Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-67/2023 26.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Astara rayon Şüvi Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Astara rayonu Səlivə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında, ayrı-ayrı vaxtlarda vahid niyyətlə Astara rayonu Səlivə kəndi ərazisində Astara rayonu Şüvi bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində meşə fonduna daxil olmayan 12, 24, 40 və 44 sm diametrlərində 04 ədəd kökü üstə yaş halda “azat” cinsindən olan ağacları kökündən çıxarmış, 4 sm diametrlərində 16 ədəd, 8 sm diametrlərində 12 ədəd, 12 sm diametrində 01 ədəd, 14 sm diametrində 01 ədəd, 16 sm diametrlərində 02 ədəd, 18 sm diametrində 01 ədəd, 20 sm diametrində 02 ədəd və 24 sm diametrində 01 ədəd olmaqla cəmi 36 ədəd kökü üstə yaş halda “azat” cinsindən olan ağacları balta ilə qanunsuz kəsmiş, ümumilikdə 40 ədəd “azat” cinsindən olan ağacları kökündən çıxarmaqla və kəsməklə, təbiətə dəymiş ziyan 5110 (beş min yüz on) manat olduğundan və kəsilmiş ağaclar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən dəymiş ziyanın məbləği 20 (iyirmi) dəfə artırılmaqla təbiətə külli miqdarda, yəni 102200 (yüz iki min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşlı validyenləri onun himayəsində yaşayır. Fərdi qaydada Astara və Lənkəran rayonlarında fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir, ondan başqa ailədə gəlir gətirən şəxs yoxdur. İstifadəsində Astara rayonu Səlivə kəndində 0,26 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsini uzun illərdir ki, özü və ailə üzvləri istifadə edirlər. Bundan başqa 0,12 ha torpaq sahələri də vardır, həmin sahəni 2006-cı ildə Deqədi bələdiyyəsindən atası Şahid3 rəsmi pul köçürməklə müqavilə əsasında almış, lakin istifadə etməmişlər. Belə ki, hər il sentyabr-oktyabr aylarında sitrus ağaclarının əkilmə vaxtı olduğundan o da istifadəsində olan torpaq sahəsində naringi ağacları əkmək istəmişdir. Lakin, torpaq sahəsində yabanı halda bitmiş “azat” cinsindən olan ağaclar ona mane olmuşdur. Buna görə də həmin ağacları kəsmək qərarına gəlmiş və 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq torpaq sahəsində olan ağacları balta ilə kəsməyə başlamışdır. Kəsdiyi ağacların əksəriyyəti kiçik ölçülü ağaclar olmuş, yəni ki, diametrləri bir neçə santimetr olmuşdur. Dörd ədəd ağacın kökünü qazaraq həmin ağacları kökündən çıxarmışdır, həmin 4 ədəd ağacı kəsməyib, kökündən çıxarmışdır ki, qonşular ağaclar kəsilərkən səs eşitməsinlər. Sonuncu dəfə 25 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında torpaq sahəsində olan bir neçə ağacı da balta ilə kəsmişdir. Kəsdiyi və kökündən çıxardığı ağacların yerlərini hamarlamaq istədiyindən torpaq sahəsinə ekskovator çağırmaq istəmişdir. Belə ki, yaşadığı evin yaxınlığında “X14” şirkətinə məxsus torpaq sahəsi var və həmin torpaq sahəsində uzun müddət texnikalar işləmişdir. 25 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində şirkətə məxsus torpaq sahəsinə gedib, orada işləyən ekskovatorçu, adını sonradan bildiyi X7 ilə görüşüb, Nihada özünə məxsus torpaq sahəsində işlərin olduğunu, daha doğrusu torpaq sahəsinin hamarlanmalı olduğunu bildirib, bununla bağlı ona köməklik göstərməsini istəmişdir. Nihad ona işdən sonra torpaq sahəsinə gələcəyini demişdir. Həmin gün, saat təxminən 18 radələrində Nihad idarə etdiyi ekskovatorla onun yaşadığı evin yaxınlığına gəlmiş və torpaq sahəsinə daxil olmuşdur. Nihad yenicə işləməyə başlayarkən, onunla qonşuluqda yaşayan Şahid1 torpaq sahəsinə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Sonra isə Şahid1 və Cəmilənin X13 ağac kəsməyi ilə bağlı müxtəlif dövlət qurumlarına ondan şikayət etmişlər. 36 ədəd ağacı özü kəsmiş, həmçinin 4 ədəd ağacı da kökündən çıxarmışdır. Kəsilmiş ağacları ağac hesab etməmişdir, çünki ağacların diametri çox kiçik olduğundan onları torpağın istifadəsinə maneçilik edən və təmizlənməli kol-kos hesab etmişdir. Həmin ağacların kəsilməsinin məsuliyyətə səbəb olacağını bilməmişdir, kökündən çıxardığı ağaclar isə qismən iri diametrli ağaclar olmuşdur. Həmin ağacları kəsməyib kökündən çıxarmışdır. Ağacların kəsilməsi ilə bağlı heç kimdən icazə almamışdır. Ağacların kəsildiyi torpaq sahəsinin həcmi 0,38 hektar olmuşdur. Həmin torpaq sahəsi Şüvi bələdiyyəsinə məxsusdur, ağacların kəsildiyi torpaq sahəsininin 0,12 ha hissəsini atası Şahid3 2006-cı ildə bələdiyyədən alqı-satqı yolu ilə almış, atası torpaq sahəsinin ilkin sənədlərini əldə etmiş, lakin torpaq sahəsinə çıxarış ala bilməmişdir. Qalan torpaq sahəsi onun atası Şahid3 məxsus torpaq sahəsidir. Kəsdiyi ağacların olduğu torpaq sahəsinin bələdiyyə torpağı olduğunu bilmiş, lakin həmin torpaq sahəsi 2006-cı ildən onun istifadəsində olmuş və həmin torpaq sahəsini gələcəkdə öz adına rəsmiləşdirəcəyini düşünmüşdür. Atası Şahid3 torpaq sahəsini 2006-cı ildən bələdiyyədən almışdır, lakin həmin sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd olmamışdır. Ağacların kökündən çıxarılmasında, kəsilməsində və budanmasında heç kim ona kömək etməmiş, hamısını özü tək etmişdir. Ağacları 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq kəsmiş, bütün ağaclar 2022ci ilin sentyabr ayında, müxtəlif günlərdə kəsilmiş, budanmış və kökündən çıxarılmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində qərara gəlmişdir ki, ağacların olduğu yerdə sitrus ağacları əksin və “azat” cinsindən olan ağacları kökündən çıxarmışdır. Edilən şikayətlərlə bağlı ekologiya işçiləri gəlib araşdırma apararkəm onun ümumilikdə 40 ədəd “azat” cinsindən olan ağacları kökündən çıxarması və kəsməsi ilə təbiətə dəymiş ziyan 5110 (beş min yüz on) manat olduğu müəyyən edilmiş, hərəkətləri nəticəsində dəymiş həmin ziyanın məbləği 20 (iyirmi) dəfə artırılmaqla təbiətə 102200 (yüz iki min iki yüz) manat məbləğində ziyan vurduğu müəyyən edilmişdir. Mülki iddiaçı kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə vurmuş olduğu ziyandan valideyn və qohumlarının köməyi ilə 5100 (beş min yüz) manatı ödəmişdir. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Hazırda törətdiyi əmələ görə peşimandır. Valideynləri də onun himayəsində olduğu üçün maddi imkanı həmin ziyanı bir dəfəyə ödəməyə imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin, zərəçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, habelə şahidlərin ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında iştirak edən zəzərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu Şüvi bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tərəfindən ağacların kəsildiyi ərazi Şüvi bələdiyyəsinin təsərrüfat təyinatlı torpaq sahələrinə daxildir. Şahid3 iddiasına görə həmin sahəni keçmiş bələdiyyə sədri əvəzi ilə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin, reyestr məlumatlarına əsasən həmin ərazi Şüvi bələdiyyəsinə məxsus torpaq sahəsidir. Orada ağacların kəsilməsinin şahidi olmamışdır. 26 sentyabr 2022-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona Təqsirləndirilən şəxs tərəfindən ağacların qanunsuz olaraq kəsildiyini bildirmiş və ona əraziyə keçiriləcək baxışda iştirak etməli olduğunu demişlər. O da 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən əraziyə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı diametrləri 12, 24, 40 və 44 sm olmaqla azat cinsindən olan 4 ədəd ağacın yaş halda kökündən çıxarılaraq yerində qalması, yaş köküstə diametləri 4 sm-də 16 ədəd, 8 sm-də 12 ədəd, 12 sm-də 1 ədəd, 14 sm-də 1 ədəd, 16 sm-də 2 ədəd, 18 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, 20 sm-də 2 ədəd olmaqla, cəmi 36 ədəd ağacın kəsilərək aparılması müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs izahat alınmış və o, qeyd olunan hərəkətləri, yəni ki, ağacları kökündən çıxarmasını, kəsməsini və budamasını etiraf etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Astara rayonu Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 2ədiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna aid olmayan 40 ədəd “azat” cinsindən olan ağacları qanunsuz kəsmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ağacları kəsdiyi ərazi özünün istifadəsindədir və ağacları kəsdiyi yerlərdə sitrus ağacları əkəcəkdir. Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən “azat” cinsli ağaclar Azərbaycan Respublikası Qırmızı Kitabına daxil olduğundan təbiətə dəymiş ziyan 20 qat hesablanmış və Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə külli miqdarda 102200 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Ağacların kəsildiyi torpaq sahəsi Astara rayon Şüvi bələdiyyəsinə məxsus torpaq sahəsidir və Təqsirləndirilən şəxs ağacların tərəfindən kəsildiyini etiraf etmişdir. Ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ağacları 2022-ci ilin sentyabr ayında kəsilmişdir. Məhkəmə iclasında iştirak edən mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 2022-ci ilin sentyabr ayında Astara rayonu Səlivə kənd sakini X9, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ağac kəsməsi ilə bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, həmin müraciətlə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs istifadəsində olan Astara rayonun Səlivə kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və diametrləri 12, 24, 40 və 44 sm olmaqla azat cinsindən olan 4 ədəd ağacların yaş halda kökündən çıxarılaraq yerində qalması, yaş köküstə diametrləri 4 sm-də 16 ədəd, 8 sm-də 12 ədəd, 12 sm-də 1 ədəd, 14 sm-də 1 ədəd, 16 sm-də 2 ədəd, 18 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, 20 sm-də 2 ədəd olmaqla, cəmi 36 ədəd ağacın kəsilərək aparılması müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs izahatı alınmış və Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri, yəni ağacları kökündən çıxarmasını, kəsməsini və budamasını etiraf etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Astara rayonu, Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 4lədiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna aid olmayan 40 ədəd “azat” cinsindən olan ağacları qanunsuz kəsmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ağacları kəsdiyi ərazi özünün istifadəsindədir və ağacları kəsdiyi yerlərdə sitrus ağacları əkəcəkdir. Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən “azat” cinsli ağaclar Azərbaycan Respublikası Qırmızı Kitabına daxil olduğundan təbiətə dəymiş ziyan iyirmi qat hesablanılır. Odur ki, Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə külli miqdarda, yəni 102200 manat məbləğində ziyan dəymişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 1500 manat ödənilmişdir. Ona görə də tərəflərindən Təqsirləndirilən şəxs qarşı 100700 manat məbləğində mülki iddia qaldırılmışdır. Mülki iddia qaldırdıqdan sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə də 3600 manat ödəmiş və ümumilikdə 5100 manat həcmində ödəmə aparmışdır. Qeyd olunanların nəzərə alınmasını və mülki iddialarının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayonun Səlivə kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq Astara rayonu Səlivə kəndində 0,12 ha bələdiyyə torpağından 2010-cu ildən istifadə edir. Həmin torpaq sahəsində meşə zolağı keçir və heç kimə ağacları kəsmək icazəsi verilməmişdir. Qeyd etdiyi torpaq sahəsi yaşadığı evin qarşısında yerləşir. 25 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdə olarkən, evinin yaxınlığında Nihad Hüseynov adlı şəxsin idarə etdiyi ekskovatorla Təqsirləndirilən şəxs göstərişi ilə işlədiyini eşitmişdir. Başa düşmüşdür ki, Hidayət ekskovatoru kəsdiyi ağacların yerini hamarlamaq üçün çağırmışdır. Buna görə də oraya gedib Təqsirləndirilən şəxs etirazını bildirmişdir. Təqsirləndirilən şəxs onu oradan qovmağa başlamış, lakin oradan getməmiş və ekskovatorun torpaq sahəsini tərk etməsini istəmişdir. Əvvəl ekskovatorçu mühərrikini söndürmüş, lakin Hidayət ekskovatorçuya işləməsini göstəriş vermiş, bundan sonra Hidayətlə onun arasında mübahisə başlamış, mübahisə yerinə Hidayətin atası Şahid3 da gəlmişdir. Ağaməmməddən soruşmuşdur ki, kim Hidayətə icazə verib ki, ağacları kəssin, Ağaməmməd xəbəri olmadığını bildirmişdir. Mübahisəni görən ekskovatorun sürücüsü ekskovatoru sürüb getmişdir. Daha sonra Ağaməmməd oğlu Hidayətlə birlikdə çıxıb getmişlər. Bir müddət sonra Hidayətin ağac kəsməsiylə bağlı Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirmişlər. X13 Hidayətin ağac kəsməsi ilə bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayət etmişdir. Daha sonra 1 saylı RETSİ-nin əməkdaşları Səlivə kəndində ağacların kəsildiyi sahəyə gələrək baxış keçirmişlər və bu barədə araşdırma aparmağa başlamışlar. Təqsirləndirilən şəxs tərəfindən ağacların kəsilməsinin və kökündən çıxarılmasının şəxsən şahidi olmuş, 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs torpaq sahəsində olan ağacları bir-bir balta ilə kəsməyə başlamışdır. Həmçinin ağacları evinə aparmaq və ağacların kəsildiyi torpaq sahəsini ekskovatorla hamarlamaq üçün 25 sentyabr 2022-ci il tarixdə torpaq sahəsinə ekskovator gətirmişdir. Hidayətə mane olmaq istəsə də Hidayət onu eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Astara rayonu Səlivə kəndində fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Qonşuluğunda yaşayan Zamiq Abbasov uzun müddətdir ki, ona və ailə üzvlərinə qarşı qərəzli münasibətdədir. Zamiq onun istifadəsində olan 0,38 ha torpaq sahəsinin bir hissəsini ondan tələb edir. Lakin, həmin torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. Torpaq sahəsinin 0,12 ha hissəsini 2006-cı ildə keçmiş Deqədi bələdiyyəsinin sədrindən bələdiyyə hesabına pul köçürməklə arvadı İradə Məlikovanın adına almışdır. Həmin 0,12 ha torpaq sahəsini alarkən gələcəkdə rəsmiləşdirəcəyini fikirləşmişdir. Qalan 0,26 ha torpaq sahəsi də onun istifadəsindədir, həmin torpaq sahəsi pay torpaq sahəsidir. 2006-cı ildən bəri həmin torpaq sahəsini istifadə edir. Oğlu Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında, bir neçə gün ərzində Şüvi bələdiyyəsinə məxsus torpaq sahəsində 04 ədəd azat cinsindən olan ağacı kökündən çıxarmış, 36 ədəd müxtəlif diametrlərdə olan azat cinsindən olan ağaclar kökündən kəsmişdir. Ağacların kəsilməsi ilə bağlı Hidayət kimdənsə icazə almamışdır. Ağacların kəsildiyi torpaq sahəsinin həcmi təxminən 0.38 ha-dır, həmin torpaq sahəsinin 0,12 ha hissəsini 2006-cı ildə alqısatqı yolu ilə bələdiyyədən almış, lakin həmin torpaq sahəsinin reyestrdən çıxarışı olmamışdır, qalan 0,26 ha hissəsi isə onun pay torpaq sahəsidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 oktyabr 2022-ci il tarixli, 76311 saylı aktından görünür ki, Şüvi bələdiyyəsinə məxsus Astara rayonun Səlivə kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, diametrləri 12, 24, 40 və 44 sm olmaqla azat cinsindən olan 4 ədəd ağacların yaş halda kökündən çıxarılaraq yerində qalması, yaş köküstə diametləri 4 sm-də 16 ədəd, 8 sm-də 12 ədəd, 12 sm-də 1 ədəd, 14 sm-də 1 ədəd, 16 smdə 2 ədəd, 18 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, 20 sm-də 2 ədəd olmaqla, cəmi 36 ədəd ağacın kəsilərək aparılması və 21 ədəd azat cinsli ağacın budanması müəyyən edilmişdir. Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən “azat” cinsli ağaclar Azərbaycan Respublikası «Qırmızı Kitabı»na daxil olduğundan təbiətə dəymiş ziyan 20 qat hesablanılır. Odur ki, ağacları kəsməsi nəticəsində təbiətə külli miqdarda, 102200 manat məbləğində ziyan dəymişdir.
2. Astara rayon Şüvi bələdiyyəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli 12 saylı arayışdan görünür ki, X3 adına təqdim olunan 0,12 ha torpaq sahəsi reyestr məlumatlarına əsasən Astara rayon Şüvi bələdiyyəsinin balansında olan təsərrüfat təyinatlı torpaq sahəsidir.
3. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ağacların kəsildiyi ərazi Astara rayonu Səlivə kəndində yerləşir, ərazi tikanlı məftil və metal tor çəpərlə əhatələnmişdir. Baxış zamanı Şahid3 bildirmişdir ki, torpaq sahəsini 2006-cı ildə keçmiş Deqədi bələdiyyəsindən alqı-satqı yolu ilə almışdır. Baxış zamanı azat cinsindən olan 4 ədəd ağacların yaş halda kökündən çıxarılaraq yerində qalması, yaş köküstə 36 ədəd ağacın kəsilərək aparılması, ümumilikdə 40 ədəd ağacların kəsilməsi müəyyən edilmişdir.
4. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə ağacların kəsildiyi torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən xüsusi cihazla ölçülmüş, ağacların kəsildiyi torpaq sahəsinin Astara rayonu Şüvi kənd inzibati ərazi dairəsinin Səlivə kəndində yerləşməsi, torpaq sahəsinin metal tor çəpər və tikanlı məftillə əhatəyə alınması, torpaq sahəsinin Astara rayonu Şüvi bələdiyyəsinə məxsus torpaq sahəsi olması, torpaq sahəsində 4 ədəd “azat” cinsindən olan ağacların kökündən çıxarılması, 36 ədəd “azat” cinsindən olan ağacların kəsilməsi və 21 ədəd “azat” cinsindən olan ağacların budanması aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd baltanı təqdim edərək, həmin balta ilə 2022-ci ilin sentyabr ayında bir neçə gün ərzində 36 ədəd müxtəlif diametr ölçüdə “azat” cinsindən olan ağacları kəsdiyini göstərməklə ağacları kəsməkdə heç kimin ona kömək etmədiyini, ağacları tək kəsdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd balta iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 18 yanvar 2023-cü il tarixli, 3-21-3-43/2-117/2023 saylı məktubundan görünür ki, qeyd olunan məsələlərin araşdırılması məqsədilə mütəxəssis tərəfindən ərazidə GPS vasitəsiylə müvafiq ölçü işləri aparılmış, ərazinin koordinatları müəyyənləşdirilmiş və ağacların kəsildiyi torpaq sahəsinin ölçüsünün 0,17 ha olması müəyyən edilmişdir. Mövcud elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin Astara rayon Şüvi bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar (kolluqlar ərazisi) olması müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 19/259 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, 76311 saylı akt və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 40 (qırx) ədəd müxtəlif diametrli azat cinsli ağacların qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı tarixli, 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 102200,00 manat müəyyən edilir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.
8. Astara rayon İcra Hakimiyyəti Başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Məlikzadə X1 yaşamaqla, yaşadığı yer üzrə müsbət xarakterizə olunur.
9. Astara rayon İcra Hakimiyyəti Başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Səlivə kəndində fərdi yaşayış evində yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşlı valideynlərinin onun himayəsində yaşamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – ilk dəfə cinayət törətməsini, cinayət əməlini etiraf etməsini, vurmuş ziyanı qismən ödəməsini, yaşlı valideynlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Səlivə kəndində fərdi yaşayış evində yaşayır. Eyni zamanda Astara və Lənkəran rayonlarında fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Səlivə kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Səlivə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş materiallarında olan mülki iddiadan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 40 ədəd “azat” cinsindən olan ağacların kəsilməsi nəticəsində ekologiyaya ziyan vurulmuşdur. Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən “azat” cinsli ağaclar Azərbaycan Respublikası Qırmızı Kitabına daxil olduğundan təbiətə dəymiş ziyan iyirmi qat hesablanılır. Odur ki, Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə 102200 manat məbləğində ziyan dəymişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 1500 manat ödənilmişdir. Ona görə də tərəflərindən Təqsirləndirilən şəxs qarşı 100700 manat məbləğində mülki iddia qaldırılmışdır. Mülki iddia qaldırdıqdan sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə də 3600 manat ödəmiş və ümumilikdə 5100 manat həcmində ödəmə aparmışdır. Qeyd olunanların nəzərə alınmasını və mülki iddialarının həll olunmasını məhkəmədən xahiş edirlər. İş materiallarında olan ödəmə qəbzələrindən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, Ç-MM/4023-040 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs təbiətə vurulmuş 102200 manat ziyandan 5100 manat hissəsini ödəmişdir. Hazırda vurulmuş ziyanın ödənilməmiş hissəsi 97100 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət prosessual qanunvericiliyin göstərilən normalarına əsasən mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs 97100 (doxsan yeddi min yüz) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına keçirilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 4(018)-112/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanma müddətinin əvvəli 13 dekabr 2022-ci ildən hesablanmışdır. İş materiallarında olan Astara rayon polis şöbəsinin müstəntiqi tərəfindən qəbul olunmuş 13 mart 2023-cü il tarixli «qətimkan tədbirinin seçilməsi haqqında» Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti 13 mart 2023-cü il tarixdə bitdiyi üçün onun barəsində həmin tarixdən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu (13 dekabr 2022-ci il tarixdən 13 mart 2023-cü il tarixədək) 03 (üç) ay müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tütülmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə əsas cəza ilə birlikdə, həm də Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, əlavə cəza – dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası təyin olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X4, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu (13 dekabr 2022-ci il tarixdən 13 mart 2023-ci il tarixədək) 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Səlivə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 97100 (doxsan yeddi min yüz) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına keçirilsin. Hökmün icrası Astara rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov