Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-68/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3, 69.3-cü maddələri ilə 02 il 04 ay 2 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, 13 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yaşayan X2 20 manata aldığı şəxsi istehlak miqdarından artıq miqdarda -0,752 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 11 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “AVİON” yazısı olan kibrit qutusunun içindəki 04 ədəd siqaretin göy kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,178 qram, - 0,196 qram, - 0,171 qram və - 0,207 olmaqla ümumi təmiz çəkisi - 0,752 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. Təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 11 fevral 2023-cü il tarixdə, saat 15 radələrində əvvəllər narkotik vasitə olan heroini aldığı, Astara şəhər sakini Zaur Axundovdan 20 manat pula 04 ədəd siqaretin göy kağızı bükümündə narkotik vasitə olan heroini alıb, kibrit qutusunun içərisinə yerləşdirərək həmin kibrit qutusunu əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 11 fevral 2023-cü il tarixdə saat 16 radələrində Astara şəhəri, S.Vurğun küçəsində piyada gedərkən bir neçə nəfər mülki geyimli şəxs onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib, onlarla Astara RPŞ-nə getməyi təklif etmişlər. Onlara etiraz etməmiş, polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. İlkin olaraq təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmişdir. O, əynində olan cins şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində qoyduğu 4 ədəd siqaretin göy kağızı bükümlərini çıxarıb masanın üzərində qoymuş, daha sonra üzərindən qadağan edilmiş hər hansı əşya aşkar edilməmidir. Təqdim etdiyi kibrit qutusunun içərisində olan narkoik vasitə heroin bükümləri təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış, polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmış və onlar 11 fevral 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçəyə getmişlər. Təqsirləndirilən şəxs evinin yaxınlığında onun piyada getməsini görmüş və ona özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək ona onlarla Astara Rayon Polis Şöbəsinin inzibati binasına getməyi etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, onlaral Astara RPŞ-yə gəldikdən sonra təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla şübhəli şəxs qismində tutulmuş, ardınca vəkil digər iştirakçıların iştirakı və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. İlkin olaraq təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunun içində olan siqaretin göy kağızına bükülmüş 4 ədəd bükümlərdə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içinə baxdıqda 4 ədəd bükümdə gümüşü falqaya bükülmüş spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin 4 ədəd bükümdəki kütlələr ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırılmış, polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 11 fevral 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 fevral 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, 11 fevral 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisinə qoyulmuş 04 (dörd) ədəd siqaretin göy kağızına bükülmüş heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1.02 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 12 fevral 2023-cü il tarixli, 19/194 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində ““Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,178 qr; -0,196 qr; -0,171 qr; -0,207 qram: ümumi təmiz çəkisi: -0,752 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 0,752 qramdır, cəmi tədqiqata hər obyekt üzrə 0,05 qram olmaqla toplam 0,2 qram sərf edilmiş və 0,552 qram heroin qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 12 fevral 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 18 fevral 2023-cü il tarixli, 199 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,752 qram olmuş, tədqiqatdan sonra 0,552 qram qalan narkotik vasitə heroin, şəxsi axtarış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə çəkisi 0,552 qram olan heroin məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞnin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi tələbnamə-arayışdan və Astara Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi Amnistiya qərarına əsasən 01 il müddətə azaldılmış və Astara Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəza ilə əvəz edilmiş, cəzasını çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən qəsdən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs resedivə görə cəza təyin edilə bilməz. Cinayət işinin materiallarında olan 11 fevral 2023-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 17:10-da çühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 13 fevral 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2023-cü il tarixdə saat 13:00-da “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və Astara RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməkdən yayınmasına görə onun barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəişdirilərək, “həbs” qətimkan tədbiri seçilmiş və onun barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Astara RPŞ-nin rəisinin 19 iyun 2023-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saxlanılaraq, Astara RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olьayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 13 fevral 2023-cü iltarixdə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkisi tədqiqatdan sonra 0,552 qram qalan narkotik vasitə heroin məhv edilməsini, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 18 iyun 2023-cü il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 18 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan cəmi təmiz çəkisi 0,552 qram qalan narkotik vasitə heroin məhv edilsin. Videoçəkilişlərin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-68/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-68/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver