Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-76/2023 16.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonu Artupa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan olmaqla 03 (üç) uşağı olan, məhkumluğu olmayan, Astara rayonu Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Astara rayonu Artupa kənd sakini X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Astara rayonu Artupa kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən evin həyətyanı sahəsinə giriş darvazasından daxil olub həmin həyətdə yerləşən başqa saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, kəndirlə bağlanmış, qiyməti 360 manat və 600 manat olmaqla, ümumi qiyməti 960 (doqquz yüz altmış) manat olan 02 (iki) baş iri buynuzlu heyvanı gizli şəkildə talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Artupa kəndində ailəsinə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yekinlik yaşına çatmayan olmaqla 03 (üç) uşağı var. Fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxs ilə həmkəndlidir. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs Astara rayonu Pensər kənd bazarından iki baş iri buynuzlu balaca danalar aldığını, həmin aldığı iki baş iri buynuzlu danaları həyətində olan tövlədə saxladığını bilmişdir. Həmin tövlə yolun kənarında və Zərərçəkmiş şəxs yaşadığı evdən bir xeyli aralıda yerləşmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin iki baş iri buynuzlu balaca danaları oğurlamaq qərarına gəlmişdir. Masallı rayonundan olan Kamil adlı şəxsin idarə etdiyi «Qazel» markalı avtomobillə mütəmadi olaraq Artupa kəndinə gələrək kənd sakinlərindən mal-qara alıb aparıb satdığından da xəbəri olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs məxsus olan heyvanları oğurlayıb Kamilə satmaq qərarına gəlmiş, ona görə də Kamil adlı şəxsin mobil nömrəsini əldə edib onunla telefon əlaqəsi saxlamış və Kamilə həyətyanı təsərrüfatında iki baş iri buynuzlu dana olduğunu, həmin danaları təcili satmaq istədiyini bildirmişdir. Kamillə 08 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində kəndə gəlməyi və Kamilin idarə etdiyi «Qazel» markalı avtomobili kənddə olan futbol maydançasının yaxınlığındakı köhnə xəstəxananın qarşısında açıq sahədə saxlayaraq onu gözləməsi barədə razılaşmışdır. Həmin gün həmkəndlisi və yaxşı münasibətdə olduğu X1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla zəng etmiş, Şamxal Şahverdiyevlə görüşərkən həmkəndlisi Zərərçəkmiş şəxs həyətində olan tövlədən iki baş dananı birlikdə oğurlamaq istədiyini bildirmişdir. Şamxal Şahverdiyev onun təklifi ilə razılaşmış, 08 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində həmkəndlisi Şamxal Şahverdiyevlə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmişlər. Zərərçəkmiş şəxs yaşadığı ev kənddə yolun kənarında yerləşmiş, Zərərçəkmiş şəxs həyətyanı sahəsi metal torla çəpərlənmiş və iki hissəyə ayrılmışdır. Ramilənin həyətyanı sahəsinə iki giriş darvazası olmuş, birinci giriş darvazası mal-qaranın saxlandığı tövlənin yerləşdiyi həyətyanı sahəyə açılmış, digər darvaza isə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə açılmışdır. Buna görə də hər ikisi tövlə olan yerə girmək üçün metal tordan qoyulmuş darvazanı açıb tövləyə yaxınlaşmış, həmin tövlənin giriş qapısı göy rəngli tol materialından olan örtüyü qaldırıb Şamxalla birlikdə tövləyə daxil olmuşlar. Tövlənin içərisində digər otağa keçmək üçün taxta qapını açıb Şamxalla birlikdə ikinci otağa daxil olmuş, tövlənin ikinci otağında girişin yaxınlığında bağlanmış iki baş iri buynuzlu dananın iplərini açaraq, birinin ipini Şamxala vermiş, digərinin də ipini özü tutmuşdur. İki baş iri buynuzlu balaca danaları oğurlayıb tövlədən çölə çıxdıqdan sonra hər ikisi birlikdə oğurladığıqları danaların ipindən tutaraq yaşadığı kənddə futbol meydançasının yaxınlığında yerləşən köhnə xəstəxananın qarşısına gəlmiş, həmin yerdə təxminən 15-20 dəqiqə gözlədikdən sonra qabaqcadan danışdığı kimi Kamil idarə etdiyi «Qazel» markalı avtomobillə xəstəxananın qarşısına gəlmiş, oğurladığı iki baş iri buynuzlu heyvanları Kamilə göstərib, həmin heyvanları evdə xəstəsi olduğu üçün təcili satmaq istədiyini bildirmişdir. Kamil hər iki iri buynuzlu heyvana baxdıqdan sonra həmin iki baş heyvanın balaca olduğunu, bu səbəbdən də həmin iki baş iri buynuzlu heyvanlara ümumilikdə 400 (dörd yüz) manat verə biləcəyini demişdir. Əvvəlcə Kamillə razılaşmamış və həmin iki baş heyvanları 500 manata satmaq istəmiş, lakin sonradan Kamilin heyvanları almayacağından ehtiyat edib Kamillə razılaşmış və oğurladığı iki baş iri buynuzlu heyvanları Kamilin «Qazel» markalı avtomobilinə mindirdikdən sonra Kamildən 400 manat pulu almışdır. Aldığı 400 manat puldan 200 (iki yüz) manatını Şamxala vermiş, daha sonra evlərinə getmiş, həmin iki yüz manat pulu özü üçün xərcləmişdir. İki baş heyvanı oğurlayarkən yanında Şamxal Şahverdiyevdən başqa heç kim olmamış, bu barədə Şamxaldan başqa heç kimə bir söz deməmişdir. Kamil də həmin heyvanların oğurluq olmasını bilməmiş, tanışı Şamxal adlı şəxsə qabaqcadan oğurladığı iki baş iri buynuzlu heyvanları Masallı rayonundan olan Kamil adlı şəxsə satacağını bildirmişdir. Çünki, Şamxala oğurluq barədə deyəndə Şamxal həmin heyvanları hara və necə satmağı barədə soruşmuş, o da Kamillə danışdığını və Kamilin idarə etdiyi avtomobil ilə xəstəxananın yanına gələcəyini Şamxala demişdir. Hazırda oğurladıqları danaların real qiyməti olan 960 (doqquz yüz altmış) manat pulu tam olaraq zərərçəkmiş şəxsə ödəmişdir. Törətdiyi əmələ görə peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Ailəli olmaqla azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Artupa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Özünə məxsus şəxsi təsərrüfatı var, həmin təsərrüfatında oğurluq hadisəsindən öncə 3 baş, halhazırda isə 1 baş iri-buynuzlu heyvanı olmuşdur. Təsərrüfatında olan mal-qaranı hər gün səhər saatlarında öz müşaiyəti ilə Astara rayonu Artupa kəndində yerləşən səhəyə aparır, eyni qaydada axşam saatlarında həmin mal-qaranı yaşadığı ünvana geri gətirir. Astara rayonu Artupa kəndində yerləşən həyətyanı sahəsi metal tor çəpərlə iki hissəyə ayrılır. Həmin həyətyanı sahəyə iki giriş darvazası vardır, birinci giriş darvazası mal-qaranın saxlandığı tövlənin yerləşdiyi həyətyanı sahəyə, digər darvaza isə fərdi yaşayış evinin yerləşdiyi əraziyə açılır. Üç baş iri-buynuzlu heyvanı 08 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus tövlədə bağlamış, 09 dekabr 2022-ci il tarixdə saat 9 radələrində həmin heyvanlara ot və su vermək məqsədilə tövləyə daxil olmuş, həmin vaxt 2 baş mal-qaranın tövlədə olmadığını görmüşdür. Mal-qaranı həmişə qalın iplə üç dəfə düyün atmaqla tövlədəki taxta dirəklərə bağlamış, bu səbəbdən həmin mal-qaranın kiminsə tərəfindən ipinin açılması yolu ilə tövlədən oğurlanmasına tam əmin olmuşdur. Ona məxsus tövlə iki girişdən ibarətdir, birinci girişdə qapı mövcud olmasa da, həmin hissəni tol materialından olan örtük ilə örtmüşdür. İkinci girişdə isə taxta qapı olmuş, həmin taxta qapını heç vaxt qıfıllamamışdır. Heyvanlarından birini 2022-ci ilin noyabr ayında Astara rayonu Pensər kəndində yerləşən bazardan almış, həmin heyvan bir yaşında, şabalıdı rəngli üzərində hər hansı xalı olmayan, 360 manat dəyərində, digəri isə iki yaşında, qara rəngli, üzərində hər hansı xalı olmayan, dəyəri 600 manat olmuşdur. Heyvanlarının oğurlanması ilə ona ümumilikdə 960 (doqquz yüz altmış) manat dəyərində maddi ziyan dəymişdir. Heyvanlarının oğurlandığını bildikdən dərhal sonra Astara rayon polis şöbəsinə məlumat vermişdir. Bundan sonra polis şöbəsində müvafiq tədbirlər həyata keçirilmiş və heyvanların həmkəndliləri Təqsirləndirilən şəxs və X2 tərəfindən oğurlandığı məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 960 (doqquz yüz altmış) manat dəyərində maddi ziyan tam olaraq ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Masallı rayonu Bədalan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Mütəmadi olaraq Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarında yaşayan fərdi vətəndaşlardan iri buynuzlu heyvanlar alaraq özünə məxsus “Qazel” markalı avtomobillə həmin heyvanları nisbətən yuxarı qiymətə Masallı rayonu Kosakol kəndində yerləşən heyvan bazarına aparıb satmaqla gəlir əldə edir. 08 dekabr 2022-ci il tarixdə saat 17-18 radələrində adını sonradan öyrəndiyi Astara rayonu Artupa kənd sakini Saleh adlı şəxs ona məxsus ***-***- **-** saylı telefon nömrəsinə zəng edərək təcili pula ehtiyacı olduğu üçün özünə məxsus 2 baş iri buynuzlu heyvanı satmaq istədiyini bildirmişdir. Salehlə həmin gün Astara rayonu Artupa kəndinə gedəcəyi barədə razılaşmış, təxminən 30-40 dəqiqə sonra özünə məxsus “**-BZ-***” dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobillə Masallı rayonundan Astara rayonuna yola düşmüş, yolda olarkən avtomobilində müəyyən nasazlıqlar yarandığı üçün həmin gün saat təxminən 21 radələrində Astara rayonu Artupa kəndinə çatmış, təkrar Salehlə telefon əlaqəsi saxlamış bu vaxt Saleh kənd mərkəzində stadion yerləşən ərazinin yaxınlığında onu gözlədiyini bildirmişdir. Artupa kəndində yerləşən xəstəxana və stadion yerləşən əraziyə gəlmiş, bu vaxt Saleh adını sonradan öyrəndiyi Astara rayonu Artupa kənd sakini Şamxal adlı şəxslə əllərində 2 baş iri buynuzlu heyvanın bağlandığı ciyəylə birlikdə həmin heyvanları ora gətirmiş olduqlarını görmüşdür. Avtomobili onların yanında saxlamış və avtomobildən enmiş, Saleh və Şamxalla görüşdükdən sonra Saleh həmin 2 baş iri buynuzlu heyvanı ona 500 manata sata biləcəyini bildirdikdə Salehlə razılaşmamış və Saleh təcili pul lazım olduğuna görə həmin 2 baş iri buynuzlu heyvanı 400 manata sata biləcəyini dedikdən sonra Salehlə razılaşmış və onlarla köməkləşib heyvanları avtomobilin yük yerinə qaldırmış, daha sonra Salehə 400 manat pul verdikdən sonra həmin heyvanları götürərək Masallı rayonunda yerləşən yaşadığı evə apararaq özünə məxsus tövlədə saxlamışdır. Təxminən 2-3 gün keçdikdən sonra həmin heyvanları təkrar özünə məxsus avtomobil ilə Masallı rayonu Kosakol kəndində yerləşən heyvan bazarına apararaq həmin bazarda tanımadığı şəxsə təxminən 480 manat qiymətinə satmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadələri tədqiq edilmiş şahid X1 da ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-cü il tarixdə, saat 20-22 radələrində tanışı Astara rayonu Artupa kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək evdən çıxmağını və görüşməyini istəmişdir. Həmin vaxt yaşadığı kənddə öz evində olmuş, evdən çıxıb kənddə olan məscidin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxsla söhbət edərkən Saleh ona həmkəndlisi Zərərçəkmiş şəxs tövləsində olan iki baş iri buynuzlu heyvanı oğurlamaq üçün köməklik etməyini istəmiş, Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və Salehdən həmin heyvanları oğurladıqdan sonra necə satacağı barədə soruşmuşdur. Saleh həmin heyvanları satmaq üçün bir nəfərlə danışdığını, həmin şəxs idarə etdiyi «Qazel» markalı avtomobili ilə futbol meydançasının yaxınlığında olan köhnə xəstəxananın qarşısında gözləyəcəyini bildirmişdir. 08 dekabr 2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmişdir. Ramiləyyə məxsus tövlə olan yerə girmək üçün, metal tordan qoyulmuş darvazanı açıb tövləyə yaxınlaşmış, Saleh həmin tövlənin girişində olan göy rəngli çadır (tol) materialından olan örtüyü qaldırıb onunla birlikdə tövləyə daxil olmuşdur. Saleh həmin tövlənin içərisində olan digər otağa keçmək üçün taxta qapını açıb onunla birlikdə ikinci otağa daxil olmuşdur. Saleh tövlənin ikinci otağında giriş qapısının yaxınlığında bağlanmış iki baş iri buynuzlu dananın iplərini açaraq, birinin ipini ona vermiş, digərinin ipini isə özü tutmuş, iki baş iri buynuzlu balaca danaları oğurlayıb tövlədən çölə çıxdıqdan sonra, hər ikisi birlikdə oğurladığı danaların ipindən tutaraq Saleh deyən kimi kənddə futbol meydançasının yaxınlığında yerləşən köhnə xəstəxananın qarşısına gəlmişlər. Həmin yerdə təxminən 10-15 dəqiqə gözlədikdən sonra Saleh qabaqcadan danışdığı kimi Kamil adlı şəxs idarə etdiyi «Qazel» markalı avtomobil ilə xəstəxanın qarşısına gəlmiş, Saleh oğurladıqları iki baş iri buynuzlu heyvanları Kamilə göstərərək həmin heyvanları evdə xəstəsi olduğu üçün təcili satmaq istədiyini bildirmiş, Kamil də iki baş iri buynuzlu heyvanlara baxdıqdan sonra həmin iki baş heyvanın balaca olduğunu, bu səbəbdən də həmin iki baş iri buynuzlu heyvanlara ümumilikdə 400 (dörd yüz) manat vermək istədiyini bildirmişdir. Saleh əvvəlcə Kamillə razılaşmasa da, sonradan Kamilin heyvanları almayacağından qorxub Kamillə razılaşmış və iki baş iri buynuzlu heyvanları Kamilin «Qazel» markalı avtomobilinə mindirdikdən sonra Kamildən aldığı 400 (dörd yüz) manat puldan 200 (iki yüz) manatını ona vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 09 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayonu Artupa kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus heyvanların saxlandığı tövlədir. Zərərçəkmiş şəxs məxsus həyətyanı sahə metal tor hasarla iki hissəyə ayrılmış və iki girişlidir, birinci sahədə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi, ikinci sahədə isə Zərərçəkmiş şəxs məxsus tövlə yerləşir. Tövlənin yerləşdiyi həyətyanı sahə metal tor hasarla əhatəyə alınmışdır, tövlənin yerləşdiyi torpaq sahəsinin girişində metal barmaqlıq şəklində darvaza mövcuddur. Tövlə iki mərtəbəli, daşla hörülmüş divardan inşa edilmiş, damı şifer materialı ilə örtülmüş, iki otaqdan ibarətdir, birinci otağın girişi tol materialı ilə örtülmüş örtük ilə bağlanır, ikinci otağa birinci otaqdan keçməklə daxil olunur və ikinci otağın girişində taxta qapı mövcud olsa da qıfıl yoxdur. Ərazi düzənlikdir, ətrafda digər vətəndaşlara məxsus fərdi yaşayış evləri mövcuddur.
2. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş 960 (doqquz yüz altmış) manat maddi ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.
4. Astara rayon İcra hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Artupa kəndində yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan olmaqla, 03 (üç) uşağı var.
5. Astara rayon İcra hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
6. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli «sübutların qiymətlənidirilməsi haqqında» və «cinayət işinin ayrıca icraata ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında» Qərarlardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsində Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparıldığından hazırki cinayət işindən X2 barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmanlıq çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Artupa kəndində yaşamaqla, Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Artupa kəndində olan, yaşadığı fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Artupa kəndində olan fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır.
1. 24 mart 2023-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
2. Astara Rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli, 4(018)-38/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmışdır.
3. Astara Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 4(018)-50/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin müddətə «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı (24 mart 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək) 01 (bir) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilməli, barasində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı (24 mart 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək) 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 14 (on dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Artupa kəndində yerləşən və yaşadığı fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. Barasində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov