Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-71/2024 02.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (xx xxxxx 1980-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu Pensər kəndində fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Astara rayonu Pensər kəndində ara yolda həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla zərbələr vuraraq, ona sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyəsində qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə fərdi yaşayış evində yaşayır. Ailəlidir, üç uşağı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yaxşı münasibətləri vardır. 03 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Astara rayonu Pensər kəndində, ara yolda onunla rastaşmış və söhbət etmişlər. Bu zaman söhbətləri zarafata keçmiş, bu zaman Fərhad içkili olduğu üçün onunla kobud danışmağa başlamışdır. Aralarında mübahisə yaranmış, mübahisə zamanı hirsələnərək Zərərçəkmiş şəxs bədən və üz nahiyəsinə şillə və yumruq zərbəsi vuraraq onu döymüşdür. Mübahisə Astara rayonu Pensər kəndində ara yolda baş vermiş, bir-iki dəqiqə davam etmiş və orada onlardan başqa heç kim olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkədlisidir. Münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir qərəzli münasibət olmamışdır. 03 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Astara rayonu Pensər kəndində ara yolda olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun bədən və üz nahiyyəsinə şillə və yumruq zərbəsi vuraraq onu döymüşdür. Buna görə də polisə ərizə ilə müraciət etmişdir. Dava-dalaş zamanı orada kənar şəxslər olmamış, hadisə ani baş vermiş və 2-3 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 04 iyun 2024-cü il tarixli, 182 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində - sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən 11 iyun 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində üç uşağı var. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №1(018)-71/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-71/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver