Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-69/2023 07.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri X12 və X2 iştirakları ilə, xx xxxx 1992-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, orta təhsill, məhkum olunmammış, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə; xx xxxxxxxx 1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkumluğu olmayan, Astara şəhərində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla İran islam Respublikasına getmək məqsədi ilə 13 aprel 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəi Astara rayonunun Vlık kəndində yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişlər, bundan sonra o, 15 aprel 2022-ci il tarixdə saat 04 radələrində təkrar tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni X22.ə: Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Vlık kəndincə yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz yolla İran islam Respublikasına getmək məqsədi ilə 13 aprel 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Vlık kəndində yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişlər, bundan sonra o, 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində təkrarən tək olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Züngüləş kəndində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir. Astara və Lənkəran rayonların ərazisində fəhləlik etməklə dolanışığını təmin edir, ailə yeganə qazanc gətirən şəxsdir, maddi cəhətdən daim sıxıntı içində yaşayır. 13 aprel 2022-ci il tarixdə axşam saatlarnda həyat yoldaşının əmisi oğlu Təqsirləndirilən şəxs2 onların evinə gəlib dövlət sərhədini pozaraq İrana keçmək üçün saat 20-21 radələrində Təqsirləndirilən şəxs2la dağ yolu ilə sərhədə doğru hərəkət etmiş, evdən çıxarkən bu barədə heç kimə məlumat verməmişdir. İran İslam Respublikası ilə Azərbaycan Respublikası sərhəddində yerləşən maneə çəpərinə yaxınlaşmış, təxminən saat 23 radələrində çəpəri keçmiş, çəpəri keçdikdən sonra İran ərazisində dərə ilə təxminən 2 saat hərəkət etmiş, İran İslam Respublikasının Küləş kəndinə çatmış, ilk evlərdən olan İran İslam Respublikası vətəndaşı Miri adlı şəxsin qapısına gəlmiş, onun pəncərəsinə işıq saldıqdan sonra Miri çıxıb onları qarşılamış, Miriyə pay vermək üçün Azərbaycan Respublikasından İslam Respublikasına gedərkən Miriyə hədiyyə apardığı 5 (beş) ədəd 0,5 litrlik araqdan Vüsal ilə Miri içmiş, təxminən saat 03 radələrində yatmağa getmiş, Vüsal isə o, evdə qalmayaraq gələrkən telefonla danışdığı Arif adlı şəxslə əlaqə saxlamış, həmin Arif adlı şəxs gəlib onu öz evinə aparmışdır. Səhər 08 radələrində oyanmış, gecə saat 02dək həmin evdə qalmış və heç bir halda evdən kənara çıxmamış, Vüsal təxminən saat 02-03 radələrində Mirinin evinə gəlmiş, narkotik vasitə tapa bilmədiyini söyləmiş, əlavə bir gündə qalmalı olacaqlarını bildirmiş, lakin onunla razılaşmayaraq ona geriyə Azərbaycan Respublikasına qayıdacağını demiş, bundan sonra havanın qaranlıq vaxtında Mirinin evindən çıxaraq sərhədə doğru hərəkət etmiş, 15 aprel 2022-ci il tarixdə saat təxminən 04 radələrində sərhədi yenidən İran İslam Respublikasına keçdiyi yerdən pozaraq qanunsuz yolla Azərbaycan Respublikasına gəlmiş, sərhədi keçdikdən sonra qardaşı zəng vuraraq, ailə üzvlərinin onu axtardığını demiş, telefonda ona heç bır şey deməyərək, evə gələcəyini demiş, evə çatdıqdan atası harada olduğunu soruşmuş, ona dağa mal- qaranın yanına getdiyini demiş, atası ona inanmayaraq onun dağda olmadığını, onu polisə təhvil verəcəyini demişdir. Bundan sonra atası ilə birlikdə icra nümayəndəliyinə getmişlər. Atası kənd icra nümayəndəliyində onun İranda olub qayıtdığını demiş, kənd icra nümayəndəsi bu haqda məlum vermiş, Dövlət Sərhəd Xidmətinin əməkdaşları gəlmiş, onu izahat vermək üçün Astara rayonu ərazisində olan sərhəd hərbi hissəsinə gətirmişlər. İzahatı alıdıqdan sonra İran İslam Respublikasına keçdiyi və geri qayıtdığı əraziyə aparılaraq haradan keçdiyini göstərmişdir. O, cinayət törətdiyini dərk edir, törətdiyi əməllərdən peşmandır. Himayəsində azyaşlı övladlarının olmasın nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 13 aprel 2022-ci il tarixdə axşam saatlarında Astara rayonu Hamoşam kəndində yaşayan əmisi qızının həyat yoldaşı Təqsirləndirilən şəxs1 evinə getmiş, bir həftə öncə də, həmin evə gedərək birlikdə sərhədi pozaraq İrana gedib narkotik gətirmək barədə danışmışlar. Saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə dağ yolu ilə sərhədə doğru hərəkət etmişlər, bu barədə heç kimə məlumat verməmişlər. Dövlət sərhədində yerləşən maneə çəpərinə yaxınlaşmış, saat 23 radələrində çəpəri keçmiş, İran ərazisində dərə ilə təxminən iki saat getmiş, İran İslam Respublikasının Küləş kəndinə çatmışlar.Həmin kənddə ilk evlərdən olan İran vətəndaşı Miri adlı şəxsin qapısına gəlmiş, Afiq onun pəncərəsinə işıq salmış, Miri qapıya çıxaraq onları qarşılamış, gələcəkləri ilə bağlı 1 həftə əvvəl Miriyə telefonla məlumat vermiş, o isə digər İranlı, Arif adlı şəxslə qabaqcadan telefonla danışmış, gələcəyi barədə məlumat vermişdir. Hər ikisi Mirinin evinə getmiş, təxminən saat 03 radələrində Afiq yatmağa getmiş, o isə narkotik vasitə əldə etmək üçün əvvəlcədən razılşadıqları kimi oraya gəlmiş Arif adlı şəxslə İranın Parsabad şəhərinə getmişdir. 15 aprel təxminən 01-02 radələrində Mirinin evinə gəlmiş, Afiqə narkotik vasitə tapa bilmədiyini, əlavə olaraq bir gün daha qalmalı olacaqlarını demiş, Afiq onunla razılaşmayaraq geriyə Azərbaycan Respublikasına qayıdacağını bildirmiş, o isə Arifin evinə geri qayıtmış, həmin gündən 20 aprel 2022-ci il tarixədək Parsabadda qalmış, orada olarkən narkotik vasitəni Azərbaycan Respublikasına keçirərsə tutulacağı qərarına gəlmiş, bu səbəbdən fikrini dəyişmiş, Arifdən onu yola salmasını xahiş etmiş, Arif isə bura qədər gəlmisən, əli boş qayıtma demiş, onu Azərbaycan Respublikasına narkotik vasitə aparmağa məcbur etmişdir. İmtina edərsə onu öldürəcəyi ilə hədələmişdir. Bundan sonra atası X5 ilə telefon əlaqəsi saxlamış, baş verənlərlə əlaqədar dövlət orqanlarına müraciət etməsini, köməklik göstərilməsini, həmçinin özü ilə birlikdə gətirəcəyi narkotik vasitəni könüllü surətdə sərhədçilərə təhvil verəcəyini bildirmişdir. Həmin gün İranda olarkən İran vətəndaşları Bədnam və Salman adlı şəxslər onu narkotik vasitə ilə birlikdə gecə saat 02 radələrində onu İran İslam Respublikası tərəfdə Bibiyan kəndi istiqamətindən sərhəddə çəpərin məftillərini kəsmiş Azərbaycan Respublikası istiqamətdə yola salmışlar, Astara çayını keçmiş, zastava ərazisinə çatdıqda sərhədçiləri səsləmiş, gətirdiyi narkotik vasitəni sərhədçilərə təhvil verərək könüllü təslim olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, 20 aprel 2022-ci il tarixdə Əməliyyat axtarış şöbəsinin rəisi əvəzi mayor Seymur Xəlilov başçılığı ilə 14-cü sərhəd zastavasının 6-cı sahəsində, əməliyyat məlumatına əsasən saat 23:30-dan 02:30- dək “Pusqu” xidmətinə təyin olunmuş, saat 02 radələrində qeyd olunan sahədə İran İslam Respublikasından Astara çayını keçərək 1 nəfərin gəlməsi müşahidə olunmuş, həmin şəxs dövlət sərhəd xəttini Azərbaycan Respublikası istiqamətdə keçdikdən sonra uca səslə sərhədçiləri səsləmiş, könüllü olaraq narkotik vasitəni təhvil vermək və təslim olmaq istədiyini bildirmişdir. Ona dayan komandası verilmiş, olduğu yerdə saxlanılmış, sərhəd pozucusu özü ilə gətirdiyi narkotik vasitəni təhvil verərək könüllü təslim olmuşdur. İlkin dindirilmə zamanı saxlanılan şəxsin Astara rayon Züngüləş kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 təhvil verdiyi 01 ədəd parça torbada narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, ərazinin yoxlanılması üçün ərazidə axtarış aparılmış, yoxlama zamanı hər hansı şübhəli iz və əlamət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 gətiridyi torba baxış keçirilərkən yararsız hala düşüdüyündən, onu yenidən həmin torbaya yerləşdirmək mümkün olmamış, bu səbəbdən də narkotik vasitə olan qurudulmuş marixuana 02 ədəd qutuda qablaşdırılmışdır. 21 aprel 2022-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidmətini təşkil edilmiş, saat 22 radələrində “pusqu xidmətini” təşkil edilən ərazidə, yəni Astara rayonunda, Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında “Opel Astra” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobildə 3 nəfərin olduğunu müşahidə edilmiş, avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara “Dayan” çağırışı verilmiş, onlar çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmiş, lakin onlardan biri yıxılaraq digəri isə təxminən 25-30 metr sonra saxlanılmışdır. Daha sonra mayor Bəhruz Gözəlov və leytenant Elçin İsmayıllı avtomobilin sürücüsünü saxlamaq üçün avtomobilə doğru hərkət etmiş, lakin avtomobil sürücüsü onları görüb avtomobil ilə ərazidən uzaqlaşmış, bir qədər sonra sürücü Astara rayonunun Kələdəhnə kəndi ərazisində saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, 20 aprel 2022-ci il tarixdə Əməliyyat axtarış şöbəsinin rəisi əvəzi mayor Seymur Xəlilovun başçılığı ilə 14-cü sərhəd zastavasının 6-cı sahəsində, əməliyyat məlumatına əsasən saat 23:30-dan 02:30- dək “Pusqu” xidmətinə təyin olunmuş, saat 02 radələrində qeyd olunan sahədə İran İslam Respublikasından Astara çayını keçərək bir nəfərin gəlməsi müşahidə olunmuş, həmin şəxs dövlət sərhəd xəttini Azərbaycan Respublikası istiqamətdə keçdikdən sonra uca səslə sərhədçiləri səsləmiş, könüllü olaraq narkotik vasitəni təhvil vermək və təslim olmaq istədiyini bildirmişdir. Ona dayan komandası verilmiş, olduğu yerdə saxlanılmış, Sərhəd pozucusu özü ilə gətirdiyi narkotik vasitəni təhvil verərək könüllü təslim olmuşdur. İlkin dindirilmə zamanı saxlanılan şəxsin Astara rayon Züngüləş kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 təhvil verdiyi 01 ədəd parça torbada narkotikə bənzər vasitə aşkar olunaraq götürülmüş, ərazinin yoxlanılması üçün ərazidə axtarış aparılmış, yoxlama zamanı hər hansı şübhəli iz və əlamət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 gətiridyi torba baxış keçirilərkən yararsız hala düşüdüyündən, onu yenidən həmin torbaya yerləşdirmək mümkün olmamış, bu səbəbdən də narkotik vasitə olan qurudulmuş marixuana 02 ədəd qutuda qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilən X3 bildirdi ki, onun oğlu-Təqsirləndirilən şəxs1 qohumları Təqsirləndirilən şəxs2 ilə birlikdə 13 aprel 2022-ci il tarixdə qanunsuz yolla İran İslam Respublikasına getmişlər. 15 aprel 2022-ci il tarixdə oğlu Afiq Azərbaycan Respublikasının dövlət sərhəddini pozub evə qayıtdıqdan sonra onunla söhbət edib İran İslam Respublikasında olduğunu öyrənmiş, bundan sonra oğlu Afiqi kənd icra nümayəndəliyinə aparıb icra nümayəndəsinin vasitəsi ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilən Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissənin əməkdaşı X11 ifadəsində göstərdi, 13 aprel 2023-cü il tarixdə qulluq etdiyi hərbi hissəyə Astara rayonun sakinlərindən iki nəfərin İran İslam Respublikasına qanunsuz olaraq sərhədi keçmələri, onlardan birinin özü qayıdıb evinə gəlməsi barədə məlumat daxil olmuşdur. Həmin tarixdə o, gedib kənd icra nümayəndəliyində olan Təqsirləndirilən şəxs1 təhvil alıb N saylı hərbi hissəyə aparıb orada izahatını almışdır. Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü ildə qohumu Təqsirləndirilən şəxs2la birlikdə gecə vaxtı dövlət sərhəddini pozub qanunsuz olaraq İran İslam Respublikasına keçdikləri, 15 aprel 2023-cü il tarixdə isə özü tək dövlət sərhəddini pozub keçdikləri yerdən geri qayıtdığını bildirmişdir. Bundan sonra o, inzibati qaydada tutulmuş və sərhədçilərin müşayəti ilə dövlət sərhəddinə aparılmış, orada o, Təqsirləndirilən şəxs2la birgə dövlət sərhəddini pozub qanunsuz olaraq İran İslam Respublikasına keçdikləri və 15 aprel 2023-cü il tarixdə gecə vaxtı tək olaraq dövlət sərhəddini qanunsuz olaraq keçərək qayıtdığı sahəni təqdim etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materialında olan tutma protokolundan görümür ki, Təqsirləndirilən şəxs1 17 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan qətimkan tədbirinin seçilməsi barədə 18 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan döğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki nəfər azyaşlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 05 yanvar 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materialında olan qətimkan tədbirinin seçilməsi barədə 23 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan Astara Rayon Məhkəməsinimn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin cinayət işi üzrə hazırda istintaq davam etdirilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində iki nəfər azyaşlı övladının olmasını, onun könüllü gəlib təqsirini boynuna alması, cinayəti törədəndən sonra dövlət sərhəd xidməti əməkdaşlarına könüllü təslim olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, hadisəni törədəndən sonra dövlət sərhəd xidmətinin əməkdaşlarına təslim olmasını, himayəsində 2 nəfər azyaşlı uşağın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 barəsində həmin Məcəllənin 62.1-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 nisbətdə hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tədbiq edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tədbiq edilməklə 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dən növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara və Lənkəran rayonlarının ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həmin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə xx.xx.2023-cü il tarixdən hazıradək başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-69/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-69/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver