Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-74/2023 19.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X8 iclas katibliyi, xüsusi ittihamçı X9, onun nümayəndəsi, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxs X13, onun Müdafiəçi2 iştirakları ilə, 29 noyabr 1969-ci ildə Astara rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara şəhəri 6 saylı tam orta məktəbində kargüzar işləyən, Astara şəhəri Səməd Vurğun küçəsi, ev 117-də qeydiyyatda olan və yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbində direktor vəzifəsində işləyən X17, həmin məktəbdə kargüzar vəzifəsində işləyən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci,147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadı ilə X17 xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəmə baxışının təyin edilmişdir. Xüsusi ittihamçı X17 şikayətini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla 15 sentyabr 2006-cı ildən 10 oktyabr 2015-ci ilədək Astara şəhər 7 saylı tam orta məktəbində və Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində biologiya ixtisası üzrə müəllim işləmişdir. 10 oktyabr 2015-ci ildən 03 fevral 2020-ci ilədək 6 saylı məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini, 03 fevral 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuş və hal-hazıra kimi həmin vəzifədə çalışır. İşlədiyim müddət ərzində məktəb rəhbərliyi olaraq nümunəvi olmuşam. Nümunəvi xidmətimə görə təşəkkür almış, fəxri fərmanla təltif olunmuş, dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Astara Rayon Təhsil Şöbəsinin müdiri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmiş, AZDİ Astara rayon şöbəsinin sədri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Xidmət göstərdiyim müddət ərzində həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olmuş, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmağa çalışmışdır. İşlədiyim dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmışam və demək olar ki, buna nail olmuşdur. Eyni zamanda qeyd etməliyəm ki, işçilər arasında böyük hörmətə sahib olduğum danılmazdır. Lakin Astara şəhər 6 saylı tam orta məktəbin kargüzarı X23 yuxarı instansiyalara, həmçinin hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlərində, sosial şəbəkələrdə, qəzetlərdə həqiqətə uyğun olmayan məlumatlar və böhtan xarakterli məlumatlar dolu ərizələr, izahatlar yazmışdır. X23 yazdığı ərizələrdə və izahatlarda məni ağır cinayətlərdə ittiham edərək məni rəhbərlik və işçilər arasında nüfuzdan salmağa çalışmışdır. X13 yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda məni dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Şikayətlər qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Belə ki, X23 etdiyi şikayətlərində 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasnı, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını göstərmişdir. Ancaq Astara rayon prokurorunun böyük köməkçisi, X18 tərəfindən Validə Məmmədovanın şikayəti əsasında araşdırma aparılmış və onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Bundan başqa, X19.com internet informasiya ehtiyatına təqdim edilmiş 25 yanvar 2023-cü il tarixli müsahibəsində direktor Ülviyyə Bayramovanın ona məktəbin ərizələrinin qeydiyyat kitabının vərəqlərini dəyişdirməyi əmr etməsini o, etiraz etdikdə həmin kitabın vərəqləri cıraraq yenisini ora tikib, ona yenidən yazdırmasını, direktor Ülviyyə Bayramovanın “Müəllimlər günün”də, “8 mart qadınlar bayramın”da, özünün ad günlərində və hər ayın sonu əmək haqlarımız verilən zaman qarşısına siyahı qoyaraq onlardan pul yığmasını və kimlərəsə yığdırmasını, özünün direktor Ülviyyə Bayramovaya aylıq rüşvət vermədiyim üçün ona təzyiqlər göstərməsini bildirmişdir. Bundan başqa, Validə Məmmədovanın 26 yanvar 2023-cü il tarixdə facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda və “mektebgushesi.az” internet informasiya ehtiyatında etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, məktəbin direktorunu rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. Bundan başqa, Validə Məmmədova 22 065 üzvü olan facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda 31 yanvar 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, 23 ildir ki, katibə işlədiyim Astara şəhər 6 saylı tam orta məktəbə son 3 ildir ki, təyin olunan direktor X2 və rüşvətxor əməlləri barədə 2022 –ci il aprel ayından cənab prezidentə və yüksək qurumlara şikayət ünvanlamışam və hal-hazırda da davam edirir. Çox –çox təəssüflər olsun ki, aidiyyatı qurumlar nəyə görəsə bu direktoru dəstəkləyir və onun bütün nöqsanlarının üstün çox gözəl şəkildə örtürlər. Bütün bunlardan da özünə güc tapan Ülviyyə Bayramova bu sözləri səsləndirərək “get prezidentin sənə kömək etsin” deyərək şikayətçi olduğum üçün ona olmazın təzyiqlər göstərir və onu işdən çıxarmaqla təhdid edir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 05 fevral 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kim direktorun hər dediyini edirsə, onun üçün rüşvət toplayırsa onlar yaxşı olur, kim etiraz edirsə direktor olur həmin adamla düşmən. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 08 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, heç bir məktəb rəhbəri təmənnasız şagirdi yola verməz. Hələ bizim məktəbdə uzaq kənddən olan şagirdin adı 11-ci sinifdə gedir aylarla məktəbə gəlmir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə direktorun saxtakarlıqları pik həddinə çatıb ancaq hələ ona dur deyən yoxdu. Çünki deyir adamım var. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə saxtakarlıq baş alıb gedir. Direktor özünə məxsus çətə yaradıb. Bütün saxtakarlıqları onlarla edir. Dəhşətdi. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda 18 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kimin kefi nə vaxt istəyir imza atır. Bir neçə gün işə gəlmir sonra gəlir direktorun razılığı ilə gəlmiyən günlərə də imza atır. Həmin yayımlardan görünür ki, Validə Məmmədova məktəbin sənədlərinin şəklini özbaşına çəkmiş və sosial şəbəkələrdə yaymışdır. Həmin paylaşımlarda daha sonra yer almışdır ki, o Elçin Cəbiyevə cavab verərək bildirmişdir ki, bizi bu həddə çatdıran direktordu. Çünki məktəbdə hegemonluq edir. Bizi aşağılayır şantaj edir. Eləcə də həmin paylaşımlardan görünür ki, X37 Bağırova adlı şəxsə bildirir ki, biz şikayətçiyik deyə bizi şantaj edir ancaq öz komandası ona hədiyyələr verənlər, ad günlərində pul yığıb verənlər öz kefləri ilə işləyir. Daha sonra həmin paylaşımlardan görünür ki, X29 adlı şəxsə bildirir ki, direktor saxtakarlıq edəndə, bizi şantaj edəndə, üstümüzə yalançı şahidlər gətirəndə, imza atdıranda utanmır bəs mən haqqı danışanda niyə utanmalıyam. Bundan başqa iş materiallarına əlavə olunmuş və video materialdan ibarət olan diskdə X13 mənə eyni məzmunlu böhtan xarakterli məlumatları məktəbin həmkarlar təşkilatının iclasında, yəni kütləvi çıxışda yalan olduğunu bilə-bilə yayması faktı öz əksini tapmışdır. Belə ki, təqribən iyirmi nəfər müəllim heyətinin iştirak etdiyi həmin iclasda da X23 məktəbin müəllimlərini dövlətin pulunu mənimsəməkdə və direktorla bölməkdə ittiham edir. Hesab edirəm ki, dövlətin pulunu mənimsəmək və həmin pulun direktorla bölünməsi ilə bağlı deyilən fikirlər məni ağır cinayətdə ittiham etməkdir. Eləcə də diskdə olan video-materialdan görünür ki, Validə Məmmədova qeyd edir ki, məktəbin müllim heyəti direktorun rüşvətxorluğuna göz yuman komandadir. Eləcə də X13 qeyd etdiyi “onu hansısa deputat himayə edir” və ona saxtakar, hegemon deməsi kimi fikirləri bir qadın olaraq mənim şərəf və ləyaqətimə toxunmuş ki, onun mənə münasibətdə həmin fikirləri kütləvi informasiya vasitələrində yaymasını özümə qarşı təhqir hesab etdiyimdən cinayət hesab olunur. X13 internet informasiya ehtiyatlarında və hüquq mühafizə orqanlarına və eləcə də prezident administrasiyasına etdiyi müraciətlərində qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə milli- mənəvi dəyərlərə və nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil, ən əsası isə yalandır. Lakin barəmdə təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Bununla da hesab edir ki, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X17 və onun nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini müdafiə edib ona uyğun ifadə verərək, məhkəmədən təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X23 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1999-cu il tarixdən hal-hazıra kimi Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində kargüzar vəzifəsində işləyir. İşlədiyim dövr ərzində heç bir nöqsana yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. X17 03 fevral 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. O, direktor X6 Səid Halik oğlunun işə götürülməsi ilə bağlı müraciət etmişdir. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə onun oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra sonra onların münasibətləri pozulmuşdur. Ülvüyyə Bayramova direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmiş, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmış, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmış, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəmdır. O, da əvvəllər hər dəfə 20 manat olmaqla pul versə də, sonra imkanı olmadığına görə pul verməmişdir. Buna görə də Ülvüyyə Bayramova ona təzyiq etmiş, onu işdən çıxartmaqla hədələmişdir. Bütün bunlara görə də o, Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda Ülvüyyə Bayramovanın rüşvətxorluğu, saxtakarlığı, ona təzyiq etməsi barəsində yazıb, paylaşım etmiş, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişdir. Hesab edir ki, onun qeyd etdikləri həqiqətdir. Təqsirləndirilən şəxs X13 müdafiəçisi Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslə eyni mövqedən çıxış edərək, xüsusi ittihamçı X9 istinat etdiyi, X23 tərəfindən internetdə, sosial şəbəkələrdə yayılmış məlumatların həqiqət olmasını bildirərək, təqsirləndirilən şəxs X13 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 məhkəmə iclasında göstərdi ki, o, uzun müddətdir ki, Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində fizika müəllimi vəzifəsində işləyir. 2023-cü ilin əvvəllərindən məktəbdə kargüzar vəzifəsində işləyən X23 tərəfindən Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda məktəbin drektoru X9 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsini qeyd etməklə paylaşmalar etmişdir. X3 məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən Ülvüyyə Bayramovanın rüşvətxorluğu, saxtakarlığı barədə bildirmişdir. Ancaq X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında məktəbin drektoru X17 barəsində qeyd edilən yazışmaları və məktəbin həmkarlar təşkilatının iclasında çıxışında bildirdikləri həqiqət deyildir, böhtandır. Belə ki, Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində məktəbin drektoru Ülvüyyə Bayramova tərəfindən hec vaxtı 8 mart X28 ilə əlaqədar pul yığdırmamış, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmamış, öz ad günü olduğuna görə müəllimlərdən pul yığdırmamış, məktəbin inventarlarını satdırmamışdır. Ümumiyyətlə məktəbin drektoru Ülvüyyə Bayramova məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da şahid X10 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X36 məhkəmə iclasında göstərdi ki, o, uzun müddətdir ki, Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində gözətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs X23 onun arvadıdır. Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbində direktoru X17 tərəfindən məktəbdə qanunsuzluğa yol verilərək, məktəbin maddi-texniki vəsaitləri satdıraraq pulunu mənimsəmişdir. O, bu barədə Astara rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş, Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda X23 tərəfindən paylaşımlara əsasən həmin sosial şəbəkələrdə yayılmış məlumatlardan olan çıxarışlardan məlum olur ki, X23 tərəfindən “məktəbin drektoru X9 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” ifadələri yayılmış və sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş, 01 ədəd DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən məlum olmuşdur ki, X23 məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən məktəbin drektoru X9 məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olmasını qeyd etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş, Astara rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 61C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2022-ci il tarixli Qərarından məlum olur ki, məhkəmənin gargüzarı X23 tərəfindən Astara rayon prokurorluğuna müraciət edilərək, “məktəbin drektoru X9 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” bildirilsədə X13 göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından qeyd edilən qərar qəbul edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş, Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin X12 adına tərtib etdiyi 17 may 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, təqsirləndirilən şəxs X23 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X5 şəhəri Səməd Vurğun küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X23 barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib təqsirləndirilən şəxs X23 xüsusi ittihamçı X14 ağır cinayətdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş, rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlində yəni, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması cinayət əməlində ittiaham etməklə bu barədə olan məlumatları yalan olduğunu bilə-bilə kütləvi çıxışda və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır və ona həmin maddə üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-cü maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hesab edilir. Həmin Məcəlləsinin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmanı əhatə edir. Həmin Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X23 xüsusi ittihamçı X14 yalan olduğunu bilə-bilə ağır cinayət əməlində ittiaham etməklə bu barədə olan məlumatları kütləvi çıxışda və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymaqla ona böhtan atmışdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, …dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, …çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsindəhər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). X13 mövcud fakt kimi göstərdiyi hallar hər hansı mötəbər sübuta deyil əsası müəyyənləşdirilə bilməyən şayiələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Onlar bilavasitə “Aba Tv” adlanan youtube kanalının özündən doğmasa da, kanalın müstəqil təhqiqatla yoxlamadığı şayilərə əsaslanırdı (bax Jersild qərarı, pp.23 and 25-26, /31 and 35). Ona görə də bu işdə kanalın fərdi şəxsləri ləkələyən faktları yoxlamaq öhdəliyindən azad edən hər hansı xüsusi əsasın olub-olmaması yoxlanılmalıdır. Məhkəmənin fikrincə, bu xüsusilə əldə olan diffamasiyanın xarakter və dərəcəsindən və nəzərdən keçirilən iddia ilə bağlı kanalın şayiələri kifayət qədər etibarlı hesab etməsi həddindən asılıdır (bax, məsələn, X42 Stensaas v. Norway, Reports 1999-İİİ, p. 325/66). Məhkəmə belə hesab edir ki, yuxarıda göstərilən ifadələr diffamasiya kimi qiymətləndirilməli və həmin məqalələrdə göstərilənləri sübut etmək üçün təqdim oluna biləcək dəlil olmadığından bu, həmçinin, jurnalistikanın vəzifə və öhdəliklərini pozur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X23 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş yalan olduğunu bilə-bilə ağır cinayət əməlində ittiaham etməklə böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Deməli, təqsirləndirilən şəxsin əməlləri yalan olduğunu bilə-bilə şərəf və ləyaqəti ləkələyən və ya şəxsi nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla ona ağır cinayət əməlində ittiham etməklə böhtan atılması kimi səciyyələndirilməlidir. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun tövsif edilməsi üçün təqsirləndirilən şəxsin əməllərində yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi informasiya vasitəsində yayılması hallarının məcmu halında mövcud olması zəruridir. Bununla yanaşı, burada “bilə-bilə” ifadəsi cinayətin birbaşa qəsd formasını ehtiva edir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraqhesab edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətləyanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X13 ilk dəfə az ağır cinayət törətməsini, ilk dəfə məhkum olunduğunu, yaşlı olduğunu barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X13 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X23 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə hesab edir ki, X13 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi, həmçinin, mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. Həmçinin, Konvensiyanın 6.2-ci maddəsinə görə, şəxslərin hər hansı cinayət əməli törətməkdə təqsiri sübut olunana qədər təqsirsiz hesab edilmək hüququnun olması Məhkəmənin həyata keçirməli olduğu çəkişən maraqların tarazlaşdırılması üçün əhəmiyyətli faktdır. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur (bax, the Goodwin v. X40. judgment of 27 March 1996? Reports 1996-İİ. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). “İnsan Hüquqları və X21 Haqqında” 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. X15rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinasız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Bununla yanaşı, Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, qiymətləndirici mülahizələrdən fərqli olaraq (yazıda istinad edilən) faktları sübut etmək mümkündür. “X38” (№ 23472/03, 21.07. 2005.) işi üzrə qərarında da Məhkəmə bu mövqeyini bir daha təsdiqləmişdir (bax: həmin qərar p.30). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-ci il tarixli, 3 №-li Qərarı ilə qərara alınmışdır ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikasl Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinintələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun surətdə müvafıq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət üzrə maddi sübut olan 01 ədəd DVD diskin şikayətə əlavə edilməsi nəzərə alınmalıdır. Xüsusi ittiham qaydasında şikayət üzrə mülki iddia, və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42,179, 197-198, 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X23 cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. X23 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Xüsusi ittiham qaydasında şikayət üzrə maddi sübut olan 01 ədəd DVD diskin şikayətə əlavə edilməsi nəzərə alın Hökmün icrası Astara Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-74/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-74/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver