Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-66/2023 31.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X38 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Astara rayonu Bala Şahağac kənd ümumi orta məktəbin müəllimi X15, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Mübariz oğlunun, qanuni nümayəndəsi X3 və Astara rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Astara rayonu Balaca Şahağaci kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamiş, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altina vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Mübariz oğlu 2022-ci ilin aprel ayında, istintaqa məlum olmayan vaxtda həmkəndlisi Zərərçəkmiş şəxs əmlakını əvəzsiz və tamah niyyəti ilə ələ keçirmək məqsədilə sonuncunun siqaret çəkməsindən valideynlərinin xəbərsiz olduğunu bildiyi üçün Hacineymət Əliyevin mobil telefon vasitəsi ilə siqaret çəkən yerdə çəkilmiş foto şəklini ona göstərərək barəsində rüsvayedici məlumatları yayacağı ilə, yəni həmin foto şəkli onun atası X4 göndərəcəyi ilə hədələyərək ondan 180 manat pul tələb etmiş, 2022-ci ilin aprel, may, iyun və sentyabr aylarinda Astara rayonu, Balaca Şahağacı kəndində istintaqa məlum olmayan vaxtlarda hər ay 30 manat olmaqla 120 manat pulu Zərərçəkmiş şəxs almış, 2022-ci ilin iyul və avqust aylarında isə cinayətlə heç bir əlaqəsi və məlumatı olmayan qardaşi X11 vasitəsi ilə hər ay 30 manat olmaqla Zərərçəkmiş şəxs Astara rayonu Balaca Şahağacı kəndində 60 manat pul almış, ümumilikdə Hacineymət Əliyevdən 180 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb edərək əldə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Mübariz oğlu ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2005-ci ildə Astara rayonu Balaca Sahağaci kəndində anadan olmuşdur. 2023-cü ilin noyabr ayında 18 yaşı tamam olacaqdir. Hazırda 6 saylı Bakı Peşə Məktəbində təhsil alır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Hacıneymətə qarşı qərəzli münasibətdə deyil. Peşə məktəbinə daxil olmazdan əvvəl yaşadığı evdə elektrik işi görürmüş, əsasən velosipedlərdə işıqlardırma işləri aparırmış, həmçinin velosiped təmir edirmiş. 2021-ci ilin ortalarında, pesə məktəbinə daxil olmazdan əvvəl Hacineymət Əliyev bir neçə dəfə məşğələyə getməzdən əvvəl onun yaşadığı evin həyətinə gələrək velosipedini ona təmir etdirmiş, lakin bir dəfə də olsun pulunu verməmişdir. O, hər dəfə Hacıneymətin velosipedini təmir etmiş, Hacıneymət isə təmir pulunu növbəti aylarda verəcəyini deyirmiş və onu aldadırmış. Həmin səbəbdən də Hacineymət Əliyevin ona təxminən 50-60 manat məbləğində borcu yaranmışdır. Hacineymət hazirki vaxtadək ona olan borcunu qaytarmamişdır. Ümumiyyətlə o, Hacineymətdən hədə-qorxu ilə pul almamış, o, 2022-ci ildə,dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs “Nokia” markali smartfon mobil telefonu 30 manata nisyə satmis, Hacıneymət mobil telefonu ondan alarkən ona növbəti gün pulunu qaytaracağını demiş, o, da Hacıneymətlə razılaşıb,telefonunu Hacineymətə satmiş, bu hadisədən Hacineymətin anasının da məlumatı olmuşdur. Lakin Hacıneymət telefonun pulunu vaxtinda ona verməmiş,telefonu Hacıneymətə satmağından 2 ay keçdikdən sonra Hacıneymət 30 manat pulu ona vermişdir. Hacıneymət, nə ona, nə də onun qardaşı Riyada pul verməmişdir. O, mobil telefonu X16 30 manata satmış, Səhər Paşayeva da pulu sonradan Hacıneymətə vermiş və Hacıneymət də həmin pulu ona vermişdir. Yəni ki, o, satdığı mobil telefonun 30 manat pulunu Hacıneymətdən almışdır. Zərərçəkmiş şəxs velosipedini 1 ay ərzində müxtəlif günlərdə təmir etdirmiş, o, da Hacıneymətin pulunu növbəti ay qaytaracağina inanmış, lakin Hacineymət pulunu qaytarmamişdir. O, Hacineymətin velosipedini əvvəllər təmir etmiş, sonra isə Hacıneymətə mobil telefon satmışdır. Hacıneymət telefon alarkən anası da yanıinda olmuş və o, da Hacineymətin anasina inanib,Hacıneymətə telefonunu nisyə satmışdır. O, Zərərçəkmiş şəxs telefona görə olan 30 manat borcunu 2022-ci ilin sentyabr ayından əvvəl ilin ortalarında almışdır. 30 manat pulu kimin yanında Hacıneymətdən aldığını xatırlamır. Hacıneymətin velosipedində elektrik işi görmüş, həmçinin bəzi ehtiyyat hissələrini dəyişmişmişdir. Hacıneymət ona 50-60 manat aralığında pul borclu olmuşdur. Əslində Hacıneymətin ona 30-40 manat borcu olmuş, Hacineymət ona pulu gec verəcəyini və buna görə ona 50-60 manat pul qaytaracağını demişdir. O, Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs zəng etməmiş, Hacıneymətə 30 manat pulu qardaşı Read Fərziyevə verməsini deməmişdir. Onun mobil telefonunda Zərərçəkmiş şəxs siqaret çəkən yerdə şəkili hec vaxt olmamış, hər hansi bir şəkili Hacıneymətə göstərib, hədəqorxu ilə pul tələb etməmişdir. O, Hacıneymətdən ona olan borcunu tələb etmişdir. Hacıneymətin konkret olaraq hansı səbəbdən ondan şikayət etdiyini bilmir, Hacineymət ondan şikayət edənədək aralarında hər hansi problem yasanmamiş, o, Hacineymat Oliyevdən hədə-qorxu ilə pul tələb etməmiş, sadəcə olaraq bir neçə dəfə Hacıneymətdən öz pulunu istəmişdir. Hacineymət Əliyevin ifadəsində 15 aprel 2022-ci il tarixdə, təxminən saat 14 radələrində həmkəndlisi X20 ilə birlikdə Astara rayonu Balaca şahağacı kəndini tərk edərək velosipedlə Astara rayonu, Pensər kəndinə yola düşdüyünü, onun Hacıneymətdən pul tələb etməsi,Hacineymətin də üzərində 100 manatlıq pul əskinasının olduğunu bildirib, həmin pulu xırdalamalı olduğunu dediyi, bundan sonra onun də onlarla birlikdə velosipedlə Astara rayonu Pensər kəndin istiqamətində getməsi,Hacıneymətin Kakalos kəndində bir mağazaya daxil olub, 100 manatlıq pul əskinasını xırdaladıqdan sonra ona 30 manat pul verməsini bildirməsi yalandır, belə bir hadisə baş verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində 2022-ci ilin may ayının ortalarinda, təxminən saat 14 radələrində Ağaverdi Əsədovla birlikdə olduğu zaman kənd mərkəzində onunla görüşüb, Ağaverdi Əsədovun yaninda ona 30 manat məbləğində pul verməsini bildirməsi də yalandır, belə bir hadisə baş verməmişdir.X13 ifadəsində 2022-ci ilin iyun ayının ortalarinda Astara rayonu, Şiyəkəran kəndində Nicat adlı müəllimin evindən Ağaverdi Əsədov və X29 ilə birlikdə məşğələdən çıxdıqda onun Elvin müəllimin evinin yaxınlığinda gözləməsini və X10 və Elmar Əliyevin yanında 30 manat məbləğində pul almasını göstərməsi də yalandır, belə bir hal baş verməmişdir,o,həmin ərəfələrdə Şiyəkəran kəndinə getməmiş və Hacıneymətdən pul almamışdır. Zərərçəkmiş şəxs ifadəsində 14 sentyabr 2022-ci il tarixdə onun evinə gəlib, evin qarşısında ona 30 manat pul verməsini, pul verməsini X21 da gördüyünü, X18, ona pul verdiyini atasına deyəcəyini, bundan sonra onun Amin Həbibovun dalınca qaçdığını göstərməsi də yalandır, o,13 sentyabr 2022-ci il tarixdə Baki şəhərində olmuş, belə bir hal baş verməmişdir. O, hansı səbəbdən X12 ifadəsində Zərərçəkmiş şəxs 2022-ci ilin aprel, may və iyun ayında hər ay 30 manat olmaqla ümumilikdə ona 90 manat pul verməsini gördüyünü göstərməsini bilmir, həqiqətdə belə bir hal baş verməmişdir. Hacıneymət onun evinə çox gəlmiş, odur ki, X30 ifadəsində 2022-ci ilin sentyabr ayının ortalarında Hacineymət Əliyevin onun yaşadığı evin qarşısında onunla söhbət etdiyini gördüyünü göstərmişdir. 2022-ci ilin aprelsentyabr ayları aralığında “Samsung A50” markali mobil telefon istifadə etmiş,həmin telefonu təxminən 2022-ci ilin dekabr ayında tanımadığı şəxsə satmişdir.***-***-**-** saylı mobil nömrə ona məxsusdur, o,Hacineymətə, ona olan borcunu qaytarmasi üçün 30 iyul 2022-ci il tarixdə, saat 20:12-də, 09 avqust 2022-ci il tarixdə,saat 14:44-də,03 sentyabr 2022-ci il tarixdə, saat 14:30-da və xx.xx.2022-ci il tarixdə, saat 18:05-də zəng etmisdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs Mübariz oğlu hazırda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını və azyaşlı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2007-ci ildə Astara rayonu Balaca Şahağacı kəndində anadan olmuş, hazırda Astara rayonu X26 Məktəbinin 9-cu sinfində təhsil alır. Universitetə hazırlaşdığından atas İskəndər Əliyev onun üçün fərdi şəkildə müəllimlər tutaraq müxtəlif fənlərdən onu məşğələlərə göndərir. Belə ki, 2022-ci ilin aprel ayından başlayaraq riyaziyyat fənni üzrə Astara rayonu, Pensər kənd sakini İlham müəllimin yanına məşğələyə getməyə başlamisdir. Ìlham müəllimin yanına həmkəndlisi, həmçinin sinif yoldaşı X20 iləbirlikdə gedirmiş. Digər fənlər üzrə məşğələlərə Ağaverdi Əsədovdan başqa həmkəndlisi X29 ilə birlikdə gedirmiş. O, Ağaverdi və Elmarla maşğelələrə gedərkən birlikdə siqaret çəkməyə başlamışlar. 2022-ci ilin aprel ayınin əvvəllərində, günorta saatlarında yaşadığı evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs Mübariz oğlunun onu səslədiyini eşitmiş, yaşadığı evi tərk edib, həyətin giriş darvazasinin qarşisinda getmişdir. Ağababa ondan borclu olduğu 10 manat pulu faizi ilə birlikdə qaytarmağini istəmişdir. O, Ağababadan faizin nə məsələ olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona borcunun üzərinə faiz gəldiyini demişdir. O, Ağababaya pulunun olmadığını, borclu olduğu 10 manati qaytaracağını, 10 manatdan 1 qəpik də artıq pul verə bilməyəcəyini demişdir. Ağababaya artıq pul verməyəcəyini dedikdə Ağababa mobil telefonunu cibindən çixarib, telefonunda onun siqaret çəkən yerdə şəklini göstərmişdir. Ağababa ondan 180 manat pul istəmiş və həmin məbləği verməyəcəyi təqdirdə siqaret çəkərkən çəkilmiş şəklini onun atasına göstərəcəyini və onun atasının onu döyüb, cəzalandıracağını demişdir. Bu zaman o, qorxmağa başlamış və Ağababaya yalvarmışdır ki, 180 manat onun üçün çoxdur və həmin pulu verə bilməyəcək. Ağababa ona, pulunun olmamasının maraqlı olmadiğini demiş vəondan 180 manatı təkidlə tələb etmişdir. O, Ağababaya atasının onu döyəcəyini demiş vəyenə yalvarmışdır. Bir qədər Ağababadan xahiş etdikdən sonra Ağababa pulu hissə-hissəverə biləcəyini demişdir. Belə ki, Ağababa hər ay 30 manat verməli olduğunu, 6 ay ərzində180 manat pulu ödəməyi istəmişdir. Bundan sonra o, məcbur olub Ağababa ilə razılaşmış vəxahiş etmişdir ki, şəkli atasına göstərməsin. Onun atası İskəndər hər ayın 15-də onun məşğələ pullarını verirmiş. 15 aprel 2022-ci il tarixdə atası İskəndər Əliyev ona 100 manat pul verib, 3 məşğələ müəllimimin pulunu verməyini istəmişdir. Həmin gün, yəni 15 aprel 2022-ci il tarixdə o, sinif yoldaşı Ağaverdi ilə Pensər kəndinə, İlham müəllimin evinə məşğələyə gedəcəkmiş. Saat təxminən 14 radələrində evi tərk edib, kənd mərkəzinə gedib, Ağaverdini gözləməyə başlamışdır. Kənd mərkəzində olan zaman Ağababa ona yaxınlaşmişvə ondan hara getdiyini soruşmuşdur. O, riyaziyyat fənnindən məşğələyə getdiyini demiş, Ağababa pulunu istəmiş, o da Ağababaya üzərində 100 manatlıq pul əskinası olduğunu, həmin pulu xırdalamalı olduğunu demişdir. Ağababa ondan birlikdə pul xırdalamağa getməyini istəmiş, o, da bir qədər gözləməyi tövsiyə edib, Ağaverdini gözlədiyini deyib, Ağaverdi ilə birlikdə məşğələyə getməli olduğunu demişdir. Ağababa Ağaverdinin adini eşidib, razılaşmamış və birlikdə getməyi istəmişdir. O, hiss etmişdir ki, Ağababa, Ağaverdinin yanında pul verməyini istəmir. O, Ağababa ilə razılaşmamış və Ağaverdi iləbirlikdə yola çıxmaq istədiyini demişdir. Ağababa ilə danışan zaman Ağaverdinin yaxınlaşdığını görmüş, bundan sonra birlikdə Kakalos kəndi istiqamətində velosipedlə hərəkət etməyə başlamışlar. Yolda olan zaman Ağababa ondan Ağaverdini tək məşğələyə göndərməyini, pulu təklikdə verməyini istəmiş, o isə razı olmamışdır. Kakalos kəndinə çatdıqda qarşılarına çıxan ilk mağazaya girmiş, lakin Ağababa qapının qarşısında dayanmışvə mağazaya girməmişdir. Həmin mağazada pulu xırdalamamışlar, buna görə yola davam etmişlər. O, qarşısına çıxan ikinci mağazaya daxil olmuş və 100 manat pulu xırdalamışdır. Pulu xırdalayıb, mağazanı tərk etdikdə Ağababanın qapıda onu gözlədiyini görmüş, Ağababa ona sözünün olduğunu deyib, kənara çəkilməyini istəmişdir. O, Ağababaya məşğələyə gecikdiyini bildirib, 30 manat pulu Ağababaya vermiş və Ağaverdi ilə birlikdə yoluna, yəni Pensər kəndinə tərəf getməyə başlamışlar. Bu zaman Ağababa onlarla birlikdə Kakalos kənd xəstəxanasınadək gəlmiş və oradan geriyə qayıtmışır. Ağababa onlardan uzaqlaşdiqdan sonra Ağaverdi ondan hansı səbəbdən Ağababaya 30 manat pul verdiyini soruşmuş, o, da Ağaverdiyə, Ağababanın əlində onun siqaret çəkdiyi yerdə şəklinin olduğunu, Ağababnın ondan 180 manat pul tələb edərək, həmin məbləği verməyəcəyi təqdirdə şəkli atasına göndərməklə onu hədələdiyini demişdir. Sonra onlar məşğələyə getmişlər. Təxminən 12-13 may 2022-ci il tarixlərində Ağababa onun evinin qarşısına gəlib, onu səsləmiş, o, qapıya çıxdıqda Ağababa ona pulu vermək vaxtına az qaldığını demiş və o, pulu 15 may 2022-ci ildə verəcəyini demişdir. Bundan sonra Ağababa yenə də, aldadıb, pulu verməyəcəyi təqdirdə şəkli atasına atacağını, atasının də onu döyəcəyini, ailə üzvlərinin yanında rüsvay olacağını demişdir. O, Ağababaya onu aldatmayacağini,hər ayin 15-də pulunu verəcəyini demişdir. 15 may 2022-ci il tarixdə Ağababa yenə də yaşadıği evin qarşısına gəlib, onu səsləmiş, o, evin qarşısına çıxıb, Ağababa ilə görüşmüş və Ağababa ondan pul istəmişdir. Ağababaya məşğələnin pulunun üzərində olduğunu demiş, Ağababa ondan pulu istəmiş, o isə pulu indi verəcəyi təqdirdə evdən çıxan zaman ailə üzvlərinin məşğələ pulunu üzərində olmadığını görüb, şübhələnəcəklərini bildirdi və məşğələyə gedərkən pulu verəcəyini demişdir. Ağababa ondan saat neçədə məşğələyə gedəcəyini soruşmuş və o, Ağababaya saat 14 radələrində kənd mərkəzində olacağını demişdir.Saat 14 radələrində o, evi tərk edib, kənd mərkəzinə yola düşmüş, kənd mərkəzinə çatdıqda Ağaverdinin artıq kənd mərkəzində olduğunu görmüşdür. Ağaverdi ondan yola düşməyi istəmiş, o, Ağaverdiyə Ağababanın pulunu verməli olduğunu deyib bir qədər gözləməsini xahiş etmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra Ağababanın onlara yaxınlaşdığını görmüş, Ağababa onların yanına gəlmiş və Ağaverdinin yanında ondan 30 manat pul alıb. getmişdir. 2022-ci ilin iyun ayının əvvələrində Ağababa həmişəki kimi onun yaşadığı evin qarşısına gələrək onu çağırmış və pulu vermək vaxtına az qaldığını demişdir. O, da Ağababaya həftənin cümə axşamı günü, təxminən saat 14 radələrində Şiyəkəran kəndində Nicat müəllimin yanında məşğələdə olacağını deyib pulu orada verəcəyini bildirmişdir. 4-cü gün o, Ağaverdi və digər həmkəndlisi X29 ilə birlikdə Nicat müəllimin Şiyəkəran kəndində yerləşən evinə yola düşmüşlər. Məşğələyə gedən zaman Ağababani yolda görməmiş, özünə də maraqlı gəlmişdir ki, nə əcəb Ağababa pulu almadan gəlməmişdir. Ağaverdi və Elmarla birlikdə məşğələdən çıxdıqdan sonra Ağababanın Elvin müəllimin evinin yaxınlığında, yolun kənarında dayandığını görmüşdür. Ağababa ona yaxınlaşmış və o, Ağababaya 30 manat pul vermişdir. Elmar Ağababaya pul verdiyini görüb, bu barədə az bir şəkildə Ağaverdidən eşitdiyini ona demiş və ondan hansı səbəbdən Ağababaya pul verdiyini soruşmuşdur. O, məsələni tam olaraq Elmara izah etmiş,yəni Elmara Ağababanın telefonunda onun siqaret çəkən yerdə çəkilmiş şəklinin olduğunu, Ağababnın həmin şəkli onun atasına göstərməklə onu hədələyib, ondan pul istədiyini demişdir. 2022-ci ilin iyun ayının sonlarında Ağababa yaşadığı evin qarşısına gəlib,onu səsləmiş, o, çölə çıxıb, Ağababa ilə görüşdükdə Ağababa ona Bakı şəhərinə gedəcəyini, kənddə olmadıği vaxtlarda pulu qardaşı Reada verməyini istəmişdir. Ağababa pulu göndərməyəcəyi təqdirdə atasının mobil nömrəsinin özündə olduğunu, şəkli atasina göndərəcəyini bildirmişdir. O, da həmişəki kimi qorxmuş və pulu qardaşına verəcəyini demişdir. Ağababanın kiçik qardaşı Riyad 2022-ci ilin iyul ayının əvvəllərində təxminən 3 dəfə onun evinə gəlib, qardaşı Ağababanın ona zəng edib, Bakı şəhərində borcunun olduğunu, onun pulu tez verməsini istədiyini demiş, o da Riyada pulu yalnızca ayın 15-dəverə biləcəyini demişdir.15-18 iyul 2022-ci il tarixlərindən birində, dəqiq xatırlamadıği tarixdə o, Ağababanın evinə gedib, evin həyətində onun qardaşı Riyadla görüşmüş vəRiyada 30 manat pul vermişdir. 2022-ci ilin iyul ayının sonlarında Ağababa son 2 rəqəmi 56 olan mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, ondan 30 manat pulu istəmiş, o da Ağababaya pulu həmişəki vaxtda, yəni ki, ayın 15-dəverəcəyini demişdir. 2022-ci ilin avqust ayında Ağababanın qardaşı Read bir neçə dəfə onun evinə gəlib, pulun vaxtına az qaldığını demişdir. 2022-ci ilin avqust ayının ortalarında o, Ağababanin evinə gedib, Reada 30 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı kənddə olan zaman Ağababa ilə rastlaşmış, Ağababa artıq Bakı şəhərindən qayıtmışdır. Ağababa ona pulu vermək vaxtının yaxınlaşdığını deyib, pulu verməyini istəmişdir. O, da Ağababaya pulu ayın ortalarında verə biləcəyini demişdir. Ağababa 15 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhərinə gedəcəyini deyib, pulu tez verməyini istəmişdir. O, da Ağababaya Bakıya getsə də pulu Reada verəcəyini demişdir. Hacıbaba ona artıq qardaşı Readın məsələyə qarışmaq istəmədiyini deyib, pulu özünə verməsini istəmişdir. 14 sentyabr 2022-ci il tarixdə, həmişəki vaxtlardan bir gün də qabaq atası ona 30 manat pul verib, riyaziyyat fənnindən maşğalə pullarini verməyini istəmişdir. Ağababa ona 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhərinə gedəcəyini demişdir. Bunda görə də o, dərhal Ağababnın evinə yola düşmüşdür. Ağababanin evinə gedib Ağababanı çağırmağa başlamış, bundan sonra Ağababa evinin qarşısına çıxmış və o, Ağababaya 30 manat pul vermişdir. Həmin vaxt sinif yoldaşı X5 keçirmiş və onun Ağababaya 30 manat pul verdiyini görmüşdür. Amin ona Ağababaya pul verdiyini onun atasına deyəcəyini demişdir. Ağababa Aminin dediklərini eşidib, Aminin dalınca qaçmağa başlamış, Amin qaçaraq Ağababanın anasinin arxasinda gizlənmişdir. Ağababnın anası Aynurə Amindən niyə Ağababadan qacdiğini sorusmus, X8 pul aldığını demişdir. X34 iləonun işinə qarışmamasını istəmişdir. Sonra o, da evinə getmişdir.Bu hadisələrdən sonra onun atası onun İlham müəllimin 6 aylıq məşğələ pulunu vermədiyini öyrənmiş və ondan pulları nə etdiyini soruşmuşdur. O, atasından qorxduğundan atasına heç nə olmadığini demişdir. O, ola bilsin ki, 30 manat pulun verilmə vaxtlarını dəqiq olaraq xatirlamir,o,pulu 2022-ci aprel-sentyabr aylarında, hər ayın ortalarında vermişdir. Təqsirləndirilən şəxs birinci dəfə ondan 180 manat pul tələb etmiş və o, Ağababaya yalvardıqdan sonra pulu hissə-hissəverməyə razı olmuşdur. Hər dəfə pulu verməyinin vaxtı çatmazdan əvvəl Ağababa ona yaxınlaşıb, onu hədələyirmiş ki, pulu verməsə şəkli onun atasına göndərəcək və onun atasi onu döyüb, təhqir edəcək. Təqsirləndirilən şəxs qardaşı Read Fərziyev özü ona hədə-qorxu gəlməmiş, Read sadəcə olaraq Ağababanın tapşırığı ilə yanına gəlib, ona Ağababnin sözlərini deyirmiş. 2022-ci ilin mart ayının əvvəllərində o, Ağababadan öz velosipedi üçün işıq almış və Ağababa ona işıqların dəyərinin ümumilikdə 25 manat olduğunu demişdir. O, Ağababaya 15 manatının olduğunu, 10 manat isə 20 günə qaytaracağıni demişdir. Velosipedin işıqları ilə bağlı Ağababaya 10 manat pul borclu qalmış, Ağababa ondan ilk dəfə hədə-qorxu ilə pul tələb edən zaman həmin borcu qaytarmaq vaxtı çatmamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin aprel, may və iyun aylarında onunla mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamış, sonradan o, “WhatsApp”ani mesajlaşma tətbiqini sildiyindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayli mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla əlaqə saxlamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs Mübariz oğluna mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindrilmiş X28i ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, oğlu Hacıneymət Astara rayonu Balaca Şahağacı kənd Orta Məktəbinin 9-cu sinfində təhsil alır, universitetə hazırlaşdığından əri İskəndər oğlu üçün fərdi şəkildə müəllimlər tutaraq müxtəlif fənlərdən oğlunu məşğələlərə göndərir. Oğlu Hacineymət məşğələlərə kənd uşaqları ilə birlikdə gedir, oğlunun getdiyi məşğələlərdən biri də riyaziyyat məşğələsidir, həmin məşğələyə rayonun Pensər kəndində İlham müəllimin yanına gedir. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir, Ağababanin 17 yaşı vardir. Ağababa tez-tez onun oğlu ilə görüşürmüş, o, həmişə oğlu Hacineymətin Ağababa ilə tez-tez görüşməsindən narahat olmuşdur. Belə ki, 2022-ci ilin oktyabr ayında oğlu Hacıneymət özünü əvvəlki kimi aparmamış, o, oğlunun narahatlıq keçirdiyini hiss emişdir. Həmçinin əri İskəndərə məxsus avtomobildən siqaret qutusu itmiş və əri İskəndər siqaretin oğlu Hacıneymət tərəfindən götürülməsindən şübhələnmişdir. Bu səbəbdən də əri İskəndər Hacıneymətin məşğələ müəllimi İlham müəllimin Pensər kəndində evinə getmiş və Hacıneymətin son 6 ayın hazırlıq pulunu, yəni, 180 manat pulu İlham müəllimə vermədiyini öyrənmişdir. Bundan sonra ona məlum olmuşdur ki,oğlu Hacıneymət İlham müəllimə verməli olduğu 180 manat pulu həmkəndlisi Təqsirləndirilən şəxs vermişdir. Belə ki, o, və əri bu məsələ ilə maraqlandıqda ona məlum olmuşdur ki, 2022-ci ilin aprel aymnın ortalarında Ağababa mobil telefonunda onun oğlu Hacıneymətə siqaret çəkən yerdə şəklini göstərərək, həmin şəkli onun əri İskəndərə göndərməklə Hacıneyməti hədələmiş və Hacıneymətdən 2022-ci ilin aprel-avqust ayları, yəni ki, 6 ay ərzində hər ay 30 manat olmaqla ümumilikdə 180 manat pul almışdır. Təqsirləndirilən şəxs onun oğlu Hacıneymətə siqaret çəkən yerdə görüntüsünü atasi İskəndərə göndərəcəyi təqdirdə atası tərəfindən döyüləcəyini və rüsvay olacağıni bildirmişdir. Həmin səbəbdən də onun oğlu Hacıneymət atası İskəndərin qorxusundan ümumilikdə 6 ay olmaqla hər ay Ağababaya 30 manat pul vermişdir. Dəqiq xatırlamadığı tarixdə onun oğlu Hacıneymət Ağababanın “Nokia” markalı mobil telefon satmaq istədiyini demişdir. O, da özünə telefon almalı olduğundan Hacıneymətə Ağababanın telefonunu almaq istədiyini demişdir. Bundan sonra Ağababa onun evinə gəlib, onunla danışıq aparmış, həmin ərəfələrdə onun pulu olmadığından o, Ağababa ilə razılaşmışdır ki, telefonun pulunu bir neçə gün ərzində verəcəkdir. Belə ki, o, Ağababadan telefonu 35 manata almış və pulunu bir neçə günə qaytaracağı ilə bağli razılaşmışdır. Bir neçə gün keçdikdən sonra o, özü şəxsən Ağababaya 35 manat pul vermişdir. Ağababa, barəsində istintaq aparıldığını bilib, yalandan Hacıneymətin qalıq borcunu tələb etdiyini demiş, guya ki, oğlu Hacıneymətin 40-50 manat velosiped təmirinə görə borcu olmuşdur. Lakin Ağababa yalan demiş, Belə ki, Ağababa onun oğluna siqaret çəkən yerdə şəklini göstərib, həmin şəkli onun əri İskəndərə göndərməklə oğlunu hədələmişdir. Ağababanın məqsədi onun oğlunun əmlakını ələ keçirmək olmuşdur. Onun oğlu Ağababa 2022-ci ilin iyul və avqust aylarında, yəni ki, 2 ay ərzində 30 manat pulu Ağababanın qardaşı Read Fərziyevə vermişdir. O, Readın da onun evlərinə tez-tez gəlməsindən şübhələnmişdir. Belə ki, Read 2022-ci ilin iyulavqust aylarında dəfələrlə onun evinə gəlib, Hacıneymətin harada olduğunu ondan soruşmuşdur. Lakin bununla bağlı araşdırma zamanı onlar aldıqları pulu qaytarmışlar, hazırda heç bir borcları qalmamışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X20 göstərdi ki, Balaca Şahağacı kənd orta Məktəbinin 9-cu sinifində oxuyur, universitetə hazırlaşır. Universitetə hazırlaşdığı üçün 4 fənn üzrə məşğələlərə gedir. Zərərçəkmiş şəxs taniyir, həmkəndlisidir, həmçinin sinif yoldaşıdır, o, əvvəllər Hacineymatlə riyaziyyat, azərbaycan dili və ingilis dili fənləri üzrə birlikdə məşğələyə getmişdir. 2022-ci ilin aprel ayinin ortalarında Hacıneymətlə birlikdə riyaziyyat fənni üzrə İlham müəllimin Astara rayonu Pensər kəndində yerləşən yaşadığı evdə məşğələyə getməli olmuşdur.Onlar həmişə saat 14:00-da yaşadığı kəndin mərkəzində görüşüb, oradan birlikdə Pensər kəndinə gedirmişlər. Saat təxminən 14 radələrində o, yaşadığı kəndin mərkəzinəçatdiqda Hacineymətin həmkəndlisi Təqsirləndirilən şəxs Mübariz oğlu ilə birlikdə olduğunu görmüşdür. O, Hacılneymətlə birlikdə məşğələyə gedəcəyindən Ağababadan haraya gedəcəyini soruşmuş, Ağababa ona onlarla birlikdə yol gecədəyini,Pensər kəndində mobil telefonunu təmir etdirəcəyini demişdir. Bundan sonra onlar velosipedla Astara rayonu Pensər kəndi istiqamətinə hərəkət etməyə başlamışlar. Astara rayonu Kakalos kəndinə daxil olan zaman Hacıneymət bir mağazaya daxil olub cixmiş,sonra növbəti dəfə, yenə də bir mağazaya daxil olmuş və mağazanı tərk etdikdən sonra Ağababaya 30 manat məbləğində pul vermişdir. Sonra yollarina davam etmişlər. Kakalos kənd xəstəxanasının qarşısına çatdıqda Ağababa ona atasinin zəng etdiyini, həmin səbəbdən də geriyə qayıdacağını deyib geriyə, yəni ki,yaşadıqları kəndə qayıtmışdır. Ağababa ondan və Hacıneymətdən uzaqlaşdıqdan sonra o, Hacıneymətdən hansi səbəbdən Ağababaya 30 manat pul verdiyini soruşmuş, Hacinymat ona Ağababadan telefon aldığını, buna görə də Ağababaya pul verdiyini demişdir. 2022-ci ilin may ayının ortalarında o, yenə də riyaziyyat fənni üzrə Hacıneymətlə birlikdə məşğələyə gedəcəkmiş. təxminən saat 14 radələrində o, kənd mərkəzinə çatmış və bir qədər gözlədikdən sonra Hacıneymət də kənd mərkəzinə gəlmişdir. Onlar birlikdə məşğələyə getməli olduqlarından o, Hacıneymətdən yola düşməyi istəmişdir. Lakin Hacıneymət ona Ağababaya pul verməli olduğunu deyib, 15 dəqiqə gözləməyi xahiş etmiş, o da Hacıneymətlə razılaşmışdır. Təxminən 15 dəqiqə keçdikdən sonra Ağababa onlara yaxınlaşmış və Hacıneymət Ağababaya 30 manat pul vermişdir. Ağababa pulu aldıqan sonra uzaqlaşaraq getmişdir. 2022-ci ilin iyun ayının ortalarında o,Hacineymət və həmkəndlisi X29 birlikdə Nicat müəllimin Astara rayonu, Şiyəkəran kəndində yerləşən evinə getmişlər. Məşğələdən çıxdıqdan sonra o, Ağababanın müəllimin evinin yaxınlığında, yolda dayandığını görmüşdür. Hacıneymət Ağababani gördükdən sonra Ağababaya yaxınlaşmış və onlar bir qədər kənara çəkilmişlər. Bundan sonra Hacıneymət Ağababaya 30 manat pul vermiş və uzaqlaşaraq getmişdir. Bundan başqa o, Hacıneymətin Ağababaya pul verdiyini görməmişdir. O, Ağababanın Hacıneymətə hədə-qorxu gəlməsinin şahidi olmamişdir. O,Hacineymetin Ağababadan telefon aldığını görməmiş, lakin Hacıneymətin əvvəllər"Nokia” markali smartfon telefon işlətdiyini görmüş və Hacıneymət ona həmin telefonu Ağababadan aldiğini demişdir. O, Hacıneymətdən hansı səbəbdən Ağababaya pul verdiyini soruşmuş, Hacıneymət ona Ağababadan mobil telefon aldığını, telefonun pulunu verə bilmədiyini, gecikdirdiyini, Ağababanin telefonunda siqaret çəkən yerdə şəklinin olduğunu, Ağababanın həmin şəkli atasına göndərməklə hədələyib, pul tələb etdiyini demişdir. Zərərçəkmiş şəxs məktəbin yaninda Təqsirləndirilən şəxs 10 manat pul verməsini, sonra onların bir-birilərini itələdiklərini gördüyünü bildirmiş, əslində isə Hacıneymətin Ağababaya 3 dəfə pul verdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Astara rayon Pensər kənd 2 saylı Tam Orta Məktəbində riyaziyyat fənni üzrə müəllim işləyir. Zərərçəkmiş şəxs tanıyır, Hacıneymət Astara rayonu, Balaca Şahağacı kənd sakinidir və əvvəllər onun yanına məşğələyə gəlmişdir. Hacıneymət 2022-ci ilin aprel ayından başlayaraq onun yanına dərsdən əlavə fərdi hazırlığa, yəni ki, məşğələyə gəlməyə başlamışdır. Belə ki,onlarin danışıqlarına əsasən Hacıneymət, hər ay ona 30 manat pul verəcəyini bildirmisdir. Hacineymət 2022-ci ilin aprelsentyabr ayları ərzində, yəni ki, 6 ay ərzində onun yanına riyaziyyat fənni üzrə məşğələyə gəlmişdir. Hacıneymət hər ay ona fərqli bəhanələr gətirərək məşğələ pulunu verməmişdir. Hacıneymət ona bir dəfə atasının pensiya ala bilmədiyini, bir dəfə atasının maddi vəziyyətinin pis olduğunu, bir dəfə atasinin dana saxladığını, həmin dananı satıb,pulu verəcəyini və fərqli bəhanələr gətirirmiş. Hacıneymət savadlı şagird olduğundan o,Hacineymətin məşğələ pulunu verməməsinə göz yummuşdur. 2022-ci ilin sentyabr ayında, dəqiq xatırlamadığı bir gündə Hacıneymətin atası İskəndər Əliyev ona zəng edərək ondan oğlu Hacıneymətlə bağlı maraqlanmış, o, Hacıneymətin çalışqan uşaq olduğunu demişdir. Bundan sonra İskəndər ondan Hacıneymətin məşğələ pulunu verib-vermədiyini soruşmuş, o, da Hacıneymətin 6 aydır, yəni ki, aprel-sentyabr ayları ərzində məşğələ pulunu vermədiyini demişdir. İskəndər Əliyevin onunla telefonda danışmasından bir neçə gün keçdikdən sonra onun yaşadığı kəndə gəlib, onunla görüşmüş, ona 180 manat pul verdikdən sonra Hacıneymətin bir nəfər tanışının Hacıneymətə hədə-qorxu gəlib, 6 ay ərzində ona çatmali olan 180 manat pulu Hacineymətdən aldığını demişdir. O, Təqsirləndirilən şəxs Hacineymət Əliyevdən hədə-qorxu yolu ilə pul tələb etməsinin şəxsən şahidi olmamış, Hacineymətinatası İskəndər bu barədə ona özü demişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X31 göstərdi ki, 2008-ci ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, X41 Orta Məktəbinin 9-cu sinfində oxuyur. X2 tanıyır, həmkəndlisidir, həmçinin bir sinifdə oxuyurlar. Hacineymət Əliyev universitetə qəbul olmaq üçün hazırlaşır, dərsdən sonra müəllim yanına gedir, onun isə universitetə qəbul olmaq fikri yoxdur, odur ki, dərsdən sonra heç bir müəllimin yanına getmir. Təxminən 12 fevral 2023-cü il tarixdə Astara rayonun Balaca Şahağacı kəndində Zərərçəkmiş şəxs ilə görüşdüyü zaman Hacıneymət ona demişdir ki, o polis şöbəsinə getməlidir və orada ondan ifadə almalıdırlar. O, Hacıneymətdən nə səbəbdən oraya getməli olduğunu soruşduqda, Hacıneymət ona demişdir ki, Təqsirləndirilən şəxs hədə-qorxu ilə pul almış, bununla bağlı polis şöbəsində cinayət işi başlanmış, onun adını şahid kimi çəkmiş, buna görə polis şöbəsində onun hadisəni görüb-görmədiyi ilə bağlı ifadəsi almalıdırlar. 14 sentyabr 2022-ci il tarixdə o, X14 Fərziyevlə Ağababanın evinin qarşısında söhbət etdiyini görmüş, lakin Hacıneyməti Ağababaya pul verən zaman görməmiş, Ağababa ilə Hacıneymətin nə danışdığını eşitməmiş, sadəcə olaraq 14 sentyabr 2022-ci il tarixdə onların söhbət etdiyini görmüşdür. Ağababa Hacıneymətlə danışarkən onlar iki nəfər olmuş, yəni ki, onların yanında kənar şəxs olmamışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X22 göstərdi ki, X2 tanıyır, onun həmkəndlisidir, Hacıneymətə qarşı qərəzli münasibətdə deyil, normal münasibəti vardır. Hacıneymətin ona pul verməsini göstərməsi yalandır, o, indiyədək Hacıneymətdən 1 manat da olsun pul almamışdır. O, qardaşi Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs münasibətinin necə olduğunu bilmir. 2022-ci ilin iyul ayının əvvəllərində 3 dəfə Zərərçəkmiş şəxs Ískəndər oğlunun evinə getməmiş, qardaşi Ağababa Bakı şəhərindən zəng edib, Hacıneymətin borcu olduğunu ona deməmiş, Hacıneymət pulu ayın 15-də verə biləcəyini ona deməmiş, daha sonra onun evinə gəlməmiş, evinin həyətində Hacıneymət ona 30 manat pul verməmiş, 2022-ci ilin avqust ayinda da Hacıneymətlə görüşməmiş, Hacıneymətdən pul almamış,Hacineymatin dedikləri yalandır, o, Hacıneymətin evinə heç vaxt getməmiş, Hacineymatdən pul istəməmiş və almamışdır. Onun qardaşı Ağababa velosiped təmiri ilə məşğul olurmuş, Hacineymət Əliyevin velosipedini təmir etdikdən sonra Hacineymat Əliyevin onun qardaşı Təqsirləndirilən şəxs pul verib-vermədiyini bilmir, pul məsələsi Hacıneymət və Ağababanın öz aralarında olmuşdur. Onun qardaşı Təqsirləndirilən şəxs Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs pul almağı ondan istəməmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu tərəfindən ona dəymiş zərər tamamilə ödənilib, ona qarşı şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan şəxsiyyət vəsiqələrinin surtlərindən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu xx xxxxxx 2005-ci ildə Astara rayonu Balaca Şahağacı kəndində anadan olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs Mübariz oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Mübariz oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə qəsdən törədilən az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğluna cəza təyin edərkən onun xx xxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmamsını, əməlindən səmimi peşmanlıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mübariz oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğluna Azərbaycan Respublikası CM-nin 182.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs Mübariz oğlunun müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğlunun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, yetkinlik yaşına çatmamasını,törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğluna tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs Mübariz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Mübariz oğlu Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs Mübariz oğluna təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs Mübariz oğluna hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs Mübariz oğlunun üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Mübariz oğlunun davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs Mübariz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-66/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-66/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver