Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-67/2025 29.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 Əbülhəsən oğlu və Zərərçəkmiş şəxs2, Müdafiəçilər – Astara rayon Vəkil Bürosunun vəkilləri X8, X4 və Müdafiəçi, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 04 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 1980-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, 04 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxx 1982-ci il tarixdə Astara rayonu. Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, 05 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən sui-istifadə edərək özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, bundan başqa bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 2019-cu il tarixdə Şahağacı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyərkən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları "xxxx" MMC-də mühəndis işləmiş Şahid3 Pənah oğlu və Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə etməklə Astara rayonu, Şahağacı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus torpaq sahələrinə çıxarış almaq üçün köməklik edəcəyini bildirib, buna inandıraraq etibarını qazandıqdan sonra sonuncuya məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən, ümumi sahəsi 2.70 ha olan və həmin kənddə yerləşən ümumi sahəsi 126 kv.metr olan torpaq sahələrinin hər birinə çıxarış alınmasına köməklik edəcəyini yalandan vəd verib, aldadaraq 2019-cu ilin may ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Astara rayonu, Şahağacı kəndi ərazisində Zərərçəkmiş şəxs2 əlbəəl formada verdiyi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında 14 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində Astara rayonu, Şahağacı kəndində yerləşən “Ceyhun Palace” restoranında keçirilən toy şənliyi zamanı Zərərçəkmiş şəxs1 onları təhqir etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə sonuncunun üz nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq üst dodaq nahiyəsində qançır, burun, üst dodaq nahiyələrində sıvrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qrup üzvləri Sokrat və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 bel nahiyəsinə təpiklə zərbələr vuraraq sağ X qabırğanın yerini dəyişməyən sınığı kimi sağlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri və döş qəfəsi nahiyəsində qançırlar kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 14 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində Astara rayonu, Şahağacı kəndində yerləşən “Ceyhun Palace” restoranında keçirilən toy şənliyi zamanı Zərərçəkmiş şəxs1 onları təhqir etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs3la sonuncunun bel nahiyəsinə təpiklə zərbələr vuraraq sağ X qabırğanın yerini dəyişməyən sınığı kimi sağlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri və döş qəfəsi nahiyəsində qançırlar kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq üst dodaq nahiyəsində qançır, burun, üst dodaq nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 14 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində Astara rayonu. Şahağacı kəndində yerləşən “Ceyhun Palace" restoranında keçirilən toy şənliyi zamanı Zərərçəkmiş şəxs1 onları təhqir etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2la sonuncunun bel nahiyəsinə təpiklə zərbələr vuraraq sağ X qabırğanın yerini dəyişməyən sınığı kimi sağlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri və döş qəfəsi nahiyəsində qançırlar kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq üst dodaq nahiyəsində qançır, burun, üst dodaq nahiyələrində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Cavidanın toy məclisinə icra nümayəndəsi Sokrat və onun qardaşı Sirus ilə birlikdə getmiş, orada Elduz, eləcə də digər kənd sakinləri iştirak etmişlər. O, Sokrat, Rəşad Həsənov, Fikrət İbadov, Təqsirləndirilən şəxs3 və digər kənd sakinləri ilə bir stolda oturmuş, Elduz isə Şahid1 və digərləri ilə başqa stolda oturmuş, toy davam edən zaman bir qədər spirtli içki qəbul etmişdir. Rəsul toy zamanı onların stoluna gələrək Sokratın qulağına nəsə demiş, bundan sonra Rəsul getmiş, sonradan Sirus Rəsulla birgə çölə çıxan zaman Elduz Sirusa onlar barəsində təhqirlər etmiş. Elduz bu sözləri məhz onlara demiş, bir qədər sonra Sirus içəri gəlmiş, Elduzun dediyi sözləri onlara bildirmişdir. Bundan sonra o, Sokrat və Sirus çölə çıxmışlar, çıxanda X7 və yanında başqa bir adamla söhbət etdiyini görmüş, lakin fikirli olduğuna görə Elduzun yanında olan digər adamın kim olduğunu bilməmiş, Elduzdan niyə onları təhqir etdiyini soruşmuş, Elduz ona yaxşı edib dediyini bildirmiş, o da Elduzun bu sözünə daha da qəzəblənib üzərinə gedərək sonuncunun sifət nahiyəsinə yumruq ilə bir dəfə zərbə vurmuş, vurduğu zərbədən sonra Elduz yerə yıxılmış. Elduz yerə yıxılandan sonra yenidən vurmaq istəsə də, ətrafda olan şəxslər onları kənarlaşdırdığı üçün zərbələri dəyməmiş, bundan sonra orada olan şəxslər onu kənarlaşdırmışlar. O biraz da spirtli içki qəbul etdiyindən aqressivləşərək təhqirlər də etmiş, həmin vaxt ətrafda Orxan Novruzov, Valeh İmamverdiyev və digərləri olmuşdur. Lakin Elduza əsəbiləşib vurduğuna və orada qarışıqlıq yarandığına görə ətrafda başqa kimlərin olduğuna diqqət etməmişdir. Mübahisənin yaranmasına səbəb Elduzun onları, yəni onu, Sokratı və Sirusu təhqir etməsi olmuş və onlar da buna görə əsəbiləşib döymüşlər. O, Elduzun sifətindən yumruqla bir dəfə zərbə vurmuş, həmin vaxt Elduz yerə yıxılmış, Sokrat və Sirus Elduzun qarın nahiyəsində hər bir ayrı-ayrılıqda təpiklə bir zərbə vurmuşlar. Hadisə “Ceyhun Palace” restoranının qarşısında baş vermişdir. Mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı orada həmkəndlisi Ağamalı, Valeh, Rəsul eləcə də digərləri olmuşdur. O, Sokrat və Sirus da az miqdarda olsa spirtli içki qəbul etmişlər. Baş vermiş mübahisə restorana gələn qonaqların narahatçılığına səbəb olmuş, belə ki, mübahisə zamanı restoranın həyətində səs küy yaranmış, içəridəki qonaqlar həyətə gəlmişlər, ona görə də qonaqların bir hissəsi narahat olub məclisi tərk etməyə başlamışlar. Əməlindən peşmandır. Kaş ki, həmin anda özünü cilovlaya bilərdi. Göstərdiklərinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir. xx.xx.2024-cü il tarixində Astara rayonu, Şahağacı kəndində yerləşən “Ceyhun Palace” restoranında həmkəndlisi X2 toy məclisində olmuş, həmin toya kəndin bələdiyyə sədri Təqsirləndirilən şəxs1 və qardaşı Siruz Məmmədovla bir yerdə getmiş, xx.xx.2024-cü il tarixdə toy məclisi gedən vaxt, təxminən saat 20 radələrində həmkəndlisi Şahid1 Sədət oğlu stola yaxınlaşaraq içkili vəziyyətdə qulağına "adam mübarizə aparanda gərək kişi kimi mübarizə aparar' ifadəsini işlədərək ona və stol ətrafında oturan digər şəxslərə hörmətsizlik etmiş, sonuncu bunu bir neçə dəfə demiş, lakin o, əhəmiyyət verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 siqaret çəkib içəri daxil olanda Rəsuldan nə olduğunu soruşmuş, Rəsul içkili vəziyyətdə Samirə qulaq asmadan çıxıb getmişdir. Rəsul çölə qardaşı Siruz Məmmədovla çıxmış, onların münasibəti yaxşı olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 foyedə Rəsul və Siruza yaxınlaşıb onların barəsində təhqiramiz ifadələr işlətmişdir. Daha sonra Siruz Elduza təhqir edərək cavabını vermiş, sonradan Siruz yanlarına qayıdaraq onunla Təqsirləndirilən şəxs1 yaxınlaşıb Elduzun ünvanlarına nalayiq ifadələr işlətdiyini demiş, həmin vaxt Samir əsəbləşərək yerindən durub restoranın giriş qapısı istiqamətinə getmiş, o və qardaşı Siruz Samirin arxasıyca getmişlər. Çölə çıxan kimi Samir Elduza yaxınlaşıb niyə təhqir etdiyini deyən zaman Elduz yaxşı etdiyini bildirmiş, Samir də aqressivləşib Elduzun üz nahiyəsindən yumruqla zərbə vurmuş, zərbədən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılmış, Zərərçəkmiş şəxs1 yerə yıxılanda o, həm biraz içkili olduğundan, həm də əsəbiləşdiyindən yerdə Elduza təpiklə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt qardaşı Siruz Məmmədov da Elduza təpiklə bir dəfə zərbə vurmuş, daha sonra ətrafda olan şəxlər Təqsirləndirilən şəxs1 Elduzdan uzaqlaşdırmışlar. Bir müddət sonra ara sakitləşmiş, Zərərçəkmiş şəxs1 çıxıb evinə getmiş, onlar isə toya qayıdıb toyda iştiraklarını davam etmişlər. O, qardaşı Sirus və dostu Təqsirləndirilən şəxs1 Elduzla mübahisə edən zaman, Samir yumruqla üz nahiyəsindən bir dəfə zərbə vurmuş, o və qardaşı Siruz Məmmədov isə Elduza yerə yıxılanda hər biri təpiklə bir dəfə zərbə vurmuşlar. Mübahisənin yaranmasına səbəb Elduzun onları, yəni onu, Samiri və qardaşı Sirusu təhqir etməsi olmuş, onlar da buna görə əsəbiləşib Elduzu döymüşlər. Samir Elduzun sifətindən yumruqla bir dəfə zərbə vurmuş, həmin vaxt Elduz yerə yıxılmış, o və Sirus Elduzun qarın nahiyəsinə hərəsi bir dəfə olmaqla təpiklə zərbə vurmuşlar. Hadisə “Ceyhun Palace'“ restoranının qarşısında baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı orada həmkəndlisi Ağamalı, Valeh, Rəsul, eləcə də digərləri olmuşdur. Ümumiyyətlə ətrafda çox sayda qonaqlar olmuşdur. O, Samir və Sirus da az miqdarda olsa spirtli içki qəbul etmişlər. Baş vermiş mübahisə restorana gələn qonaqların narahatçılığına səbəb olmuş, belə ki, mübahisə zamanı restoranın həyətində səs küy yaranmış, içəridəki qonaqlar həyətə gəlmişlər, ona görə də qonaqların bir hissəsi narahat olub məclisi tərk etməyə başlamışlar. Əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Əbdtilhəsən oğlu həmkəndlisidir. Elduzla arasında əvvəllər hər hansı problem, ədavət düşmənçilik olmamışdır. Elduzla həm qohumluğu olmuş, həm də Elduz orta məktəb vaxtı sinif yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixində Astara rayonu, Şahağacı kəndində yerləşən "Ceyhun Palace" restoranında həmkəndlisi X1 toy məclisi olmuş, o, qardaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da həmin toy məclisinə dəvət almışlar. Axşam saatlarında toyda iştirak etmək üçün onlar toya getmişlər. Sokrat və Samir də toyda iştirak etmişlər. O, Sokrat, Samir, Rəşad Həsənov, Fikrət İbadov və digər kənd sakinləri ilə bir stolda oturmuş, Elduz isə Şahid1 və digərləri ilə başqa stolda oturmuşlar. Toy davam edən zaman o, Samir və Sokrat araq içmiş, Elduz da araq içmiş, toyda olan zaman saat 20 radələrində həmkəndlisi Şahid1 stola yaxınlaşaraq içkili vəziyyətdə hörmətsizlik etmiş, Sokratın qulağına nəsə demiş, Sokrat da Rəsul içkili olduğuna görə sonuncunu yola vermiş, bir müddət sonra Rəsul çölə çıxmış, o da Rəsulun arxasınca çıxmış, sonuncudan niyə belə etdiyini soruşub iradını bildirmiş, həmin vaxt Elduz da çölə çıxmış, Elduz Rəsulla ona yaxınlaşa-yaxınlaşa onların barələrində təhqiramiz ifadələr işlətmiş, bir qədər sonra o, içəri keçmiş, yaxınlaşıb qardaşı Sokrata Elduzun dediklərini bildirmiş, bunu Samir də eşitmiş, bundan sonra Samir, Sokrat və o, çölə çıxmış, çıxanda Elduzun kənd sakinləri ilə söhbət etdiyini görmüşlər. Samir Elduzdan niyə təhqir etdiyini soruşmuş. Elduz da düz elədiyini demiş, bu zaman Samir əsəbiləşib Elduzun üzərinə gedərək sifət nahiyəsindən yumruqla zərbə vurmuş, Elduz da zərbənin təsirindən yerə yıxılmış, ətrafda olan şəxslər dərhal Samiri kənarlaşdırmağa çalışmışlar. O da Elduza əsəbiləşdiyi üçün qarın nahiyəsinə təpiklə bir zərbə vurmuş, qardaşı Sokrat da təpiklə zərbə vursa da tam olaraq hansı nahiyəsinə vurduğunu görməmişdir. Bundan sonra orada olan şəxslər Samiri Elduzdan uzaqlaşdırmış, həmin vaxt ətrafda kənd sakinlərindən Valeh İmamverdiyev, Ağamalı, Rəsul və digərləri olmuşdur. Mübahisənin yaranmasına səbəb Elduzun onları, yəni onu, Samiri və qardaşı Sokratı təhqir etməsi olmuşdur. Onlar da buna görə əsəbiləşib Elduzu döymüşlər. Samir Elduzun sifətindən yumruqla bir dəfə zərbə vurmuş, həmin vaxt Elduz yerə yıxılmış, Elduzun qarın nahiyəsinə təpiklə bir zərbə vurmuşdur. Qarışıqlıq olduğuna görə qardaşı Sokratın Elduzu vurmasını bilsə də, tam olaraq hansı nahiyəsinə vurduğunu görməmişdir. Hadisə "Ceyhun Palace" restoranının qarşısında baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı orada həmkəndlisi Ağamalı, Valeh, Rəsul eləcə də digərləri olmuşdur. Həmkəndlilərinin toyu olduğundan ətrafda çox sayda həmkəndliləri olmuşdur. O, Samir və Sokrat da az miqdarda olsa spirtli içki qəbul etmişlər. Əməlindən peşamdır. Göstərdiklərinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əbülhəsən oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə xalası oğlu Cavidan Mövsümovun toy məclisi olmuşdur. Məclis Astara rayonu Şahağacı kəndində yerləşən "Ceyhun Palace” restoranında keçirilmişdir. Toya dəvət aldığı üçün həmin gün axşam həmkəndlisi Şahid1la birgə toya getmişdir. Toy məclisi axşam saat 18 radələrində başlamışdır. Toyda bir qədər spirtli içki qəbul etmişdir. Toyda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Siruz Məmmədov da olmuşlar. Yeyib-içəndən sonra çay içmək üçün dəhlizə çıxmış, daha sonra saat 21 radələrində restoranın dəhlizindən çölə çıxmış və restoranın giriş qapısının qarşısında həmkəndliləri ilə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onunla restoranın giriş qapısında rastlaşmış, heç bir söz demədən yaxınlaşıb iki dəfə yumruq zərbəsi ilə ağız və burun nahiyəsindən vurmuş, zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olanda Təqsirləndirilən şəxs2 və Siruz Məmmədov onun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuşlar. Həmin vaxt toyda olan şəxslər onları ayırmışdır. Hadisədən sonra Rəsulun maşınına əyləşib onu evə aparmasını xahiş etmişdir. Mübahisə zamanı o Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Siruz Məmmədovu vurmamış. Samir onu vurduqdan sonra yerə yıxılmış, orada kimisə vurmağa vaxtı, halı olmamışdır. Samir, Sokrat və Sirusun onu vurmasının heç bir səbəbi olmamış, həmin şəxslər toyda spirtli içki qəbul edərək içkili vəziyyətdə olmuşlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmadığını, lakin, onların barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində yerləşən “Ceyhun Palace” restoranında həmkəndlisi Cavidanın toy məclisində iştirak etmişdir. Toyda olan zaman saat təxminən 21 radələrində siqaret çəkmək üçün restoranın qarşısına çıxmış və orada həmkəndliləri ilə söhbət etmişdir. Bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs1 həmkəndliləri ilə birgə söhbət etdiyi yerdə dava-dalaş olduğunu və Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görmüş, Elduz yerə yıxılan kimi dava olan yerə qaçıb sonuncunu yerdən qaldırmış və kənara çəkmişdir. Elduz ona Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Siruz Məmmədovun onu vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səadət oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində yerləşən “Ceyhun Palace” restoranında həmkəndlisi Cavidanın toy məclisinə getmiş, həmin vaxt toyda həmkəndliləri Təqsirləndirilən şəxs1, Sokrat və Təqsirləndirilən şəxs3lar iştirak etmiş, toyda iştirak edən zaman icra nümayəndəsi olmuş Sokratın stoluna gedib yaxınlaşmış, Təqsirləndirilən şəxs2la həmin vaxt söhbət etmək istəyərkən sonuncu ona get sonra söhbət edərik demiş, ondan sonra o gedib yerində oturmuş, bir müddət sonra Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq çölə çıxmasını xahiş etmiş, o da cavab olaraq çıxmaq istəmədiyini, sözü varsa elə oradaca oturub edə biləcəyini demiş, ondan sonra Samir çıxıb getmişdir. Sonra o çölə çıxmış, Siruzla söhbət etmiş, oraya Zərərçəkmiş şəxs1 gələrək Siruzla mübahisə etmiş, mübahisə zamanı Elduz Sirusa və masasında əyləşən şəxslərə təhqiramiz atmacalar atmışdır. O mübahisəyə aidiyyatı olmadığı üçün müdaxilə etməmiş, daha sonra da idarə etdiyi avtomobilə tərəf getmiş, orada dava-dalaş eşitmiş, sonradan da Elduz ona Sokrat, Sirus və Samir tərfındən döyüldüyünü demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsindən daxil olan araşdırma zamanı açılması üçün təqdim olunmuş "DVR" diskdən yaddaş qurğusuna köçürülmüş videogörüntülərə baxış keçirilmiş, baxış zamanı '“Ceyhun Palace'' restoranının giriş hissəsinin qarşısında görüntünün 21:08:40-cı saatında Zərərçəkmiş şəxs1 restoranın qarşısına toyda iştirak edən digər şəxslərin yanına gəldiyi və 21:10:52 saatadək onlarla söhbət etdiyi, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs3 oradan çıxdıqları, saat 21:10:54-də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxınlaşaraq yumruqla sifət nahiyəsinə zərbə vurduğu, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yerə yıxıldığı, Təqsirləndirilən şəxs1 yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 zərbələr endirməkdə davam etməsi, Təqsirləndirilən şəxs2 yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 baş nahiyəsinə təpiklə zərbə vurduğu, Təqsirləndirilən şəxs3 da yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qabırğa nahiyəsindən təpiklə zərbə vurduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X10 Lənkəran rayonlararası “MTE və PA Birliyi” tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 316 saylı, 16 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ X qabırğanın yerini dəyişməyən sınığı, üst dodaq, döş qəfəsi nahiyələrində qançırlar, burun, üst dodaq nahiyələrində sıvrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ X qabırğanın verini dəyişməyən sınığı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 mart 2025-ci il tarixdə CM-in 178.2.1. 178.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamın və həmin tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinın dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində 04 mart 2025-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs3 barəsində 05 mart 2025-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən və ittihamı təsdiq edən cinayət əməlini törətməsinin özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizalarının rəyləri və digər hüquqi sənədlərin iş üzrə sübut kimi qiymətləndirilməsinin nəzərə alınması, baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini əks etdirən diskin maddi sübut qismində tanınmasının nəzərə alınması qərara alınmışıdr. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmadığını bildirmiş, lakin onlar barəsində həbslə bağlı olmayan alternativ cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş materiallarında olan DVD diskdə olan görüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Məhkəmə, ittihamın Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iş üzrə icraata bəraətverici sayılmayan əsaslarla xitam verilməli olması qənaətinə gəlindiyindən təqsirləndirilən şəxsin CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, iş materiallarında olan DVD diskdə olan görüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində, Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut – hadisə görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində, Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-67/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-67/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver