Məhkəmə qərarları › İş №1(018)-7/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-7/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-7/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X35 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi2 və X17 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Masallı rayonu, Sığınacaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Zərərçəkmiş şəxs “Azərterminalkompleks” birliyinin Analitik şöbəsinin inspektoru, hazırda isə Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsində işləyən, Masallı rayonu, Sığınacaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs “Azərterminalkompleks” birliyinin direktorunun 10 sentyabr 2019-cu il tarixli 2300/515Ş nömrəli əmri ilə həmin birliyin Analitik şöbəsinin inspektoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin sədrinin 12 sentyabr 2019-cu il tarixli 1000/1116Ş nömrəli əmri ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna təhkim edilib “Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin “X5” Əsasnaməsinə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz qazanmaq, özünə müraciət edən şəxsin isə daha az rüsum ödəməsinə nail olmaq üçün kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil telefon cihazlarına dair ümumi əsaslarla gömrük bəyannamələri verilib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda həmin tələblərə zidd olaraq ölkəyə istintaqa məlum olmayan tarixlərdə və şəraitdə keçirilmiş mobil telefon cihazlarının fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərində göstərilən güzəştli şərtlərlə keçirilə bilən mallar kimi sadələşdirilmiş qaydada Gömrük Komitəsinin “X2 Sistemi”ndə (VAİS) bəyan etməklə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alınması imkanını təmin edərək ölkə ərazisində istifadəsini mümkün etmək üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, yəni cinayətdən xəbərsiz istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxslərdən alınmış mobil telefon cihazlarının marka, model və İMEİ kodlarının 01 iyun 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək olan müddətdə ona göndərilməsinə əsasən qeyd edilən ərəfədə ünvan 1 ünvanında yerləşən Astara Gömrük İdarəsinin dövlət sərhəddindən buraxılış məntəqəsində növbəli iş rejimində xidmətdə olarkən Gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasında istifadə olunan “X2 Sistemi” (VAİS) adlanan informasiya resursunda özünün xidməti kompüterində olan hesabından istifadə etməklə eyni ərəfələrdə sərhədi keçən cinayətdən xəbərsiz ayrı-ayrı yük avtomobili sürücüləri tərəfindən bəyan edilmədiyi və faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyi halda o cümlədən, Rusiya Federasiyasının vətəndaşı Kamıl Magomedovun adına dəyəri 520 ABŞ dolları göstərilmiş “İphone 11 (128 gb)” markalı, **********17516/ **********47516 İMEİ kodlu mobil telefon cihazına dair 01 iyun 2023-cü il tarixli **********982 nömrəli bəyannaməni daxil edib 291,72 manat, eyni niyyətlə, İran İslam Respublikasının vətəndaşı Farıd Asadollahının adına dəyəri 200 ABŞ dolları göstərilmiş “Samsung A7” markalı, **********53407 / **********53405 İMEİ kodlu mobil telefon cihazına dair 03 iyun 2023-cü il tarixli **********740 nömrəli bəyannaməni daxil edib 112,2 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İmalitdin Kaitbekovun adına dəyəri 785 ABŞ dolları göstərilmiş “Samsung Galaxy S23, (256 GB)” markalı, **********32633 / **********32633 İMEİ kodlu mobil telefon cihazına dair 04 iyun 2023-cü il tarixli **********997 nömrəli bəyannaməni daxil edib 440,39 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Umargadzhı İarakhmedovun adına dəyəri 210 ABŞ dolları göstərilmiş “Xiaomi redmi note 10s” markalı, **********53288 / **********53296 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli **********360 nömrəli bəyannaməni daxil edib 117,81 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Zhaudin Musagadzhievin adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, 35767*****81392 / **********54735 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli **********904 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Nabiiulla Gadzhievin adına dəyəri 782 ABŞ dolları göstərilmiş “Samsung Galaxy S23” markalı, **********30193 / **********30193 İMEİ kodlu mobil telefon cihazına dair 07 iyun 2023-cü il tarixli **********074 nömrəli bəyannaməni daxil edib 438,70 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Omar Adusovun adına dəyəri 680 ABŞ dolları göstərilmiş “İphone 13, (128 gb)” markalı, **********53871 / **********58305 İMEİ kodlu mobil telefon cihazına dair 07 iyun 2023-cü il tarixli **********087 nömrəli bəyannaməni daxil edib 381,48 manat, eyni niyyətlə, İran İslam Respublikasının vətəndaşı X18 adına dəyəri 370 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A52” markalı, **********64987 / **********64981 İMEİ kodlu mobil telefon cihazına dair 07 iyun 2023-cü il tarixli **********154 nömrəli bəyannaməni daxil edib 207,57 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İslamutdin Karagishievin adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İPhone 14, (128 gb)” markalı, **********64979 / **********90119 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli **********149 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X13 Karagishievin adına dəyəri 765 ABŞ dolları göstərilmiş “İPhone 14, (128 gb)” markalı, **********10401 / **********18760 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli **********223 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Khalid Dzhaparovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə məxsus 4098- 58**-****-4766 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********43194 / **********82135 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli **********382 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, İran İslam Respublikasının vətəndaşı Alı Golınıanın adına dəyəri 200 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A03” markalı, **********43352 / **********43359 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli **********469 nömrəli bəyannaməni daxil edib 112,2 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Abdulla Adavovun adına dəyəri 1.200 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid4 adına olan "xxxx" ASC-yə məxsus 4098-58**- ****-9942 nömrəli ödəniş kartı vasitəsilə 267,76 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********64050 / **********43089 İMEİ kodlu mobil telefon cihazına dair 12 iyun 2023-cü il tarixli **********124 nömrəli bəyannaməni daxil edib 405,44 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Abas Magomedovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********61828 / **********03301 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********188 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Omar Mamaevin adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********60551 / **********29311 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********190 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İshıkhsaıd Zaınutdınovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə məxsus 4098-58**-****-4766 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********57752 / **********65850 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********192 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İzamutdın Abdullaevin adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə məxsus 4098- 58**-****-4766 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********98863 / **********29400 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********194 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Sırazhutdınov Sırazhutdınovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə məxsus 4098-58**-****-4766 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********82539 / **********22947 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********299 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gazımagomed İbragımovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********07805 / **********85137 İMEİ kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli **********302 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Ruslan Abdulmanapovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********68095 / **********55785 İMEİ kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli **********699 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Rasul Rabadanovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********91416 / **********77734 İMEİ kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli **********024 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Arslan Kazılovun adına dəyəri 500 ABŞ dolları göstərilmiş “İphone 11 (128 gb)” markalı, **********73836 / **********12212 İMEİ kodlu mobil telefon cihazına dair 16 iyun 2023-cü il tarixli **********499 nömrəli bəyannaməni daxil edib 280,5 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Nazhmutdin Temirkhanovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********59461 / **********04341 İMEİ kodlu mobil telefon cihazına dair 16 iyun 2023-cü il tarixli **********535 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Daniial Budaichievin adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid10 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73****-**-5630 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********56262 / **********69871 İMEİ kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli **********380 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Akhmed Kambulatovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********83676 / **********68187 İMEİ kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli **********444 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedzapır Khalıkovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə məxsus 4098-58**-****-4766 nömrəli ödəniş kartı vasitəsilə 207,07 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********03185 / **********17006 İMEİ kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli **********501 nömrəli bəyannaməni daxil edib 410,3 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Shamil Magomedovun adına dəyəri 765 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********86277 / **********83401 İMEİ kodlu mobil telefon cihazına dair 19 iyun 2023-cü il tarixli **********608 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Abdulla Khanmagomedovun adına dəyəri 675 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********81057 / **********30874 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********156 nömrəli bəyannaməni daxil edib 378,68 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X10 adına dəyəri 350 ABŞ dolları göstərilmiş “Redmi Note 9 pro (128 gb)” markalı, **********23906 / **********18909 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********247 nömrəli bəyannaməni daxil edib 196,35 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedkhabib İdzievin adına dəyəri 1.020 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X1 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73**-****-9480 nömrəli ödəniş kartı vasitəsilə 158,52 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********58854 / **********71349 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********265 nömrəli bəyannaməni daxil edib 413,7 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı Vahid Lotfinin adına dəyəri 200 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A7” markalı, **********50633 / **********50631 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********286 nömrəli bəyannaməni daxil edib 112,2 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı Jamshıd Pahlavanın adına dəyəri 300 ABŞ dolları göstərilmiş “Xiaomi Poco X4 pro 5G” markalı, **********46462 / **********46470 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********706 nömrəli bəyannaməni daxil edib 168,3 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Shamil Magomedovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X1 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**- ****-8669 nömrəli ödəniş kartı vasitəsilə 207,7 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********90011 / **********99455 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********743 nömrəli bəyannaməni daxil edib 409,4 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gasan Rashidovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********31994 / **********04600 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli **********863 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedgadzhi Gasanovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********39154 / **********67063 İMEİ kodlu mobil telefon cihazına dair 22 iyun 2023-cü il tarixli **********936 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedalı Abusaidovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid9 adına olan "xxxx" ASC-yə məxsus 4189-80**-****-7860 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********45052 / **********70361 İMEİ kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli **********092 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedamın İusupovun adına dəyəri 765 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********31188 / **********44376 İMEİ kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli **********186 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Akhmed Maksudovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid9 adına olan "xxxx" ASC-yə məxsus 5103- 07**-****-0238 nömrəli ödəniş kartı vasitəsilə 207,7 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********34746 / **********60283 İMEİ kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli **********191 nömrəli bəyannaməni daxil edib 409,4 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı Esmaeıl Feızollahıanın adına dəyəri 150 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A20s” markalı, **********05131 / **********05136 İMEİ kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli **********388 nömrəli bəyannaməni daxil edib 84,15 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X3 adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********42182 / **********06468 İMEİ kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli **********442 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomed Amirbekovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********07326 / **********31321 İMEİ kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli **********263 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Elman Babaevin adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********05303 / **********23104 İMEİ kodlu mobil telefon cihazına dair 28 iyun 2023-cü il tarixli **********297 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gadzhimurad Magomedovun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********00755 / **********96980 İMEİ kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli **********832 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Zagrutdin Dagirovun adına dəyəri 765 ABŞ dolları göstərilmiş “İphone 13 (256 gb)” markalı, **********48343 / **********45151 İMEİ kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli **********940 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedpasha Daitbekovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********32157 / **********18122 İMEİ kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli **********309 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Artur Akaichikovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********89883 / **********78759 İMEİ kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli **********672 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İusup Kurbanakaevin adına dəyəri 675 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********90776 / **********38207 İMEİ kodlu mobil telefon cihazına dair 04 iyul 2023-cü il tarixli **********765 nömrəli bəyannaməni daxil edib 378,68 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı X19 adına dəyəri 150 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A10s” markalı, **********89121 / **********89129 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********825 nömrəli bəyannaməni daxil edib 84,15 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X11 adına dəyəri 700 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********46788 / **********72234 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********170 nömrəli bəyannaməni daxil edib 392,7 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Abakar Ataevin adına dəyəri 680 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********90934 / **********93621 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********336 nömrəli bəyannaməni daxil edib 381,48 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Kurban Sultanovun adına dəyəri 680 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********49163 / **********51946 İMEİ kodlu mobil telefon cihazına dair 07 iyul 2023-cü il tarixli **********531 nömrəli bəyannaməni daxil edib 381,48 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı X20 adına dəyəri 410 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A73 5G” markalı, **********58593 / **********58597 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli **********307 nömrəli bəyannaməni daxil edib 230,01 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X14 adına dəyəri 300 ABŞ dolları göstərilmiş “Xiaomi redmi 9A” markalı, **********27961 / **********27979 İMEİ kodlu mobil telefon cihazına dair 02 avqust 2023-cü il tarixli **********886 nömrəli bəyannaməni daxil edib 168,3 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X15 adına dəyəri 300 ABŞ dolları göstərilmiş “Xiaomi Redmi 10C” markalı, **********45726 / **********45734 İMEİ kodlu mobil telefon cihazına dair 03 avqust 2023-cü il tarixli **********196 nömrəli bəyannaməni daxil edib 168,3 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X12 adına dəyəri 400 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A72” markalı, **********81501 / **********81501 İMEİ kodlu mobil telefon cihazına dair 05 avqust 2023-cü il tarixli **********809 nömrəli bəyannaməni daxil edib 224,4 manat, eyni niyyətlə, İran İslam Respublikası vətəndaşı X24 adına dəyəri 260 ABŞ dolları göstərilmiş “Samsung Galaxy A14” markalı, **********03625 / **********03624 İMEİ kodlu mobil telefon cihazına dair 08 avqust 2023-cü il tarixli **********625 nömrəli bəyannaməni daxil edib 145,86 manat, eyni niyyətlə, Azərbaycan Respublikası vətəndaşı X4 adına dəyəri 770 ABŞ dolları göstərilmiş “İphone 14 (128 gb)” markalı, **********17300 / **********65386 İMEİ kodlu mobil telefon cihazına dair 14 avqust 2023-cü il tarixli **********589 nömrəli bəyannaməni daxil edib 431,97 manat, ümumilikdə göstərilən qaydada 57 (əlli yeddi) ədəd mobil telefon cihazları haqqında bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “X2 Sistemi”nə (VAİS) elektron formada daxil edib təsdiq etməklə bəyan edilməsinə və 1.927,03 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödənilərək 19.568,81 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməkdən yayınmasına nail olaraq vahid niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərinin tam həcmdə vaxtında ödənilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması, gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, eyni vəzifədə işləyərkən təkrarən özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz qazanmaq, özünə müraciət edən şəxsin isə daha az rüsum ödəməsinə nail olmaq üçün kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil telefon cihazlarına dair ümumi əsaslarla gömrük bəyannamələri verilib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda həmin tələblərə zidd olaraq ölkəyə istintaqa məlum olmayan tarixlərdə və şəraitdə keçirilmiş mobil telefon cihazlarının fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərində göstərilən güzəştli şərtlərlə keçirilə bilən mallar kimi sadələşdirilmiş qaydada Gömrük Komitəsinin “X2 Sistemi”ndə (VAİS) bəyan etməklə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alınması imkanını təmin edərək ölkə ərazisində istifadəsini mümkün edilməsinə dair köməklik göstərilməsi ilə bağlı X29 İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyən Şahid1 27 iyun 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək olan müddətdə özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, təhriki ilə təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, yəni sonuncu tərəfindən mobil telefon cihazlarının marka, model və İMEİ kodlarının eyni ərəfələrdə ona göndərilməsinə əsasən 27 iyun 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən Astara Gömrük İdarəsinin dövlət sərhəddindən buraxılış məntəqəsində növbəli iş rejimində xidmətdə olarkən Gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasında istifadə olunan “X2 Sistemi” (VAİS) adlanan informasiya resursunda özünün xidməti kompüterində olan hesabından istifadə etməklə eyni ərəfələrdə sərhədi keçən cinayətdən xəbərsiz ayrı-ayrı yük avtomobili sürücüləri tərəfindən bəyan edilmədiyi və faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyi halda o cümlədən, Rusiya Federasiyasının vətəndaşı Amirchupan Gadimovun adına dəyəri 870 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid3 adına olan "xxxx" ASC-yə məxsus 5243-75**-****-1891 nömrəli ödəniş kartı vasitəsilə 67,48 manat dəyərində gömrük rüsumu ödənilmiş “Samsung Z flip 8 (256 gb)” markalı, **********83033 / **********83031 İMEİ kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli **********063 nömrəli bəyannaməni daxil edib 420,59 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı İsa Vagabovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid8 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**- ****-8907 nömrəli ödəniş kartı vasitəsilə 207,7 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********37316 / **********68281 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyun 2023-cü il tarixli **********804 nömrəli bəyannaməni daxil edib 409,4 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Alı Abdurakhmanovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid8 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73**-****-8907 nömrəli ödəniş kartı vasitəsilə 207,7 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (256 gb)” markalı, **********23151 / **********91297 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyun 2023-cü il tarixli **********860 nömrəli bəyannaməni daxil edib 409,4 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gadzhimagomed Muzhaidovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid8 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-8907 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (128 gb)” markalı, **********01416 / **********60531 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyun 2023-cü il tarixli **********328 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Makamagomed Esbanovun adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid8 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-8907 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********18238 / **********25563 İMEİ kodlu mobil telefon cihazına dair 01 iyul 2023-cü il tarixli **********389 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Alı Gazimagomedovun adına dəyəri 850 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid7 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73**-****-5165 nömrəli ödəniş kartı vasitəsilə 55,35 manat dəyərində gömrük rüsumu ödənilmiş “Samsung Galaxy S23+ (256 gb)” markalı, **********69963 / **********69962 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********688 nömrəli bəyannaməni daxil edib 421,5 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedsaigid Nazırbekovun adına dəyəri 850 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid7 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-5165 nömrəli ödəniş kartı vasitəsilə 55,35 manat dəyərində gömrük rüsumu ödənilmiş “Samsung Galaxy S23+ (256 gb)” markalı, **********22482 / **********22481 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********807 nömrəli bəyannaməni daxil edib 421,5 manat, ümumilikdə göstərilən qaydada 07 (yeddi) ədəd mobil telefon cihazları haqqında bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “X2 Sistemi”nə (VAİS) elektron formada daxil edib təsdiq etməklə bəyan edilməsinə və Şahid1 tərəfindən 950,07 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməsinə, 2.906,81 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməkdən yayınmasına nail olaraq Şahid1 təhriki ilə təkrarən vahid niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Şahid1 təhriki ilə gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərinin tam həcmdə vaxtında ödənilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması, gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin mart ayının 19-da Astara Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsinə təyin olunmuş və barəsində cinayət təqibi aparılarkən həmin vəzifədə işləmişdir. 2019-cu ilin sentyabr ayından 2024-cü ilin mart ayının 19-a kimi isə Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyinin Gömrük işinə yardım şöbəsinin Astara gömrük idarəsinə təhkim olunmuş inspektoru vəzifəsində işləmişdir. Faktiki olaraq həmin dövrlərdə Astara Gömrük İdarəsində xidmətə çıxmış, həmin vəzifədə işləyərkən xidməti vəzifələrinə “Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin X5” Əsasnaməsinə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etməkvə sair daxil olmuşdur. Həmin vəzifədə işləyərkən Xidməti fəaliyyəti növbəli, xidməti yeri Astara şəhərində yerləşən Astara Gömrük İdarəsi olmuşdur. X23 Məntəqəsi də İdarə ilə eyni yerdə yerləşdir. İş zamanı bütün gömrük əməkdaşları kimi onun da “VAİS” kartı olmuş və həmin kart “X2 Sistemi”nin kartıdır. Həmin kart vasitəsilə o, müvafiq əməliyyatları təsdiq etmişdir. Kartların fərdi parolları var və həmin parollar vasitəsilə sistemə giriş edilərək əməliyyatlar aparılır. Sərhədi keçən şəxslər tərəfindən hər hansı mal bəyan edildikdə və ya bəyan edilməsinə dair müraciəti daxil olduqda həmin bəyannamələri özünə məxsus VAİS kartı vasitəsilə təsdiq etmişdir. Həmin sistem vasitəsilə təsdiq edilmiş bəyannamələr qanuni hesab edilir və rəsmi sənəd kimi tanınır. Sərhədi keçən zaman hər hansı malı təqdim edən şəxsdən həmin malı kommersiya və ya qeyri-kommersiya məqsədilə keçirib-keçirməmələri aydınlaşdırılır. Bu həmin şəxslə aparılan sorğu-sualla müəyyənləşdirilir. Mobil telefon cihazlarına dair də bu qayda tətbiq edilir. Əgər şəxsin keçirdiyi malın kommersiya məqsədi daşımasına dair şübhələr olduqda bu barədə məruzə olunur. Lakin şəxs onu özünün şəxsi istifadəsi üçün keçirməsini bildirdikdə və hansısa şübhələr olmadıqda bu zaman sadələşdirilmiş qaydada bəyannamə tərtib etdirilir və daha sonra təsdiq olunur. Adətən təcrübəsində mobil telefon cihazları yalnız şəxsi istifadə, yəni qeyri-kommersiya məqsədilə keçirildiyinin şahidi olduğundan bu zaman mövcud qaydalara əsasən dəyəri 800 ABŞ dollarınadək olduqda hər hansı rüsum tətbiq edilmir, lakin 800 ABŞ dollarından yuxarıda olduqda həmin qiymətin artıq hissəsinin təxminən 33-35 faizi miqdarında rüsum hesablanır. Həmin rüsumu “VAİS” proqramı avtomatik olaraq özü hesablayır, yəni inspektor tərəfindən hansısa hesablamanın aparılmasına ehtiyac olmur. Buna əsasən də iş növbəsində olan zaman sərhədi keçən şəxslərin bəyan etdiyi mobil telefon cihazları göstərdiyi qaydada rəsmiləşdirilir. Hesablanmış rüsumlar bəyannamə vermiş şəxslər tərəfindən istənilən poçt məntəqələrində, həm də internet üzərindən ödəniş kartları vasitəsilə müvafiq portallarda ödənilə bilər. Astara Gömrük İdarəsinin X6 24 saat fasiləsiz fəaliyyət göstərən poçt məntəqəsi vardır. Həmin mobil telefon cihazlarına dair bəyannamələr üzrə hesablanmış dövlət rüsumları ödənilmədikdə isə mobil telefon cihazları bir ay sonra işləmir. Belə ki, həmin mobil telefon cihazlarına dair müvafiq bəyannamədə nəzərdə tutulmuş ödənişlər edilmədikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron sistemi həmin mobil telefon cihazını qeydiyyatdan keçirməyə icazə vermir. Ümumiyyətlə mobil telefon cihazları ölkəyə gömrük nəzarətindən kənar keçirildikdə də cəmi bir ay ərzində ölkədə istifadəsi mümkün olur, daha sonra bağlanır. Buna səbəbdə həmin mobil telefon cihazına dair gömrük bəyannaməsinin olmaması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron sistemi həmin mobil telefon cihazını qeydiyyatdan keçirməyə icazə verməməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı kağız üzərində və ya elektron formada gömrük orqanlarında bəyan edilməli olduğundan 2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet üzərindən vətəndaşların nəzərinə çatdırmışdır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaqdır. Müvafiq dövr ərzində xidməti vəzifələrinin icrası zamanı mobil telefon cihazlarının bəyan edilməsi ilə bağlı tərəfindən 64 ədəd sadələşdirilmiş gömrük bəyannamələri təsdiq edilmişdir. Onlardan 07 ədəd bəyannaməni iş yoldaşı Şahid1 ondan etmiş olduğu xahişinə əsasən təsdiq etmişdir. Belə ki, o, həmin bəyannamələrdə adları göstərilən şəxslərin mobil telefon cihazlarını keçirmələri zamanı vermiş olduqları bəyannamələri təsdiq etməyin yadından çıxdığını, bu səbəbdən həmin bəyannamələri təsdiq etməyini xahiş etmiş, buna əsasan o, sonuncuya inanıb həmin bəyannamələri təsdiq etmişdir. Həmin bəyannamələri tərtib etmiş şəxslərin özlərində fiziki olaraq mobil telefon cihazlarını görməmişdir. O, bunu hər hansı maddi qarşılıq olmadan etmiş və bu məsələdə qanunsuz halın olmasını düşünməmişdir. Həmin bəyannamələr üzrə ödənilmiş rüsumların kim tərəfindən və hansı ödəniş kartları ilə ödənilməsindən məlumatı olmamışdır. O, yalnız həmin bəyannamələri doğru olduğunu bilib özünə məxsus “VAİS” kartı ilə təsdiq etmişdir. Tərəfindən təsdiq edilmiş 57 ədəd bəyannamə üzrə isə qeyd etmişdir ki, həmin bəyannamələr qanuni olmuş, hər hansı saxtakarlığa yol verilməmiş, mobil telefon cihazları faktiki olaraq adlarına bəyan olunmuş şəxslər tərəfindən keçirilmişdir. Şahid1 xahişi əsasında təsdiq etdiyi bəyannamələri “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli Qərarının 7-ci bəndinin tələblərini əsas götürüb etdiyini bildirmişdir. Bunda başqa özünün təsdiq etmiş olduğu 57 ədəd bəyannamələr üzrə heç bir qanunsuz hərəkətlərə yol verdmədiyini bildirmişdir. İttiham üzrə vurulmuş 22.475,22 manat ziyanı ödədiyini, lakin həmin ziyanın ödənilməsini özünün təqsirli bilinməsi kimi qiymətləndirilməməsini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqdim etdiyi arayışdan görünür ki, iş üzrə Dövlət Gömrük Komitəsinə dəymiş ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda ondan şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləmişdir. Xidməti vəzifələrinə ölkənin idxal giriş xəttinə gələn nəqliyyat vasitələrinin yoxlanılması və bu zaman aşkar olunmuş malların həcmi və növü ilə bağlı mövcud qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması, bəzi mallara dair gömrük bəyannamələrinin təsdiq edilməsi və sair daxildir. Xidməti fəaliyyəti növbəlidir. Xidməti yeri isə Astara şəhərində yerləşən Astara Gömrük İdarəsidir. X23 Məntəqəsi də İdarə ilə eyni yerdə yerləşir. İş zamanı idarənin digər inspektorları kimi onun özünün də “VAİS” kartı vardır və həmin kart “X2 Sistemi”nin kartıdır. Həmin kartlar vasitəsilə sistemə daxil olaraq müvafiq əməliyyatları təsdiq edirlər. Həmin kartlara dair hər bir əməkdaşın fərdi parolları vardır və həmin parollar vasitəsilə sistemə giriş edilərək əməliyyatlar aparılır. Sərhədi keçən şəxslər tərəfindən hər hansı mal bəyan edildikdə və ya bəyan edilməsinə dair müraciəti daxil olduqda o, həmin bəyannamələri özünə məxsus “VAİS” kartı vasitəsilə həmin sistemdən təsdiq edir. Qeyd etdiyi sistem vasitəsilə təsdiq edilmiş bəyannamələr qanuni hesab edilir və rəsmi sənəd kimi tanınır. Xidmət zamanı sərhədi keçən zaman hər hansı malı təqdim edən şəxsdən həmin malı kommersiya və ya qeyrikommersiya məqsədilə keçirib-keçirməməsi aydınlaşdırılır. Bu çox hallarda həmin şəxslə aparılan sorğu-sualla müəyyənləşdirilir. Mobil telefon cihazlarına dair də bu qayda tətbiq edilir. Əgər şəxsin keçirdiyi malın kommersiya məqsədi daşımasına dair şübhələr olduqda bu barədə məruzə olunur. Lakin şəxs onu özünün şəxsi istifadəsi üçün keçirməsini bildirdikdə və hansısa şübhələr olmadıqda bu zaman sadələşdirilmiş qaydada bəyannamə tərtib etdirilir və daha sonra təsdiq olunur. Mobil telefon cihazları şəxsi istifadə, yəni qeyri-kommersiya məqsədilə keçirildiyi zaman mövcud qaydalara əsasən dəyəri 800 ABŞ dollarınadək olduqda hər hansı rüsum tətbiq edilmir, lakin 800 ABŞ dollarından yuxarıda olduqda həmin qiymətin artıq hissəsinin təxminən 33-35 faizi miqdarında rüsum hesablanır.Bu zaman güzəştli şərtlər üçün nəzərdə tutulmuş sadələşdirilmiş gömrük bəyannaməsi tərtib edilərək təsdiq olunur. Həmin rüsumu “VAİS” sistemi avtomatik olaraq özü hesablayır, yəni inspektor tərəfindən hansısa hesablamanın aparılmasına ehtiyac olmur. Buna əsasən də iş növbəsində olan zaman sərhədi keçən şəxslərin bəyan etdiyi mobil telefon cihazları göstərilən qaydada rəsmiləşdirilir. Hesablanmış rüsumlar bəyannamə vermiş şəxslər tərəfindən istənilən poçt məntəqələrində, həm də internet üzərindən ödəniş kartları vasitəsilə müvafiq portallarda ödənilə bilər. Onunbilməsinə görə rüsum “MilliÖn” və bu kimi digər ödəmə terminallarında ödənilə bilmir. Bundan başqa Astara Gömrük İdarəsinin X6 24 saat fasiləsiz fəaliyyət göstərən poçt məntəqəsi də vardır. Həmin mobil telefon cihazlarına dair bəyannamələr üzrə hesablanmış dövlət rüsumları ödənilmədikdə isə mobil telefon cihazları bir ay sonra ölkə ərazisində bağlanır və işləmir.Ümumiyyətlə mobil telefon cihazları ölkəyə gömrük nəzarətindən kənar keçirildikdə də cəmi bir ay ərzində ölkədə istifadəsi mümkün olur, daha sonra bağlanır. Buna səbəbhəmin mobil telefon cihazına dair gömrük bəyannaməsinin olmaması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron sistemi həmin mobil telefon cihazını qeydiyyatdan keçirməyə icazə verməməsidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı kağız üzərində və ya elektron formada gömrük orqanlarında bəyan edilməli olduğundan 2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet üzərindən vətəndaşların nəzərinə çatdırmışdır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaqdır. Bu məlumat bildirildikdən sonra mobil telefon alqı-satqısı ilə məşğul olan sahibkarlar müxtəlif yollarla ölkəyə keçirilmiş və gömrük bəyannaməsi tərtib edilməyən, yəni bəyan edilməyən mobil telefon cihazlarını sata bilmədiklərindən, maddi ziyana düşməmələri üçün onları saxta yolla bəyan etdirməyin yollarını axtarmağa çalışmışlar. Həmin mobil telefon cihazları bir şəxsə məxsus olduğundan və həmin şəxsin sonradan mobil telefon cihazlarını bəyan etdirməsi halında ondan daha çox rüsum alındığından bu sahibkarlara sərf etməmişdir. Belə ki, hər bir şəxs gömrük sərhədindən keçən zaman özü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərinə əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar keçirə bilər. Belə ki, şəxs özü ilə 800 ABŞ dollarının ekvivalenti məbləğində şəxsi istifadə üçün ayda bir dəfə mobil telefon cihazı keçirdikdə bu zaman ondan hər hansı rüsum tutulmur, 800 ABŞ dollarından artıq olduqda isə həmin məbləğin artıq hissəsinin təxminən 33 faiz miqdarında rüsum tutulur. Lakin həmin şəxsə mobil telefon cihazını şəxsi məqsədlə deyil, satmaq məqsədilə gətirdikdə bu zaman isə 800 ABŞ dollarının ekvivalenti məbləğində olsa bilə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməlidir. Buna əsasən hər hansı şəxs tərəfindən ölkəyə kommersiya məqsədilə mobil telefon cihazı gətirildikdə güzəştli şərtlərlə sadələşdirilmiş bəyannamə deyil, ümumi əsaslarla gömrük bəyannamələri sənədləşdirilməlidir. 2023-cü ilin yay aylarında Şahid2la həmişəki kimi tanışı kimi görüşüb söhbətləşən zaman ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanmışdır. X26 və Nəqliyyat Nazirliyi tərəfindən qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların “28 May” metrosunun ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını demiş, o, sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini demişdir. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif etmişdir. Sonuncu onunla razılaşmışdır. Əslində onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına onların məlumatı olmadan bəyannamə tərtib edib təsdiq etmək olmuşdur. Elə həmin aylar ərəfəsində Şahid2 tərəfindən tanımadığı şəxslərdən “qara bazar”dan bəyan edilməmiş mobil telefonları ucuz qiymətə alıb mobil telefon vasitəsilə və ya görüşən zaman onların İMEİ kodları və markalarını ona deməsinə əsasən o, həmin mobil telefon cihazlarını növbədə olarkən sərhədi keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olmuşdur. Şahid2 tərəfindən alınmış və ona İMEİ kodları göndərilmiş mobil telefon cihazlarına dair bəyannaməni o, özü tərtib edən zaman “VAİS” sistemində dəyəri 800 ABŞ dollarınadək müəyyən olunduqda bu barədə hər hansı gömrük rüsumunun ödənilməsi tələb olunmadığından onlara dair hər hansı gömrük rüsumu ödənilməmişdir. Lakin bəzi mobil telefon cihazlarının dəyəri 800 ABŞ dollarından yuxarı olduğu üçün və “VAİS” sistemi buna dair özü avtomatik olaraq gömrük rüsumu hesabladığından həmin bəyannamələr üzrə müvafiq ödənişlərin ödənilməsi zərurəti yaranmışdır. Bu zaman isə adına saxta olaraq mobil telefon cihazı bəyannaməsi yazılmış və təsdiq edilmiş şəxsin bu barədə heç bir məlumatı olmadığı üçün ödənişi özü etməli olmuşdur. Bu ödənişin poçt məntəqəsində və ya özünə məxsus ödəniş kartı vasitəsilə internet üzərindən ödəməyinin gələcəkdə onun ifşa olunmağı ilə nəticələnə biləcəyini nəzərə alaraq o, bunun üçün qohumu Şahid7 adına olan Kapital Bank ASC-yə məxsus 416973******5165 nömrəli ödəniş kartından istifadə etmişdir. Belə ki, onun qanuni ödənişlər həyata keçirməyi üçün lazım olması ilə əlaqədar Şahid7 həmin ərəfələrdə etdiyi xahişi əsasında sonuncu həmin ödəniş kartını istifadə üçün ona vermişdir. Həmin kart onun özündə olmuş və həmin kart vasitəsilə özünün təsdiq etmiş olduğu və rüsum hesablanmış 9 bəyannamənin ödənişlərini özünə məxsus mobil telefon cihazi ilə internet üzərindən hökümət ödəniş portalından etmişdir. Adlarına yazılmış bəyannamələr və onların ödənişləri barədə sürücülərin, yəni həmin ərəfədə sərhədi keçən şəxslərin heç birinin məlumatı olmamışdır. Bundan başqa həmçinin eyni ərəfələrdə Astara gömrük idarəsinin əməkdaşı X7 xahiş edərək özündə bəyan edilməmiş mobil telefon cihazlarının olması və onu sərhədi keçən ayrı-ayrı vətəndaşların adlarına məlumatları olmadan yazmaqla təsdiq etməsini xahiş etmişdir. Onun xahişi əsasında X21 ona göndərmiş olduğu mobil telefon cihazlarının İMEİ və markaları üzrə 07 ədəd mobil telefon cihazına dair saxta bəyannamə tərtib edmiş və həmin bəyannamələr üzrə ödənişlər onun tərəfindən tanışı Şahid7 adına olan Kapital Bank ASC-yə məxsus 416973******5165, tanışıŞahid3 adına olan Unibank ASCyə məxsus 524375******1891 və tanışı Şahid8 adına olan 416973******8907 nömrəli ödəniş kartları vasitəsilə ödənilmişdir. Elmar Şabhazov həmin mobil telefon cihazlarının faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyini bilmiş, onun xahişi əsasında həmin mobil telefonlara dair bəyannamələri yazıb təsdiq etmişdir. Bu barədə sürücülərin heç birinin məlumatı olmamışdır. Onun xahişi əsasında Elmar Şabhazov tərəfindən təsdiq edilmiş bir çox bəyannamələrin rəsmiləşdirildiyi tarixlərdə o, təhsil məzuniyyətində olmuş və ödənişləri məzuniyyətdə olduğu dövrdə ödəmişdir. Belə ki, bəyannamə rəsmiləşdirilən zaman bu barədə ona Elmar Şabhazov məlumat vermiş və sonuncunun bildirdiyi bəyannamə nömrələrinə əsasən o, müvafiq rüsumları ödəmişdir. O, yuxarıda qeyd etdiyi şəxslərə etdiyi xahişləri əsasında onlar tərəfindən tərtib edilmiş saxta bəyannamələrə görə onlara hər hansı maddi və ya sair nemət verməmiş, iş yoldaşı kimi xahişi əsasında həmin əməkdaşlar göstərilən qanunsuz hərəkətləri etmişlər. Həmçinin bildirmişdir ki, əgər gömrük inspektoru tərəfindən hər hansı mobil telefon cihazının məhz kommersiya, yəni gəlir əldə etmək məqsədilə sərhəddən keçirilməsi barədə məlumatı olduqda bu barədə sadələşdirilmiş gömrük bəyannaməsi tərtib etmək səlahiyyəti yoxdur və bunun üçün ümumi əsaslarla gömrük bəyannaməsi tərtib etməklə ümumi əsaslarla gömrük rüsumu tutulmalıdır. Yəni faktiki olaraq onun və yuxarıda qeyd etdiyi gömrük əməkdaşları tərəfindən təsdiq edilmiş bəyannamələrdə göstərilmiş mobil telefon cihazlarının kommersiya məqsədli olduğunu bildiklərindən, onlar faktiki olaraq ölkəyə həmin vaxt keçirilmiş olsa belə, yenə də sadələşdirilmiş gömrük bəyannaməsi deyil, ümumi əsaslarla güzəştsiz gömrük bəyannamələri tərtib edilib ümumi əsaslarla rüsum ödənilməli olmuşdur. Faktiki olaraq həmin mobil telefon cihazlarının kommersiya məqsədli olmasını o və yuxarıda qeyd etdiyi digər gömrük əməkdaşları bilmiş, buna baxmayaraq rüsumun aşağı göstərilməsi üçün güzəştli şərtlərlə olan sadələşdirilmiş gömrük bəyannamələri rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 tanıyır, belə ki, hər ikisi Qaradağ rayonu ərazisində yaşayır və ortaq tanışları vasitəsilə təxminən iki ildir ki, tanışlıq münasibətindədirlər. O, sonuncunu tanıdığı vaxtdan gömrük işçisi olduğunu bilir. Onunla hər hansı ədavəti, düşmənçiliyi yoxdur. Şahid1 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Onlar arabir Qaradağ rayonu ərazisində görüşürlər. 2023-cü ilin iyun ayının axırları o, Şahid1 ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Əziz” adlı çay evində həmişəki kimi görüşən zaman Şahid1 ödəniş üçün ona plastik kart lazım olduğunu, daimi istifadə etmədiyi kartı vardırsa ona verməyini xahiş etmişdir. Sonuncu dövlət ödənişləri ödəyəcəyini dediyi üçün o, özünün daimi istifadə etmədiyi Kapital Bank ASC-yə məxsus 4169-7385-0410-8907 nömrəli ödəniş kartını Şahid1 vermişdir. Həmçinin həmin vaxt Şahid1 “Ləziz” kafesində işləyən X8 eyni məqsədlə kart istəmiş və sonuncu da həmin xahişə görə Şahid1 istifadəsi üçün ona öz ödəniş kartını vermişdir. Onun kartı təxminən 15 gün Şahid1 qalmış və 2023-cü ilin iyun ayının axırları və ya iyul ayının əvvəlləri ümumilikdə onun kartı vasitəsilə 04 ödəniş edilmişdir. Belə ki, ödənişləri Şahid1 özü etmiş və ona zəng edib nömrəsinə gələn sms-i ona deməyini bildirmiş və o, dedikdən dərhal sonra ödəniş icra olunmuşdur. Kartına pul vəsaiti qabaqcadan elə Şahid1 özü tərəfindən mədaxil edilmişdir. O, həmin vaxt ödənişlərinin qanunsuz olmasını bilməmiş və Şahid1 bu barədə ona heç nə deməmişdir. Eyni üsulla Nicat Həbibovun kartı vasitəsilə də Şahid1 tərəfindən 04 ödəniş edilmişdir. O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin kartla edilən ödənişlərlə bağlı ifadə verməyi üçün dəvət edilən zaman o və X39 Cabbarlıya bu barədə zəng etmiş və görüşmüşlər. Şahid1 kartlarla hansı qanunsuz hərəkəti etməsini, niyə onların ifadə verməyə çağırılmağını bildirdikdə o, həmin ödənişlərin ölkəyə qanunsuz yolla keçirilmiş mobil telefon cihazları ilə bağlı ödənildiyini, həmin mobil telefonların yük avtomobili sürücülərinin adına onların məlumatı olmadan saxta bəyannamə tərtib edilməklə yazıldığını, rüsumlarını isə onlar və digər başqa şəxslərin kartları vasitəsilə ödənildiyini və bunun aşkara çıxarıldığını bildirmişdir. Həm o, həm də X39 Cabbarlıya bu məsələdə onların kartlarından nahaq istifadə etdiyini irad olaraq bildirən zaman, sonuncu həqiqəti bildirməmələrini, əks halda onu mənfi hüquqi nəticələr gözləyəcəyini demişdir. Həmin vaxt Şahid1 təkid edərək onun ifadə verən zaman xaricdə yaşayan bir qohumunun adını çəkməyini, onun isə tanımadığı bir şəxsin ondan xahiş etməsini istintaqa deməsini, bununla bu məsələnin xaricdən edildiyi görüntüsü yaradılmasını, nəticədə cinayətin üstünün açılmayacağını demişdir. Əvvəlcə o, buna razı olmasa da, onun xahişlərini, işini, azadlığını itirə biləcəyi barədə dediklərinə görə buna razı olmuş və ilkin ifadəsini əvvəlcə onun öyrətdiyi kimi vermişdir. Hadisə isə hazırda göstərdiyi kimi olmuş və sonuncu ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ona məxsus ödəniş kartı vasitəsilə qeyd olunan ödənişlərdən 04-ü Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş bəyannamələr üzrə ödənilmiş olsa da, o, həmin şəxsi tanımır. Çünki o, ödəniş kartını Şahid1 vermiş və ödəniş zamanı sonuncu onunla əlaqə saxlayıb ödəniş üçün kodu ondan istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tanımır. Qeyd edilən 01 ədəd **********83033/**********83031 “Samsung Z flip” markalı mobil telefon cihazı və adına bəyan olunmuş şəxsi tanımır. 524375******1891 nömrəli kart ona məxsusdur və özünün istifadəsindədir. Həmin kart vasitəsilə ödənilən həmin ödəniş barədə əvvəlcədən məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ödəniş tanışı Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 tərəfindən ödənmişdir. O, bu məsələ ilə əlaqədar ifadə verməyə çağırılan zaman onunla danışmış, onun özü bunu xatırlamasa da, ola bilsin mobil telefon cihazına dari bəyannamə üzrə onun kartı ilə özünün gömrük rüsumu ödənişi etdiyini, məsələdən məlumatlı olduğunu, həll edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, İstifadəsində 409858******4766 nömrəli Unibanka məxsus Leo adlı kartı vardır və onu özü və ailə üzvləri işlətməkdədir. Rusiya Federasiyasının vətəndaşı Khalid Dzhaparovun adına tərtib edilmiş və Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 09 iyun 2024-cü il tarixli, **********382 nömrəli bəyannamə əsasında “İphone 14 pro, Deep purple, 128 GB” markalı, mobil telefon cihazına dair ödənilmiş 146.38 manat, həmçinin eyni ölkənin vətəndaşları İshıkhsaıd Zaınutdınov, İzamutdın Abdullaev və Sırazhutdınov Sırazhutdınov adlarına tərtib edilmiş və Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 13 iyun 2023-cü il tarixli **********192, **********194 və **********299 nömrəli bəyannamələr əsasında “İphone 14 pro” markalı mobil telefon cihazlarına dair hər birinə 146.38 manat məbləğində ödənişlərlə bağlı bildirmişdir ki, həmin mobil telefon cihazları və bəyannamələri barədə məlumatı olmamışdır. Belə ki, adları çəkilən əcnəbi şəxsləri tanımır, həmin bəyannamələr üzrə adına olan göstərilən 409858******4766 ödəniş kartı ilə rüsumların ödənilməsi haqqında məlumatı yoxdur. Ola bilsin ki, bunu ondan hansısa tanışı xahiş etmiş, lakin hazırda xatırlamır. Heç bir mobil telefon cihazı bəyan etdirməmiş və bilərəkdən onlara dair gömrük rüsumu ödəməmişdir. Özü tərəfindən ölkəyə mobil telefon cihazı keçirtməyi əvvəllər olmuş və bunu öz adına qanuni əsaslarla bəyan etmişdir. Yəni bəyannamə öz adına olmuşdur. Lakin hazırda əcnəbi şəxslərin adına bəyan edilmiş və rüsumları ona məxsus kartla öədənilmiş mobil telefon cihazları barədə heç nə xatırlamamışdır. Şahid7 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 tanıyır, belə ki, onlar qohumdurlar, avtomobil ustası olduğu üçün sonuncu arabir avtomobilini təmir etməkdən ötrü onun işlədiyi yerə gətirir. Münasibətləri normaldır, hər hansı ədavəti yoxdur. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Şahid1 öz avtomobilini düzəltmək üçün onun yanına gələn zaman ondan istifadəsində ödəniş kartının olub-olmamasını soruşmuşdur. O, ödəniş kartının olduğunu bildirən zaman sonuncu həmin kartı ödəniş ödəməsi üçün istəmiş, karta pul gələcəyi və hansısa rüsum ödəniləcəyini bildirmişdir. O, Şahid1 tanıdığı üçün hansısa qanunsuz bir ödəniş olmadığını düşünmüş və istifadəsində olan Kapital Bank ASCyə məxsus 4169-7388-5013-5165 nömrəli, bir neçə gün sonra isə sonuncun əlavə başqa kart istəməsi ilə əlaqədar eyni banka məxsus 4169-7377-0906-4220 nömrəli ödəniş kartını ona vermişdir. 2023-cü ilin iyul-avqust ayları ərzində həmin kartlar vasitəsilə mütəmadi ödənişlər olmuş, hər bir ödəniş zamanı təsdiq kodu onun mobil telefon nömrəsinə gəldiyi üçün Şahid1 onun istifadəsində olan telefon nömrəsinə zəng edərək kodu istəmiş və o, kodu dedikdən sonra ödəniş icra olunmuşdur. Beləliklə həmin aylar ərzində adına olan 4169-7388-5013-5165 və 4169-7377- 0906-4220 nömrəli kartlar vasitəsilə ödənilən gömrük ödənişləri Şahid1 tərəfindən ödənilmişdir. O, həmin vaxt bu ödənişlərin təyinatını bilməmiş, lakin sonradan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu məsələ ilə bağlı ifadə vermək üçün dəvət edilən zaman Şahid1 zəng etmiş və Qaradağ rayonu, Lökbatan rayonu ərazisində onunla görüşmüş və bu məsələni ona demişdir. Sonuncu məsələni ona deyərək ödənişlərin mobil telefon cihazlarına da gömrük işçiləri tərəfindən yazılmış olan bəyannamələrlə bağlı olduğunu, həmin mobil telefonları sərhədi keçən ayrı-ayrı sürücülərin adlarına yazdıqlarını və sürücülərin izahatlarının alınması zamanı məsələnin üstünün açıldığını, yəni onların mobil telefonlardan məlumatlarının olmamasının bilindiyini demişdir. Şahid1 ona ödənişlərin onun kartları vasitəsilə ödənildiyi üçün onun da məsuliyyət daşıdığı, ona görə onun öyrətdiyi formada ifadə verməzsə onun da tutulacağını demişdir. Buna görə də o, qorxduğundan ilkin ifadəsini Şahid1 onu başa saldığı kimi gəlib vermişdir. Şahid1 ona ödənişlə bağlı xaricdə yaşayan onun özünün tanışı olan Səməd adlı şəxsin adını ifadəsində bildirib onun xahişi ilə kartı ona göndərməyini deməsini bildirmişdir. Həmin Səməd adlı şəxslə danışmaq ehtiyacı olsa isə sonuncunu təlimatlandırdığını, onun da başqa şəxsin adını çəkəcəyi və beləliklə istintaqı aldatmaqla məsələnin öz həllini tapacağını, ona problem yaranmayacağını demişdir. Həmçinin mobil telefonunda danışıqlarını silməyini, onu tanımamasını bildirməyini demişdir. Buna görə də ilkin ifadəsini Şahid1 dediyi kimi vermişdir. Şahid2 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Bakcell” adlı mobil telefon mağazasında satıcı kimi işləyir. İstifadəsində ***- ***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin nömrəni uzun müddətdir ki, işlədir. Şahid1 tanıyır. Belə ki, onlar əsgər yoldaşı olmuş və münasibətləri vardır. Aralarında hər hansı ədavət və düşmənçilikləri yoxdur. 2023-cü ilin yay aylarında Şahid1 ilə görüşüb sonuncu ilə söhbət zamanı mövzu təsadüfən mobil telefonlardan düşmüş və yeni qaydalara əsasən mobil telefonların artıq İMEİ kodları vasitəsilə bəyan edilməli olduğunu müzakirə etmişlər. Bu zaman elə söhbət əsnasında “28 May” metrosunun qarşısında bir çox bəyan edilməmiş mobil telefon cihazlarının satışda olduğunu, onların bəyan edilməmiş olduğu üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portallarında qeydiyyatının mümkün olmadığı, buna görə də dəyərindən ucuz qiymətə satıldığını demişdir. Söhbət zamanı Şahid1 bəyan edilməmiş mobil telefon cihazlarını bəyan edə biləcəyini dediyi üçün onlar belə razılaşmışlar ki, o, işlədiyi ərazidən həmin tipli mobil telefon cihazlarını satan şəxslərdən onları alıb İMEİ kodlarını Şahid1 bildirməklə sonuncu tərəfindən həmin mobil telefonlara bəyannamə yazılıb təsdiq etməsi ilə onların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portallarında qeydiyyatının edilməsi mümkün olsun və daha sonra onları real olduqları qiymətə satıb gəlir əldə etsinlər. Razılığa əsasən əldə olunmuş gəlir iki yerə bölünməli olmuşdur. Bu razılığa əsasən o, “28 May” metrosunun qarşısında bəyan olunmamış mobil telefonları tanımadığı şəxslərdən sazlığını yoxladıqdan sonra qeyri rəsmi olaraq nağd qaydada alıb daha sonra Şahid1 İMEİ kodlarını və markasının şəklini göndərmişdir. Lakin Şahid1 tərəfindən həmin mobil telefon cihazlarının necə bəyan edilməsini o, bilməmişdir. 2023-cü ilin iyun və iyul ayları ərzində onlarla mobil telefon cihazını bu yolla sataraq Şahid1 ilə birlikdə gəlir əldə etmişlər. Qeyd etdiyi mobil telefonların gömrük ödənişlərinin hamısını Şahid1 özü ödəmişdir. Onu da qeyd etmişdir ki, bu hadisə yalnız 2023-cü ilin iyun və iyul ayları ərzində baş vermişdir. Əvvəllər və sonralar bu kimi hadisə baş verməmişdir. Şahid10 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, istifadəsində 416973******5630 nömrəli "xxxx" ASC-məxsus kartı vardır və onu işlədir. Rusiya Federasiyasının vətəndaşı Daniial Budaichievin adına tərtib edilmiş və Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 18 iyun 2023-cü il tarixli, **********380 nömrəli bəyannamə əsasında “İphone 14 pro, 128 GB” markalı mobil telefon cihazlarına dair ödənilmiş 146.38 manat məbləği ilə həmin mobil telefon cihazı və bəyannamə barədə məlumatı yoxdur. Belə ki, adı çəkilən əcnəbi şəxsi tanımır. Həmin bəyannamə üzrə adına olan göstərilən 416973******5630 ödəniş kartı ilə rüsumun ödənilməsi haqqında məlumatı yoxdur. Daha doğrusu həmin halı xatırlamır. Ola bilsin ki, bunu ondan hansısa tanışı xahiş etmiş, lakin hazırda xatırlamamışdır. Heç bir mobil telefon cihazı bəyan etdirməmiş və bilərəkdən ona dair gömrük rüsumu ödəməmişdir. Buna görə də əcnəbi şəxsin adına bəyan edilmiş, Astara Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş və rüsumu ona məxsus kartla ödənilmiş mobil telefon cihazı barədə dəqiq heç nə deyə bilməmişdir. Təqsirləndirilən şəxs adlı gömrük əməkdaşını tanımamışdır. Şahid9 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, istifadəsində "xxxx" ASC-məxsus 510307******0238 nömrəli və "xxxx" ASC-məxsus 418980******7860 nömrəli kartları vardır və onları özü işlətmişdir. Mobil telefon cihazları və bəyannamələri barədə məlumatı yoxdur. Belə ki, adları çəkilən əcnəbi şəxsləri tanımır. Həmin bəyannamələr üzrə adına olan göstərilən 510307******0238 və 418980******7860 ödəniş kartları ilə rüsumların ödənilməsi haqqında məlumatı yoxdur. Ola bilsin ki, bunu ondan hansısa tanışı xahiş, lakin hazırda xatırlamamışdır. Heç bir mobil telefon cihazı bəyan etdirməmiş və bilərəkdən ona dair gömrük rüsumu ödəməmişdir. Şahid4 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, istifadəsində 409858******9942 nömrəli plastik ödəniş kartı vardır və onu həmişə özü istifadə etmişdir. Həmin kartla dənişi xatırlamır, ümumiyyətlə qeyd edilən **********124 nömrəli sadələşdirilmiş gömrük bəyannaməsi və göstərdilən mobil telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut kimi qəbul edir: “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli Qərarının 6.1-ci bəndində göstərilmişdir ki, Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti bir-birini tamamlayan üç əsas mərhələdə həyata keçirilir: 6.1.1. malları və nəqliyyat vasitələrini gömrük orqanına təqdim edən şəxs tərəfindən məlumatlandırma (bundan sonra - məlumatlandırma) və gömrük orqanları tərəfindən qeydiyyat (bundan sonra - qeydiyyat); 6.1.2. sənədli nəzarət;6.1.3. çatdırılmaya nəzarət. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə məqsədlərindən asılı olaraq gömrük sərhəd buraxılış məntəqələrində gömrük nəzarəti mərhələləri daxilində gömrük hərəkətlərinin biri və ya bir neçəsi həyata keçirilir. 7.3-cü bənddə isə göstərilmişdir ki, “Gömrük nəzarəti mərhələsində gömrük hərəkətlərinin yerinə yetirilməsində bir və ya bir neçə gömrük əməkdaşı iştirak edə bilər”. Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsi haqqında əsasnamənin 5.13.1-ci bəndində göstərilmişdir ki, idarənin inspektorları gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparır; 5.13.2. gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirir. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 64 bəyannamə üzrə mobil telefon cihazlarından 58-i Rusiya Federasiyası və İran İslam Respublikasının vətəndaşlarının adlarına bəyan edilmişdir. Həmçinin məlumatlara əsasən həmin mobil telefon cihazlarından 45-i “İphone” markalı mobil telefon cihazının müxtəlif modellərinə məxsus olmuşdur. Bundan başqa görünür ki, 64 bəyannamədən 18-i üzrə müxtəlif məbləğlərdə gömrük rüsumu ödənilmişdir. Cinayət işi üzrə içərisində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahıya baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, siyahıda ümumilikdə 104 bəyannamə üzrə ödənilmiş dövlət rüsumlarının hansı tarixlərdə və hansı üsulla ödənilməsinə, həmçinin ödənişi həyata keçirmiş cihazın müvafiq İP adreslərinə dair məlumatlar vardır. Siyahını təhlil etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş rüsum ödənilməsi tələb olunan 18 bəyannamə üzrə gömrük rüsumlarından hər hansı poçt məntəqəsində ödənilməmiş, onların 10-u Kapital Bank ASC-yə, 07-i Unibank ASC-yə, 01-i Rabitə Bank ASC-yə məxsus məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Mövcud siyahıda olan İP adresləri təhlil etdikdə görünür ki, bəzi ödənişlər istifadəçi internet serverindən ayrılmadan bir neçə ödənişi eyni vaxtda icra etmişdir. Cinayət işi üzrə içərisində Kapital Bank ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan "xxxx" diskə baxış keçirilməsi haqqında 12yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 02 ədəd “çıxarışlar” və “qəbzlər” adlı qovluqlar, 01 ədəd isə “plastik kart hesabları” adlı Excel formatında faylın olması görünür. “Çıxarışlar” faylına daxil olduqda görünür ki, içərisində 18 bank kartına dair çıxarış məlumatlarının olması müşahidə edilir. Həmçinin çıxarış məlumatlarının təhlili və cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş ödənişli 18 ədəd bəyannamələr üzrə rüsumlardan 10-u Kapital Bank ASC-yə məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Cinayət işi üzrə içərisində "xxxx" ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan "xxxx" diskə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 08 ədəd Excel formatına faylların olması görünür. Həmin 08 faylın hər birində müvafiq şəxslərin adlarına olan ödəniş kartlarına dair çıxarışların olması müşahidə edilir. Həmin çıxarış məlumatlarının təhlili və cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş bəyannamələr üzrə ödənilən rüsumlardan 06-ı Unibank Bank ASC-yə məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Həmin ödənişlər Şahid3, Şahid5 və Şahid4 məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Cinayət işi üzrə içərisində "xxxx" MMC-dən daxil olmuş içərisində danışıq məlumatları olan "xxxx" diskə baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki,Elmar Şabazovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 2023-cü ilin iyun ayı ərzində cəmi 04 danışıq həyata keçirilmişdir ki, həmin danışıqların tarixlərinə nəzər yetirdikdə qanunsuz əməllərinə törədilməsindən bir neçə gün əvvələ olması müşahidə edilir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 11mart 2024-cü il tarixli ictimaiyyətə açıqlanan məlumatda göstərilmişdir ki, 2023-cü ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarında bəyan edilməyən mobil telefon cihazlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacağı barədə qabaqcadan xəbərdarlıq edilmişdir. İşdə olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlillər şöbəsinin 10 iyun 2024-cü il rəyindən görünür ki,11.687,50 manat dəyərində 07 ədəd mobil telefon cihazının ölkə ərazisinə kommersiya məqsədilə gətirildiyi nəzərə alınarsa, qanunvericiliyə əsasən həmin mobil cihazlar üçün 3.856,88 manat gömrük rüsumu ödənilməli olduğu halda, cəmi 950,07 manat gömrük rüsumu ödənilmişdir. İşdə olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlillər şöbəsinin 24 iyul 2024-cü il rəyindən görünür ki, 65.138,90 manat dəyərində 57 ədəd mobil telefon cihazının ölkə ərazisinə kommersiya məqsədilə gətirildiyi nəzərə alınarsa, qanunvericiliyə əsasən həmin mobil cihazlar üçün 19.568,81 manat gömrük rüsumu ödənilməli olduğu halda, cəmi 1.927,03 manat gömrük rüsumu ödənilmişdir. İşdə olan Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyinin direktorunun 10 sentyabr 2023-cü il tarixli, 2300/515Ş nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdənbirliyin Analitik şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs sədrinin 12 sentyabr 2023-cü il tarixli, 1000/1116Ş nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Cənub ərazi baş gömrük idarəsinin Astara gömrük postuna təhkim edilmişdir. İşdə olan qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin hesabına 22.475,64 (iyirmi iki min dörd yüz yetmiş beş manat altmış dörd qəpik) pul ödənilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması barədə ifadəsində göstərdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bu xüsusda qeyd etdikləri cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 64 bəyannamə üzrə mobil telefon cihazlarından 58-i Rusiya Federasiyası və İran İslam Respublikasının vətəndaşlarıdır. Həmin şəxslərin əksəriyyətinin transit olaraq Azərbaycan Respublikasının ərazisindən keçməklə digər ölkələrə getməyi nəzərə alınsa, həmin şəxslərin özləri sərhəddən keçirmiş olduğu mobil telefonların gömrük orqanlarına bəyan edilməsi anlaşılan deyildir. Cinayət işi materiallarında olan və hazırki iş üzrə araşdırma aparılarkən izahatı alınmış X9 bildirmişdir ki, hər hansı mobil telefon cihazı bəyan etməmiş, adına yazılmış bəyannamənin saxta olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 18 iyun 2023-cü il tarixli **********501 nömrəli “fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə”dən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Magomedzapır Khalıkovun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********03185 / **********17006 İMEİ kodlu mobil telefon cihazı bəyan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təsdiq etmiş olduğu 57 ədəd bəyannamələr real olaraq mobil telefonları görmüş və həmin mobil telefonlar adlarına bəyan edilmiş sürücülər tərəfindən həqiqətən bəyan edilərək keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əcnəbi şəxslərin adına bəyan edilmiş və rüsumları ona məxsus kartla öədənilmiş mobil telefon cihazları barədə heç nə xatırlamamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9, Şahid4 elan edilmiş ifadələrindən görünür ki, əcnəbi şəxslərin adına bəyan edilmiş və rüsumları onlara məxsus kartla ödənilmiş mobil telefon cihazları barədə heç nə xatırlamamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan qəbzdən görünür ki, iş üzrə dəymiş ziyan tam olaraq ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 may 2020-ci il təvəllüdlü X27 və 16 mart 2023-cü il tarixli X28 adlarında iki azyaşlı övladları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam olaraq ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunması, himayəsində az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-1-ci bəndində göstərilmişdir ki, “Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü islah işləri cəzasına əlavə cəza kimi təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd "xxxx" disk, “VAİS” sistemindən çıxarılmış içərisində təsdiq edilmiş gömrük bəyannamələrinə dair məlumatlarının olduğu 01 ədəd "xxxx" disk, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahı, Kapital Bank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 02 ədəd "xxxx" disk, Unibank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 01 ədəd "xxxx" disk, "xxxx" ASC-dən daxil olmuş ödəniş kartından çıxarış, həmçinin gömrük bəyannamələri iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 01(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisinin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın İş üzrə maddi sübut kimi tanınmış və sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd "xxxx" disk, “VAİS” sistemindən çıxarılmış içərisində təsdiq edilmiş gömrük bəyannamələrinə dair məlumatlarının olduğu 01 ədəd "xxxx" disk, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahı, Kapital Bank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 02 ədəd "xxxx" disk, Unibank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 01 ədəd "xxxx" disk, "xxxx" ASC-dən daxil olmuş ödəniş kartından çıxarış, həmçinin gömrük bəyannamələri iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar