Məhkəmə qərarları › İş №1(018)-75/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-75/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-75/2023 07.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Astara rayonu Şahağacı kəndində qey- diyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən 0,664 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Astara rayonu Şahağacı kəndində yerləşən yaşadığı evin həyətində 07 ədəd bükümdə ümumi çəkisi 0,664 qram narkotik vasitə hesab edilən heroini tanışı X6 20 manata satmış, daha sonra 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı X23 rayonu Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və həmin tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümünün içərisindən siqaretin qızılı kağızma bükülmüş 07 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,065 qram, 0,126 qram, 0,107 qram, 0,115 qram, 0,083 qram, 0,102 qram, və 0,066 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,873 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib daşımaqla üzərində saxlamış, 14 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan açıq yaşıl rəngli gödəkçənin sağ üst döş cibindən 04 ədəd bükümdə, ayı-ayrılıqda çəkiləri 0,263, 0,206 qram, 0,243 və 0,161 qram olmaqla ümumi təmiz çəkisi 0,873 qram narkotik vasitə hesab edilən heroin, həmçinin əynindəki açıq yaşıl rəngli gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Astara rayonu Şahağacı kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq hər hansı bir yerdə işləmir, üç övladı vardır. Təxminən üç-dörd ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Çox vaxt Bakı şəhərinə işləməyə gedir. Bakı şəhərində olarkən də özünün narkotik vasitəyə olan tələbatını ödəmək üçün narkotik vasitələr almaq məcburiyyətində olur. Tutulmazdan öncə narkotik vasitələri daha çox Bakı şəhərində Kubinka adlanan yerdə almışdır. 2022-ci ilin noyabr ayında Bakıda işləyərkən Kubinkaya gedib tanımadığı bir şəxsdən özünə narkotik vasitə olan heroin almış və bunun üçün həmin şəxsə 200 manat pul vermişdir, birdəfəlik bu qədər narkotik almağına səbəb Kubinkaya tez-tez gedə bilməməyi olmuş, çünki oralarda polislər çox olduğu üçün bu ərazidə tez-tez göründüyü halda şübhə yaranacağından yaxalanma ehtimalını nəzərə alıb bu riskə getməyərək bir dəfəlik bu qədər narkotik almış, bir neçə gün sonra Astaraya qayıtmışdır. Bir neçə gün Astarada Şahağacı kəndində qalmış, 28 noyabr 2022-ci il tarixdə Şahağacı kənd sakini X12 onun evinə gəlib ondan narkotik vasitə istəmiş, o da Elşada 7 ədəd bükümdə narkotik vasitə heroin vermiş, bunun müqabilində Elşad ona 20 manat pul verərək çıxıb getmişdir, axşam çayxanaya getdikdə ona məlum olmuşdur ki, Elşadı polis əməkdaşları tutmuşlar və üzərindən narkotik vasitə aşkar olunmuşdur, o da başa düşmüşdür ki, polis əməkdaşları onu axtaracaqlar və bu səbəbdən dərhal evə gedib əşyalarını toplayaraq arvadına Qarabağ zonasında tikinti işləri olduğu üçün orada fəhlə işləməyə getdiyini bildirmişdir. Taksi ilə Lənkərana gedib oradan Bakı şəhərinə yola düşmüş və ara sakitləşənədək Bakı şəhərində qalmağı planlaşdırmışdır. Bakı şəhərində bir neçə ay qalmış, lakin ayda bir dəfə gizlin şəkildə Astaraya gəlib iki gün qalıb yenidən Bakı şəhərinə getmişdir. Sonradan arvadı onunla telefonda danışarkən evə tez- tez polis əməkdaşlarının gəlib onu soruşduğunu demiş, lakin sonradan polis əməkdaşlarının gəlmədiyini bildirmişdir, buna görə də düşünmüşdür ki, yəqin Elşadın işi başa çatıb və buna görə daha onu axtarmırlar, bu səbəbdən də rayona gəlməyə qərar verib 2023-cü ilin yanvar ayının sonu Şahağacı kəndinə qayıtmış, qayıtmazdan öncə Bakı şəhərində Kubinka adlanan yerə gedib orada tanımadığı başqa bir şəxsdən 40 manata dörd büküm narkotik vasitə olan heroin almış və oradan da çıxıb Astaraya qayıtmışdır. 14 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Şahağacı kəndində küçə ilə evinə gedərkən, bu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər, ardınca ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu maşına əyləşdirərək polis şöbəsinə gətirmişlər.Polis Şöbəsində polislər tərəfindən xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşmuş, o da əynindəki zeytun rəngli gödəkçənin sağ çöl döş cibindən içərisində 4 ədəd siqaretin qızılı kağızma bükülmüş heroin bükümlərini, həmçinin əynindəki zeytun rəngli gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb otaqda olan masanın üzərinə qoymuş, Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və bu bükümdə olan kütlələrin kakos, yəni heroin olduğunu bildirmişdir. Bundan da əlavə əvvəllər qohumu olan Elşad Həsənova da narkotik vasitə olan heroin satdığını bildirmişdir. Üzərində axtarış aparıldıqdan sonra müvafiq sənədləşdirilmə aparılmış, ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 04 bükümdə olan narktoik vasitə heroini 2023-cü ilin yanvar ayının sonlarında Bakı şəhərində, Kubinka adlanan yerdə tanımadığı bir şəxsdən 40 manata almışdır. Üzərindən aşkar edilib götürülmüş 4 bükümdə olan narkotik vasitə heroini istifadə etmək məqsədilə üzərində saxlamışdır. Üzərindən aşkar olunaraq götürülmüş tərəzini narkotik vasitə alarkən narkotikin çəkisini bilsin deyə uzun müddət əvvəl özü üçün almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına bir neçə dəfə məlumat daxil olsa da lakin Təqsirləndirilən şəxs yaxalanması mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həmkəndlisi X9 da narkotik vasitə satmışdır. 14 fevral 2023-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, bu məlumat dərhal Astara RPŞ-nin rəhbərliyinə məruzə edilmiş, ardınca da məlumatla əlaqədar olaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə polis əməkdaşları Elsevər Rəhimov və Rauf Rzayev də daxil edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 14 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində küçə ilə hərəkət etdiyini gördükdə dərhal ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olması şübhəsi olduğundan şəxsi axtarış keçiriləcəyi və onlarla polis şöbəsinə gəlməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış istintaq hərəkəti zaman ilk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq yaşı rəngli gödəkçənin sağ üst cibindən 4 ədəd büküm və gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb masa üzərinə qoymuşdur. Şəxsi axtarış keçirən X13 Təqsirləndirilən şəxs bu kütlələrin və elektron tərəzinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bu bükümlərin kakos, yəni narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Ardınca təhqiqatçı həmin bükümlərə baxış keçirməyə başlamışdır. X13 həmin 4 ədəd bükümə baxış keçirdikdə bükümlərdə narkotik vasitə heroin olması aşkar edilmişdir. Daha sonra həmin bükümlərin çəkisini müəyyən etməkdən ötrü bu bükümlər elektron tərəzidə çəkilmiş və bükümlərin ümumi çəkisinin 1,12 qram olması müəyyən edilmişdir. Bu bükümlərin elektron tərəzidə çəkiləri müəyyən edildikdən sonra, həmin bükümlər və bir ədəd elektron tərəzi ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzərinə imzalar çəkilərək möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə bir neçə ay öncə Elşad Həsənov adlı həmkəndlisinə narkotik vasitə heroin satdığını da etiraf etmişdir. İstintaq hərəkətinin sonunda bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X15 şahid X2 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza”üzrə verilmiş 15 fevral 2023-cü il tarixli, 19/202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 büküm heroinə bənzər kütlə, ləd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,206 qram, 0,243 qram, 0,161 qram olmaqla ümumi təmiz çəkisi 0,873 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqa (eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş 0,873 qram narkotik vasitə olan heroinin 0,2 qram hissəsi (hər obyekt üzrə 0.05 qram) tədqiqata sərf edilmiş, 0,673 qram hissəsi qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli, 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda kannabinoidlərin və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. İşdə olan Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Şahağac kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 357 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri həyat yoldaşı və 2006-cı il təvəllüdlü X10, 2010-cu il təvəllüdlü X7 və 2020-ci il təvəllüdlü X3r. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı övladının olmasını, törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 16.02 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra,04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,213 qram, 0,156 qram, 0,193 qram, 0,111 qram, ümumi təmiz çəkisi 0,673 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmiş narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra,04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,213 qram, 0,156 qram, 0,193 qram, 0,111 qram, ümumi təmiz çəkisi 0,673 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmiş narkotik vasitə heroin və01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar