Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-76/2025 16.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaq rayonu, Qurbuki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 3,150 qram təşkil edən 21 kapsul preqabalin güclü təsir edən maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək “Winston” adlı siqaret qutusunun içərisində yerləşdirib gömrük nəzarətindən gizlətmiş və idarə etdiyi “Volvo” markalı, C414TE-05/AM0820-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinindəki qara rəngli sellofan torbada olan zibil tullantılarının arasında qoyaraq 13 fevral 2025-ci il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə qeyd edilən nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması nəticəsində sözügedən preqabalin güclü təsir edən maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 ildir ki, sürücü işləyir. Beynəlxalq yük daşımalar ilə məşğul olur. İdarə etdiyi “Volvo” markalı, C414TE-05/AM0820-05 qeydiyyat nişanlı nəqliyyat vasitəsi özünə məxsusdur. X9 və əksinə yük daşıyır. Sonuncu dəfə İrana yük aparmışdır. Həmin yükü İranın Astara şəhərinə gedib orada boşaltdırıb yeni yük götürüb Rusiyaya qayıtmalı imiş. 2025-ci ilin fevral ayının əvvəli İranın Astara şəhərinə çataraq orada yükü boşaltdıqdan sonra, bir neçə gün yeni sifariş gözləmiş, orada olduğu vaxt, İranın Astara şəhərində yerləşən apteklərin birindən Preqabalin adlı dərman almışdır. Həmin dərmanı 2 aydır ki, istifadə edir. Bu dərmanı ilk dəfə həkim resepti əsasında almışdır. Bununla bağlı Dağıstanda həkim qəbulunda olmuş, dərman ona panikatak xəstəliyi ilə bağlı yazılıb və istifadə etməyəndə özünü narahat hiss edir və əsəbi olur. Bu baxımdan, əsasən əsəbi olduğu vaxtlarda, panik-atak tutmaları olduğu vaxt rahatlıq verdiyi üçün istifadə etmişdir. İranın Astara şəhərində həmin dərmanın adını aptekdə deyən kimi bu dərmanı ona vermişlər. Bu dərmanı təqribən 1-2 manat ekvivalentində iran puluna almışdır. İranda dərmanlar çox ucuz olduğu üçün bir az çox sayda, yəni iki konvalyut almışdır. Hər konvalyutda 14 kapsul olmaqla, cəmi 28 kapsul preqabalin olmuşdur. Dərmanı alandan sonra, hamısını konvalyutdan çıxarıb özünə məxsus “Winston” adlı siqaret qutusunun içərisinə yığmış və içərisində həmin dərmanlar olan siqaret qutusunu da maşında şitin yanında şəxsi əşyalar qoyulması üçün olan yerə qoymuşdur. Preqabalin adlı dərmandan gündə iki kapsul olmaqla 3-4 gün ərzində istifadə etmişdir. Bu ərəfədə isə, artıq yük daşınması sifarişi almışdır. Sifariş bibər və xiyar yükü olmuş və Rusiyanın Moskva şəhərinə aparılmalı imiş. Sənədlər tərtib edildikdən sonra, yükün maşına yüklənməsi bir neçə gün çəkmiş, bibər və xiyar yükü yüklənildikdən sonra, Azərbaycandan keçib Rusiyaya getməli idi. Rusiyaya gedəcəyi üçün də həmin dərmanları da özü ilə aparmalı idi. Nəhayət 13 fevral 2025-ci il tarixdə Azərbaycana doğru yola düşmüş, həmin gün, səhər saatlarında İranın Astara gömrüyünü keçib Azərbaycanın Astara gömrüyünə keçmişdir. Preqabalinin qadağan edilən güclü təsir edən dərman olduğunu bilir və rus dilində də belə dərmanlara güclü təsiri olan dərmanlar deyilir. Aldığı dərmanlar barədə resepti olsa da, həmin resept üzərində olmamış, Dağıstanda evində qalmışdır. Bu dərmanın reseptsiz daşınması qadağan olunduğu üçün gömrükdən keçəndə problem yarana biləcəyindən gömrük nəzarətinə keçməmişdən qabaq içərisində preqabalin kapsulları olan siqaret qutusunu maşının şitindən götürüb içərisində zibil tullantıları olan qara rəngli sellofan torbanın içərisinə atmış, saat 13 radələrində idarə etdiyim “Volvo” markalı, C414TE-05/AM0820-05 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycanın Astara gömrük postuna daxil olmuşdur. Gömrük nəzarəti başlamamışdan qabaq ona hüquq və vəzifələri olan bildiriş verilmiş və ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddə və ya hər hansı digər dərman vasitələri və bir sıra digər qadağan edilən predmetlərin adlarını çəkməklə belə maddələr olub-olmadığını soruşmuşlar. O isə, idarə etdiyi nəqliyyat vasitəsində və üzərində heç bir qadağan edilən və bəyan edilməli olan əşyanın olmadığını bildirmişdir. Bundan sonra, xidməti it vasitəsilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamışlar. Nəqliyyat vasitəsinin kabinası yoxlanılan zaman kabinada arxa yataq yerinin üzərində içərisində şəxsi əşyaları olan qara rəngli çantanın içərisindən marixuana narkotik vasitəsinin istifadə zamanı istifadə olunan əşya aşkarlanmışdır. Bunun nə olduğu ondan soruşulanda elə marixuana çəkmək üçün olduğunu bildirmişdir. Bundan sonra, yoxlama davam etdirilmiş və yoxlamanın davamında nəqliyyat vasitəsinin kabinasında qara rəngli sellofan torbada olan zibil tullantılarının arasından “Winston” adlı siqaret qutusu tapılmış və onun da içərisindəki preqabalin kapsulları aşkar edilmişdir. Gömrük əməkdaşı həmin kapsulları sayanda sayının 21 kapsul olduğunu görmüşlər. Daha sonra, yoxlama davam etdirilmiş, lakin qadağan edilən heç bir predmet aşkar edilməmişdir. Bundan sonra, maşının yük yeri də yoxlanılmış, həmçinin onun üzərində də şəxsi yoxlama keçirilmiş, lakin başqa hər hansı predmet aşkar edilməmişdir. Yekunda, aşkar edilmiş predmet və preqabalin kapsulları ilə bağlı protokol tərtib edilmişdir. Maşından aşkar edilən preqabalin kapsullarının ona məxsus olduğunu, lakin, marixuana çəkmək üçün olan əşyanın maşında çantasında olmasını unutduğunu, preqabalin kapsullarını resepti üzərində olmadığı üçün gömrük nəzarətindən keçəndə problem yaranacağını bildiyindən siqaret qutusuna qoyub zibil qutusuna atdığını, buna baxmayaraq məqsədinin gizlətmək olmadığını, sadəcə gömrük əməkdaşlarının həmin maddəni aşkar etməsini istəmədiyini və bu səbəbdən müvafiq qaydada yerləşdirib qoyduğunu bildirmişdir. Evli olduğunu, 6 az yaşlı uşaqlarının olduğu bildirib, əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 13 fevral 2025-ci il tarixdə işdə olmuşdur. Həmin gün gömrük əməkdaşı Şahid1 dəvəti ilə nəqliyyat vasitəsinə xidməti it tətbiq edilmişdir. Xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsinin kabinini daha diqqətlə yoxlamış, yoxlama nəticəsində kabində arxa yataq yerində olan qara rəngli çantanın içərisindən sürücünün şəxsi əşyalarının arasından folqaya bükülmüş butulka qapağı aşkarlanmışdır. Həmin predmet folqaya büküldüyü üçün bu predmetin adətən narkotik vasitəsi edilməsi üçün düzəldilən predmet olduğunu yəqin etmiş, daha sonra, yoxlama davam etdirilmiş və nəticədə kabində qara rəngli sellofan torbada olan zibil tullantılarının arasından “Winston” adlı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusunun içərisində isə 21 ədəd narıncı göy rəngli kapsul aşkar edilmişdir. Nəqliyyat vasitəsinin yoxlamasının davamında əlavə heç bir qanunsuz predmet tapılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində bildirdi ki,daimi iş yeri yoxdur. Müxtəlif işlərdə günəmuzd işləyir. Hazırda bir müddətdir ki, “Astara” gömrük postunda yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə məşğul idi. xx.xx.2025-ci il tarixdə postun ərazisində idi. onunla birlikdə fəhləlik edən Mahir də onun yanında idi. Saat 13 radələrində Astara gömrük postunun inspektoru işləyən Anar adlı gömrükçü onlara yaxınlaşmış, onlara İrandan Azərbaycana bir nəqliyyat vasitəsinin gəldiyini və həmin maşına yoxlama keçirilməli olduğunu deyərək onlara hal şahidi qismində yoxlamada iştirak etmək təklif etmişdir. Onlar da, gömrükçü ilə razılaşaraq idxal xəttinə getmişlər və orada gömrükçü Anar müəllim yoxlanılası maşını onlara göstərib sürücüsünü təqdim edib Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi əvvəllər tanımamışdır. Onun idarə etdiyi, yoxlama keçiriləcək “Volvo” markalı, C414TE-05/AM0820-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi də həmin yerdə olmuşdur. Gömrükçü onlara hüquq və vəzifələrinizi izah etdikdən sonra, yoxlamaya başlamamışdan qabaq həmin şəxsdən nəqliyyat vasitəsində bəyan edilməli olan, gizlədilmiş narkotik, psixotrop kimi malların olub-olmadığını soruşmuş və o isə, maşınında belə mallar olmadığını demişdir. Daha sonra, gömrükçü nəqliyyat vasitəsini yoxlamağa başlamış, xidməti it tətbiq edilmişdir. Xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya vermişdir. Nəqliyyat vasitəsinin kabininin yoxlaması nəticəsində kabində arxa yataq yerində olan qara rəngli çantanın içərisindən sürücünün şəxsi əşyalarının arasından folqaya bükülmüş butulka qapağı aşkarlanmışdır. Həmin predmet folqaya bükülmüşdü. Daha sonra, yoxlamanı davam etdirmiş və nəticədə kabində qara rəngli sellofan torbada olan zibil tullantılarının arasından “Winston” adlı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusunun içərisində isə 21 ədəd narıncı göy rəngli kapsul aşkar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli, 6/680 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 103669 nömrəli polietilen paketdə 21 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin dərman kapsullarının tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 3,150 qramdır. (Qeyd: preqabalin kapsullarının ümumi sayı – 21 ədəd kapsul, tədqiqata sərf edildi – 1 ədəd kapsul, qalıq – 20 ədəd kapsul) . İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ekspertlərinin verdiyi 04 mart 2025-ci il tarixli, 1273 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub, lakin, müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan da göründüyü kimi, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə, üzərində və idarə etdiyi “Volvo” markalı, C414TE-05/AM0820-05 qeydiyyat nişanlı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Həmin qeyd edilən nəqliyyat vasitəsinə “Qrey” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmiş, baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermiş, gömrük yoxlaması nəticəsində nəqliyyat vasitəsinin kabinasında arxa yataq yerinin üzərində olan Təqsirləndirilən şəxs məxsus şəxsi əşyaların qoyulması üçün istifadə edilən çantanın içərisində 01 (bir) ədəd narkotik vasitə qəbul etmək üçün istifadə olunması ehtimal olunan predmet aşkar edilmiş, daha sonra yoxla davam etdirilməklə nəqliyyat vasitəsinin kabinasında qara rəngli sellofan torbada olan zibil tullantılarının arasında üzərində “Winston” yazısı olan siqaret qutusun un içərisindən narıncı-göy rəngli 21 (iyirmi bir) ədəd kapsul aşkar edilmiş, sonra, həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür k, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-142/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza təqqiqatından qaytarılmış maddi sübut olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən №67 möhürlə möhürlənmiş 01 (bir) ədəd paketdə xx.xx.2025-ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq idarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edib peşiman olmasını, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 151 (yüz əlli bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 20 ədəd kapsul preqabalin güclü təsir edən maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq, cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 16 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 151 (yüz əlli bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 20 ədəd kapsul preqabalin güclü təsir edən maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-76/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-76/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver