Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-65/2025 30.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü ildə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuş,ailəli, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “VAZ 21061” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Rüdəkənar kəndində hərəkətdə olan zaman Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmaqla baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısına almağa texniki imkanı olduğu halda, bunları etməyərək yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olan piyada X3 ehtiyyatsızlıqdan avtomobilin sağ ön tərəfi ilə vurmuşdur. Bununla da, X4 baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, hər iki göz yuvası sümüklərinin, hər iki əng sümüklərinin, sağ almacıq sümüyünün, burun sümüklərinin yerini dəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı sınığı, alın-sol gicgah nahiyəsinə yumşaq toxumalar altına yayılmış qansızma, sol gicgah, burun, sağ qaş nahiyələrində əzilmiş yaralar, hər iki baldır nahiyələrində sıyrıqlar, sağ baldır, sağ gözaltı nahiyələrində qançırlar ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə X2 27 oktyabr 2024-cü il tarixdə, saat 09:40-da Lənkəran rayon mərkəzi xəstəxanasında ölümünə səbəb olması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri ,ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 19 radələrində özünə məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı minik avtomobili ilə yaşadığı Astara rayonu Rüdəkənar kəndindən çıxaraq Astara şəhəri istiqamətində hərəkət etmişdir.Kəndin mərkəzində çayçının qarşısında həmin vaxt yolun sağ tərəfində su olduğundan avtomobili yolun ortası ilə sürmüşdür. Hava yağışlı olduğundan yolda işıqlandırma sistemi olmadığından eyni zamanda, əks istiqamətdən də avtomobillər gəldiyindən yol yaxşı görməmişdir. Həmin zaman anidən yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olan piyada avtomobilinin qarşısına çıxmışdır. Avtomobili yolun sol tərəfinə çəksədə piyadadan qaçıra bilməmiş və nəticədə piyadanı avtomobilin sağ ön tərəfi ilə vurmuşdur.Piyada zərbədən avtomobilin sağ ön hissəsinə çırpılaraq yerə yıxılmışdır. Avtomobili saxlayıb piyadaya yaxınlaşdıqda piadanın birinci qrup əlil X2 olduğunu görmüşdür. Daha sonra təcili tibbi yardıma müraciət etmiş və təcili tibbi yardım X3 xəstəxanaya aparmışdır. Baş verən yolnəqliyyat hadisəsi zamanı idarə etdiyi VAZ 21061 minik markalı avtomobildə sərnişin qismində heç kim olmamışdır. Hadisədən xəbər tutan polis əməkdaşları onu Astara RPŞ-yə gətirmişlər. Xəstəxanada Eldənizə zəruri maddi yardım göstərmişdir.X1 xilas etmək mümkün olmamış və O aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür.Mərhumun dəfn və yas mərasim xərclərini ödəmişdir. Zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etmişdir.Son sözündə Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etdiyini, yaşlı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X10 bildirmişdir ki, mərhum X8 onun oğludur. 22 oktyabr 2024-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman ona zəng vurub bildirmişlər ki, oğlu Eldənizi maşın vurmuş və Astara rayon xəstəxanasındadır. Xəstəxanada məlum olmuşdur ki, onun oğlunu Astara rayonu, Rüdəkənar kənd sakini Təqsirləndirilən şəxs həmin gün, Rüdəkənar kəndində saat 19 radələrində idarə etdiyi “VAZ 21061” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə ehtiyatsizlıqdan vurmuşdur. Eldənizi xəstəxanaya aparmışlar və orada həkimlər ona ilkin tibbi yardım göstərmişdir.Vəziyyəti ağır olduğundan Eldənizi Lənkəran rayonunda yerləşən mərkəzi xəstəxanaya aparılmışlar. X8 xəstəxanada olduğu zaman hərəkətsiz qalmışdır. Təxminən 20 il əvvəl elektrik cərəyanı vurması nəticəsində oğlu Eldəniz ağır dərəcəli xəsarət almış və nəticədə bir qolu amputasiya edilmişdir. 1-ci qrup əlil olduğundan nitq qüsurlu olmuşdur. Həmin vaxtan övladı xəstəlikdən əziyyət çəkmişdir . 27 oktyabr 2024-cü il tarixdə, saat təxminən 09:40-da Eldəniz aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisə baş verən zaman o, hadisə yerində olmamışdır. Ətrafda olan şəxslərin dediyinə görə Eldəniz piyada yolu keçmək istəyən zaman Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan onu avtomobillə vurmuşdur.Təqsirləndirilən şəxs onlara maddi yardım etmiş və dəfn mərasiminin keçirilməsinə köməklik etmişdir.Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 22 oktyabr 2024-cü il tarixdə axşam saatlarında avtomobili ilə Rüdəkənar kəndinin mərkəzi ilə hərəkət edirmiş, onun önündə isə VAZ 21061” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı minik avtomobili hərək edirmiş.Həmin avtomobili həmkəndlisi Təqsirləndirilən şəxs idarə edirmiş. Sürətləri təxminən 40 km/saat olmuşdur.Hava qaranlıq və yağışlı olduğundan yolun görüntüsü zəif olmuşdur.Qarşısında hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolu keçən piyadanı vuraraq dayanmışdır. O, maşından enmiş və mərhum X2 yerdə yaralı vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yerdə uzanan yaralı X4 yaxınlaşmış və dərhal Təcili Tibbi yardıma zəng etmişdir.Gələn briqada Eldənizi təcili yardım avtomobilinə qoyaraq aparmışdır.Bir neçə gün sonra Eldənizin aldığı xəsarətlərdən xəstəxanada rəhmətə getdiyini eşitmişdir.Bundan başqa şahid ifadəsində mərhum X3 tanıdığını, onun qonşusu olduğunu və sağlamlıq məhdudiyyəti olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 22 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Astara rayonu Rüdəkənar kənd mərkəzində çayxanada olduğu zaman bir neçə şəxsin küçəyə tərəf qaçdığını görmüşdür.Çayxanadan çıxdıqda Astara rayonu Suparibağ kənd sakini X2 asfaltın üzərində uzandığını və insanların ora toplaşdığını görmüşdür. Həmin vaxt güclü yağış yağıb və yolların kənarına su yığılmışdır. O, hadisə yerinə yaxınlaşanda görmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı avtomobili xəsarət alan Eldənizin qarşısında dayanıb. Təqsirləndirilən şəxs onlarla birlikdə xəsarət alan Eldəniz Səmədovu yerdən qaldırıb təcili-tibbi yardım maşınına qoymuşlar. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirməyə başlamışlar. Həmin vaxt polislər onu hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Ona və digər hal şahidinə hüquq və vəzifələri elan edildikdən sonra hadisə yerinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı hadisə yeri metrə ilə ölçülüb, hadisə yerinin foto şəkilləri çəkilmiş və bununla bağlı protokol və sxem tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, o və baxışda iştirak edən digər şəxslər tərtib edilmiş protokolu imzalamışlar. Sonradan eşitmişdir ki, X8 27 oktyabr 2024-cü il tarixdə Lənkəran xəstəxanasında vəfat etmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (iş vərəqi 4-11) 22 oktyabr 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Astara rayonu, Rüdəkənar kəndi ərazisində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri yaşayış məntəqəsidir və maksimum iczə verilən sürət həddi 60 km/s -dır. “Vaz 21061 minik” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu, Rüdəkənar kəndindən Astara şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun hərəkət hissəsinin sağ kənarına bitişik səkidən yolun digər tərəfinə sürətli yeriyərək keçmək istəyən piyada- X3 vurmuşdur. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur. Hadisə yerində yol asfalt örtüklü olmaqla yaş və düz istiqamətlidir. Asfalt yolun hərəkət hissəsinin eni 7,0 metr, yolun sağında olan səkinin eni 1,90 metr, solda yerləşən yol çiyninin eni 3 metrdir. Piyadanın vurulma yeri yolun hərəkət hissəsinin sağ kənarından sola doğru 3,40 metr məsafədə yerləşir. Hadisədən sonra avtomobil (sol qabaq təkər) yolun sol çiynindən 1,85 metr məsafədə piyadanı vurduqdan sonra dayanmışdır. İş materiallarında olan (iş vərəqi 40-46) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən verilmiş 27 oktyabr 2024-cü il tarixli, 21 saylı meyitin ekspertizası rəyindən məlum olur ki, “1978-ci il təvəllüdlü X2 meyitinin bədəni üzərində-baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, hər iki göz yuvası sümüklərinin, hər iki əng sümüklərinin, sağ almacıq sümüyünün, burun sümüklərinin yerini dəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı sınığı, alın-sol gicgah nahiyəsinə yumşaq toxumalar altına yayılmış qansızma, sol gicgah, burun, sağ qaş nahiyələrində əzilmiş yaralar, hər iki baldır nahiyələrində sıyrıqlar, sağ baldır, sağ gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: X2 ölümünə başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur İş materiallarında olan (iş vərəqi 68-70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli, 8/577 saylı məhkəməyol-nəqliyyat hadisələri ekspertizası rəyindən məlum olur ki, VAZ-21061 markalı, **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləndə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” İş materiallarında olan (iş vərəqi 15 “alkotester”) 22 oktyabr 2024-cü il tarixli, 03523 nömrəli sərxoşluq hallarının yoxlanması protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan (iş vərəqi 09-11) hadisə yerinin foto şəkillərindən görünür ki, **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Astara rayonu Rüdəkənar kəndində yol nəqliyyat hadisəsinin baş verdiyi yeri və avtomobili göstərir. Foto şəkildə **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı minik avtomobilinin qabaq sağ kapot hissəsində zədə izləri aşkar edilir. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 10 il müddətinə verilmiş “BC” kateqoriyalı “AE 440106” seriya nömrəli sürücülük vəsiqəsi mövcuddur. Sürücülük hüququ məhdudlaşdıran şəxslərin siyahısında Təqsirləndirilən şəxs adı aşkar edilməmişdir . “Vaz 21061” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçmiş, texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün və “VAZ 21061 minik” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, AC 997185 seriya nömrəli NV qeydiyyat şəhadətnaməsi vardır. İş materiallarında olan (iş vərəqi 104-110) xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X11 qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı minik avtomobili hadisənin törədilməsində vasitə olduğundan maddi sübut qismində tanınmalı və qaytarılmış hesab edilməlidir. İş materiallarında olan (iş vərəqi 74-75) xx.xx.2025-ci il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan (iş vərəqi 98-99) xx.xx.2025-ci il tarixli "qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 37) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 102) Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı-X6, oğlu-X15, gəlini-X9, nəvəsi- X7 (xx.xx.2012-ci il təvəllüdlü), nəvəsi- Kazımova Əlihəsən oğlu (xx.xx.2017-ci il təvəllüdlü) ailə tərkibi vardır. İş materiallarında olan (iş vərəqi 103) Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev tərəfindən verilən xasiyyətnamədən görünür ki, ərazi icra nümayəndəliyində Təqsirləndirilən şəxs haqqında müsbət xarakterli məlumatlar daxil olmuşdur. İş materiallarında olan (iş vərəqi 101) xx.xx.2025-ci il tarixli barışıq ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs barışmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla bağlı gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol, hadisə yerinin sxemi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilmişdir.Sübutlar mötəbərdir və qanuni yolla əldə edilmişdir. QANUNVERİCİLİK : “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur,odur ki, O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan(mərhumun atası) hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi X20 müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı X20 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını X20 Müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı X20 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfini təşkil edən məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri 190 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını X20 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş “VAZ 21061” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Məhkəmə məsrəfi hesab edilən ekspertiza xərci 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-65/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-65/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver