Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-75/2024 06.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi - X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara rayon Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X2 və Təqsirləndirilən şəxs Maqomedoviçin iştirakı ilə, - xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Levişinski rayon Kakamaxinski kəndi Mədrəsəyeva küçəsi 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Maqomedoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Maqomedoviç 01 may 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 01 (bir) konvalyut kəsiyində, ümumilikdə tərkibindəki təsiredici maddəsinin miqdarı 1,2 qram təşkil edən 08 (səkkiz) kapsul preqabalin güclü təsir edən maddəsini əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “X6 1844LS” markalı, P754KA05 dövlət qeydiyyat nişanlı dartıcı və “Mirofret TRS31” markalı, AE294705 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən sərnişin oturacağının altındakı qara rəngli sellofan torbada olan zibil tullantılarının arasında gizlədib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 01 may 2024-cü il tarixdə Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs Maqomedoviçin idarə etdiyi nəqliyyat vasitəsinə həmin tarixdə, saat 12 radələrində gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən güclü təsir edən maddə göstərilən yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Maqomedoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Maqomedoviç ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Levişinski rayon Kakamaxinski kəndi Mədrəsəyeva küçəsi 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var. Rusiya Federasiyası vətəndaşı olmaqla sürücü işləyir. Beynəlxalq yük daşımaları ilə məşğul olaraq idarə etdiyi yük nəqliyyat vasitəsi ilə xarici ölkələrə yük daşımaqla məşğul olur. Ailədə yeganə qazanc gətirən şəxsdir. İdarə etdiyi “X6 1844LS” markalı, P754KA05 dövlət qeydiyyat nişanlı dartıcı və “Mirofret TRS31” markalı, AE294705 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsini sürücülük hüququ əsasında idarə edir. 23 aprel 2024-cü il tarixdə İran İslam Respublikasından Rusiya Federasiyasına yük aparmaq məqsədilə idarə etdiyi “X6 1844LS” markalı, P754KA05 dövlət qeydiyyat nişanlı dartıcı və “Mirofret TRS31” markalı, AE294705 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından yola çıxaraq həmin tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və 24 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası-İran İslam Respublikasının dövlət sərhədini keçərək İran İslam Respublikasının Astara şəhərinə çatmışdır. Təxminən 24-26 aprel 2024-cü il tarixlərdə İran İslam Respublikasının Astara şəhərində yerləşən “Pəyanə” adlı terminalda olarkən əvvəllər tanımadığı bir taksi sürücüsünə müraciət edərək sonuncudan şəxsi istifadəsi üçün ona sakitləşdirici dərman preparatı tapmağını xahiş etmiş və həmin şəxs onunla razılaşaraq getmişdir. Bundan bir neçə saat sonra həmin taksi sürücüsü ona yaxınlaşaraq bir konvalyut 16 kapsul preqabalin adlı dərman preparatını ona vermiş, o da bunun müqabilində sürücüyə Azərbaycan pulu ilə iki manat vermişdir. İran İslam Respublikasından olarkən Azərbaycana gəlməmişdən əvvəl dəqiq xatırlamadığı vaxtda həmin kapsullardan 8 ədədini istifadə etmiş, qalan 8 kapsulu isə idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən sərnişin oturacağının altında olan, tullantıları atmaq üçün istifadə etdiyi sellofan torbaya yerləşdirmişdir. İran İslam Respublikasının Astara şəhərində idarə etdiyi yük nəqliyyat vasitəsinə İrandan Rusiyaya aparmalı olduğu “qarpız” yükü yükləndikdən sonra yola düşərək, 01 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Astara gömrüyünə daxil olmuş və bir qədər növbədə gözlədikdən sonra, saat 12 radələrində növbə ona çatmış, o da nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttinə çatdıqda gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük orqanına mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, gömrükçüyə üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük orqanına mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bunun ardınca gömrük əməkdaşı tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verdiyi üçün nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı gömrük əməkdaşları nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən sərnişin oturacağının altındakı qara rəngli sellofan torbada olan tullantılarının arasından onun həmin yerə yerləşdirdiyi 1 ədəd konvalyut kəsiyində, ümumilikdə 8 kapsuldan ibarət preqabalin dərman preparatı aşkar etmişlər. Yoxlamalar başa çatdıqdan sonra aşkar edilmiş 8 kapsul preqabalin onun və hal şahidlərin iştirakı ilə gömrük əməkdaşları tərəfindən görürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra idarənin təhqiqat orqanında onun iştirakı ilə prosessual hərəkətlər aparmaq istəsələr də, qəbul etdiyi preqabalinlərin təsiri kəskinləşdiyindən özünü yaxşı hiss etməmiş və onu müayinə olunması üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada həkim onun xəstəxanada qalmalı olduğunu söyləmiş, bir gün, yəni 02 may 2024-cü il tarixədək azadlığı hər hansı formada məhdudlaşdırılmadan xəstəxanada qalmışdır. 02 may 2024-cü il tarixdə səhər saatlarında özünü yaxşı hiss etdiyindən yenidən təhqiqat orqanına dəvət edilmiş və orada şübhəli şəxs qismində tutulmuşdur. Aşkar edilmiş kapsullar ona məxsusdur, onları İrandan taksi sürücüsündən, ağrıkəsici qismində şəxsi istifadəsi üçün əldə etmişdir. Bir konvalyut kəsiyində olan preqabalin tərkibli 8 kapsulu daha sonra istifadə etməmək üçün sellofan torbada olan tullantıların arasına atmış və onlar yadından çıxıb həmin yerdə qalmışdır. Əvvəllər yalnız lirika istifadə etmişdir, preqabalin ilk dəfədir istifadə etmişdir. Güclü təsir edən maddələrinin, o cümlədən preqabalin güclü təsir edən maddəsinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin qanunla qadağan olunmasından əvvəlcədən məlumatlı olmuşdur. Hazırda etdiyi əmələ görə peşmanlıq hissi keçirir, ailədə yeganə gəlir gətirən şəxsdir, ilk dəfə cinayət törədir. Ailəli olmaqla himayəsində iki azyaşlı uşaqları vardır. Bundan başqa himayəsində əlil anası vardır və anasına da özü qulluq edir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Artıq islah olunmuşdur və bir daha cinayət etməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Maqomedoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Maqomedoviçin cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsində xidmət edir. X5 İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin inspektoru vəzifəsindəlir. 01 may 2024-cü il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Saat 12 radələrində idarə etdiyi “X6 1844LS” markalı, P754KA05 dövlət qeydiyyat nişanlı dartıcı və “Mirofret TRS31” markalı, AE294705 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasında fəaliyyət göstərən “X3 Company” şirkətindən Rusiya Federasiyasında fəaliyyət göstərən “X7” şirkətinin ünvanına yükü ******* nömrəli CMR və 03 nömrəli invoysa əsasən “qarpız” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviç nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İlk öncə Təqsirləndirilən şəxsla şifahi sorğu-sual apararaq, ondan üzərində, əl yüklərində və idarə etdiyi yük nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud gömrük orqanına bəyan olunmamış predmetlərin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra «Şeva» ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən sərnişin oturacağının altındakı qara rəngli sellofan torbada olan zibil tullantılarının arasında üzərində “Pregabalin” yazısı olan bir ədəd konvalyut kəsiyində 8 kapsul aşkar edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra aşkar olunmuş, üzərində “Pregabalin” yazısı olan bir ədəd konvalyut kəsiyində 8 kapsul hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə tərəfindən görürülərək qablaşdırılıb möhürlənmişdir. Yoxlama keçirilməsi barədə protokol tərtib olunduqdan sonra, protokol ucadan oxunmuş və bütün iştirakçılar protokolla tanış olaraq imzalayıb təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, daimi işi olmadığı üçün Astara Gömrük İdarəsində idxal xəttində yükləmə-boşaltma əməliyyatlarında qeyri rəsmi qaydada fəhləlik etməklə pul qazanır. 01 may 2024-cü il tarixdə onun kimi eyni qaydada fəhləlik edən həmkəndlisi Şahid2lə birgə Astara Gömrük İdarəsinin yaxınlığında dayanaraq yüklərini daşımaq üçün yük sahibləri tərəfindən veriləcək sifarişləri gözləyərkən gömrük əməkdaşı Şahid3 ona və Hüseynə müraciət edərək Astara Gömrük İdarəsinin idxal yük xəttində bir yük maşınına yoxlama tətbiq edəcəyini söyləmiş və onlardan yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da Səidlə razılaşaraq idxal xəttinə getmişlər. Orada onlara məlum olmuşdur ki, yoxlama əvvəllər tanımadığı Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “X6 1844LS” markalı, P754KA05 dövlət qeydiyyat nişanlı dartıcı və “Mirofret TRS31” markalı, AE294705 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinə tətbiq ediləcəkdir. Yoxlamadan əvvəl Səid onlara hüquq və vəzifələrini izah etmiş, ardınca onun, Hüseynin və Təqsirləndirilən şəxs iştirakı ilə həmin nəqliyyat vasitəsində yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı Şahid3 nəqliyyat vasitəsinin dartıcının salonunda yerləşən sərnişin oturacağının altındakı qara rəngli sellofan torbada olan zibil tullantılarının arasında üzərində “Pregabalin” yazısı olan 1 ədəd konvalyut kəsiyində 8 kapsul aşkar etmişdir. Yoxlama başa çatdıqdan sonra Səid onun, Hüseynin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar edilmiş 1 konvalyut kəsiyində 8 kapsulu götürərək qablaşdırıb möhürləmiş və bu barədə protokol tərtib etmiş, onlar da protokolla tanış olaraq imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. Astara Gömrük İdarəsində tərtib edilmiş 01 may 2024-cü il tarixli «malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, “P754KA05/AE294705” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “qarpız” yükü apararkən xx.xx.2024cü il tarixdə, saat 12 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində sorğu-sual edilərək üzərində, ondan əşyalarında və yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində əşyalarında və yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra “Şeva” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün kabinədə yoxlama davam etdirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin kabinəsində sərnişin oturacağının altında qara rəngli sellofan torpada olan zibil tullantılarının arasında üzərində “Pregabalin” yazısı olan 1 konvalyut kəsiyində ümumilikə 8 kapsul aşkar edilərək qablaşdırılıb götürülmüşdür.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 3-16-16/1-6/2420 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən “Pregabalin 150 mg” göstəricili 1 ədəd blister kəsiyində 08 (səkkiz) kapsulun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibindəki preqabalinin təsiredici maddəsinin ümumi miqdarı - 1,2 qramdır. Preqabalin 18 mart 2016-cı il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”na (1 nömrəli əlavə) daxildir. Qeyd: Preqabalin kapsulunun ümumi sayı – 8 ədəd kapsul, tədqiqata sərf edildi – 1 ədəd kapsul, qalıq - 7 kapsul qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 3734 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviçdə pregabalin güclü təsir edən maddəsindən istifadə etmə halları olmuşdur. Lakin, hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Təqsirləndirilən şəxs Maqomedoviçin idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, tərkibindəki preqabalinin təsiredici maddəsinin ümumi miqdarı - 1,2 qram olan 8 ədəd preqabalin kapsulları olmuşdur. Təqsirləndirilən şəxs Maqomedoviç onu gizlin şəkildə gömrük nəzarətindən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Maqomedoviç qeyd edilən preqabalin güclü təsir edən maddəsinin olmasından məlumatlı olması və birbaşa qəsdlə həmin maddəni daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsi təsdiq olunur. «Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 saylı qərarına əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədi ilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da, təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Beləliklə də, Təqsirləndirilən şəxs Maqomedoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Maqomedoviçin törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Maqomedoviçin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Maqomedoviçin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviçin məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 06 iyun 2011-ci il tarixli, 842858 nömrəli və 26 may 2014-cü il tarixli, 683746 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviçin himayəsində 02 (iki) azyaşlı uşağı var. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası Levişinski rayon Kakamaxinski kənd nümayəndəliyi tərəfindən verimiş arayış və xasiyyətnamənin məzmumundan görunur ki, Təqsirləndirilən şəxs Maqomedoviç Rusiya Federasiyası Dağıstan Respublikası Levişinski rayon Kakamaxinski kəndi Mədrəsəyeva küçəsi 18 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində əlil anası var və həmin xəstə anasına da Təqsirləndirilən şəxs Maqomedoviç qulluq edir. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamənin məzmumundan görunur ki, Təqsirləndirilən şəxs Maqomedoviç həmin cəmiyyətdə sürücü işləyir. İş yerində müsbət xarakterizə olunur, işlədiyi müddətdə hər-hansı yol-nəqliyyat pozuntusuna yol verməmişdir. Öz peşəkarlığı ilə seçilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Maqomedoviçin himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Maqomedoviçin ilk dəfə cinayət törətməsini, himayəsində xəstə və əlil anasının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Maqomedoviç barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Maqomedoviçin himayəsində 02 (iki) azyaşlı uşağının və əlil anasının olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirənəmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Maqomedoviçə yuxarıda qeyd olunan əməlinə görə Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin oluna bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdəəsaslandırılmalıdır. Təqsirləndirilən şəxsin iş və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacağına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs Maqomedoviçə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan daha sərt cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə hesab edir ki, cinayətin məqsədi və motivi, Təqsirləndirilən şəxs Maqomedoviçin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs Maqomedoviç barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza təyin olunması məqsədəuyğun hesab olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habeləcinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur: -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Maqomedoviçin cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-407/2024 saylı, 03 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviç barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 02 may 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs Maqomedoviçin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 02 may 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Maqomedoviçə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs Maqomedoviçin yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Maqomedoviçin törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 07 (yeddi) ədəd preqabalin kapsulları təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən kapsullar məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs Maqomedoviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs Maqomedoviçin əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviçin üzərindən götürülmüş və ona məxsus bir ədəd “Samsung” markalı, bir ədəd “İphone 14 Pro Max” markalı və bir ədəd markası məlum olmayan mobil telefonlar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər hansı şəxsə təqdim olunması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı qeyd olunan 03 (üç) ədəd mobil telefonlar Təqsirləndirilən şəxs Maqomedoviç tərəfindən qəbzlə qəbul edilərək etibarnamə üzrə səlahiyyətli şəxsinə təhvil verilmişdir. Odur ki, məhkəmə həmin telefonların Təqsirləndirilən şəxs Maqomedoviçə təhvil verilməsini nəzərə alır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Maqomedoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Maqomedoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Maqomedoviç barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs Maqomedoviç yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 07 (yeddi) ədəd preqabalin kapsulları məhv edilsin. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs Maqomedoviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Maqomedoviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs Maqomedoviçə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov