu ərazisində yerləşən bazarlarda satmışdır. Geri qayıdanda isə Şəmkirdə aparıb satmaq üçün naringi almaq istəmişdir. Lakin həmin vaxtlarda güclü yağış yağdığı üçün sakinlərin həyətindən naringi yığa bilməmişdir. Həmin vaxt təsadüfən Şükürlə telefonda danışarkən ona naringi tapa bilmədiyini demişdir. Şükür də ona demişdir ki, Pensər İcəndində bir nəfərin həyətindən özü üçün naringi yükləyib aparır, əgər istəyirsə gəlib özü də oradan naringi alsın. O da Şükürün dediyi ünvana getmişdir. Həmin vaxt görmüşdür ki, Şükür “Ford Tranksit” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına çoxlu sayda naringi yükləmiş, yerdə isə xeyli sayda naringi varmış. O həmin naringilərə Daxdıqda xoşuna gəldiyi üçün götürmək qərarına gəlmişdir. Həmin vaxt naringilərin əzə yetişən vaxtı olmuş və qabığı hələ yaşıl rəngdə olmuşdur. Bundan sonra bağ sahibi Dİan Feyruz adlı şəxslə danışıb naringiləri ondan almaq istədiyini demiş və 1 kq-nı 0,80 nanata almağı razılaşmışdır. Daha sonra o, gəldiyim avtomaşına təxminən 2 ton laringi yükləmiş və Feyruza 1600 manat pul vermişdir. Həmin vaxt orada Feyruzun qardaşı Asif də orada olmuşdur. Bundan başqa o, nə Feyruzdan nə də ki, onun qardaşı Vsifdən naringi almamışdır. Lakin sonradan bilmişdir ki, Şükür Feyruzdan naringi ıldıqdan sonra bir neçə dəfə onun qardaşı Asifdən də naringi almış, lakin aldığı ıaringilərin pulunu Asifə verməmişdir. O isə heç kimdən nisyə naringi almamış, aldığı ıaringinin pulunu isə vermişdir. Bir dəfə Şükür onun yanında olarkən bir nəfərlə şəxslə elefonda uca səslə danışaraq pulu olmadığını demişdir. O, onların mübahisə etdiyini ;örüb telefonu Şükürdən alıb nə məsələ olduğunu soruşaraq onun danışdığı şəxslə lanışmışdır. Həmin şəxs telefonda Şükürdən təcili ən azı 2000 manat pul göndərməsini stəmişdir. O da Şükürdən nə qədər pulu olduğunu soruşduqda ona 400- 500 manat pulu »lduğunu demişdir. O da telefonda danışdığı şəxsə Şükürün 400-500 manat pulu olduğunu deyib istəyirsə o qədərini göndərə biləcəyini, aldığı naringiləri sata bilmədiyini lemişdir. Sonradan bilmişdir ki, Şükürün həmin vaxt telefonda danışdığı şəxs Astara ayonu Pensər kənd sakini Asif adlı şəxsdir və Şükür ondan aldığı naringilərin pulunu erə bilmədiyinə görə aralarında telefonda mübahisələri yaranmışdır. Lakin o, Şükürün əmin şəxsdən nisyə naringi aldığını qabaqcadan bilməmiş və həmin alqı-satqılarda iştirak etməmişdir. İş materialında olan fərdi qayadada fəaliyyət göstərən qiymətləndirmə mütəxəssisi X1 04 mart 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən naringi meyvəsinin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiymətinin 0,70 - 0,90 manat olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir RİHB-nın Yerli Həyat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2024-ci il tarixli 92 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Yeni Həyat kəndində yaşayır və himayəsində 2 yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan Şəmkir RİHB-nın Yerli Həyat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, onlara dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində mübət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur.. Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 4(018)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və həbsin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınmalıdır. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 mart 2024-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 5 (beş) ay 26 (iyirmi altı) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şəmkir rayonu Yeni Həyat kəndi ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-63/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-63/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver