Məhkəmə qərarları › İş №1(018)-63/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-63/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-63/2025 20.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ HakimMeybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortatəhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində Astara şəhəri, H.Əliyev prospektində yerləşən Astara rayon mərkəzi bazarının yaxınlığındakı dayanacağın arxasında tanışı Zərərçəkmiş şəxs ilə əl-qolla zarafat etməsi və sonuncunun bunu müsbət qarşılamaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən 1 dəfə yumruqla zərbə vuraraq burun sümüyünün yerini dəyişməyən sınığı, üst dodaq və burun nahiyələrində qançırlar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128cimaddəsindənəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Astara şəhərində anadan olmuşdur, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında mübahisə olmamış və qərəzli münasibəti yoxdur, 19 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində Astara şəhərində yerləşən mərkəzi bazarın yanından keçən zaman tanışı Zərərçəkmiş şəxs dayanacağın yanında dayandığını görərək ona yaxınlaşmış, onlar salamlaşmış və həmsöhbət olmuş, Zərərçəkmiş şəxs borca 20 manat pul verdiyindən nə vaxt qaytaracağını soruşmuş, o da pulum yoxdur, verə bilmirəm demişdir. Həsənin bu sözü onda qıcıq yaratmış və bundan sonra aralarında mübahisə olmuş və əsəbləşərək qəfildən Həsənin burun nahiyyəsinə bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirmiş, daha sonra isə bədən nahiyəsinə də bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt orada Həsən və özü olmuş, ətrafda heç kim olmamışdır. Həsənin burnundan qan axdığını gördükdən sonra qorxaraq oradan çıxıb evinə getmişdir. Üzərindən bir neçə saat keçdikdən sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini bildirib nəzərə alınmasını, onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, bir-neçə dəfə birlikdə Cəlilabad rayonunda çiyələk yığımında fəhləlik etmişlər. Əvvəllər aralarında mübahisələr olmamış, qərəzli münasibəti yoxdur. 19 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində Astara şəhərində yerləşən mərkəzi bazarın yanındakı dayanacağın yanında dayanmış, həmin vaxt tanışı Təqsirləndirilən şəxs onu görüb ona yaxınlaşmış, onlar salamlaşmış, bir qədər həmsöhbət olduqdan sonra Aqşin ona borc olaraq verdiyi 20 manatı nə vaxt qaytaracağını soruşmuşdur. O da, pulum yoxdur, qaytararam dedikdən sonra Aqşinlə sözlü mübahisələri olmuş və Aqşin ani aqresivləşmiş, gözləmədiyi şəkildə onun burun nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Burnundan qan axdığını gördükdən sonra Aqşin oradan çıxıb getmişdir. Aqşinlə mübahisə edərkən orada ikisindən başqa heç kim olmamış, hadisə çox qısa müddətdə baş vermişdir. Daha sonra Astara rayon xəstəxanasına aldığı xəsarətlə bağlı müraciət etmiş, orada ona ilkin tibbi yardım göstərildikdən sonra Astara rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini və ona qarşı tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X5 Şəxsininxx.xx.2024-cü il tarixli 431 saylı rəyində göstərilmişdir ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerini dəyişməyən sınığı, üst dodaq, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yeni bərk küt əşyalarla vurma nəticəsində əmələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuramaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olanqətimkan tədbirinin seçilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 19 dekabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə aralarında yaranan mübahisə zamanı yumruqla burun nahiyəsinə vuraraq xəsarət yetirməsi ilə xəsarət almağı ilə bağlı dəymiş ziyan tam ödənmişdir, onunla barışmış, heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» AvropaKonvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Həmin Məcəlləsinin 73.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. MəhkəməTəqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını,ona qarşı tələb və şikayətin olmamasını nəzərə alır və hesab edir ki,Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 aprel 2025-ci il tarixədək Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul, 28 aprel 2025-ci il tarixdən sonra göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 22 (iyirmi iki) manat məbləğində pul, ümumilikdə 58 (əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 8 (səkkiz) saat hüquqi yardım göstərildiyinə görə 58 (əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar