Məhkəmə qərarları › İş №1(018)-77/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-77/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-77/2023 18.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 tərcüməçi X3 Astara Rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi X2 iştirakları ilə xx xxxxxx N03-cü ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx N06-cı ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N fevral N23-cü il tarixdə saat N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 9-cu sərhəd zastavasının 1-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 işləmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N fevral N23-cü il tarixdə saat N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 9-cu sərhəd zastavasının 1-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində yaşamışdır. 26-27 yanvar N23-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində olarkən bir evdə yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə işləmək məqsədilə dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçmək qərarına gəlmişlər. Mobil telefonda olan google proqramı ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz keçməyi araşdırmış, 31 yanvar N23-cü il tarixdə Tehran şəhərindən “GPS” vasitəsilə Azərbaycan Respublikasına keçmək üçün yol avtobusları ilə İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd olduğu ərazilərinə gəlmişlər. N fevral N22-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılmışdır. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində yaşamışdır. 26-27 yanvar N23-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində olarkən bir evdə yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə işləmək məqsədilə dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçmək qərarına gəlmişlər. Mobil telefonda olan google proqramı ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz keçməyi araşdırmış, 31 yanvar N23-cü il tarixdə Tehran şəhərindən “GPS” vasitəsilə Azərbaycan Respublikasına keçmək üçün yol avtobusları ilə İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd olduğu ərazilərinə gəlmiş, N fevral N22-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz keçdikdən sonra saxlanılmışdır. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin, eləcə də yetkinlik yaşına çatmamasını nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində çəkir. N fevral N23-cü il tarixdə saat 14:10-dan 18:N-dək 2-3/1-11-ci sahəyə əsgər Riyad Qaradağlı ilə xidmətə təyin olunmuşdur. Həmin gün təxminən saat N radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxsin hərəkətini müşahidə etmiş, bu barədə sərhəd zastavasına məlumat vermiş, həmin şəxsləri təqibə başlamış, onlara yaxınlaşaraq “dayan” çağırışı vermiş, sərhəd pozucuları çağırışa tabe olmuş və saxlanılmışlar. Saxladıqları sonradan Əfqanıstan Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildikləri 2 nəfər sərhəd pozucularını sərhəd naryadlarının müşayəti ilə sərhəd komendantlığına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DSXnin əməkdaşı X5 da şahid X4 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar və digər sənədlər də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09 fevral N23-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N fevral N23-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 N fevral N23-cü il tarixdə saat 18:05 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral N23-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli N fevral N23-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral N23-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli N fevral N23-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hisssənin komandiri polkovnik Xalid Əliyevin 03 fevral N23-cü il tarixli məktubunda görünür ki, N fevral N23-cü il tarixdə saat N radələrində hərbi hissənin 9-cu sərhəd zastavasının 2-3-cü sahəsində Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq dövlət sərhədini keçdikdən sonra saxlanılmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 fevral N23cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçdikləri yer Astara rayonu Minənbad kəndinin ərazisindəki N nömrəli hərbi hissənin 9-cu sərhəd zastavasının 1-ci sahəsidir. Hadisə yerinə baxış zamanı sərhəd xəttindən mühəndis texniki çəpərinə doğru iki nəfərə məxsus çoxlu sayda ayaq izləri aşkar olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş izlərin onlara məxsus olduğunu bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-dən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aparılmış filtirasiya tədbirləri zamanı onlar, Azərbaycan Respublikasına gəlməkdə məqsədlərinin işləmək olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olan məktubdan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşlarıı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin müəssisədə müalicədə olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olan sənəddən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Respublika Narkoloji mərkəzində müalicə olunmamışdır və qeydiyyatda yoxdur. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməlləri törətmələrini, əməllərini etiraf edib, peşman olmalarını, Təqsirləndirilən şəxs2 xx.xx.N06-cı ildə anadan olmaqla cinayət əməlini törətərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 85.5.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın əvvəlinin N fevral N23-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, Təqsirləndirilən şəxs2 cəzanın əvvəlinin N fevral N23-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsini, hər ikisi barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

1. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N fevral N23-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

2. Əfqanıstan İslam Respublikası vətəndaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N fevral N23-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar