Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-75/2025 17.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X5 və müdafiəçi X11 iştirakları ilə, xx xxxx 1982-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 06 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xeyli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamış, bundan başqa soyuq silah hesab olunan xəncəri və predmeti qanunsuz olaraq əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -1,391 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib hissələrə bölərək 06 ədəd şəffaf sellofan bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, 09 mart 2025-ci il tarixdə, saat 05:40-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri, Qum küçəsində saxlanılaraq, üstü yoxlanılarkən ayrı-ayrılıqda təmiz çəkiləri -0,141qram, -0,135 qram, -0,289 qram, -0,175 qram, - 0,246 qram, -0,405 qram olmaqla, ümumi təmiz çəkisi -1,391 qram olan psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən soyuq silah hesab edilən 01 ədəd küstar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri, 01 ədəd kustar üsulla hazırlanmış, iki tərəfi küt, ucu deşici xassəyə malik olan xəncəri və 01 ədəd əldədüzəltmə üsulla hazırlanmış, ucu deşici xassəyə malik olan predmeti qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 09 mart 2025-ci il tarixdə, saat 05:40 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri, Qum küçəsində saxlanılaraq üstü yoxlanılan zaman qeyd olunan əlamətlərdəki soyuq silah hesab edilən 02 ədəd xəncər və 01 ədəd predmet əynində olan tünd göy rəngli cins şalvarın kəmər keçirilən hissəsinin altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-nin 228.5-ci maddəsi ilə tam təqsirli, CM-nin 234.2-ci maddəsi ilə isə özünü təqsirli bilməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və əsasən “patı” kimi bildiyi, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 09 mart 2025-ci il tarixdə gecə saat 01 radələrində Astara rayonu Ərçivan qəsəbəsində olmuş və Nərminə adlı qeyri-rəsmi nikahda yaşadığı şəxsin evinə gəlmişdir. Həmin evlilikdən onun bir uşağıda vardır. Evin həyətində olarkən Astara rayon polis şöbəsinin əməkdaşları həyətə girib onu oradan götürmüşlər. Polislərdən Həsən adlı şəxsi tanımışdır. Onu oradan götürüb ilk əvvəl Astara rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən ona şiddət göstərilmiş, döyülmüşdür. Saxlanılarkən üzərində özünü düşmənlərdən qorumaq üçün əvvəllər tapdığı 3 ədəd xəncər və 1 ədəd bıçaq olmuşdur. Həsən və digər polis əməkdaşlarının onu döyməsi və öldürüləcəyi hədəsi altında məcbur qalıb ona verilən 06 ədəd bükümdə metamfatminin ona məxsus olmasını qəbul etmişdir. Lakin reallıqda onun üzərində heç bir metamfetamin və ya digər narkotik vasitə olmamışdır. Məcbur qaldıqdan sonra səhər saatlarına yaxın onu Astara rayonu, Qum küçəsinə gətirib çəkiliş apararaq tutmuşlar. Həqiqətdə isə o, həmin gün gecə saat 01 radələrində Nərminənin evinin həyətində tutulmuşdur. CM-nin 234.2-ci maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, CM-nin 228.5-ci maddəsi ilə isə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Törədilmiş cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2025-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 mart 2025-ci il tarixdə, saat 05:40-da Astara şəhəri, Qum küçəsi ərazisində piyada gəzən Təqsirləndirilən şəxs görmüşlər, dərhal avtomobildən enib yaxınlaşmışlar, yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda, sonuncu üzərində 06 ədəd bükümdə psixotrop maddə olduğunu bildirmiş, daha sonra tərəfindən üstü yoxlanılan zaman siqaret qutusu, mobil telefon, pul qabı, pul əskinasları, sürücülük vəsiqəsi və şüşə formasında trupka götürülmüşdür. Əlavə olaraq da şalvarının bel nahiyəsində saxladığı 03 ədəd kəsici-deşici alət və 01 ədəd bıçaq götürülmüşdür. Əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd bükümdə psixotrop maddə olan metamfetamin götürülmüş, başqa da tərəfindən üstü yoxlanılan zaman hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə həmin bükümlər çəkilmiş, ümumilikdə çəkisinin 2,5 qramdan çox olması müəyyən edilmiş, zərf təqdim olunaraq götürülmüş predmetin və alətlərin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən o, aşkar edilən kütlələri 08 mart 2025-ci il tarixdə Lənkəran şəhərindən tanımadığı şəxsdən satış məqsədi ilə 70 manat müqabilində aldığını, istəyən olacağı təqdirdə bir bükümü 15 manat müqabilində satacağını, özünə məxsus olduğunu, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını demişdir. Bundan sonra onlar Ceyhunu Astara RPŞ-yə gətirmişlər, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, Mahir Tahirli tərəfindən Ceyhunun üzərindən aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərf yenidən açılmış, baxış keçirilmiş, bükümə baxış keçirilən zaman orada o, Ceyhun, müdafiəçi, Şahid2 və Şahid3 iştirak etmişdir. Kütlələrin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, boş zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılan zaman yuxarıda göstərdiklərini bir daha təsdiq etmiş, əlavə olaraq da 07 ədəd bükümdən 01 ədəd bükümü saxlanılmamışdan əvvəl istifadə etdiyini də bildirmişdir. Nəticədə kütlələrə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Həmçinin bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə 05 radələrində tutmuşlar, ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, xüsusəndə satışı ilə bağlı onda kifayət qədər etibarlı mənbələrdən məlumatlar daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, hazırda Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2025-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 mart 2025-ci il tarixdə, saat 05:40-da Astara şəhəri, Qum küçəsi ərazisində piyada gəzən Təqsirləndirilən şəxs görmüşlər, dərhal avtomobildən enib yaxınlaşmışlar, yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində 06 ədəd bükümdə psixotrop maddə olduğunu bildirmiş, daha sonra tərəfindən üstü yoxlanılan zaman siqaret qutusu, mobil telefon, pul qabı, pul əskinasları, sürücülük vəsiqəsi və şüşə formasında trupka götürülmüşdür. Əlavə olaraq da şalvarının bel nahiyəsində saxladığı 03 ədəd kəsici-deşici alət və 01 ədəd bıçaq götürülmüşdür. Əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd bükümdə psixotrop maddə olan metamfetamin götürülmüş, başqa da tərəfindən üstü yoxlanılan zaman hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə həmin bükümlər çəkilmiş, ümumilikdə çəkisinin 2,5 qramdan çox olması müəyyən edilmiş, zərf təqdim olunaraq götürülmüş predmetin və alətlərin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən o, aşkar edilən kütlələri 08 mart 2025-ci il tarixdə Lənkəran şəhərindən tanımadığı şəxsdən satış məqsədi ilə 70 manat müqabilində aldığını, istəyən olacağı təqdirdə bir bükümü 15 manat müqabilində satacağını, özünə məxsus olduğunu, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını demişdir. Bundan sonra onlar Ceyhunu Astara RPŞ-yə gətirmişlər. Həmçinin bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə 05 radələrində tutmuşlar, ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Müğabil oğlu iş üzrə analoji ifadə verərək Şahid1 və X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. 09 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə həmin tarixdə Astara rayon PŞ-nin İB-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2025ci il tarixdə saat 06:38-də şübhəli şəxsi qismində tutulmuşdur. 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham verilmişdir. İş üzrə əməl 23 aprel 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 228.5 və 234.2-ci maddələrinə tövsüf edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş, 09 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 05:40-dan saat 05:55-dək Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində 06 ədəd bükümdə psixotrop maddə olduğunu bildirmiş, daha sonra üstü yoxlanılan zaman siqaret qutusu, mobil telefon, pul qabı, pul əskinasları, sürücülük vəsiqəsi və şüşə formasında trupka götürülmüş, əlavə olaraq da şalvarın bel nahiyəsində saxladığı 03 ədəd kəsici-deşici alət və 01 ədəd bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd bükümdə psixotrop maddə olan metamfetamin götürülmüş, başqa da üstü yoxlanılan zaman hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə həmin bükümlər çəkilərək ümumilikdə çəkisinin 2,5 qramdan çox olması müəyyən edilmiş, zərf təqdim olunaraq götürülmüş predmetin və alətlərin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş və 84 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu aşkar edilən kütlələri 08 mart 2025-ci il tarixdə Lənkəran şəhərindən tanımadığı şəxsdən 70 manat müqabilində aldığını, özünə məxsus olduğunu, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını demişdir. İş materiallarına əlavə olunmuş, 09 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 06:50-dən saat 07:24dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan tünd rəngli göy cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetamin olan zərflər açılmış, 06 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə baxış keçirilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra, ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçi X1 cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmiş və 6 ədəd psixotrop maddə olan metamfetamin və 04 ədəd olmaqla xəncər və bıçaq ona məxsus olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-kimyəvi ekspertiza üzrə verilmiş 09 fevral 2025-ci il tarixli, 19/108 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, -Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, sözlər və imzalar olan bir ədəd zərfdəki, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,141qram, -0,135 qram, -0,289 qram, -0,175 qram, -0,246 qram, - 0,405 qram: ümumi təmiz çəkisi -1,391 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir, xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Qeyd: - metamfetaminin təmiz çəkisi –1,391 qram, tədqiqata sərf edildi 03 qram, qalıq – 1,091 qram. İşdə olan, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə- ballistik ekspertizası üzrə verilmiş 14 aprel 2025-ci il tarixli, 3/317 saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd xəncər kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir və üzərində sonradan hansısa bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd xəncər kustar üsulla hazırlanmış, iki tərəfi küt, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir və üzərində sonradan hansısa bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet əldədüzəltmə üsulla hazırlanmış, ucu deşici xassəyə malik olan kriminal soyuq silahdır və üzərində sonradan hansısa bir dəyişiklik edilməmişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 11 mart 2025-ci il tarixli, 141 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 27 may tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməmiş və üzərində saxlanılarkən psixotrop maddə olan metamfetaminin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, işdə olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham tam sübuta yetirilmiş və onun bu xüsusda qeyd etdikləri cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Belə iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı ifadələrində psixotrop maddə olan metamfetamini həm öz istehlakı üçün, həm də istəyən olacağı təqdirdə sata biləcəyini bildirmişdir. Bundan başqa psixotrop maddələrin bükümlərə ayrılması məhkəmədə o qənaət formalaşdırır ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini bükümlərdə saxlaması sonradan onların satışı üçün özündə rahat zəmin yaratmaq olmuşdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsiri tam sübuta yetirilmiş, bu əməllər onların özlərinin etirafları, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.5 və 234.2-ci maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 06 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş və 25 sentyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan Astara rayon məhkəməsinin 10 mart 2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətindəhəbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 09 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İşdə olan maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,091 qram psixotrop maddə olan metamfetamin, soyuq silah hesab edilən 2 ədəd xəncər, bir ədəd predmet, soyuq silah hesab edilməyən bir ədəd bıçaq Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, üstü yoxlanılan zaman aşkar edilmiş bükümə baxış keçirilən zaman və təqsirləndirilən şəxsin dindirilməsi zamanı qeydə alınmış videoçəkilişlər olan 03 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,091qram psixotrop maddə olan metamfetamin, soyuq silah hesab edilən 2 ədəd xəncər, bir ədəd predmet, soyuq silah hesab edilməyən bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üstü yoxlanılan zaman aşkar edilmiş bükümə baxış keçirilən zaman və təqsirləndirilən şəxsin dindirilməsi zamanı qeydə alınmış videoçəkilişlər olan 03 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 77 (yetmiş yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X10 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla X7 qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X10 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 09 mart 2025-ci il tarixdən hesablansın. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X4, 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi təmiz çəkisi 1,091 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd kustar üsulla hazırlanmış xəncər, 01 ədəd bıəçaq və 01 ədəd əldədüzəltmə üsulla hazırlanmış ucu deşici xassəyə malik olan predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 77 (yetmiş yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X3 həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-75/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-75/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver