Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-66/2025 01.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Qurbuki kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməklə, hazırda Bakı şəhəri, Səbail rayonu, Batamdar şossesi 43 ünvanında yerləşən “Batamdar otel”-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsa verilmiş ittihama əsasən o, 23 yanvar 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,192 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək bir qəbildən olan malları digər şəklə salmaqla ayrı-ayrılıqda 0,044 qram, 0,052 qram, 0,055 qram və 0,041 qram olmaqla özünə məxsus, üzərində “Winston” yazısı olan siqaretlərin 4 dənəsinin içərisinə doldurmaqla üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki digər siqaret dənələri ilə birlikdə gizlətməklə əynindəki açıq-yaşıl rəngli şalvarın aşağı sol yan cibində saxlamış, idarə etdiyi “Man” markalı, “P705CC-05/A3809L-1” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından tranzit qaydada keçməklə iran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü apararkən 23 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə şəxsi yoxlama zamanı qeyd edilən 0,192 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 206.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşıdır. Ailə üzvləri ilə birlikdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaq kənd rayonu, Qurbuki kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Təqribən 2006-cı ildən yük nəqliyyat vasitəsi sürücüsü işləyir və beynəlxalq yük daşımaları ilə məşğul olur. İdarə etdiyi “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 17 yanvar 2025-ci il tarixdə iran İslam Respublikasının Kirmanşah şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə “kələm” yükü aparmaq üçün idarə etdiyi "Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasına getmiş. 23 yanvar 2025-ci il tarixdə İran İslam Respublikasının Kirmanşah şəhərində idarə etdiyi “Man” markalı, “P705CC- 05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə İran İslam Respublikasının Kirmanşah şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə aparması üçün “kələm” yükü yüklənmişdir. Bundan sonra 23 yanvar 2025-ci il tarixində ailə üzvləri üçün bazarlıq etmək məqsədi ilə Kirmanşah şəhərində yerləşən “Nur” adlı bazara getmək qərarına gəlmişdir. Bu məqsədlə İran İslam Respublikasında yük nəqliyyat vasitələri üçün müəyyən edilmiş terminalın qarşısında dayanan taksilərindən birinə əyləşmişdir. Yol gedən zaman İran əsilli taksi sürücüsü ondan siqaret çəkib-çəkmədiyini soruşmuş, o, da cavabında təxminən 2012-ci ildən siqaret çəkdiyini həmin sürücüyə bildirmişdir. Bundan sonra taksi sürücüsü ona İran tütünündən hazırlanmış siqaretlərinin olduğunu, ona sata biləcəyini demişdir. O da, 5 ədəd siqaret almış, bir ədədini istifadə etmiş, qalan 4 siqaret ədədini isə cibində olan “Winston” markalı siqaret qutusunun içərisinə, həmin markalı digər siqaretlərin yanına qoymuş, bunun əvəzində taksi sürücüsünə 250 İran rialı vermişdir. İstifadə etdiyi bir ədəd siqareti çəkdikdən sonra tamı xoşuna gəlməmiş, bir az başı hərlənmiş, başının hərlənməsinin ac olması ilə əlaqədar olduğunu hesab etmişdir. Qeyd edilən siqaret qutusunu da əyninə geyindiyi açıq-yaşıl rəngli şalvarın sol aşağı cibinə qoymuşdur. Bundan sonra idarə etdiyi yük nəqliyyat vasitəsilə ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Kirmanşah şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən “102” nömrəli invoysa əsasən “kələm” yükü gətirərkən, 23 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş və bir qədər növbədə gözlədikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetlərin olub-olmamasını soruşmuşdur. O, da üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşına bildirmişdir. Daha sonra gömrük xidməti əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyi tələb etmişdir. Üzərində olan əşyaları təqdim etdikdə üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki “Winston” markalı olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkarlanmışdır. Daha sonra gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyini demişdir. O, da etiraz etməmiş və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük inspektoru tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasından heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra siqaret qutusu özünə qaytarılmaqla üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sol aşağı yan cibindən üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki “Winston” markalı olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə götürülmüşdür. Daha sonra idarə etdiyi “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində quraşdırılmış rentgen qurğusundan keçirilmiş, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra əyninə geyindiyi açıq-yaşıl rəngli şalvarın sol aşağı cibindən aşkar edilmiş içərisində narkotik vasitə marixuanaya oxşar maddə doldurulmuş 4 (dörd) siqaret ədədi gömrük xidməti əməkdaşları tərəfindən götürülmüş, idarədə olan bir otağa gətirilərək araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Taksi sürücüsündən 4 siqaret ədədini özü istifadə etmək üçün almışdır. Gənc yaşlarında, hərbi xidmətdə olan zaman bir dəfə marixuana narkotik vasitə istifadə etsə də, narkotik vasitələrdən istifadə etmir. İçərisində marixuana narkotik vasitəsi aşkar edilmiş 4 ədəd siqareti hazır, yəni qablaşdırılmış şəkildə alıb öz siqaretlərinin içərisinə, yəni “Winston” markalı siqaret qutusuna qoymuşdur. İran İslam Respublikasında “Winston” markalı siqaretdən çox istifadə olunur, əksər şəxslər həmin siqaretdən istifadə edir. İçərisində marixuana narkotik vasitəsi aşkar edilmiş 4 ədəd siqaretlə siqaret qutusunda olan digər siqaretlərin markasının eyni, yəni siqaret qutusunun üzərində qeyd edildiyi kimi “Winston” markalı olması bununla bağlı olmuşdur. İçərisindən marixuana narkotik vasitəsi aşkar edilmiş 4 ədəd siqaretlə siqaret qutusunda olan digər siqaretlərin markasının eyni, yəni siqaret qutusunun üzərində qeyd edildiyi kimi “Winston” markalı olması bununla bağlı olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə dediyi son sözündə isə əməlindən səmimi peşman olduğunu, kaş ki, bir yol tapıb həmin siqaretləri üzərindən ata bilsəydim deyib, himayəsində üç azyaşlı övladının olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasının, heç bir vaxt cinayət törətmədiyini və məhkumluğunun olmadığını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini, ailəsinin yanına getməyə şərait yaratmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildə gömrük orqanlarında xidmətə qəbul edilmişdir. 2024-cü ilin yanvar ayından Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin baş müfəttişi işləyir. Xidməti ərazisi Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsidir. 23 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan, İran İslam Respublikasının Kirmanşah şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşayiət edən “102” nömrəli invoysa əsasən “kələm” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olub- olmamasını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs də üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını ona demişdir. Daha sonra ondan üzərində olan əşyaları təqdim etməyi tələb etmişdir. Üzərində olan əşyaları təqdim etdikdə üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki “Winston” markalı olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkarlanmışdır. Bundan sonra tərəflərindən dəvət edilmiş 2 nəfər hal şahidinin və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq etməklə gömrük yoxlaması keçirmişdir. Yoxlama başlamazdan əvvəl bir daha Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs də bir daha üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını ona demişdir. Yoxlama zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs məxsus əl yüklərinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsindən və Təqsirləndirilən şəxs məxsus əl yüklərindən hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşayiət edilməyən şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi açıq-yaşıl rəngli şalvarın sol aşağı cibindən sonuncuya məxsus, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisində olan eyni qəbildən olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq-yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişdir. Daha sonra “Man” markalı, “P705CC-05/A3809İ-1” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük idarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, rentgen müayinəsi qeyd edilən yük nəqliyyat vasitəsində hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs əyninə geyindiyi açıq-yaşıl rəngli şalvarın sol aşağı cibindən aşkar edilmiş, içərisinə doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 4 (dörd) siqaret ədədi Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə tərəfindən götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına aparılaraq qablaşdırılmış və həmin qablaşdırma möhürlənmişdir. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin yoxlanılmasında və şəxsi yoxlamada iştirak edən şəxslər həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 23 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində həmyerlisi Şahid2 ilə birlikdə Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin qarşısında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş yük nəqliyyat vasitəsinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük xidməti əməkdaşı ilə birlikdə Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşlar. Ora getdikləri vaxt “Winston” yazısı olan siqaret qutusunun içərisindəki “Winston” markalı olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə artıq aşkarlanmış olmuşdur. Lakin, onların iştirakı ilə gömrük xidməti əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlarla bağlı gömrük xidməti əməkdaşı tərəfindən protokollar tərtib edilmişdir. Daha sonra o, nəqliyyat vasitəsinin yoxlanılmasında və şəxsi yoxlamada iştirak edən digər şəxslər həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanması haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Astara Gömrük İdarəsində tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli “Şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, 23 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən 2 nəfər hal şahidinin iştirakı ilə fotoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşayiət edilməyən şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi açıq-yaşıl rəngli şalvarın sol aşağı cibindən ona məxsus, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisində olan siqaret ədədlərindən 4 (dörd) siqaret ədədinin içərisindən doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq-yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmiş, içərisində doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq-yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddə olan 4 (dörd) ədəd siqaret, eləcə də üzərində “Winston” yazısı və içərisində içərisində 10 (on) ədəd siqaret olan siqaret qutusu protokol əsasında götürülməklə qablaşdırılmış və möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 19/27 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd paketdəki, 4 ədəd siqaret dənəsinin içində ayrı-ayrılıqda təmiz çəkiləri : -0,044 qr : -0,052 qr: -0,055 qr: -,041 qram: ümumi təmiz çəkisi: - 0,192 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat nəticəsində ümumi təmiz çəkisi 0,192 qram qurudulmuş marixuanadan 0,08 qramı sərf edilmiş və ekspertiza tədqiqatından sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalıq çəkisi 0,112 qram müəyyən olunmuşdur. Həmçinin, tədqiqat nəticəsində ümumi təmiz çəkisi 1,312 qram tütün hissəciklərindən 0,08 qramı sərf edilmiş və ekspertiza tədqiqatından sonra tütün hissəciklərinin qalıq çəkisi 1,232 qram müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, “Əşyaların maddi sübut kimi tanınmaları və saxlanılma yerlərinin müəyyən olunması haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, 23 yanvar 2025-ci il tarixdə şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki açıqyaşıl rəngli şalvarın sol aşağı yan cibindəki ona məxsus, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək bir qəbildən olan malları digər şəklə salınmaqla, yəni üzərində “Winston” yazısı olan siqaretlərin 4 dənəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş və aşkar edilərək götürülmüş ayrı-ayrılıqda çəkiləri 0,044 qram, 0,052 qram, 0,055 qram və 0,041 qram olmaqla ümumilikdə 0,192 qram olan qurudulmuş marixuana narkotik vasitəsi törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalıq çəkisinin 0,112 qram olması nəzərə alınmış və qalıq çəkisi 0,112 qram olan qurudulmuş marixuana narkotik vasitəsi 01 mart 2025- ci il tarixli, 3-33/150/007992 nömrəli raportla və 04 mart 2025-ci il tarixli aktla məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, “Əşyaların maddi sübut kimi tanınmaları və saxlanılma yerlərinin müəyyən olunması haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, içərisinə qurudulmuş narkotik vasitəsi doldurulmuş, üzərində “Winston” yazısı olan 4 ədəd siqaret dənəsi, üzərində “Winston” yazısı olan 01 ədəd siqaret qutusu və həmin siqaret qutusunun içərisində olan, üzərində “Winston” yazısı olan 10 ədəd siqaret dənəsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,232 qram olan tütün hissəcikləri hazırkı cinayətin törədilməsində alət və vasitə kimi istifadə edildiyindən iş üzrə maddi sübut kimi tanınmış və 01 mart 2025-ci il tarixli, 3- 33/150/007992 nömrəli raportla və 04 mart 2025-ci il tarixli aktla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittihamın elan olunması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-84/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 25 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2025-ci il tarixli X2 Sistemində “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdən 16 dekabr 2024-cü il tarixədək mütəmadi olaraq Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, Azərbaycan Respublikasından tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına geri qayıtmış. sonuncu dəfə 16 yanvar 2025-ci il tarixdə idarə etdiyi "Man" markalı, "P705CC-05/A3809L-1 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gelmiş, 17 yanvar 2025-ci il tarixdə Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 23 yanvar 2025-ci il tarixdə, saat 15:55-də idarə etdiyi "Man" markalı, "P705CC-05/A3809L-1 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X9” tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli, 598 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İİİ-БД seriyalı 541903 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İV-БД seriyalı 810323 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İİİ-БД seriyalı 753112 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İİİ-БД seriyalı 502955 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, hal şahidlərinin iştirakı olmadan təqsirləndirilən şəxsdən narkotik vasitənin aşkar edilməsi və aşkar edildikdən sonra şəxsi yoxlamanın hal şahidlərinin iştirakı ilə aparılması hissəsində sübut hesab olunan şahid ifadələrini qiymətləndirərək qeyd edir ki, bu hallar gömrük prosedurunun gömrük əməkdaşları tərəfindən düzgün aparılmamasının göstəricisidir və şəxsin üzərindən marixuana aşkarlanması faktını şübhə altına almır, sübut kimi qəbul edilənliyinə təsir etmir. Belə ki, şəxs özü də ifadəsində İran-İslam Respublikasından 5 siqaret ədədi “tabak” aldığını, 1 ədədini istifadə etdiyini, 4 ədədini isə üzərində “Winston” yazısı olan siqaret qutusunun içinə qoyduğunu, üzərindəki əşyaları təqdim etməsini tələb edərkən gömrük əməkdaşına özü təqdim etdiyini, daha sonra isə hal şahidlərinin iştirakı ilə üzərində olan 4 (dörd) siqaret ədədinin qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin izahatı, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə, ona məxsus üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisində olan 4 (dörd) siqaret ədədinin içərisindəki doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq-yaşıl rəngli, narkotik vasitə marixuananı əslində «tabak» niyyəti ilə aldığına və marixuana olduğundan xəbərsiz olmasına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs bu ifadələri verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmiş və özünümüdafiə etmişdir. Təqsirləndirilən şəxsin son sözündə «kaşki onu üzərimdən atmağa imkanım olsaydı» deməsi isə, bir daha təqsirləndirilən şəxsin verdiyi ifadələrin özünümüdafiə xarakteri daşımasını və əslində əməlindən peşman olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların 1 saylı siyahısında marixuana dövriyyəsi qadağan edilmiş narkotik vasitə olaraq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin özünümüdafiə hesab edilən izahatı isə onun vəziyyətini ağırlaşdıran hal kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin gömrük əməkdaşının tələbi ilə, şəxsi yoxlama tətbiq edilməzdən əvvəl, gömrük əməkdaşının işini çətinləşdirmədən, üzərində olan əşyaları verməkdən yayınmağa cəhd etmədən təqdim etməsini könüllü təqdim etmək kimi qiymətləndirmir, lakin bu halı onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilir. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 62.1-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndində məhkəmələrə izah edilmişdir ki Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin Qərarın 8-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan 3 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, törədilən cinayətin predmeti təmiz çəkisi 0,192 qram narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayətin obyekti isə iqtisadi fəaliyyət sahəsində təşəkkül tapmış münasibətlərdir. Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar nəzərdə tutulan cinayətlərin obyekti isə ictimai qayda və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlər, predmeti isə narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələrdir. Həmin normalar 206-cı maddəyə münasibətdə xüsusi norma kimi çıxış etdikdə cinayətin predmetinin miqdarına münasibətdə 206-cı maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlmir, belə ki, şəxs xüsusi normada nəzərdə tutulan cinayəti törətmiş olsaydı, qeyd edilən miqdara görə cinayət məsuliyyəti belə yaranmayacaqdıki, iş materiallarından da göründüyü kimi, şəxs barəsində CM-in 234-cü maddəsi ilə cinayət işi başlanılmamışdır. Cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmalı olan əsas xüsusatlardan olduğundan cinayətin predmetinin miqdarının hazırki vəziyyətdə əməlin ictimai təhlükəliliyini azaltmaqla, cinayətin obyektinə mühüm zərər vurmadığı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin gömrük əməkdaşının tələbi ilə, şəxsi yoxlama tətbiq edilməzdən əvvəl, gömrük əməkdaşının işini çətinləşdirmədən, üzərində olan əşyaları verməkdən yayınmağa cəhd etmədən təqdim etməsini cinayətin törədilməsindən sonra zamanı onun davranışı ilə bağlı müstəsna hal olaraq nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, Təqsirləndirilən şəxsnun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayəti törətdikdən sonrakı davranışı, ilk dəfə cinayət törətməsi, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsi, himayəsində yetkinlik yaşına çatmayan 3 azyaşlı uşağının olması, həmçinin cəzanı ağırlaşdıran halların olmaması, ailədə yeganə qazanc gətirən şəxs olması, barəsində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi təqdirdə nəinki təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmayan cəza təyin ediləcəyi, həmçinin onun ailəsi üçün ağır nəticələr verəcəyi, ailənin yeganə qazanc yerinin itiriləcəyi, cəzanın təqsirləndirilən şəxsdən əvəz çıxmaq yox, islah olunmaq üçün tətbiq edilməsi məqsədi güddüyü nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona cərimə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə 02 (iki) gün müddətinə həbsdə saxlanılması nəzərə alınmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yüngülləşdirilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertiza tədqiqatından sonra qalıq qalan 0,112 qram narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,232 qram tütün hissəcikləri təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,112 qram narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,232 qram tütün hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxsndan alınaraq dövlət büdcəsi hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 6.000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş 6.000 (altı min) manat miqdarında cərimə cəzasından 1000 (bir min) manat çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5.000 (beş min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,112 qram narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,232 qram tütün hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 10 (on) saat hüquqi yardım göstərildiyinə görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-66/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-66/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver