Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-7/2023 28.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Astara rayonu Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan Astara Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 yanvar 2018-ci il tarixdən başlayaraq 13 yanvar 2002-ci il təvəllüdlü Gülsevər Əliyevanın, 01 mart 2004-cü il təvəllüdlü Rubaygül Əliyevanın, 05 aprel 2006-cı il təvəllüdlü Gülyanaq Əliyevanın və 20 iyul 2008-ci il təvəllüdlü Aşur Əliyevin saxlanılması üçün hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 22 may 2020-ci il tarixdə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 18 iyun 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 16 aprel 2021-ci il tarixədək Zərərçəkmiş şəxs 10560 (on min beş yüz altmış) manat məbləğində alimentborcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2000-ci ildə evlənmişdir. 11 fevral 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikadan dörd uşaqları doğulmuşdur. Evləndikdən sonra Zərərçəkmiş şəxs ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 07 may 2018ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 08 yanvar 2018-ci il tarixdən başlayaraq 13 yanvar 2002-ci il təvəllüdlü Gülsevər Əliyevanın, 01 mart 2004-cü il təvəllüdlü Rubaygül Əliyevanın, 05 aprel 2006-cı il təvəllüdlü Gülyanaq Əliyevanın və 20 iyul 2008-ci il təvəllüdlü Aşur Əliyevin saxlanılması üçün hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Astara Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. AstaraRayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Astara Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Astara Rayon Məhkəməsinin qərarı ilə 500 (beş yüz) manat inzibati qaydada cərimə olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. İcra müddətində Zərərçəkmiş şəxs aliment borcundan cəmi 200 (iki yüz) manat ödəniş etmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 350 (üç yüz əlli) manat olur. Adına daşınar və daşınmaz əmlak yoxdur. Qalıq aliment borclarını ödəyə bilmədiyindən qətnamələri icra etməmişdir. Cinayət törətdiyini dərk edir, törətdiyi əməlindən çox peşman olmuşdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında ifadə verən Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2000-ci ildə evlənmişdir. 11 fevral 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikadan dörd uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Fuad uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 08 yanvar 2018-ci il tarixdən başlayaraq 13 yanvar 2002-ci il təvəllüdlü Gülsevər Əliyevanın, 01 mart 2004-cü il təvəllüdlü Rubaygül Əliyevanın, 05 aprel 2006-cı il təvəllüdlü Gülyanaq Əliyevanın və 20 iyul 2008-ci il təvəllüdlü Aşur Əliyevin saxlanılması üçün hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaqona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən üç ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment borcundan cəmi 200 (iki yüz) manat ödəmişdir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmışdır.Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə verən Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ifadəsində göstərdi ki, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 22 may 2020-ci il tarixdə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxscra müddətində aliment borcundan cəmi 200 (iki yüz) manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs 10560 (on min beş yüz altmış) manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsindəAzərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Şahid Astara Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 da məhkəmə baxışı zamanı şahid X7 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 saylı qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 13 yanvar 2002-ci il təvəllüdlü X3, 01 mart 2004-cü il təvəllüdlü X4, 05 aprel 2006-cı il təvəllüdlü X5, və 20 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və bildirişindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)- 155/2018 saylı icra sənədini 10 gün ərzində könüllü olaraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanladığı 22 may 2020-ci il tarixli, 18 iyun 2020-ci il tarixli xəbərdarlıq məktublarından və bildirişlərindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti izah edilmiş, Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 saylı icra sənədini 10 gün ərzində könüllü olraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 3(018)-238/2020 saylı qərarının surətindən məlum olur ki, Əliyev X8 Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 saylı icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada 500 (beş yüz) manat inzibati tənbeh edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 8(018)-60/2020 saylı qəradadının surətindən məlum olur ki, borclu Əliyev X8 Rayon İcra Şöbəsinə gəlməkdən imtina etdiyinə görə onun məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 8(018)-394/2019 saylı qəradadının surətindən məlum olur ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Astara Rayon Məhkəməsinin 07 may 2018ci il tarixli, 2(018)-155/2018 saylı icra sənədi icra edilənədək məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan borclu Təqsirləndirilən şəxs tərəfindən verilmiş 31 oktyabr 2019-cu il tarixli, 09 dekabr 2019-cu il tarixli və 18 iyun 2020-ci il tarixli izahatlardan məlum olur ki, ona Astara Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(018)-155/2018 saylı icra sənədinin icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti və Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Astara rayon İHB-nın Astara rayon Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Astara rayon İHB-nın Astara rayon Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından məlum olur ki, Əliyev X8 rayonu, Şümrüd kəndində kəndində qeydiyyatda olmaqla orada yaşayır, 4 nəfər uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat statistik informasiya idarəsinin 23 sentyabr 2021-ci il tarixli sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan Astara Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 1(018)- 166/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasına gəlməkdən imtina etdiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Astara Rayon Polis şöbəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saxlanılaraq müvvəqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsində göstərilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (köhnə redaksiyada) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 3.1-ci maddəsində qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün onun əməlində cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, əməlindən peşman olmasını, himayəsində dörd nəfər azyaşlı uşaq olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, onun qeyd edilən icra sənədini uzun müddət qərəzli icra etməməsini, zərərçəkmiş şəxslə barışmamasını, eləcə də barışmağa cəhd göstərməməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etməyi, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddət ərzində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən şikayət və protest verilmədikdə, həmin müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəsini alır. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-7/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-7/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver