Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-77/2025 10.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Vəkil Bürosunun vəkili Müdafiəçi ştirakları ilə, 11 avqust 1986-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 24 mart 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 1 ədəd sellofan paketdə çəkisi 0,244 qram təşkil edən qurudulmuş marixuana (kannabis) narkotik vasitəsini əldə edərək idarə etdiyi “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqunun kabinasında sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə saxlamış, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 24 mart 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara keçid məntəqəsində” Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə saat 11 radələrində gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, bir ilə yaxın bir müddətdir dövlətlər arası yük nəqliyyat vasitəsinin sürücüsü işləyir. “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyətini həyata keçirir. Həmin yük nəqliyyat vasitəsinin Astara rayonunda yaşayan, tanışı və həmyerlisi olan X5 məxsusdur. 9 mart 2025-ci il tarixdə Astara keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına “yumurta” yükü aparmışdır. İran İslam Respublikasının ərazisindən daxil Rusiya Federasiyasına yük aparılmasından ötrü növbə götürmüş və növbə götürdükdən sonra Astara şəhərində yerləşən Tır park adlanan yerdə idarə etdiyi yük nəqlıiyyat vasitəsində gözləmədə qalmışdır.Orada qaldığı müddətdə bazarlıq etmək üçün taksiyə əyləşmişdir.Məqsədi bazardan ucuz qiymətə ev üçün ərzaq malları almaq olmuşdur. Taksidə sürücü bir ədəd sellofan paketdə marixuana çıxarıb ona təklif etmiş və çəkmək niyyətində olub-olmadığını soruşmuşdur. Ara-bir marixuana istifadə etdiyi üçün onda maraq doğmuş və taksi sürücüsündən marixuananın qiymətini soruşmuşdur. Sürücü 100 iran rialı, yəni milli valyuta ilə münasibətdə təqribən 2 manat olduğunu bildirdikdən sonra ödənişi edib marixuana narkotik vasitəsini ondan alaraq əynindəki gödəkçənin cibinə qoymuşdur. Bazardan qayıtdıqdan sonra həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş qalan hissəsini isə nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerə qoymuşdur. Bir neçə gündən sonra İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə aparılmasından ötrü “gül kələmi” yükünü götürmüş və 24 mart 2025-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə “Astara keçid məntəqəsi”ndən keçməklə Azərbaycan Respublikasına daxil olmuşdur, burada gömrük işçisinin ona yaxınlaşaraq ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanına bəyan edilməmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir əşyanın olub-olmadığını soruşmuşlar, buna cavab olaraq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanına bəyan edilməmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir əşyanın olmadığını dediyini, bundan sonra gömrük işçisinin iki nəfər hal şahidinin iştirakı ilə idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başlamışlar, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerə qoyduğu marixuana narkotik vasitəsini aşkar edilərək götürmüşlər. Daha sonra idarə etdiyi nəqliyyat vasitəsinin rentgen yoxlamasından keçirilmiş lakin rentgen yoxlaması zamanı heç bir pozuntu aşkar olunmamışdır. Nəqliyyat vasitəsindən aşkar olunmuş 1 ədəd sellofan paketdə marixuana narkotik vasitəsini elektron tərəzidə çəkilmiş, müəyyən sənədlər tərtibedilmiş ,tərtib olunmuş sənədləri oxuduqdan və mətni ilə tanış olduqdan sonra müvafiq yerlərdə imzalar etmişlər.Sorqu zamanı hər şeyi olduğu kimi onlara danışmışdır. Narkotik vasitəni özünün şəxsi istifadəsi üçün aldığını, onu satmaq kimi bir niyyətinin olmadığını,sadəcə marixuananın qalıq hissəsinin unutduğundan kabində qaldığını qeyd etmişdir. Son sözündə təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin inspektoru vəzifəsində işləyir. Xidməti vəzifəsinin İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük yoxlamasını keçirməkdən ibarətdir. 24 mart 2025-ci il tarixdə xidmətdə olduğu zaman saat təqribən 11 radələrində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi, “gül kələmi” yüklü “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək üçün keçid məntəqəsinin ərazisində nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzərdə tutulmuş idxal gömrük nəzarəti xəttinə daxil olduğunu, idxal gömrük nəzarəti xəttində ikən Təqsirləndirilən şəxs yaxınlaşaraq onunla şifahi şəkildə sorğu-sual apardığını, ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış, həmçinin qanunla mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir predmetin olub-olmadığını soruşmuşdur, bu zaman Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı bir predmetinin olmadığını bildirmişdir.Yük nəqliyyat vasitəsinə gömrük yoxlamasını keçirmək məqsədilə iki nəfər hal şahidi dəvət etdiyini, Təqsirləndirilən şəxs hal şahidlərinə təqdim etdikdən, həmçinin hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra onların və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı kabinada sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən 1 (bir) ədəd sellofan paketdə gömrük orqanına bəyan olunmamış marixuana narkotik vasitəsinə bənzər maddəni aşkar etdiyini, daha sonra “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinin “HCVG” markalı rentgen aparatında yoxlamadan keçirildiyini, lakin rentgen yoxlaması zamanı nəqliyyat vasitəsindən əlavə olaraq gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış, həmçinin qanunla mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir predmetin aşkar edilmədiyini, daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlayacağını dediyini, onu otağa dəvət etdiyini, burada hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərini yoxladığını, lakin yoxlama zamanı vətəndaşın üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış, həmçinin qanunla mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir predmetin aşkar edilmədiyini, yük nəqliyyat vasitəsinin kabinasından aşkar olunmuş 1 ədəd sellofan paketdə marixuana narkotik vasitəsinə bənzər maddə götürüılmüş və tərəzidə çəkildikdən sonra qablaşdırmış bundan sonra bu işlə bağlı protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Astara Gömrük İdarəsinin rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə ailəsini dolandırır. 24 mart 2025-ci il tarixdə saat təqribən 11 radələrində Astara Gömrük İdarəsinin rejim zonasında olduğu zaman xidməti geyim formasında bir nəfər gömrük işçisinin ona və onun kimi orada fəhləlik edən Şahid3 yaxınlaşaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən idarə edilməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini bildirərək yoxlamada hal şahidi qismində iştirak edib-etməyəcəklərini soruşmuşdur. Yoxlamada iştirak edə biləcəklərini yük nəqliyyat vasitəsinin olduğu yerə getmişlər, burada adını sonradan öyrəndikləri Təqsirləndirilən şəxs onlara təqdim edildiyini, həmçinin həmin şəxsin gömrük yoxlamasının keçiriləcəyi “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinin sürücüsü olduğunu dediyini, hal şahidi kimi hüquq və vəzifələrimizi izah edildiyini, daha sonra yük nəqliyyat vasitəsini yoxlamağa başladığını, həmin yoxlamada iştirak etdiyini, yoxlama zamanı kabinada sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən 1 (bir) ədəd sellofan paketdə marixuana narkotik vasitəsinə bənzər maddə aşkar edildiyini, bundan sonra yük nəqliyyat vasitəsinin rentgen yoxlamasından keçirildiyini, lakin rentgen yoxlaması zamanı yük nəqliyyat vasitəsindən heç bir premdetin aşkar edilmədiyini, daha sonra gömrük işçisinin Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparacağını dediyini, özlərinin də həmin yoxlamada hal şahidi qismində iştirak etdiyini, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir premdetin aşkar edilmədiyini, daha sonra gömrük işçisi kabinadan aşkar olunmuş 1 (bir) ədəd sellofan paketdə marixuana narkotik vasitəsinə bənzər maddənin elektron tərəzidə çəkildiyini, daha sonra həmin maddənin qablaşdırıldığını, protokolların tərtib edildiyini, özünün də tərtib olunmuş protokollarda müvafiq yerlərdə imzalar etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ondan öncə dindirilmiş Şahid2 ifadəsində oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İş materiallarında olan: “Astara” Gömrük İdarəsində tərtib edilmiş (iş vərəqi 5-7) xx.xx.2025-cü il tarixli «malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə» protokoldan görünür ki, 24 mart 2025-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “gül kələmi” yükünü daşıyan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Astara keçid məntəqəsində” keçirilmiş gömrük yoxlaması zamanı, yük nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin sağ tərəfində yerləşən və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən 1 (bir) ədəd sellofan paket aşkarlanmışdır.Selofan paketin içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür.Daha sonra həmin maddə zərfdə qablaşdırılaraq möhürlənmişdir.Protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə gördüklərini təsdiqləmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş (iş vərəqi 32-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 24 mart 2025-ci il tarixli 19/127 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,05 qram qurudulmuş marixuana sərf edilmiş, qalıq say 0,194 qram təşkil etmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 83-84), «əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında» xx.xx.2025-ci il tarixli, ********* nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,244 qram təşkil etmiş qurudulmuş marixuana (kannabis) narkotik vasitəsi 25 mart 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı zamanı 0,05 qram çəkidə olan hissəsi tədqiqata sərf edilməklə yerdə qalan 0,194 qram çəkidə olan qurudulmuş marixuana (kannabis) narkotik vasitəsi 1 ədəd paketin içərisində olmaqla cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (İş vərəqi 143-144) “Respublika Narkoloji Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2014 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materillarına əlavə olunmuş (iş vərəqi 61-62) «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarına əlavə olunmuş (iş vərəqi 78-79) «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 126-127) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il islah işləri cəzasına məhkum edilmişdir.Cəzasını çəkmiş məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş, (iş vərəqi 158-170) «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, “Gül kələmi” yüklü “Scania” markalı 07BX700 dövlət nömrə nişanlı dartıcı və “Mammut” markalı 10ZX247 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinin 26 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X8 tərəfindən idarə edilməklə “Samur” dövlət sərhəd buraxılış məntəqəsindən keçirilməklə Rusiya Federasiyası istiqamətinə aparıldığı nəzərə alınmışdır. İş materiallarına elavə olunmuş (iş vərəqi 123) Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Rəsulov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5281 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarına elavə olunmuş (iş vərəqi 124) Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Rəsulov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 528 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara şəhərində aşağıdaki ailə tərkibi vardır. Ata: X6 (xx.xx.1952), Qardaş: X9 (xx.xx.1987): Qardaş: X7 (xx.xx.1991). İş materiallarına elavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Astara Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 29 may 2025-ci il tarixli 18-1-26/3-1813/2025 saylı arayışdan görünür ki, Astara şəhər sakini, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Astara rayon X1 şöbəsinə Xroniki prostatit” diaqnozu ilə müraciət etmişdir. Hal-hazırda ambulator müalicəsi davam edir. İş materiallarına elavə olunmuş (iş vərəqi 122) Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Rəsulov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5282 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun narkotik vasitəsi olan qurudulmuş marixuananı Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməşi tamamilə sübuta yetirildi. Qanunvericilik: Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsrləndirilən şəxsin vəkili çıxışında müstəsna halların olmasını qeyd edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tədbiq etməklə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.Lakin yüngülləşdirici halların nədən ibarət olması və bunların müstəsna məcmusunun nədən ibarət olmasını göstərə bilməmişdir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs ailəli deyil və himayəsində azyaşlı uşaqları yoxdur. İş vərəqi 124-də olan İcra nümayəndəliyi tərəfindən verilən 07 aprel 2025-ci il tarixli 528 saylı arayışdan məlum olur ki,təqsirləndirilən şəxsin Astara şəhərində aşağıda göstərilən ailə tərkibi var ; 1952-ci il təvəllüdlü atası X6,qardaşları 1987-ci il təvəllüdlü X9 və 1991-ci il təvəllüdlü X7 .Göründüyü kimi təqsirləndirilən şəxsin atası təkçə onun deyil həmçinin digər qardaşlarının himayəsindədir.Odur ki,bu xüsusatı yüngülləşdirən və müstəsna hal kimi qiymətləndirib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tədbiq etməyi əsaslı və ədalətli hesab etmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini , səmimi etirafını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli,barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı və cəzasının əvvəli hökmün tarixindən yəni 10 iyun 2025-ci ildən hesablanmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,194 qram təşkil edən qurudulmuş marixuana (kannabis) narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən qurudulmuş marixuana hökm qanuni qüvəsini aldıqdan sonra məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə məsrəfi ilə bağlı hesab edilir ki, iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 0,194 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-77/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-77/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver