Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-64/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə Ağababa oğlunun, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, əvvəllər məhkum olunmamış, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblərin 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm- dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Şahağacı çayının Astara rayonunun Şahağacı kəndi ərazisində yerləşən hissəsinə gələrək özünə məxsus sapının diametri təxminən 0,30 mm, ilgəklərinin daxili ölçüsü 15x15 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu və eni 2 metr olan açıq qəhvəyi rəngli tordan və hər birinin uzunluğu 2 metr olan 4 ədəd dəmir parçasından dairəvi formada düzəldilmiş diametri 2 metr olan balıqovlama alətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə saat 18 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 33 (otuz üç) manat təşkil edən 44 ədəd şamayı, hər biri 11 (on bir) manat təşkil edən 13 ədəd külmə, hər biri 22 (iyirmi iki) manat təşkil edən 3 ədəd karp və 33 (otuz üç) manat təşkil edən 1 ədəd şirbit balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1694 (bir min altı yüz doxsan dörd) manat ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonun Şahağacı kəndindən keçən və Xəzər dənizinə axan “Şahağacı” çayında ailəsini dolandırmaq məqsədilə hazırladığı tor vasitəsi ilə körpü üzərində dayanaraq uzun müddətdir ki, balıq ovu ilə məşğul olur. Balıq tutulmasında istifadə etdiyi toru özü hazırlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yenidən balıq tutmaq üçün həmin əraziyə getmişdir. Həmin gün saat təxminən 18 radələrində Astara rayonun Şahağacı kəndindən keçən və Xəzər dənizinə axan “Şahağacı” çayında balıq ovu etdiyi zaman bir neçə şəxsin yaxınlaşaraq özlərini X4 İdarəsinin X6 şöbəsinin əməkdaşları kimi təqdim etdiklərini, bu ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub-olmamağı barədə ondan soruşmuşlar, o, hər hansı bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə X6 Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz etməmiş, ovladığı balıqları və ovda istifadə etdiyi torla birgə X6 Şöbəsinə gəlmişdir. Polis şöbəsində yoxlama zamanı polis əməkdaşları ona məxsus 4 ədəd uzunluğu 2 metr olan dəmirə birləşdirilmiş, uzunluğu və eni 2 metr olan gözlərinin ölçüsü 1,8x1,8 mm. olan kapron sapdan toxunmuş toru, Astara rayonun Şahağacı kəndi ərazisindən keçən və Xəzər dənizinə axan “Şahağacı” çayında tutduğu 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarını aşkar etmişlər. Polis şöbəsində balıqlara və tora video çəkiliş vasitəsilə baxış keçirilmiş, baxışdan sonra bu barədə protokol tərtib edilmiş, protokola imza etmişdir. Balıqovlama vasitəsi sayılan 1 ədəd tor vasitəsilə qanunsuz tutduğu 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarının maddi subut kimi götürülmüşdür. Qeyd edilən balıqları tutmaqda hər hansı şəxsin ona köməklik etmədiyini, tək özü tutduğunu, balıqları balıq ovlama bileti olmadan ailəsini dolandırmaq üçün tutduğunu bildirmişdir. Hal-hazırda yetmişə yaxın yaşı olduğunu, etdiyi əməldən peşmanlıq hissi keçirdiyini və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Su NPİ- nin Lənkəran XPŞ-nin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Astara rayonun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Əliyev X3 rayonun Şahağacı kəndindən keçən və Xəzər dənizinə axan Şahağacı çayında kapron sapdan toxunmuş 4 ədəd uzunluğu 2 metr olan dəmirə birləşdirilmiş, uzunluğu və eni 2 metr, gözlərinin ölçüsü 1,8x1,8 mm. olan tor adlanan ov vasitəsi ilə qanunsuz 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarını tutması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin ərazidə Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı və şirbit balığı 3,30 manat, 1 ədəd külmə balığı 1.10 manat, 1 ədəd karp balığı 2,20 manat olmaqla, 10 əmsalına vurulması yolu ilə hesablanıldığını, 1 ədəd şamayı və şirbit balığlarına görə ziyanın məbləği 33,00 manat, 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat, 1 ədəd karp balığına görə ziyanın məbləği 22,00 manat təşkil etdiyindən, 44 ədəd şamayı balığı (44x33 manat=1452 manat), 13 ədəd külmə balığı (13x11 manat=143 manat), 3 ədəd karp balığı (3x22 manat=66 manat), 1 ədəd şirbit balığı (1x33 manat=33 manat), ümumilikdə dəymiş ziyan 1694 manat təşkil etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 mart 2024-cü il tarixdə, saat 18 radələrində X4 İdarəsinin X6 Şöbəsinin əməkdaşları ilə birlikdə Astara rayonun Şahağacı kəndi ərazisindən keçən və Xəzər dənizinə axan Şahağacı çayında ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Astara rayonu Şiyəkəran kənd sakini Təqsirləndirilən şəxs Astara rayonun Şahağacı kəndi ərazisindən keçən və Xəzər dənizinə axan Şahağacı çayının kənarında balıq tutarkən saxlamışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs 4 ədəd uzunluğu 2 metr olan dəmirə birləşdirilmiş kapron sapdan toxunmuş, uzunluğu və eni 2 metr olan gözlərinin ölçüsü 1,8x1,8 mm olan tor adlanan ov vasitəsi, həmin torla ovladığı 61 ədəd müxtəlif növə aid balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİnin Lənkəran XPŞ-nə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Astara rayonun Şahağacı kəndi ərazisindən keçən və Xəzər dənizinə axan Şahağacı çayında 4 ədəd uzunluğu 2 metr olan dəmirə birləşdirilmiş kapron sapdan toxunmuş, uzunluğu və eni 2 metr olan gözlərinin ölçüsü 1,8x1,8 mm. olan tor adlanan ov vasitəsi ilə 61 ədəd müxtəlif növə aid balıqları rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Həmçinin Əliyev X3 rayonun Şahağacı kəndi ərazisindən keçən və Xəzər dənizinə axan Şahağacı çayında balıqovlama bileti olmadan balıqları qanunsuz tutduğunu qeyd etmişdir. Lənkəran XPŞ- də baş vermiş hadisə ilə əlaqədar olaraq video çəkiliş vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğru hesab edilərək imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1774 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd tor açıq qəhvəyi rəngli olmaqla sapının diametri təxminən 0.30 mm, ilgəklərinin daxili ölçüsü 15x15 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı və şirbit balığı 3,30 manat, 1 ədəd külmə balığı 1.10 manat, 1 ədəd karp balığı 2,20 manat olmaqla, 10 əmsalına vurulması yolu ilə hesablanıldığını, 1 ədəd şamayı və şirbit balığlarına görə ziyanın məbləği 33,00 manat, 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat, 1 ədəd karp balığına görə ziyanın məbləği 22,00 manat təşkil etdiyindən, 44 ədəd şamayı balığı (44x33 manat=1452 manat), 13 ədəd külmə balığı (13x11 manat=143 manat), 3 ədəd karp balığı (3x22 manat=66 manat), 1 ədəd şirbit balığı (1x33 manat=33 manat), ümumilikdə dəymiş ziyan 1694 manat təşkil edir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-295/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Astara rayonun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 890 saylı arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, Astara rayonun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Əliyev X2 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan arayışdardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edib səmimi peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd edilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulması ilə əlaqədar məhkəmə onun barəsində islah işləri cəzasının tətbiq edilməsini, hökm qanuni qüvvəyə minib icraya yönələnədək haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sapının diametri təxminən 0,30 mm, ilgəklərinin daxili ölçüsü 15x15 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu və eni 2 metr olan açıq qəhvəyi rəngli tordan və hər birinin uzunluğu 2 metr olan 4 ədəd dəmir parçasından dairəvi formada düzəldilmiş diametri 2 metr olan balıqovlama aləti saxlanılması üçün X4 idarəsinin X6 şöbəsinə təhvil verilmiş, 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqları tez xarab olan ərzaq məhsulları kimi Lənkəran şəhərindəki "xxxx" MMC-yə təhvil verilmişdir "xxxx" MMC-yə təhvil verilmiş 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. X4 idarəsinin X6 şöbəsinə təhvil verilmiş sapının diametri təxminən 0,30 mm, ilgəklərinin daxili ölçüsü 15x15 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu və eni 2 metr olan açıq qəhvəyi rəngli tordan və hər birinin uzunluğu 2 metr olan 4 ədəd dəmir parçasından dairəvi formada düzəldilmiş diametri 2 metr olan balıqovlama aləti məhv edilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı andan hesablanmalıdır. İş üzrə Təqsirləndirilən şəxs, 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. "xxxx" MMC-yə təhvil verilmiş 44 ədəd şamayı, 13 ədəd külmə, 3 ədəd karp və 1 ədəd şirbit balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınan və X4 idarəsinin X6 şöbəsində saxlanılan sapının diametri təxminən 0,30 mm, ilgəklərinin daxili ölçüsü 15x15 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu və eni 2 metr olan açıq qəhvəyi rəngli tordan və hər birinin uzunluğu 2 metr olan 4 ədəd dəmir parçasından dairəvi formada düzəldilmiş diametri 2 metr olan balıqovlama aləti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs, 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-64/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-64/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver